Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1343/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 228.1, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X4 (sədrlik edən), X12 və X2 ibarət tərkibdə) 27 may 2021-ci il tarixli hökmü ilə xx xxx 1979-cu ildə Türkmənistan Respublikasının Bektaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri, Nizami küçəsi, ev 29-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi ev 9, mənzil 39-da yaşamış Məhkum A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 228.1, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edi lmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum məhkəməyədək həbsdə saxlanıldığı 2 (iki) gün günə gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmış, üzərində 10 (on) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 1200 (bir min iki yüz) manat cərimə cəzası bu hökmlə təyin edilmiş 10 (on) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə, onun üzərində qəti olaraq 10 (on) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 1200 (bir min iki yüz) manat cərimə cəzası sax lanılmışdır. Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 13 dekabr 2019-cu il tarixdən hesablanmışdır. Məhkum təyin edilmiş cərimə cəzasının müstəqil icra olunması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinin Məhkum verilmiş ittihamdan çıxarılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Kamran Hüseyn oğlu Əkbərovun sədrliyi və məruzəsi ilə, X8 və X6 ibarət tərkibdə) 02 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 228.1, 234. 1, 234.4.1 və 234.4.3cü maddələri ilə məhkum edilməsinə dair 27 may 2020-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 228.1, 234.1, 234.4.1,234.4.2 və 234.4.3-cü maddələri ilə Məhkum verilmiş ittihama əsasən o, məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda çəkiləri 0,097 qram və 0,261 qram olmaqla ümumi təmiz çəkisi 0,358 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 31 oktyabr 2019-cu il tarixdə saat 11:50 radələrində Bakı-Astara magistral avtomobil yolunun Qaradağ rayonu, Lökbatan qəsəbəsindən keçən 14-cü kilometr liyində yerləşən dairənin yanındakı avtobus dayanacağının yaxınlığında Qaradağ Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin və Cinayət Axtarışı şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Qaradağ Rayon Polis İdarəsinin inzibati binasına gətrilərək orada hal şahidlərinin iştirakı ilə onun üzərinə videoçəkilişlə keçirilən baxış zamanı əvvəlcə əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən bir bükümdə 0,097 qram narkotik vasitə heroin aşkar edilmiş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 12:55-də TA.Əhmədovun idarə etdiyi “Chevrolet Cruz” markalı 99-AL- 586 nömrə nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilən zaman avtomobilin salonunda yerləşən saxlanc yerindən digər təmiz çəkisi 0,261 qram olan, ümumilikdə 0,358 qram narkotik vasitə heroin aşkar edilə rək götürülmüşdür. Bundan başqa o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanması və daşınması barədə şəxsiyyəti istintaqa “Rza” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya əsasən sonuncunun istintaqla müəyyən edilməyən vaxtda və mənbədən əldə etdiyi kustar üsulla hazırlanmış təmiz çəkisi 2590 qram olan külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 555 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryəki qrup üzvü “Rza” adlı şəxsdən dəyərini sonradan ödəmək şərti ilə 2019-cu ilin dekabr ayının əvvəllərində Biləsuvar rayonu mərkəzi stadionun yaxınlığında satın almaqla qanunsuz olaraq əldə edib daşıya raq Bakı-Qazax avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsinin ərazisindən keçən 40-cı kilometriliyində magistral yoldan 150 metr sağda olan çökəklik əraziyə tökülmüş daş və qrabillərin altında gizlətməklə saxlamış, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 22 yanvar 2020-ci il tarixdə onun və hal şahidlərinin iştirakı ilə həmin əraziyə keçirilən baxış zaman gizlətdiyi həmin bir ədəd üzərində “Final” yazısı olan 5 litr həcmli plastik qabın içərisində ayrı-ayrılıqda olan iki ədəd bükümün birində şəffaf yapışqan lentlə bağlanmış təmiz çəkisi 2590 qram narkotik vasitə heroin və digər qara rəngli üzərində “EUROspORT” yazısı olan sellofanla başlanmış təmiz çəkisi 555 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bundan savayı, o, təkararən 2019-cu il in noyabr ayının sonlarında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanması və daşınması barədə şəxsiyyəti istintaqa “Hacı” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sonuncunun istintaqla müəyyən edilməyən vaxtda və mənbədən qanunsuz olaraq əldə edib Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli yolla keçirəcəyi külli miqdarda narkotik vasitəni Cəlilabad rayonu ərazisində əldə edib müqəddəratına sərəncam verməyi qrup üzvü olan “Hacı”ya qabaqcadan vəd verib razılaşmış, sonuncu tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə qaçaqmalçılıqla Cəlilabad-Biləsuvar avtomobil yolunun kənarındakı ü zərində “95” yazısı olan yol nişanın yanına gətirmiş təmiz çəkisi 455 qram olan narkotik vasitə heroini 11 dekabr 2019-cu il tarixdə qanunsuz olaraq əldə edib idarə etdiyi “Hyundai Elantra” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobildəki təmir-tikinti çantasının içərisində saxlamaqla daşımış, 13 dekabr 2019-cu il tarixdə saat 19 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad şəhəri, Qurtuluş küçəsində keçirilmiş əməliyyat tədbiri nəticəsində idarə etdiyi “Hyundai Elantra” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətirilib avtomobilə baxış keçirilərkən həmin narkotik vasitə heroin avtomobilin arxa sol oturacağının üstündə olan təmir tikinti çantasının içərisindən aşkar olunaraq götürülmüşdür. Bu ndan əlavə o, müəyyən edilməyən vaxtda və mənbədən 1 ədəd 1973-cü ildə, İjevsk mexaniki zavodunda istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AKM” markalı, 523431 nömrəli, atəş açmağa yararlı olmaqla saz vəziyyətdə olan yivli odlu silah - döyüş təyinatlı avtomatı, bir ədəd “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 (otuz) ədəd 1943-cü il nümunəli, 7,62x39 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı sandıqçanı, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahlarda, “PPK” (“PPKC”) markalı əl pulemyotlarında, “CKC ” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, atəşə yararlı olan döyüş sursatı hesab edilən 12 ədəd patronları qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanında qanunsuz olaraq saxlamış, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 14 dekabr 2019-cu ii tarixdə saat 02 radələrində Məhkum yaşadığı ünvan 1 ünvanına sonuncunun iştirakı ilə baxış keçirilən zaman həmin avtomat, 1 ədəd sandıqça və 12 ədəd patron aşkar olunub qablaşdırılaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəşinin kassasiya şikayətində göstərilir ki, məhkəmələr tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilən xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılmamış, həmçinin Telmur Əhmədovun təqsirsizliyini təsdiq edən sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Məhkum ozünü ona elan edilmiş ittihamla təqsirli bilməmişdir. Hətta o, Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı aparılan zaman da özünü təqsirli bilməsə də, hökmdə onun özünü təqsirli bilməsinə dair qeyd aparılmışdır. Belə ki, Məhkum ümumiyyətlə narkotik vasitə satıcısı olmadığını, o, polis əməkdaşları tərəfindən tam fərqli niyyətlə saxlandığını bildirmişdir. Belə ki, Məhkum başqa şəxsdən guya hədəqorxu ilə pul tələb etmə faktına görə Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını, barəsində rəsmi formada tutma haqqında qərar qəbul edilmədən 2-3 gün qabaq artıq polis şöbəsinin müvəqqəti saxlama yerində olduğunu, həmin müddət ərzində təzyiqlərə məruz qaldığını, lakin hədə-qorxu ilə pul tələb etmə faktı ümumiyyətlə təsdiq edilmədiyi üçün sonradan guya idarə etdiyi maşında narkotik vasitə olması faktına görə sənədləşdirmə işləri aparıldığını bildirmişdir. Həmçinin cinayət işinin materiallarında həqiqətən də onun barəsində hədə-qorxu ilə pul tələb etməsinə dair şikayət ərizəsi mövcuddur. Bundan başqa cinayət işinin materiallarında Məhkum Bakı İstintaq tocridxanasında olduğu zaman polis şöbəsinə yazdığı rəsmi ərizə mövcuddur. Belə ki, Məhkum həmin ərizə ilə özündə olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmək istəməsini bildirmişdir. Lakin Məhkum Bakı Apellyasiya Məhkəməsində dindirilən zaman da qeyd etmişdir ki, həmin ərizəni polis əməkdaşlarının tələbi ilə yazmışdır. Əslində onda heç bir narkotik vasitə olmamışdır. Bundan başqa cinayət işinin materiallarında olan və polis əməkdaş ları tərəfindən tərtib edilən raport və protokollardan da aydın görünür ki, guya Məhkum polis şöbəsində izahatı alınarkən könüllü olaraq onda silah olduğunu bildirmiş və hamin silahı təqdim elmək istədiyini demişdir. Lakin Məhkum Bakı Apellyasiya Məhkəməsində dindirilən zaman da qeyd etmişdir ki. həmin silahın da ona heç bir aidiyyəti olmamış və bu silahla bağlı məlumatı da polis əməkdaşlarının tələbi ilə qeyd etmişdir. Hətta belə olsa da Məhkum könüllü məlumat verməsi və silahı təqdim etməsi onun məsuliyyətini istisna edən haldır. Göstərilən xüsusatlardan da aydın görünür ki elan edilmiş ittiham cinayət işinin materiallarında olan heç bir mötəbər sübut növü İlə öz təsdiqini tapmamış, istintaq orqanı tərəfindən əmələ düzgün hüquqi qiymət verilməmiş, işin faktiki halları ilə məhkəmənin gəld iyi nəticə arasında uyğunsuzluq olmuşdur. Məhkəmə tərəfindən hökm çıxarılarkən cinayət-prosessual məcəllənin qeyd olunan tələbləri kobud şəkildə pozularaq bütün şübhələr digər sübutlar əsasında aradan qaldırılmadığı halda Məhkum barəsində ittiham hökmü çıxarılmışdır. Müdafiəçi kassasiya şikayətində Məhkum CM-in 32.5.206.3.2. 228.1. 234.1. 234.4.1 və 234.4.3-cii maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 02 mart 2022-ci İl tarixli qərarı işin faktiki hallarına uyğun olmadığından ləğv edib onun barəsində cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısın ın çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhku m edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir v ə yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbul u ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ic timai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinay ətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kolle giyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 228.1, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 228.1, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə istintaqı z amanı verdiyi ifadələri, şahidlərin ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2019- cu il tarixli, 27429 saylı rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 13 dekabr 2019-cu il tarixli 1302 saylı rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2020-ci il tarixli, 1593 saylı rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 X11 Ekspertizasının 28 noyabr 2019-cu il tarixli, 2822 saylı rəyi, baxış keçirilməsi və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Sözügedən Qərarın 5-ci bəndində göstə rilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsində Satış məqsədi olmadan qanunsuz olar aq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin x üsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Resp ublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən ed ilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə edib saxladığı həmin narkotik vasitələri və psixotrop maddələri satmağa yönəldiyi sübuta yetirilməli, onu məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qa nunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlak çı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 saylı qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə olunur: "Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsin in dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqd a, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədi lməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əm əlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir.” CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikası nın 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş avtomobilə baxış keçirilməsi və götürmə haqqında 13 dekabr 2019-cu il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş "DVD” diskdən gö rünür ki, Məhkum avtomobilinə baxış keçirilən zaman avtomobilin arxa sol sərnişin yerinin üstündə olan üzəri sarı rəngli təmir-tikinti çantası və həmin çantanın içərisinə baxış zamanı çantanın içində şəffaf lentlə bağlanmış narkotik vasitəyə bənzər kütlə və xırda ölçüdə olan elektron tərəzi aşkar olunmuşdur. Avtomobilin sükan hissəsində olan oturacağın sağ yan hissəsində bir ədəd qəhvəyi rəngli dəstəyi olan balta aşkar olunmuşdur. Aşkar olunmuş həmin narkotik vasitəyə oxşar kütlə qablaşdırılaraq DİN-in 141 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yaşayış evinə baxış keçirmə və götürmə haqqında 14 dekabr 2019-cu il tarixli protokoldan və istintaq hərkətinin videoçəkilişi əks etdirilmiş "DVD” diskdən görünür ki, Məhkum kirayə yaşadığı evə, ünvan 1-a baxış zamanı mənzilin dəhlizində yerləşən paltar dolabının arxasından bir ədəd "Kalaşnikov” avtomat silahı, 1 ədəd sandıqça və 12 ədəd 7,62 kalibrli patronlar aşkar edilmişdir. Aşkar olunmuş həmin "Kalaşnikov” avtomat silahı, 1 ədəd sandıqça və 12 ədəd 7,62 kalibrli patronlar qablaşdırılaraq DİN-in 141 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2019-cu il tarixli, 27429 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Məhkum aşkar edilərək götürülmüş...” sözləri və imzalar olan 01 ədəd zərfdəki, bir ədəd bir ədəd bükümdə təmiz çəkisi-0,097 qram olan və üzərində "Vət. Məhkum idarə etdiyi AZ99-AL- 586...” sözlər və imzalar olan 01 ədəd zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi-0,261 qram, ümumi təmiz çəkisi-0,358 qram olan maddələr tiryəkdən küstar üsulla hazırlanmış narkotik vasitə heroindirlər və onlar xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 13 dekabr 2019-cu il tarixli 1302 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Məhkum məxsus.. kütlə” sözləri yazılmış kağız paketdəki təmiz çəkisi 455 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Tədqiqata təqdim edilmiş, üzərində "Məhkum məxsu s.. tərəzi” sözləri yazılmış kağız paketdəki 01 ədəd üzərində izlər olan işlək vəziyyətdə elektron tərəzidə heroin izi vardır. -İz mikrohissəscikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) iz mikrohissəciklərinin miqdarını və təqdim edilən heroinlə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2020-ci il tarixli, 1593 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Final oil” yazısı olan plastik qabdakı, 1 (bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 2590 qr ( 2 kg 590 qr) olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd qara rəngli polietilen bükümdə, təmiz çəkisi 555 qr tünd qəhvəyi rəngli maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ballistik ekspertizasının 22 yanvar 2020-ci il tarixli 31794 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah 1973-cü ildə, İjevsk mexaniki zavodunda istehsal edilmiş, "Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, "AKM” markalı, 523431 nömrəli avtomat silahdır - yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 12 (on iki) ədəd patron- zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik "Kalaşnikov” konstruksiyalı "AK” ("AKM”, "AKC”, "AKMC”) markalı avtomat silahlarda, "PPK” ("PPKC”) markalı əl pulemyotlarında, "CKC” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar- döyüş sursatıdırlar və atəşə yararlıdırlar. -Tədiqaqata təqdim edilmiş 1 (bir) ədəd sandıqça - "Kalaşnikov” konstruksiyalı "AK” ("AKM”, "AKC”, "AKMC”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 (otuz) ədəd 1943-cü il nümunəli, 7,62x39 mm kalibrli patron tutumuna malik olan sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır. Apellyasiya məhkəməs i hesab etmişdir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Məhkum ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 228.1, 234.1,234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 32.5,206.3.2, 228.1, 234.1, 234.4.1 və 234.4.3-cü m addələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyas iya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yus ifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər han sı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məh kəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət t ərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən h əyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımı ndan, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında məhkumun təqsirli olması barədə nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinin iş üzrə icraata xitam verilməsi barədə dəlilləri əsassızdır. Belə ki, iş üzrə icraata xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cin ayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 228.1, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1343/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1343/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver