Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1343/2019 17.12.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-1343/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 17 dekabr 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun, Məhkum2, bəraət almış şəxs Məhkum1 və bəraət almış şəxsin müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 may 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Balakən Rayon Məhkəməsinin (sədrlik edən H.Q.Səlimov) 1(019)-43/2018 nömrəli 28 dekabr 2018-ci il tarixli hökmü ilə 13 mart 1950-ci il tarixdə Balakən rayonunun Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, pensiyaçı, ünvan 1 ünvanda yaşayan; Məhkum1 cinayət hadisəsi olmamasına görə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə bəraət verilmiş, 01 f evral 1963-cü il tarixdə Balakən rayonunun Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, evdar qadın, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan; Məhkum2 Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İşin halları: İttihama əsasən Məhkum1 Azərbaycan Respublikası CM-in 178.2.1,178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək Balakən rayonu Mahamalar kənd sakini Zərərçəkmiş şəxs5 Balakən rayon Mahamala r kənd sakinlərinə zəlzələdən zərər çəkmiş evlərin bərpası üçün fövqəladə komissiyanın rəyi əsasında pul ayrılacağını və buna görə həmin komissiyanın üzvlərinə 2000 manat pulu verdikdən sonra bu iş üçün ayrılmış puldan sonuncuya 5000 manat pul qaytaracağına inandırıb yalandan vəd etməklə etibarından sui-istifadə edib aldatma yolu ilə Zərərçəkmiş şəxs5 20 fevral 2013-cü il tarixli kredit müqaviləsi əsasında «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialından götürdüyü 1500 manat pulunu həmin tarixdə Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsinin inzibati binasındakı xidməti iş otağında dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndlisi Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Balakən RİHB -nin Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək Balakən rayonu Mahamalar kənd sakini Zərərçəkmiş şəxs2 Balakən rayon Mahamalar kənd sakinlərinə zəlzələdən zərər çəkmiş evlərin bərpası üçün fövqəladə komissiyanın rəyi əsasında pul ayrılacağını və buna görə həmin komissiyanın üzvlərinə 2000 manat pulu verəcəklərini bildirib bir həftə ərzində qaytaracaqlarına inandırıb yalandan vəd etməklə etibarından sui-istifadə edib aldatma yolu ilə Zərərçəkmiş şəxs2 07 may 2013-cü il tarixli kredit müqaviləsi əsasında «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialından götürdüyü 2000 manat pulunu həmin tarixdə Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsinin inzibati binasındakı xidməti iş otağında dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndlisi Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək Balakən rayonu Mahamalar kəndində yaşayan Zərərçəkmiş şəxs4 Balakən rayon Mahamalar kənd sakinlərinə zəlzələdən zərər çəkmiş evlərin bərpası üçün fövqəladə komissiyanın rəyi əsasında pul ayrılacağını və buna görə həmin komissiyanın üzvlərinə 2000 manat pulu verəcəklərini bildirib bir həftə ərzində qaytaracaqlarına inandırıb yalandan vəd etməklə etibarından sui-istifadə edib aldatma yolu ilə Zərərçəkmiş şəxs4 07 may 2013-cü il tarixli kredit müqaviləsi əsasında «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Zaqatala f ilialından götürdüyü 2000 manat pulunu həmin tarixdə Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsinin inzibati binasındakı xidməti iş otağında dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndlisi Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək Balakən rayonu Mahamalar kənd sakini Zərərçəkmiş şəxs3 Balakən rayon Mahamalar kənd sakinlərinə zəlzələdən zərər çəkmiş evlərin bərpası üçün fövqəladə komissiyanın rəyi əsasında pul ayrılacağını və buna görə həmin komissiyanın üzvlərinə 2000 manat pulu verəcəklərini bildirib bir həftə ərzində qaytaracaqlarına inandırıb yalandan və d etməklə etibarından sui-istifadə edib aldatma yolu ilə Zərərçəkmiş şəxs3 07 may 2013-cü il tarixli kredit müqaviləsi əsasında «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialından götürdüyü 2000 manat pulunu həmin tarixdə Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsinin inzibati binasındakı xidməti iş otağında dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndlisi Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək Balakən rayonu Gərəkli kənd sakini Zərərçəkmiş şəxs1 Balakən rayon Mahamalar kənd sakinlərinə zəlzələdən zərər çəkmiş evlərin bərpası üçün fövqəladə komissiyan ın rəyi əsasında pul ayrılacağını və buna görə həmin komissiyanın üzvlərinə 2000 manat pulu verəcəklərini bildirib bir həftə ərzində qaytaracaqlarına inandırıb yalandan vəd etməklə etibarından sui-istifadə edib aldatma yolu ilə Zərərçəkmiş şəxs1 07 may 2013-cü il tarixli kredit müqaviləsi əsasında «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialından götürdüyü 2000 manat pulunu həmin tarixdə Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsinin inzibati binasındakı xidməti iş otağında dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək Balakən rayonu Kortala kənd sakini Zərərçəkmiş şəxs6 Balakən rayon Ma hamalar kənd sakinlərinin zəlzələdən zərər çəkmiş evlərinin bərpası üçün fövqəladə komissiyanın rəyi əsasında pul ayrılacağını və buna görə həmin komissiyanın üzvlərinə 2000 manat pulu verdikdən sonra bu iş üçün ayrılmış puldan sonuncuya 2000 manatdan artıq pul qaytaracağına inandırıb yalandan vəd etməklə etibarından sui-istifadə edib aldatma yolu ilə Zərərçəkmiş şəxs6 27 may 2013-cü il tarixli kredit müqaviləsi əsasında «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialından götürdüyü 1500 manat pulunu 27.05.2013-cü il Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsinin inzibati binasındakı xidməti iş otağında dələduzluq yolu ilə ələ keçirmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum2 təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi i lə Balakən rayonu Mahamalar kəndində yaşayan Zərərçəkmiş şəxs4 Balakən rayon Mahamalar kənd sakinlərinə zəlzələdən zərər çəkmiş evlərin bərpası üçün fövqəladə komissiyanın rəyi əsasında pul ayrılacağını və buna görə həmin komissiyanın üzvlərinə 2000 manat pulu verəcəyini bildirib bir həftə ərzində qaytaracağına, əks halda banka pulu özünün ödəyəcəyinə inandırıb yalandan vəd verməklə etibarından sui-istifadə edib aldatma yolu ilə Zərərçəkmiş şəxs4 07 may 2013-cü il tarixli kredit müqaviləsi əsasında «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialından götürdüyü 2000 manat pulunu həmin tarixdə Balakən şəhərində ondan alıb dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Balakən rayonu Mahamalar kənd sakini Zərərçəkmiş şəxs3 Balakən rayo n Mahamalar kənd sakinlərinə zəlzələdən zərər çəkmiş evlərin bərpası üçün fövqəladə komissiyanın rəyi əsasında pul ayrılacağını və buna görə həmin komissiyanın üzvlərinə 2000 manat pulu verəcəyini bildirib bir həftə ərzində qaytaracağına, əks halda banka pulu özünün ödəyəcəyinə inandırıb yalandan vəd verməklə etibarından sui-istifadə edib aldatma yolu ilə Zərərçəkmiş şəxs3 07 may 2013-cü il tarixli kredit müqaviləsi əsasında «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialından götürdüyü 2000 manat pulunu həmin tarixdə Balakən şəhərində ondan alaraq dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Balakən rayonu Gərəkli kənd sakini Zərərçəkmiş şəxs1 Balakən rayon Mahamalar kənd sakinlərinə zəlzələdən zərər çəkmiş evlərin bərpası üçün f övqəladə komissiyanın rəyi əsasında pul ayrılacağını və buna görə həmin komissiyanın üzvlərinə 2000 manat pulu verəcəyini bildirib bir həftə ərzində qaytaracağına, əks halda banka pulu özünün ödəyəcəyinə inandırıb yalandan vəd verməklə etibarından sui-istifadə edib aldatma yolu ilə Zərərçəkmiş şəxs1 07 may 2013-cü il tarixli kredit müqaviləsi əsasında «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialından götürdüyü 2000 manat pulunu həmin tarixdə Balakən şəhərində ondan alıb dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Balakən rayonu Mahamalar kənd sakini Zərərçəkmiş şəxs2 yaşadığı evdə qoyun almaq üçün borc aldığına, borcunu qısa müddətdə qaytaracağına, əks halda banka pulu özünün ödəyəcəyinə inandırıb yalandan vəd verməklə etiba rından sui-istifadə edib aldatma yolu ilə Zərərçəkmiş şəxs2 07 may 2013-cü il tarixli kredit müqaviləsi əsasında «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialından götürdüyü 2000 manat pulunu həmin tarixdə ondan alıb dələduzluq yolu ilə ələ keçirmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Rafail Əliyevdən ibarət tərkibdə) 08 may 2019-cu il tarixli qərarı ilə Balakən Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayəti, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş apelyasiya şikayətləri və dövlət ittihamçısı Q.S.M əmmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 verdikləri kassasiya şikayətində və Məhkum2 müdafiəçisi Müdafiəçi2 verdiyi kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 onunla əsaslandırırlar ki, sözü gedən cinayət əməllərinin əsl səbəbkarı Məhkum1 əsassız olaraq bəraət verilmişdir. Belə ki, qeyd olunan cinayət hadisələrinin böyük bir qismi zərərçəkmiş şəxslərin yanında törədilmiş, digər qisminin isə onlar birbaşa şahidləri olmuşlar. Qeyd olunan cinayətin əsl səbəbkarı bəraət almış şəxs X3 olmuş,X19Abdulayevaya isə günahsiz olmasına baxmayaraq bəraət verilməmişdir. Kassasiya şikayətinin dəlillərini Məhkum2 müdafiəçisi Müdafiəçi2 onunla əsaslandırır ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 may 2019-cu il tarixli qərarı qanunsuz və əsassızdır. Belə ki, Məhkum2 bundan öncə Balakən Rayon Məhkəməsinin 23 aprel 2014-cü il tarixli hökmü ilə təqsirli bilinib Azərbaycan Respublikasının CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş cəza 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Kassator qeyd edir ki, Məhkum2 qarşı Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 əvvəlki cinayət işində verdikləri, sonuncuları aldatmaq yolu ilə əldə olunmuş ifadələrə əsasən Məhkum2 təkrar məhkum edilməsi qanunsuz və ədalətsizdir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və X4, həmçinin X5 həm ibtidai, həm də məhkəmə istintaqı zamanı Məhkum1 həqiqətən də ona elan edilmiş ittiham üzrə təqsirli olmasını bildirmiş və üzləşmə zamanı da həmin xüsusatları sonuncunun üzünə qarşı da demişlər. İş materiallarından müəyyən olunur ki, iş üzrə digər təqsirləndirilən şəxs Məhkum1məsuliyyətdən yaxa qurtarmaq, o cümlədən, törətdiyi cinayətləri X5 üzərinə yıxmaq üçün müxtəlif şəxslərdən yalan ifadə verməklərini xahiş etmiş və ya onları aldadaraq imza etdirməklə X8 barəsində hüquq mühafizə orqanlarına şikayət ərizələri yazmışdır. Bu hal Balakən rayonu, Mahamalar kənd sakinləri X9, X6, X22, X23, X10 Balakən rayonu, Katex kənd sakinləri X24, X7, X15, X16 və ünvan 3 ünvanda yaşayan X12 ibtidai istintaq zamanı verdiyi ifadələrində təsdiq etmişlər. Həmin izahatlardan məlum olur ki, iş üzrə digər təqsirləndirilən şəxs Məhkum1sonuncuları ya banka olan borcunu ödəmək vədi ilə, ya da aldadaraq X3 şikayət ərizəsi yazdırmışdır. Məhkum X5 zərərçəkmiş şəxslərin adlarına "xxxx" ASC-dən kredit yolu ilə nağd pul götürüb borc şəklində ona verməsinə nail olmaqla niyyətinin sonunculara məxsus əmlaklarının (hazırkı işdə pullarının) dələduzluq yolu ilə ələ keçirməsi olması sübuta yetirilməmişdir. Bundan başqa Məhkum2 verilmiş ittihamda sonuncunun iş üzrə zərərçəkmiş şəxslərin pulunu vahid qəsdlə yox, təkrarən ələ keçirməsi qeyd olunmuşdur. Yəni, törədilən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə ilə bağlı müddət axımı müstəqil (ayrı- ayrılıqda) olaraq tətbiq olunmalıdır. Bu isə onu deməyə əsas verir ki, hətta Məhkum2 cinayət törətməsi sübuta yetirilsə belə cinayət hadisəsinin 2013-cü ilin may ayında baş verməsi cinayət görə cinayət məsuliyyətinə cəlb etmə müddəti 2 il sonra, yəni, 2015-ci ilin may ayında bitmişdi. Lakin, bütün bunlara baxmayaraq, Şəki Apellyasiya Məhkəməsi işin obyektiv araşdırılması üçün zəruri olan hallara münasibət bildirmədən hazırki qanunsuz və əsassız qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası işin ma teriallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin təmin edilməməli, zərərçəkmiş şəxslərin kassasiya şikayətləri isə qismən təmin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Zərərçəkmiş şəxslərin birgə verdikləri kassasiya şikayətinin və Məhkum2 müdafiəçisi Müdafiəçi2 verdiyi kassasiya şikayətinin başlıca dəlili Məhkum2 təqsirinin sübuta yetirilməməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, Məhkum2 törətdiyi cinayət əməlini məhkəmə istintaqı zamanı etiraf etməsə də, onun qeyd olu nan cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi Məhkum2 verilən ittiham üzrə təqsirli olmasını müəyyən edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qəra rları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Məhkum2 aid hissədə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətlərinin bu barədəki dəlilləri əsassızdır. Zərərçəkmiş şəxslərin kassasiya şikayətinin başlıca dəlili iş üzrə bəraət almış şəxs Məhkum1 əməlində cinayət tərkibinin olması və onun əsassız olaraq bəraət almasıdır. İşdən görünür ki, ittihama əsasən Məhkum1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 178.2.3-cü maddələri ilə təqsirli bilmişdir ona görə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs5 1500 manatını, təkrarən Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs2 2000 manat pulunu, təkrarən Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs4 2000 manat pulunu, təkrarən Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs3 2000 manat pulunu, təkrarən Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 2000 manat pulunu, təkrarən Zərərçəkmiş şəxs6 1500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Birinci instansiya məhkəməsi isə Məhkum1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət hadisəsinin olmamasını görə bəraət vermişdir. M əhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Məhkum1 barəsində nəticəyə gələrkən cinayət prosessual qanunvericiliyinin sübutların yoxlanılması və qiymətləndirilməsini ehtiva edən normalarını düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, həmçinin X5 Məhkum1 elan edilmiş ittihamın təsdiqi ilə bağlı ifadələrini nəzərə almamış, bunun səbəbini isə hökmündə şərh etməmişdir. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxs Məhkum1 ittiham elan edilmiş hadisələrin olmaması nəticəsinə gələrkən əsas arqument kimi digər təqsirləndirilən şəxs Məhkum2 Balakən Rayon Məhkəməsinin 23 aprel 2014-cü il tarixli hökmün ə əsasən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsini göstərmiş, həmin cinayət işinə məhkəmədə baxılarkən hazırkı iş üzrə zərərçəkmiş şəxslərin qeyd edilən iş üzrə Məhkum1 pul vermədikləri barədə şahid ifadələrini iş üzrə preyudisial əhəmiyyət daşıdığını əsas gətirmişdir. Lakin, məhkəmə nəzərə almamışdır ki, şahid qismində həmin iş üzrə ifadə verən Zərərçəkmiş şəxs5 ifadəsində puluX19Abdullyevaya 2013-cü ilin fevral ayında verdiyini, Məhkum2 ona həmin puldan kiməsə verəcəyini demədiyini göstərmişdir. Məhkum2 hazırkı iş üzrə Zərərçəkmiş şəxs5 pulunu dələduzluq yolu ilə ələ keçirməyə görə ittiham verilməmiş, onun pulu Məhkum1 şəxsən verməsi və pulu Məhkum1 ələ keçirməsinə görə sonuncuya ittiham elan edilmişdir. Həmin zərərçəkmiş şəxslə bağlı epizodun Məhkum2 aid iyyəti olmasa da, məhkəmə Məhkum2 barəsində olan 23 aprel 2014-cü il tarixli hökmü əsas tutmaqla həmin şəxsin hazırkı iş üzrə ifadəsini sübut kimi qəbul etməməklə ziddiyyət yaratmışdır. Hazırkı iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs6 isə Məhkum2 barəsində 2014-cü ildə məhkəmədə baxılmış iş üzrə nə zərərçəkmiş şəxs, nədə ki, şahid qismində dindirilməmişdir. Digər tərəfdən Məhkum2 barəsində olan 23.04.2014-cü il tarixli hökm Məhkum2 zərərçəkmiş şəxslər X9, X10, X11 və X12nin pulunu dələduzluq yolu ilə ələ keçirməsi cinayətləri ilə bağlı olmuş, Məhkum1 həmin iş üzrə təqsirləndirilən şəxs olmamışdır. Hazırkı iş üzrə məhkəmədə dindirilən təqsirləndirilən şəxs Məhkum2 zərərçəkmiş şəxslərdən aldığı pullardan Məhkum1 da verdiyini göstərmiş, dindirilmiş şahidlərdən Zərərçəkmiş şəxs4, Zərərç əkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 da Məhkum2 ifadəsində göstərdiklərini tam təsdiq etmişlər. 23 aprel 2014-cü ildə hökm çıxaran Balakən Rayon Məhkəməsi Cinayət-Prosessual Məcəllənin 318.1-ci maddəsinin tələblərini əsas tutaraq işə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham daxilində baxmış, Məhkum1 əleyhinə verilmiş ifadələrə heç bir münasibət bildirməmiş və həmin ifadələrlə bağlı preyudisial əhəmiyyət daşıyan hər hansı qərar qəbul etməmişdir. Məhkəmənin Məhkum2 barəsində olan 23.04.2014-cü il tarixli hökmünün hazırkı işə baxılarkən məhkəmə üçün məcburi xarakter daşımaqla preyudisial əhəmiyyətə malik olması barədə gəldiyi nəticəni əsaslı hesab etmək mümkün deyildir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2013- cü ilin təxminən fevral aynda qeydiyyatda olduğu yer üzrə yaşayış yerindən arayış götürmək üçün Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin qəbuluna getmişdir. Söhbət zamanıX13 fövqəladə komissiyanın evlərin bərpasına pul yığdığını bildirmiş və ondan 2000 (iki min) manat pul istəmişdir. Sonradan həmin pulun əvəzinə 5000 (beş min) manat pul veriləcəyini demişdir.X13 5000 manat pul paylananda verdiyi pulu qaytaracağını, üstəlik də həmin 5000 manat puldan hörmət edəcəyini bildirmişdir. Məhkum1 pulunun olmadığını, ancaq kreditə pul götürməli olduğunu demişdir.X13 krediti ödəməyə də köməklik edəcəyini bildirdikdə razılaşmışdır.X13 başqa etibarlı adam varsa ona da həmin qaydada pul verəcəyini bildirmişdir.X13 kəndin icra nümayəndəsi olduğundan ona inanmışdır. Evə q ayıtdıqdan sonraX13lə aralarında olan söhbəti bacısı X14ə danışmışdır. X14dən kreditə pul götürüb verməyini xahiş etmişdir. X14 də bu barədə qonşusu Zərərçəkmiş şəxs6 danışmışdır. Ertəsi günüX13in yanma gedib ona bacısının və qonşusunun da bankdan kreditə pul götürüb verəcəyini bildirmişdir.X13 də razılaşmışdır. 2013-cü ilin yay ayında (çox vaxt keçdiyindən hansı ayda olduğunu xatırlamır) Balakən rayon sakinləri X15, X16 və X17adlı şəxslərlə Zaqatala rayonuna gedərək qrup şəklində kredit almaq üçün Zaqatala şəhərində yerləşən “Dəmiryolbank”a müraciət etmişlər. Yanındakıların nə qədər pul götürdüklərini xatırlamır. Ona həmin puldan 1500 manat düşmüşdür. X15, X16 və X17öz ehtiyaclarına görə pul götürmüşlər. Həmin günü kredit götürdüyü 1500 manat pulu Mahamalar kənd icra nümayəndəliyinin bina sındaX13in kabinetindəX13ə vermişdir. Pulu verən zaman onların yanında heç kim olmamışdır.X13 ondan 2000 manatın əvəzinə niyə 1500 gətirdiyini soruşduqda ona bankdan ancaq bu qədər kredit götürə bildiyini demişdir. Bir neçə gün sonra bacısı X14 və Zərərçəkmiş şəxs6 də Zaqatalada həmin bankdan kreditə pul götürmüşlər. Bacısıgili Məhkum1 yanma aparmalı olmuşdur. Mahamalar kənd icra nümayəndəliyinə gedən yolda qarşılaşaraq birlikdə Məhkum1 qəbuluna getmişlər. Kənd icra nümayəndəliyinin binasında X14 ona 2000 (iki min) manatı, Zərərçəkmiş şəxs6 isə 1500 (min beş yüz) manatı vermişdir. Üçü də birlikdə Məhkum1 qəbuluna girmişlər. İçəri girib salamlaşandan sonra 3500 manat pulu X17nin və X18in yanında X14 qarşısındakı stolun üstünə qoymuşdur. Pulu stolun üstünə qoyduqdan sonra, «pulu gətirdik», d emişdir. Onda X13 onlara, -«narahat olmayın pulları ödəyəcəyəm» demişdir. Ondan sonra çıxıb evlərinə getmişlər. Həmin vaxtıX13in kabinetində başqa heç kim olmamışdır.X13 pulları ödəyəcəyini bildirsə də üstündən 3 il keçməsinə baxmayaraq hələ də pulu qaytarmamışdır. İş üzrə digər zərərçəkmiş şəxslər də analoji ifadələr verərək Məhkum1 pul verilməsini təsdiq etmişlər. Bundan əlavə, iş üzrə məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, Balakən rayonun Sarıbulaq kəndində qeydiyyatdadır, faktiki olaraq Balakən şəhəri Zərifə Əliyeva küçəsində kirayədə yaşayır. Fərdi taksi sürücüsüdür. Məhkum2 adlı qadını uzun illərdir ki, tanıyır. Məhkum2 2013-cü ildə onun bir qrup şəxsdən borc pul alaraq zəlzələdən zərər çəkmiş evlərə bərpa pulu yazdırmaq üçün Mahamalar kəndinin sab iq icra nümayəndəsi Məhkum1 verdiyindən xəbəri olmuşdur. Arvadı Zərərçəkmiş şəxs5 ilə münasibəti olduğundanX19onların evinə gəlib-getmişdir. Hər dəfəX19onlara gələndə həmin söhbət olmuşdur. Səhv etmirsə 30 min manata qədər pul götürüb həmin il zəlzələdən zərər çəkmiş evlərin bərpasına pul ayrılması üçün Məhkum1 verdiyini, Məhkum1 da əvəzində ona pul verməli olduğunu X19un dediklərindən bilmişdir. Lakin Məhkum1 X19u aldadaraq pulu geri qaytarmadığına görə çox problemlərlə qarşılaşmışdır. Aylarla müxtəlif banklara kredit ödəmişdir. Hər dəfə X19a Məhkum1 inanmamağım tapşırmışdır. 2013-cü ilin payızındaX19ağlaya-ağlaya onun mobil telefonuna zəng edərək Məhkum1la söhbət etmək üçün evinə gəlməyə icazə istəmişdir. Məhkum1la küçədə-bacada görüşmək istəmədiyini bildirdikdə razı olduğunu demişdir. Həmin vaxtı Balakən şəhərində Zərifə Əliyeva küçəsində kirayədə qalmışdır. Həmin gün saat 10-11 radələrində Məhkum2 onlara gəlmiş, onun arxasınca da Mahamalar kənd icra nümayəndəsi Məhkum1 gəlmişdir. Həmin vaxtı evdə ondan başqa heç kim olmamışdır. Həyətdə qoyulmuş stolun arxasında əyləşərək Məhkum1la Məhkum2 söhbət etməyə başlamışlar. O, da onların yanında həmin stolun arxasında əyləşmişdir.X13lə X19 dərhal mübahisə etməyə başlamışlar. Məhkum2 Məhkum1 40 (qırx) min manat pul verdiyini demiş, Məhkum1 da bundan əsəbiləşərək «sən mənə o qədər pul verməmisən» demişdir. Sonra Məhkum2 ona bir-bir kimdən nə qədər pul götürüb ona verdiyini deməyə başlamışdır.X19danışqdıqcaX13 onunla razılaşmışdır. Arada yenidən mübahisə qızışmışdır.X13 təhqirə keçməyə başlayanda ona həyətində olduğunu və qadına qarşı artıq-əskik söhbət etməyə icazə vermədiyini bildirmişdir.X13 X19a, «ver adamların siyahısını» demişdir.X19adamların adlarını və onların verdikləri pulları deməyə başlamış,X13 də onları qeyd etmişdir. SonraX13 X19a «fövqəladə komissiyanın üzvləri sənin bu pulları kreditə götürüb verdiyini bilirlər» demişdir. Məhkum1 X19a həmin məsələni fövqəladə komissiya ilə danışacağını və 6-cı günü bu məsələ ilə bağlı Bakı şəhərinə çıxacağını deyərək X19a da həmin günü Bakıya çıxmağını bildirmişdir. Onların görüşdükləri gün həftənin 5-ci günü olmuşdur. Ertəsi günü onlar ikisi də Bakıya çıxmalı olmuşlar. Onun yanında elə razılığa gəlmişlər. Məhkum2 Məhkum1la söhbətini təfsilatı ilə xatırlamır. Yuxarıda qeyd etdiklərini xatırlayır.X19n kreditə pul götürdüyü adamların siyahısını, pulların dəqiq məbləğ lərini xatırlamır. Arada X19gildən ayrılıb evə də keçmişdir. Onların səsləri yüksələndə geri qayıdaraq, qonşuların eşidəcəyini, ayıb olduğunu demişdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27.12.1996-cı il tarixli 3 saylı qərarının 4-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CPM-in 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, büt ün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmin qərarın 6-cı bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün suallar təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda, məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmçinin, cinayət mühakimə i craatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şü bhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi hökm çıxararkən işin hallarını kifayət qədər araşdırmamış, sübutların qiymətləndirilməsini CPMin normalarına uyğun həyata keçirməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olm ası, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiya məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri hall arı araşdırsın, işə obyektiv qiymət versin və işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxslərin kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, ka ssasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 may 2019-cu il tarixli qərarı Məhkum1 aid hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı keçirilməklə tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.0.1, 416.0.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 may 2019-cu il tarixli qərarı Məhkum1 aid hissədə ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına təyin edilsin. Zərərçəkmiş şəxslərin kassasiya şikayəti qismən təmin edilsin. Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1343/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1343/2019
17.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver