Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1343/2023 01.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə baxılmasına dair məhkəmə iclasında MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.Ə.Məcidov, hakimlər Z.Q.Ağayev və S.S.Hüseynovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxx 1994-cü ildə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan3-də qeydiyyatda olmaqla, faktiki ünvan 1 ünvanında kirayədə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 12 aprel 2022-ci il tarixdən hesablanması, narkomaniyadan müalicə olunması üçün barəsində tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması qərara alınmı şdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim H.Ç.Məmmədov, hakimlər İ.M.Murquzov və H.H.Əhmədovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ildən 6 (altı) ilə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hökmə əsasən Məhkum naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, naməlum mənbədən qanunsuz olaraq satış mə qsədi ilə 8,358 qram çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Bakı Metropolitenində Polis Şöbəsinin CAQ-nun əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən “XXX35” Ticarət Mərkəzinin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı Metropolitenində Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada saat 16:10 radələrində inzibati otaqların birində üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarının ön sol cibindən 10 (on) ədəd şəffaf sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 0,787 qram, 0,816 qram, 0,901 qram, 0,810 qram, 0,853 qram, 0,816 qram, 0,846 qram, 0,844 qram, 0,883 qram, 0,802 qram, ümum ilikdə təmiz çəkisi 8,358 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib saxlamış olduğu kirayədə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, ev 9 ünvanında yerləşən bir otaqdan ibarət fərdi yaşayış evinə 12 aprel 2022-ci il tarixdə saat 19:30 radələrində video çəkiliş vasitəsi ilə baxış keçirilən zaman evin içərisində quraşdırılmış odun sobasının içərisindən 3 (üç) ədəd şəffaf sellofana bükülmüş ayrıayrılıqda təmiz çəkisi 0,644 qram, 0,879 qram, 0,869 qram, ümumilikdə təmiz çəkisi 2,392 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilərək sənədləşdirilib götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Məhkum kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2022-ci il tarixli qərarının dəyişdirilməsini, əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Lakin, kassasiya şikayətinə məhkəmə iclasında baxılanadək – Məhkum 24 may 2023-cü il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (məhkumun ərizəsi Ali Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsinin 24 may 2023-cü il tarixli 3-16-17/18/2-1387/2023 nömrəli müşay iətedici məktubu ilə göndərilmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayətinə kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini vermiş şəxs onu geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi haqqında Məhkum ərizəsini, eləcə də bunun məhkumun hüququ olmasına dair dövlət ittihamçısının çıxışını nəzərə alıb, cinayət - prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, həmin şikayətin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 04 noyabr 2022-ci il tarixli qərarından Məhku m tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1343/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1343/2023
01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver