Məhkəmə qərarları › İş №1(102)-1343/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1343/2021

02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1343/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, məhkumun müdafiəçisi Qocayev Ramil Alim oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 32.5, 206.3.1, 234.4.1, 234.4.3, 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Əsədov İlqar Əsəd Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər Abdullayev İlkin Qismət oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cəlil Cabbar oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə) Məhkum, XXXXXX il tarixdə İran İslam Respublikasının Astara şəhərində anadan olmuş, İran İs lam Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası, ünvan 1-də qeydiyyatda olan, CM-nin 32.5, 206.3.1, 234.4.1, 234.4.3, 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 32.5, 206.3.1-ci maddəsi ilə 6 (altı) il müddətə, CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə, CM-nin 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X5 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum İran İslam Respublikasının - şəxsiyyəti məlum olmayan Müslüm adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı 2020-ci ilin yanvar ayının əvvəllərində razılığa gəlməklə yanaşı, sonuncuya bu məqsədlə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrü k nəzarətindən kənar yolla keçirəcəyi, həmin maddəni onun Cəlilabad rayonuna qoyacağı yerdən götürüb müqəddəratına sərəncam verməyi qabaqcadan vəd vermiş, bundan sonra Müslüm adlı şəxs müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda 174,977 qram olan narkotik vasitə - heroini məlum olmayan vaxtda və şəraitdə qaçaqmalçılıqla keçirməklə köhnə Ələt - Astara avtomobil yolunun kənarında yerləşən və üzərində “88” yazılmış yol nişanı dirəyinin yanına yerləşdirib bu barədə 02 yanvar 2020-ci ildə Məhkum “WhatsApp” proqramı vasitəsi ilə məlumat verdikdən sonra, sonuncu 03 yanvar 2020-ci ildə qeyd olunan yerdə gizlədilmiş həmin maddəni əldə edib özünə məxsus çatnanın içərisində saxlamaqla müvəqqəti olaraq yaşadığı Masallı rayonunun Şıxlar kəndində yer ləşən tanışı olan digər təqsirləndirilən şəxs X1 fərdi yaşayış evinə daşımış, 05 yanvar 2020-ci ildə narkotiklə bağlı sonuncunu məlumatlandırdıqdan sonra, onunla qabaqcadan əlbir olub bir qrup şəxs qismində narkotik vasitənin satışını realizə etmək qərarına gəlmiş, bu məqsədlə içərisində təmiz çəkisi 121,707 qram heroin olan bükümünü Rasim Hüseynova vermiş və içərisində təmiz çəkisi 53,270 qram olan heroin olan digər bükümü isə özündə saxlamış, 24 yanvar 2020-ci ildə saat 17 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Rasim Hüseynovun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman oradan qeyd olunan narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Məhkum İİR-nın sakini - şəxsiyyəti məlum olmayan X adlı şəxslə təkrarən qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə - heroin və psixotrop maddə - metamfetaminin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı 23 yanvar 2020-ci razılığa gəlməklə yanaşı, sonuncuya bu məqsədlə təkrarən İİR-dan Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar yolla keçirəcəyi həmin maddəni onun Cəlilabad rayonuna qoyacağı yerdən götürüb deyəcəyi şəxsə verməyi qabaqcadan vəd vermiş, bundan sonra X adlı şəxs müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda - üç ədəd bağlamada ayrı-ayrılıqla təmiz çəkiləri 1700 qram, 1650 qram və 1650 qram olmaqla ümumi təmiz çəkisi 5000 qram olan narkotik vasitə - heroin və külli miqdarda - t əmiz çəkisi 380 qram olan psixotrop maddə - metamfetamini məlum olmayan vaxtda və şəraitdə qaçaqmalçılıqla keçirməklə köhnə Ələt - Astara avtomobil yolunun kənarında yerləşən və üzərində “88” yazılmış yol nişanı dirəyinin yanına yerləşdirib bu barədə 23 yanvar 2020-ci ildə Məhkum “WhatsApp” proqramı vasitəsi ilə məlumat verdikdən sonra, sonuncu 24 yanvar 2020-ci il tarixdə saat 19 radələrində həmin maddələri gizlədildiyi yerdən götürməyi planlaşdırsa da, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Rasim Hüseynovun yaşadığı fərdi yaşayış evində saxlanıldığına görə cinayət əməlini başa çatdıra bilməmiş, bununla da, qeyd olunan narkotik və psixotrop maddəni təkrarən satış məqsədilə qanunsuz olaraq əldə etməyə, saxlamağa və daşımağa cəhd etmiş və özünün iştirakı ilə həmin gün saat 21 radələrində Ələt - Astara avtomobil yolunun Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən 88-ci kilometrliyində olan yol nişanının yanına baxış keçirilərkən, oradan külli miqdarda - üç ədəd bağlamada ayrı-ayrılıqla təmiz çəkiləri 1700 qram, 1650 qram və 1650 qram olmaqla ümumi təmiz çəkisi 5000 qram olan narkotik vasitə - heroin və külli miqdarda - təmiz çəkisi 380 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı Səfərov Tale Balabəy oğlu tərəfindən verilmiş apellyasiya protestinə və məhkum X1 müdafiəçisi Ağayev Anar Ramiz oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Camalov Etibar Əli oğlundan ibarət tərkibdə) 31 mart 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, x5 müdafiəçisi A.R.Ağayev tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, hökm məhkum x5 aid hissədə dəyişdirilimiş, x5 CM-nin 234.4.1, 234.4.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ilədək endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Əsədov İlqar Əsəd Ağa oğlu kassasiya protesti verərək həmin qərarın Məhkum aid hissədə ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı İ.Ə.Əsədov kassasiya protestini onunla əs aslandırmışdır ki, birinci instansiya məhkəməsi Məhkum aid hissədə CM-nin 32.5, 206.3.1-ci maddəsi ilə yanaşı CM-nin 234.4.1, 234.4.3, 29, 234.4.1, 29, 234.4.2, 29,234.4.3-cü maddələri ilə cinayət qanunvericiliyinin tələblərinə uyğun həm bitmiş, həm də bitməmiş cinayətlərə görə vahid cəza təyin etməli, sonra isə cinayətlərin məcmusu üzrə qəti cəzanın müddətini müəyyən etməli idi. Kassasiya protesti müəllifinin mövqeyinə görə, cinayətlərin məcmusundan bəhs edən CM-nin 17-ci maddəsinə əsasən, CM-nin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə cinayətlərin məcmusunu yaradır. Cinayət işinin materiallarından görünür ki, Məhkum CM-nin 234.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkum axırıncı cinayəti başa çatdıra bilməməsi faktı sonuncu epizod üzrə onun əməçli 29,234.4.1, 29,234.4.2, 29, 234.4.3-cü maddələri ilə tövsif edilsə də, əvvəlki epizod ilə müqayisədə axırıncı əməl heç də başqa növ cinayətin törədilməsinə dəlalət etmir və deməli CM-nin müxtəlif maddələri ilə tövsif edilməli olan cinayət sayıla bilməz. Mahiyyət etibarı ilə eyni cinayətin tərkibini təşkil edən cinayət əməllərindən hər hansı birinin müxtəlif səbəblərdən başa çatdırılmaması CM-nin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsi kimi qiymətləndirilməməli və cəza təyini zamanı CM -in 66.2, 66.3 və 66.5-ci maddələri ilə müəyyən olunan normaların tətbiqinə səbəb olmamalıdır. Bu dəlili əsaslandırarkən dövlət ittihamçısı 2007-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin Büllütenində dərc edilmiş naməlum qərarında Ali Məhkəmənin Cinayət Kollegiyasının ifadə etdiyi mövqeyə istinad etmişdir. Həmin qərara görə də, mahiyyət etibarı ilə eyni olan bir neçə cinayət hadisəsi törədildikdə və bu əməllərdən hər hansı biri başa çatmadıqda (cinayət etməyə cəhd), başa çatmamış cinayət başa çatmış cinayətə görə daha yüngül hesab olunur və cəza təyini zamanı yüngülləşdirici hal kimi nəzərə alınır. Şəxsə başa çatmış və başa çatmamış cinayət epizodları üzrə ayrı-ayrılıqda cəza təyin edilərək CM-nin 66-cı maddəsinə əsasən həmin cəzalar qismən və ya tam toplama yolu ilə birləşdirildi kdə təqsirləndirilən şəxsin vəziyyəti ağırlaşdırılmış olur. Bu isə o deməkdir ki, təqsirləndirilən şəxs üçün eyni növ bütün cinayət əməllərini başa çatdırması daha sərfəlidir, nəinki hər hansı səbəbdən yarımçıq qoyması. Konkret halda Mohammad Diliebana eyni xarakterli başa çatmış və başa çatmamış cinayət əməllərinə görə ayrı-ayrılıqda cəza təyin edən birinci instansiya məhkəməsinin həmin cəzaları CM-nin 66.3-cü maddəsi ilə qismən toplayaraq sonuncuya qəti cəza təyin etməsi və apelyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirmədən saxlaması faktiki olaraq təqsiləndirilən şəxsin vəziyyətinin pisləşməsinə səbəb olmuşdur. Ona görə də, Məhkum CM-nin 32.5,206.3.1, 234.4.1, 234.4.3, 29,234.4.1, 29,234.4.2 və 29,234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinay ətlər Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli hökmü Məhkum həm CM-nin 32.5,206.3.1, 32.5,206.3.2-ci maddələri, həm də CM-in 234.4.1, 234.4.3, 29,234.4.1, 29,234.4.2, 29,234.4.3-cü maddələri ilə birlikdə (həm bitmiş, həm də başa çatmayan cinayətə görə) cəza təyin edilərək CM-nin 66.3-cü maddəsinə əsasən təyin ediləcək cəzaları qismən toplamaqla ona qəti cəza təyin edib cinayət qanununun norması düzgün tətbiq edilməklə dəyişdirilməlidir. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı İ.Ə.Əsədov kassasiya protestinin təmin edilməsini və apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya protestinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2021-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazı mi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı İ.Ə.Əsədov apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində Məhkum cəza təyin edilərkən CM-in 66.3-cü maddəsinə tələblərini pozulması nəticəsində qəti cəzanın düzgün təyin edilməməsini iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansi yası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olm ayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual n ormalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə nəzərdə tutulmuş əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmünü və ya qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsin in İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizm lər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasyia protestinin dəlillərinə cavab verən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hökmdən verilmiş apellyasiya protesti ilə eyni məzmunda olan həmin protestin məzmununa görə, onun müəllifi olan dövlət ittihamçısı İ.Ə.Əsədov öz müraciətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, Məhkum təqsirli bilindiyi cinayət əməlini törətməsinin sübuta yetirilibyetirilməməsini və bu əməlin hüquqi tövsifini mübasiləndirmir və məhkəmələr tərəfindən onun barəsində cəza təyin elilməsində cinayət qanunu normalarının düzgün tətbiq edilməməsini iddia edi r. Məhkəmə kollegyiası qeyd etməyi zərur bilir ki, dövlət ittihamçısı kassasiya protestinin təsvir-əsaslandırıcı hissəmində apellyasya instansiyası məhkəməsinin qərarına münasibət bildirməyi deyil, birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmün dəyişdirilməsini zəruri hesab etməklə faktiki apellyasiya protestində irəli sürülmüş tələbi təkrarlamış, bununla tərtib edilmiş kassasiya protestini apellyasiya protestindən köçürməklə özünün kassasiya protesti vermək hüquqnun həyata keçirilməsinə formal yanaşmışdır. Hərçənd, ona məlum olmalıdır ki, CPM-nin 419-cu maddəsinin və kassasiya icraatına aid digər normalarının tələblərinə uyğun olaraq kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququna malik olan şəxslər belə protest və ya şikayət verməklə apellyasiya instansiyası məhk əməsi tərəfindən çıxarılmış hökmü və ya qəbul edilmiş qərarı kassasiya qaydasında mübahisələndirə bilərlər və kassasiya instansiyası məhkəməsi də belə müraciətlərə baxaraq həmin hökmə və ya qərara münasitəini bildirir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi, əməlinin hüququ tövsifi və bu kimi digər məsələlərlə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir və qeyd edir ki, kassasiya protestinin əsas dəlilinə görə, şəxsin eyni xarakterli həm başa çatmış, həm də başa çatmamış cinayət törətməsi cinayətlərin məcmusunu yaratmır və belə olan halda həmin şəxs təörətdiy əməllərə görə CM-nin 66.2 və ya 66.3-cü maddələrinə əsasən cinayətlərin məcmusu üzrə deyil, vahid bir cəza təyin olunmalıdır. Əks halda, yəni başa çatmış və başa çatmamış cinayət törədən şəx sə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi onun hüquqi vəziyyətinin pisləşməsinə səbəb olur. Öz dəlilini dövlət ittihamçısı İ.Ə.Əsədov Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülletenində 2007-ci ildə dərc olunmuş naməlum qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CM-nin 41.1-ci maddəsinin müddəalarına görə, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayəthüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər. Cinayət qanunvericiliyində cəzanın anlayışı ilə yanaşı cinayət törə tmiş şəxslərə təyin edilən cəzanın növləri, cəza təyin edilməsinin prinsipləri də müəyyən edilmişdir. Cinayətlərin məcmusunun anlayışı və cinayətlərin məcmusuna görə cəza təyin edilməsi qaydası isə CM-nin 17 və 66-cı maddələrində nəzərdə tutulmuşdur. Belə ki, 17.1-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Bu normanın mənasına görə, məcmuya daxil olan hər bir cinayət təqsirkarın ayrıayrı əməli ilə yaranır, yəni təq sirkar müxtəlif hərəkətlərlə (hərəkətsizliklə) bir qayda olaraq müxtəif vaxtlarda bir cinayət tərkibinin çərçivəsində sığmayan iki və ya daha artıq müstəqil cinayət törədir. CM-nin 17.2-ci maddəsinin tələblərindən görünür ki, bir hərəkətlə (hərəkətsizliklə) bu Məcəllənin iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır. CM-nin 17.3-cü maddəsinə əsasən, şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Cinayətlərin çoxluğunun müstəqil növü hesab edilən cinayətlərin məcmusunun iki növü – ideal və real məcmu fərqləndirilir. Cinayətlərin məcmusunun hər iki növü yalnız o halda mövcud olur ki, şəxs törətdiyi cinayətlərin heç birinə görə mə hkum olunmamış olsun və qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmiş olsun. Törədilmiş hər bir cinayət əməli (məcmunun hər iki növündə) CM-nin bu əmələ görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif olunmalıdır. Cinayətlərin məcmusunun anlayışına müvafiq olaraq qanunverici məcmu qaydasında törədilən cinayətlərə görə cəzanın təyin edilmə qaydasını da xüsusi norma ilə tənzimləmişdir. Belə ki, CM-nin 66.1-ci maddəsində müəyyən edilmişdir ki, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-nin 66.2-ci maddəsinə görə, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törət məyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Göründüyü kimi, cinayətlərin məcmusu üzrə məhkəmə cəza təyin edərkən, CM-nin 66.1-ci maddəsində nəzərdə tutulmuş hansı qaydanı tətbiq etməsindən asılı olmayaraq, hər bir cinayətə görə, ayrılıqda cəza təyin edir və məcmu üzrə qəti cəza müəyyənləşd irir. Bu normasının mənasından belə bir nəticə hasil olur ki, şəxs CM-nin Xüsusi hissəsinin eyni maddəsi və ya maddələri ilə tövsif edilməli olan əməli törətdiyi halda (bir halda başa çatmış, digər halda isə başa çatmamış eyni xarakterli cinayətlərin törədilməsi halları istisna olmaqla) əməl təkrarlıq əlaməti ilə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi iə (maddələr) ilə tövsif ediləcək və bu vaxt həmin şəxsə cinayətlərin məcmusuna görə (CMnin 66.2 və ya 66.3-cü maddələrinə əsasən) cəzanın təyin edilməsinə ehtiyac qalmayacaq. Məhkəmə kollegiyası bu qənaətə gələrkən hazırki işin faktiki hallarına da müraciət etməyi zəruri bilir. İşin müəyyən edilmiş faktiki halları isə ondan ibarətdir ki, Məhkum qabaqcadan əlbir olmuş bir qrup şəxsin törətdiyi narkotik vasitələrin qaçaqmalçılığında köməkçi qismində iştirak etmiş, habelə 03 yanvar 2020-ci il tarixdə qabaqçadan əlbir olmuş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 174,977 qram olan narkotik vasitə olan heroini əldə edərək saxlamış və daşımışdır. Bundan başqa o, istintaqla müəyyən edilməmiş şəxslərlə təkrarən qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə - heroin və psixotrop maddə - metamfetaminin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı 23 yanvar 2020-ci razılığa gəlməklə yanaşı, yenə də həmin vasitə və maddələrin qaçaqmalçılığında köməkçi qismində iştirak etmiş və təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - üç ədəd bağlamada ayrı-ayrılıqla təmiz çəkiləri 1700 qram, 1650 qram və 1650 qram olmaqla ümumi təmiz çəkis i 5000 qram olan narkotik vasitə olan heroini və külli miqdarda - təmiz çəkisi 380 qram olan psixotrop maddə olan metamfetamini 24 yanvar 2020-ci il tarixdə saat 19 radələrində gizlədildiyi yerdən götürməyi planlaşdırsa da, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Rasim Hüseynovun yaşadığı fərdi yaşayış evində saxlanıldığına görə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməlini başa çatdıra bilməmiş, yəni cinayətə cəhd etmişdir. Məhkumn bu əməlləri 32, 206.3.1-ci maddəsi ilə yanaşı birinci epizod üzrə - CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə, ikinci epizod üzrə isə - CM-nin 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Ayra-ayrı vaxtlarda törədilmiş müxtəlif cinayət əməllərinin bu cür tövsifi ittiham tərəfindən mübahisələndir məmiş və bu hal da ona dəlalət edir ki, dövlət ittihamçıları da razılaşmışlar ki, adı çəkilən məhkumun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməllər törətməsi cinayətlərin real məcmusunu yaratmışdır. Məhkumnin əməllərinin belə tövsifi və cinayətlərin real məcmusunun yaranmasına ilə bağlı məhkəmə kollegiyası xüsusilə onu vurğulamağı lazım bilir ki, adı çəkilən məhkumun törətdiyi cinayətlər təkcə vaxt baxımından, habelə birinci əməlin başa çatırılması, ikinci əməlin isə başa çatırılmamasına görə deyil, həm də cinayətlərin predmetinə görə də fərqlənirlər. Yuxarıda şərh edilmiş hallara görə, Məhkumn törətdiyi birinci əməlin predmetini külli miqdarda – 174,977 qram narkotik vasitə olan heroin, ikinci halda isə - həm külli miqdarda – 5000 qram çəkidə narkotik vasitə olan heroin, həm də külli miqdarda – 380 qram çəkidə psixotrop maddə olan metamfetamin təşkil etmişdir ki, bu hal da adı çəkilən məhkumun törətdiyi əməllərin ictimai təhlükəliliyinin müxtəlif dərəcə olmasına işarə verir. Qeyd olunan hallar ümumilikdə isə nəinki hər iki əməlin müstəqil olaraq tövsif edilməsini, həm də onlara görə ayrı-ayrılıqda və cinayətlərin məcmusu üzrə (CM-nin 66.3cü maddəsinə əsasən) cəzaların təyin edilməsini tələb etmişdir ki, burada da məhkəmə maddi hüquq normalarının tələblərinin hər hansı şəkildə pozulmasını müəyyən etmir. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 yanvar 2021-ci il tari xli Qərarında ifadə etdiyi hüquqi mövqeyə, habelə başa çatmış və başa çatmamış cinayətlərə görə cəzaların təyin edilməsi qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin normalarına və cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi ilə bağlı 01 sentyabr 2000-ci il tarixdən formalaşmış məhkəmə təcrübəsinə müracət etməyi məqsədə uyğun hesab edir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 yanvar 2021-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: “Cinayətlərin çoxluğuna dair ətraflı açıqlama Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 m art tarixli Qərarında verilərək qeyd edilmişdir ki, cinayətlərin çoxluğu dedikdə, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi halları başa düşülür. Cinayətlərin çoxluğunun struktur elementi kimi konkret cinayətlər çıxış edir. Çoxluq, hər biri müstəqil cinayət tərkibi yaradan iki və ya daha artıq cinayət əməlinin törədilməsini nəzərdə tutur. Konkret cinayətlər, onların obyektiv və subyektiv tərəflərinin əlamətləri əsasında qurulur. Bu nöqteyi-nəzərdən oğurluq, xuliqanlıq, soyğunçuluq, rüşvətxorluq və s. ayrıca cinayətlər hesab olunurlar. Çoxluğun elementi olan konkret cinayətlərin müxtəlif növləri möv cuddur və nəzəriyyədə onlar sadə və mürəkkəb növlərə bölünürlər. Sadə konkret cinayət o halda mümkündür ki, bir əməlin müvafiq olaraq cinayət qanununda təsvir olunan bir nəticəsi olur. Məsələn, oğurluqda bir əməl - əmlakı gizli yolla talama və bir nəticə - mülkiyyətçinin əmlakına vurulmuş ziyan mövcuddur. Sadə konkret cinayət həmçinin cinayət qanununda nəzərdə tutulmuş bir neçə nəticəyə səbəb olan vahid əməldən də ibarət ola bilər. Belə ki, Cinayət Məcəlləsinin 2221.2 və 221-1.3-cü maddələri özbaşına tikinti işlərini aparma nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına, həmçinin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda müvafiq məsuliyyəti nəzərdə tutur. Burada bir əməl və bir neçə nəticə mövcuddur. Konkret cinayətlərə alternati v tərkibli cinayətlər də aiddir. Belə ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma təşkil edir. Beləliklə, sadə konkret cinayət bir hərəkətin (və ya hərəkətsizliyin) və bir nəticənin və ya bir hərəkətin və bir neçə nəticənin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Mürəkkəb konkret cinayətlər sadə konkret cinayətlərlə müqayisədə daha qəliz struktura malikdirlər. Bu cinayətlərdə törədilmiş əməlin mürəkkəb obyektiv və subyektiv tərəfi olur. Nəzəriyyədə mürəkkəb konkret cinayətlərin növü kimi uzanan, davam edən, mürəkkəb tərki bli cinayətlər, həmçinin, əlavə ağır nəticələrin baş verməsi ilə tövsif olunan cinayətlər (onları bir çox hallarda nəticələrinə görə tövsif olunan cinayətlər də adlandırırlar) qəbul edilirlər... Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 18 mart tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cinayətlərin çoxluğu termininin adı çəkilməsə də, Cinayət Məcəlləsinin 16, 17 və 18-ci maddələrində cinayətlərin çoxluğuna aid olan cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu, cinayətlərin residivi və onların növləri ilə bağlı olan məsələlər tənzimlənir. Təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayətlərin təkrar törədilməsinin özünəməxsus əlamətlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir. Əvvəlki cinayət qanunvericiliyindən fərqli olaraq, cinayətlərin təkrar törədilməsi Cinayət Məcəlləsinin Ümumi hissəsində müstəqil normada nəzərdə tutulmuşdur. Əvvəlki Cinayət Məcəlləsində cinayətlərin təkrar törədilməsi Məcəllənin Xüsusi hissəsinin normalarında cinayət tərkibinin əlaməti kimi və ağırlaşdırıcı halları nəzərdə tutan zəruri tərkib əlaməti kimi müəyyən edilmişdir. Hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 16-cı maddəsində ümumi təkrarlıq anlayışından imtina edilmiş, xüsusi təkrarlığın isə iki müstəqil növü müəyyən olunmuşdur: - Məcəllənin eyni maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi (Cinayət Məcəlləsinin 16.1-ci maddəsi); - yalnız Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda, Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulm uş iki və ya daha çox cinayətin törədilməsi (Cinayət Məcəlləsinin 16.2-ci maddəsi). Maddənin mahiyyətindən göründüyü kimi, təkrar cinayətlər eyni və həmcins cinayətlərə bölünür. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Beləliklə, Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: - həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinay ətlər zamanı; - cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; - şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; - eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Təkrarlıqla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Qeyd etmək lazımdır ki, təkrarlıq, cinayətlərin real məcmusu və davam edən cinayətlər anlayışları ilə müəyyən qarşılıqlı əlaqədədir. Həm təkrarlıqda, həm cinayətlərin real məcmusunda iki və daha artıq cin ayət törədilir. Bu anlayışlardan əmələ gələn cinayətlər müəyyən zaman fərqi ilə törədilir. Bundan əlavə, təkrarlığa daxil olan və ya real məcmunu yaradan bütün cinayətlər şəxs məhkum olunana qədər törədilir. Bununla belə, təkrarlıq ilə cinayətlərin real məcmusu arasında ciddi fərqlər də var. Belə ki, eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Real məcmuda isə hər bir cinayət əməli Cinayət Məcəlləsinin fərqli maddələrinin təsiri altına düşür. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında müraciətdə qaldırılan məsələ üçün böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi tətbiq olunur. Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsəd lə birləşmir.” Konstitusiya Məhkəməsinin şərh olunan hüquqi mövqeyinin hazırki işə tətbiqi ilə əlaqədar məhkəmə kollegiyası vurğulayır ki, Məhkumnin təqsirli bilindiyi əməllər nəinki zaman baxımından müxtəlif vaxtlarda törədilmiş, həmçinin həmin əmələri birləşdirən vahid niyyətin və ümumi məqsədin olması da iş üzrə toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir. Məhz buna görə də onun törətdiyi sonuncu əməl cinayətlərin təkrarlığı əlaməti ilə CM-nin 29, 234.4.2-ci maddəsi ilə tövsif edilmişdir. Dövlət ittihamçısı ibtidai araşdırma orqanının və məhkəmələrin bu haqda gəldikləri nəticəni mübahisələndirməmiş və yekun olaraq Məhkumn ona itiham olunmuş əməlləri törətməsi nəticəsində cinayətlərin real məcmusunun yaranması ilə razılaşmışdır. Bu isə Məhkumyə törətdiyi cinayətlərə görə həm a yrı-ayrılıqda, həm də cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsi üçün əsas yaratmışdır. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası başa çatmış və başa çatmamış cinayətlərə görə cəzaların təyin edilməsinin müxtəlifliyinə dair cinayət qanunvericiliyinin normalarına diqqət yetirməyi vacib sayır. Belə ki, məhkəmə başa çatmış cinayətə görə cəza təyin edərəkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmin cinayətin hallarını, təqsirkarın şəxsiyyətini, onun cinayətin törədilməsində rolunu, həm cinayət törədənə qədər, həm də bundan sonrakı davranışını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və bütün sadalanların məcmusundan çıxış edərək şəxsin təqsirli bilindiyi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində, yaxud bundan az həddə və ya daha yüngül növdə ədalətli cəza təyin edir (CM-nin 8, 41, 58, 59, 60, 61, 62 və digər maddələri). Başa çatmayan cinayətə görə isə yuxarıda sadalanan bütün hallar, o cümlədən cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınmaqla cəzanın təyin edilməsi qaydaları CM-nin 63-cü maddəsində təsbit edilmişdir. Belə ki, CM-nin 63.1-ci maddəsinə əsasən, başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. CM-nin 63.2-ci maddəsində müəyyən edilmişdir ki, cinayətə hazırlığa görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından çox ola bilməz. CM-nin 63.3-cü maddəsinə görə, cinayət etməyə cəh də görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh edilənlərə əsaslanaraq dövlət ittihamçısının kassasiya protestində ifadə etdiyi mövqeyi ilə razılaşmır ona görə ki, həm başa çatmış, həm də başa çatmamış cinayətə görə şəxsə onun təqsirli bilindiyi maddələrin sanksiyası həddində, yəni həmin maddənin sanksiyasının yuxarı həddinin dörddə üçündən də çox vahid cəzanın təyin edilməsi CM-nin 63-cü maddəsinin pozulmasına gətirib çıxarır və beləliklə təqsirkarın vəziyyətinin ağırlaşması ilə nəticələnir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayətlərin tövsifi, cəza təyini ilə bağlı məhkəmə təcrübəsinin öyrənilm əsi göstərir ki, başa çatmış və başa çatmamış eyni xarakterli cinayətlər törətmiş şəxslərin əməlləri nəinki ayrı-ayrılıqda CM-nin Xüsusi hissəsinin müvafiq maddələri ilə tövsif edilir (başa çatmamış cinayətlər CM-nin 28 və ya 29-cu maddəsinə istinad edilməklə), həm də belə cinayətlərə görə əvvəl ayrı-ayrılıqda, sonra isə CM-nin 66.2 və ya 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzalar təyin edilir, bu haqda kifayət qədər hökmlər və qərarlar, o cümlədən Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarları mövcuddur və hal hazıradək birinci instansiya məhkəmələrinin belə hökmləri apellyasiya qaydasında və ya apellyasiya instansiyası məhkəmələrinin qərarları (hökmləri) kassasiya qaydasında mübahisələndirilməmişdir. Qeyd olunanlar bütövlükdə kassasiya protestinin bütün dəlillərinin əsassız və qəbul edilməz olmasını, digər tərəfdən isə apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının cəza təyin etmənin qaydalarına aid hissədə qanuni və əsaslı olduğunu, onun kassasiya protestinə münasibətdə kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Buna görə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını bir daha təhlil edib kassasiya protestinin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun, həmin protestin təmin edilməməsi barədə isə müdafiəçi R.A.Qocayevin çıxışlarını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməli, Məhkum CM -nin 32.5, 206.3.1, 234.4.1, 234.4.3, 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3- cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2021-ci il tarixli qərarı isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.1, 234.4.1, 234.4.3, 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2021-ci il tarixli qərarı k assasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar