Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1343/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum və Zərərçəkmiş şəxs iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 134-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 2024-cü il 25 dekabr tarixli, 1(103)-2500/2024 nömrəli qərarından məhkum və zərərçəkmiş şəxs tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-44/2024 nömrəli hökmü ilə (X3) xx xxx 1976-cı ildə Şuşa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şuşa şəhəri, S.Əsədov küçəsi ev 4, mənzil 8-də qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, hazırda azadlığın məhdudlaşdırılması cəzasını çəkən, Məhkum Azərbaycan Respublikası CM-nin 134-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini tö rətməkdə təqsirli bilinib 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək, üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsinin qoyulması, hökmün icrasına nəzarətin onun yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməsi, cəzasının çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Müdafiəçi2 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X9 və X5 ibarət tərkibdə) 2024-cü il 25 dekabr tarixli, 1(103)-2500/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən, Məhkum 20 oktyabr 2022-ci il tarixdə saat 08 radələrində ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs, arvadı Şahid1 xərclədiyi pulları onun ödəməsini tələb etməsi səbəbindən baş vermiş münaqişə zamanı üzəri ndə olan soyuq silah hesab edilməyən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat məişət təyinatlı turist bıçağını çıxardıb nümayiş etdirməklə, Zərərçəkmiş şəxs qarşı real əsaslara söykənən hədələr səsləndirərək öldürməklə hədələmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, cinayət işinin materiallarında onun ittiham olunduğu cinayət əməli üzrə təqsirsizliyini sübuta yetirən kifayət qədər bəraətverici əsaslar vardır. Belə ki, onun barəsində Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 3(004)1496/2023 saylı, 13 Mart 2023-cü il tarixli qərarından sonra Bakı şəhər Yasamal Rayon Prokurorluğunun təqdimatı əsasında cinayət məcəlləsi nin 134-cü maddəsi ilə istintaq işi aparılaraq zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs dostu Şahid2 Müşviq oğlunun və zərərçəkmişin azyaşlı oğlunun öyrədilərək vermiş olduqları ifadələrinə istinadən guya o, üzərində olan balaca brelok bıçaq ilə Zərərçəkmiş şəxs izləyərək hücum çəkmiş, öldürəcəyi ilə hədələmişdir. Bu faktları təsdiq edən isə hər hansı bir sübut nə istintaq orqanı, nə də zərərçəkmiş şəxs tərəfindən iş materiallarına əlavə edilməmişdir. Sübut olmaya olmaya istintaq orqanı olaraq müstəntiqin belə bir əsassız ittiham aktını qəbul etməsi ilə qəti razılaşmayaraq istintaq zamanı şahid qismində ifadə verən şəxslərdən birinin, ümumiyyətlə, azyaşlı olması ilə bərabər zərərçəkmiş şəxsin öz övladı olması, digər şahidin isə həmin cinayət işi üzrə istintaq tərəfindən əsassız olaraq zərərçəkmiş şəxs kimi tanıdığı Zərərçəkmiş şəxs dostu Şahid2 olduqlarından həmin şahidlərin həm istintaqda, həm də məhkəmə istintaqında təhrif olunmuş qaydada izahatlar verdikləri, həmin cinayət işi üzrə birbaşa maraqlı şəxslər hesab edilməklə ifadələri diktə olunmaqla yazıldığı üçün sübut kimi qəbul edilməməli və ittihamdan xaric olunaraq həmin cinayət işinə xitam verilərək bəraət hökmü çıxarılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxs kimi onun Zərərçəkmiş şəxs qarşı CM-in 134-cü maddəsində nəzərdə tutulmuş öldürməklə və ya sağlamlığına ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olmadığına görə, həmin hissədə cinayət işinə bəraətverici əsasla xitam verilməli idi. Lakin nədənsə məhkəmə həqiqətə nail olmaq və onun təqsirsizliyi ilə bağlı faktın təsdiq e dilməsində əsas olmuş sübutlara tam, hərtərəfli hüquqi qiymət verməyərək əsassız hökm çıxartmışdır. Apellyasiya instansiya məhkəməsi isə, ümumiyyətlə, nə müddətin keçməsini düzgün araşdırmamışdır, nə də apellyasia şikayətinin dəlillərinə nəzər yetirib barəsində bəraət hökmü çıxartmamışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 dekabr tarixli, 1(103)-2500/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi hökm çıxardığı zaman CPM-in və qanunvericiliyin digər norma və qaydalarını kobud surətdə pozmuşdur. Belə ki, cinayət işi i lk öncə Yasamal Rayon Məhkəməsinin icraatında olan vaxtdan bir çox prosessual norma və qaydalar kobud surətdə pozularaq hökm çıxarılmışdır. Məhkəmənin icraatı zamanı cinayət işi üzrə istər ibtidai istintaq dövründə və ya məhkəmə istintaqı zamanı onun verdiyi vəsatətlərin heç biri qərəzli şəkildə təmin edilməmişdir. Yalnız təqsirləndirilən şəxs Məhkum həqiqətə uyğun olmayan ifadələrinə istinad edərək cinayət işinə baxılmışdır. Təqsirləndirilən şəxsin ibtidai istintaq dövrü və ondan daha öncə təhqiqat zamanı verdiyi izahat və ifadələri, məhkəmə zamanı verdiyi ifadələr arasında çoxlu ziddiyətli məqamlar mövcuddur. Yasamal Rayon Məhkəməsi təqsirləndirilən şəxs və onun vəkili tərəfindən uydurulan məlumatlara diqqət yetirməmişdir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayət əməlinin olmasına diqqət yetirilməmişdir. Baxmayaraq ki, Yasamal RPİ-nin İŞ-si ilk öncə onun əməlində xırda xuliqanlıq əməlinin əlamətləri olduğundan, İXM-nin 510-cu maddəsi ilə aidiyyatı üzrə Yasamal Rayon Məhkəməsinə baxılması üçün göndərmiş olsa belə, məhkəmə işi hərtərəfli araşdıraraq onun əməlində inzibati yox, cinayət əməlinin olması barədə qənaətinə gələrək qərar qəbul etmişdir. Həmin qərardan təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinə şikayət etmiş olsa belə, Yasamal Rayon Məhkəməsinin həmin qərarı qüvvədə saxlanılmışdır. Bu isə o deməkdir ki, nəticə etibarı ilə onun əməlində xuliqanlıq cinayətinin əlamətləri olduğundan CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalı imiş. Lakin nə ibtidai istintaq dövründə və nədə ki məhkəmə istintaqı dövründə bu xüsusatların heç birin ə diqqət yetirilməmiş və qanunvericiliyin müddəaları kobud surətdə pozulmuşdur. Hətta bununla bağlı onun tələbləri və vəsatətləri olmasına baxmayaraq heç biri nəzərə alınmayaraq təmin olunmamışdır. Zərərçəkmiş şəxs kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 dekabr tarixli, 1(103)-2500/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxsin kassasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilm əsini, məhkumun kassasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli məhkum və zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 dekabr tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kass asiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkə məsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində ona bəraət verilməli olduğunu mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətində məhkuma qarşı irəli sürülmüş ittihamın ağırlaşdırılmalı olduğunu mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hal larla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitus iya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. H ər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunması, qarşı tərəfin kassasiya şikayətinin təmin olunmaması barədə məhkumun və zərərçəkmiş şəxsin, hər iki kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Zərərçəkmiş şəxs kassasiya şikayətində məhkuma qarşı irəli sürülmüş ittihamın ağırlaşdırılmalı olmasını, bu məqsədlə məhkumun əməlinin CM-in 134-cü maddəsindən CM-in 221.3-cü maddəsinə tövsif edilməli olduğunu iddia edərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və işə yenidən baxılmasını xahiş etmişdir. Bu tələblə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Belə CPM-in “Məhkəmə baxışının hədləri” adlanan 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Düzdür, CPM-in 318.2-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxara bilər. Lakin CPM bu hüquqdan istifadə etmək imkanını zərərçəkmiş şəxsə yalnız işə birinci instan siya məhkəməsində baxılarkən vermişdir. Bu hüquq və imkandan Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə istifadə eilməsinə CPM-in müddəaları imkan vermir. Cinayət işinin materiallarından da göründüyü kimi, zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin hökmü ilə və deməli, məhkuma qarşı irəli sürülmüş ittihamla da razılaşmış və apellyasiya şikayəti də verməmişdir. Bundan əlavə, cinayət işinin materiallarında zərərçəkmiş şəxsin dəlillərini dəstəkləyən heç bir sübut növü mövcud deyil. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, müdafiə tərəfi kassasiya şikayətində irəli sürül ən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında yoxlanılmış və qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkum ona qarşı CM-in 134-cü maddəsi ilə irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlini törətmə si iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Məhkum cinayət məsuliyyətinə cəlb edilməsi müddəti keçməsinə baxmayaraq, bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum tərəfindən cinayət hadisəsi (əməli) 20 oktyabr 2022-ci il tarixdə törədilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının yekun qərarı isə 25 dekabr 2024-cü il tarxidə çıxarılmışdır. Məhkum təqsirli bilinərək məhkum edildiyi CM-in 134-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxildir. CM-in 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cə lb edilə bilməz. CM-in 75.2-ci maddəsində göstərilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. CPM-in 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan oldunduğu andan dərhal sonra qüvvəyə minir. CPM-in 39.1.3-cü maddəsində göstərilmişdir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir.) CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin CPM-in 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. CPM-in 44.2.1-ci maddəsində göstərilmişdir ki, CPM-in 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda – təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiaysı hesab edir ki, zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin edilməməli, məhkumun kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilməli, məhkum ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilmədiyindən və ona bəraət verilməli olduğunu bildirdiyindən, bu hal məhkumun onun barəsində cinayət təqsibinə xitam verilməsi ilə razılaşmaması kimi qiymətləndirilməli, Məhkum təqsirli bilindiyi Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə cəza təyin edilməməli, Məhkum dərhal azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2024-cü il 3 oktyabr tarixli, 1(004)-44/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 dekabr tarixli, 1(103)-2500/2024 nömrəli qərarı, Məhkum tərəfindən ve rilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə cəza təyin edilməsin. Məhkum dərhal azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Qərar, məhkumun kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1343/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1343/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver