Məhkəmə qərarları › İş №1(102)-1344/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1344/2019

19.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1344/2019 19.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2016-cı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2 -ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2016-cı il tarixli hökmü ilə (hakimlər: R.İ.Hüseynov (sədrlik edən), Ə.Z.Süleymanov və X.H.Səmədovdan ibarət tərkibdə) xx.xx.1953-cü ildə Şəki rayonu, Qayabaşı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, «Aqrolizinq» açıq səhmdar cəmiyyətinin Şəki rayonu regional aqroservis və təchizat bazasının müdiri vəzifəsində işləmiş, məhkum olunmayan, Şəki rayonu, Turan qəsəbəsində yaşamaqla həmin ünvanda qeydiyyatda olan Məhkum, Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş 8 il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 3 il sınaq müddəti təyin edilməsi, üzərinə sınaq müddətində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, davranışına nəzarətin Şəki rayon icra şöbəsinə həvalə edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 avqust 2017-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, təqsirləndirilən Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2016-cı il tarixli, 1(091)-05/2016 saylı hökmü dəyişdirilmiş, Məhkum təyin edilmiş cəza dəyşdirilməməsi, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə məhkum edilməsi hissəsində mineral gübrələri adlarına gübrə satışı rəsmiləşdirilmiş şəxslərə deyil, X22 tərəfindən rəsmi sənədlər saxtalaşdırılmaqla onunla qabaqcadan əlbir olub istintaqa məlum olmayan digər şəxslərə satılmaqla əldə edilmiş və mənimsənilməklə talanmış vəsaitin miqdarının 23.808,69 manat müəyyən edilməsi, X48, X34, X77, X150 və X131 adına olan Şəki rayonu Qa ratorpaq sahəsində olan 15 (on beş) hektar torpaq sahəsi X132, X100, X151, X208 və X152, X10 adına olan Şəki rayonu Qaratorpaq kəndində yerləşən 3 (üç) hektar torpaq sahəsi X18 qaytarılması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 avqust 2017-ci il tarixli qərarı təqsirləndirilən Məhkum dair hissədə ləğv edilmiş və cinayət işi həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və məhkum tərəfindən verilmiş apelly asiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X153 (sədrlik edən və məruzəçi), X181 və X146 oğlundan ibarət tərkibdə) 24 aprel 2019-cu il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2016-cı il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə məhkum edilməsi hissəsində mineral gübrələri adlarına gübrə satışı rəsmiləşdirilmiş şəxslərə deyil, X22 tərəfindən rəsmi sənədlər saxtalaşdırılmaqla onunla qabaqcadan əlbir olub istintaqa məlum olmayan digər şəxslərə satılmaqla əldə edilmiş və mənimsənilməklə talanmış vəsaitin miqdarı 23.808,69 manat müəyyən edilmiş, X48, X 34, X77, X150 və X131 adına olan Şəki rayonu Qaratorpaq sahəsində olan 15 (on beş) hektar torpaq sahəsi X132, X100, X151, X208 və X152, X10 adına olan Şəki rayonu Qaratorpaq kəndində yerləşən 3 (üç) hektar torpaq sahəsi X18 qaytarılmış, hökm, baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi kassasiya şikayəti verərək qərarının dəyişdirilməsi, məhkumun əməlinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrə tövsif edilməsini və cinayət məsuliyyətinə cəlb etmə müddəti ötdüyünə görə CM-nin 39.1.3-cü maddəsi ilə müəyyən edilən əsasa görə Məhkum barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum təqsirli bilinmişdir ona görə ki, o, 08 dekabr 2005-ci il tarixdən 27 avqust 2012-ci il tarixədək «Aqrolizinq» açıq səhmdar cəmiyyətinin Şəki rayonu regional aqroservis və təchizat bazasının anbardarı vəzifəsində işləyərkən bazanın müdiri X78 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında filialın anbarına mədaxil olunmaqla kənd təsərrüfatı məhsullarının istehsalçılarına 10% müddətli ödənişlə satılması nəzərdə tutulmuş azot və superfosfat gübrəsini, yəni ona etibar edilmiş əmlakı talama məqsədilə, bazanın anbardarı ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək, məlumatları olmadığı halda mülkiyyətlərində, istifadələrində və icarələrində olan torpaq sahələrinə dair sənədlərindən istifadə edib Şəki və digər ətraf rayonlarda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan və olmayan ayrı-ayrı şəxslərə, o cümlədən X101 23.01.2006-cı il tarixli 9 №-li müqavilə ilə 360.64 manat dəyərində 2 ton azot, X49 24.01.2006-cı il tarixli 10 №-li müqavilə ilə 1835.65 manat dəyərində 5 ton azot və 5 ton superfosfat, X35 27.01.2006-cı il tarixli 15 №-li müqavilə ilə 1835.65 manat dəyərində 5 ton azot və 5 ton superfosfat, X102 07.02.2006-cı il tarixli 31 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, X3 07.02.2006-cı il tarixli 32 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, X23 07.02.2006-cı il tarixli 34 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, 17.04.2006-cı il tarixli 173 №-li müqavilə ilə 1680 manat dəyərində 10 ton azot, X103 07.02.2006-cı il tarixli 38 №-li müqavilə ilə 901.60 manat dəyər ində 5 ton azot, X104 07.02.2006-cı il tarixli 39 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, X133 07.02.2006-cı il tarixli 30 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, X50 07.02.2006-cı il tarixli 35 №-li müqavilə ilə 1835.65 manat dəyərində 5 ton azot və 5 ton superfosfat, X79 07.02.2006-cı il tarixli 37 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, X51 07.02.2006-cı il tarixli 40 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, X52 09.02.2006-cı il tarixli 56 №-li müqavilə ilə 1316.34 manat dəyərində 7,3 ton azot, X105 09.02.2006-cı il tarixli 51 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, X53 15.02.2006-cı il tarixli 61 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, X154 18.02.2006-cı il tarixli 64 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, X80 18.02.2006-cı il tarixli 65 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, X106 18.02.2006-cı il tarixli 66 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, X107 18.02.2006-cı il tarixli 67 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, X54 24.02.2006-cı il tarixli 75 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, X81 24.02.2006-cı il tarixli 76 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, X36 24.02.2006-cı il tarixli 77 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, X82 24.02.2006-cı il tarixli 78 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, X108 25.02.2006-cı il tarixli 80 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, X167 25.02.2006-cı il tarixli 79 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, X8 25.02.2006-cı il tarixli 82 №-li müqavilə ilə 540.96 manat dəyərində 3 ton azot, X134 27.02.2006-cı il tarixli 85 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, X109 27.02.2006-cı il tarixli 87 №-li müqavilə ilə 830.91 manat dəyərində 1,5 ton azot və 3 ton superfosfat, X83 02.03.2006-cı il tarixli 89 №-li müqavilə ilə 934.05 manat dəyərində 5 ton superfosfat, X19 06.03.2006-cı il tarixli 91 №-li müqavilə ilə 1835.65 manat dəyərində 5 ton azot və 5 ton superfosfat, X135 06.03.2006-cı il tarixli 90 №-li müqavilə ilə 11179.84 manat dəyərində 62 ton azot, X110 22.03.2006-cı il tarixli 102 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, X136 22.03.2006-cı il tarixli 104 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, “Turan” kəndli fermer təsərrüfatına 22.03.2006-cı il tarixli 108 №-li müqavilə ilə 10819.20 manat dəyərində 60 ton azot, X55 22.03.2006-cı il tarixli 103 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, X84 22.03.2006-cı il tarixli 105 №-li müqavilə ilə 1803.20 manat dəyərində 10 ton azot, “Kənan” firmasına 23.03.2006-cı il tarixli 106 №-li müqavilə ilə 10819.20 manat dəyərində 60 ton azot, “Nur” kəndli fermer təsərrüfatına 23.03.2006-cı il tarixli 107 №-li müqavilə ilə 10819.20 manat dəyərində 60 ton azot, X56 25.03.2006-cı il tarixli 115 №-li müqavilə ilə 991.76 manat dəyərində 5,5 ton azot, X111 25.03.2006-cı il tarixli 116 №-li müqavilə ilə 721.28 manat dəyərində 4 ton və 19.09.2006-cı il tarixli 271 №-li müqavilə ilə 336 manat dəyərində 2 ton azot, X24 25.03.2006-cı il tarixli 119 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton və 13.10.2006-cı il tarixli 298 №-li müqavilə ilə 840 manat dəyərində 5 ton azot, X137 25.03.2006-cı il tarixli 109 №-li müqavilə ilə 1991 manat dəyərində 11 ton azot, X25 25.03.2006-cı il tarixli 112 №-li müqavilə ilə 908.09 manat dəyərində 4 ton azot və 1 ton superfosfat, X85 25.03.2006-cı il tarixli 113 №-li müqavilə ilə 905 manat dəyərində 5 ton azot, X112 25.03.2006-cı il tarixli 114 №-li müqavilə ilə 1086 manat dəyərində 6 ton azot, X26 25.03.2006-cı il tarixli 117 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, X86 25.03.2006-cı il tarixli 118 №-li müqavilə ilə 162.29 manat dəyərində 0,9 ton azot, X113 28.03.2006-cı il tarixli 121 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, X87 28.03.2006-cı il tarixli 123 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, X37 29.03.2006-cı il tarixli 130 №-li müq avilə ilə 360.64 manat dəyərində 2 ton azot, X88 29.03.2006-cı il tarixli 129 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, X138 29.03.2006-cı il tarixli 131 №-li müqavilə ilə 901.60 manat dəyərində 5 ton azot, X114 30.03.2006-cı il tarixli 132 №-li müqavilə ilə 540.96 manat dəyərində 3 ton azot, X57 30.03.2006-cı il tarixli 138 №-li müqavilə ilə 905 manat dəyərində 5 ton azot, X58 02.04.2006-cı il tarixli 144 №-li müqavilə ilə 633.50 manat dəyərində 3,5 ton azot, X38 08.04.2006-cı il tarixli 145 №-li müqavilə ilə 905 manat dəyərində 5 ton azot, X115 08.04.2006-cı il tarixli 148 №-li müqavilə ilə 905 manat dəyərində 5 ton azot, X59 08.04.2006-cı il tarixli 146 №-li müqavilə ilə 905 manat dəyərində 5 ton azot, X116 08.04.2006-cı il tarixli 147 №-li müqavilə ilə 905 manat dəyərində 5 ton azot, X89 12.04.2006-cı il tarixli 151 №-li müqavilə ilə 1810 manat dəyərində 10 ton azot, X60 12.04.2006-cı il tarixli 152 №-li müqavilə ilə 1821.62 manat dəyərində 8 ton azot və 2 ton superfosfat, X61 12.04.2006-cı il tarixli 156 №-li müqavilə ilə 362 manat dəyərində 2 ton azot, X117 17.04.2006-cı il tarixli 161 №-li müqavilə ilə 840 manat dəyərində 5 ton azot, X5 17.04.2006-cı il tarixli 171 №-li müqavilə ilə 840 manat dəyərində 5 ton azot, X139 17.04.2006-cı il tarixli 175 №-li müqavilə ilə 840 manat dəyərində 5 ton azot, X90 17.04.2006-cı il tarixli 159 №-li müqavilə ilə 1086 manat dəyərində 6 ton azot, X62 17.04.2006-cı il tarixli 162 №-li müqavilə ilə 840 manat dəyərində 5 ton azot, X63 17.04.2006-cı il tarixli 164 №-li müqavilə ilə 252 manat dəyərində 1,5 ton azot, X11 17.04. 2006-cı il tarixli 172 №-li müqavilə ilə 840 manat dəyərində 5 ton azot, X12 17.04.2006-cı il tarixli 174 №-li müqavilə ilə 840 manat dəyərində 5 ton azot, X91 17.04.2006-cı il tarixli 176 №-li müqavilə ilə 672 manat dəyərində 4 ton azot, X92 19.04.2006-cı il tarixli 178 №-li müqavilə ilə 3175.77 manat dəyərində 17 ton superfosfat, X39 23.04.2006-cı il tarixli 191 №-li müqavilə ilə 1868.10 manat dəyərində 10 ton superfosfat, X13 23.04.2006-cı il tarixli 181 №-li müqavilə ilə 2802.15 manat dəyərində 15 ton superfosfat, X64 24.04.2006-cı il tarixli 199 №-li müqavilə ilə 840 manat dəyərində 5 ton azot, X93 24.04.2006-cı il tarixli 192 №-li müqavilə ilə 840 manat dəyərində 5 ton azot, X118 24.04.2006-cı il tarixli 193 №-li müqavilə ilə 1868.10 manat dəyərində 10 ton superfosfat, X119 24.04.200 6-cı il tarixli 198 №-li müqavilə ilə 1868.10 manat dəyərində 10 ton superfosfat, X4 24.04.2006-cı il tarixli 200 №-li müqavilə ilə 840 manat dəyərində 5 ton azot, X65 24.04.2006-cı il tarixli 201 №-li müqavilə ilə 1120.86 manat dəyərində 6 ton superfosfat, X94 24.04.2006-cı il tarixli 202 №-li müqavilə ilə 1868.10 manat dəyərində 10 ton superfosfat, X66 24.04.2006-cı il tarixli 203 №-li müqavilə ilə 1868.10 manat dəyərində 10 ton superfosfat, X1 25.04.2006-cı il tarixli 204 №-li müqavilə ilə 1680 manat dəyərində 10 ton azot, X6 25.04.2006-cı il tarixli 206 №-li müqavilə ilə 1680 manat dəyərində 10 ton azot, X168 25.04.2006-cı il tarixli 207 №-li müqavilə ilə 1680 manat dəyərində 10 ton azot, X169 25.04.2006-cı il tarixli 208 №-li müqavilə ilə 1680 manat dəyərində 10 ton azot, X2 25.04.200 6-cı il tarixli 209 №-li müqavilə ilə 1680 manat dəyərində 10 ton azot, X9 25.04.2006-cı il tarixli 210 №-li müqavilə ilə 1680 manat dəyərində 10 ton azot, X67 25.04.2006-cı il tarixli 211 №-li müqavilə ilə 1176 manat dəyərində 7 ton azot, X95 19.05.2006-cı il tarixli 235 №-li müqavilə ilə 840 manat dəyərində 5 ton azot, X120 30.05.2006-cı il tarixli 244 №-li müqavilə ilə 1028.50 manat dəyərində 5,5 ton azot, X27 30.06.2006-cı il tarixli 253 №-li müqavilə ilə 3740 manat dəyərində 20 ton azot, X68 30.06.2006-cı il tarixli 256 №-li müqavilə ilə 3740 manat dəyərində 20 ton azot, X28 03.07.2006-cı il tarixli 255 №-li müqavilə ilə 3740 manat dəyərində 20 ton azot, X140 03.07.2006-cı il tarixli 257 №-li müqavilə ilə 3740 manat dəyərində 20 ton azot, X96 04.07.2006-cı il tarixli 260 №-li müqavilə ilə 3740 manat dəyərində 20 ton azot, X40 04.07.2006-cı il tarixli 261 №-li müqavilə ilə 3740 manat dəyərində 20 ton azot, X141 04.07.2006-cı il tarixli 258 №-li müqavilə ilə 3740 manat dəyərində 20 ton azot, X69 05.07.2006-cı il tarixli 259 №-li müqavilə ilə 3740 manat dəyərində 20 ton azot, X20 05.07.2006-cı il tarixli 262 №-li müqavilə ilə 3740 manat dəyərində 20 ton azot, X142 05.07.2006-cı il tarixli 263 №-li müqavilə ilə 3740 manat dəyərində 20 ton azot, X121 05.07.2006-cı il tarixli 264 №-li müqavilə ilə 3740 manat dəyərində 20 ton azot, X41 08.07.2006-cı il tarixli 266 №-li müqavilə ilə 28021.50 manat dəyərində 150 ton superfosfat, X42 06.07.2006-cı il tarixli 265 №-li müqavilə ilə 3740 manat dəyərində 20 ton azot, X29 18.08.2006-cı il tarixli 268 №-li müqavilə ilə 16800 manat dəy ərində 100 ton azot, Şəki rayon Aşağı GöynükKöndələn bələdiyyəsinə 20.09.2006-cı il tarixli 273 №-li müqavilə ilə 12155 manat dəyərində 15 ton azot və 50 ton superfosfat, Şəki rayon Çayqaraqoyunlu bələdiyyəsinə 26.09.2006-cı il tarixli 284 №-li müqavilə ilə 24310 manat dəyərində 100 ton superfosfat və 30 ton azot, X70 26.09.2006-cı il tarixli 283 №-li müqavilə ilə 11208.60 manat dəyərində 60 ton superfosfat, Şəki rayon Göybulaq bələdiyyəsinə 27.09.2006-cı il tarixli 285 №-li müqavilə ilə 1870 manat dəyərində 10 ton superfosfat, Şəki rayon Turan bələdiyyəsinə 28.09.2006-cı il tarixli 287 №-li müqavilə ilə 21720 manat dəyərində 120 ton azot, Şəki rayon Baş Göynük bələdiyyəsinə 29.09.2006-cı il tarixli 288 №-li müqavilə ilə 14919.10 manat dəyərində 20,5 ton azot və 60 ton superfosfat, X30 3 0.09.2006-cı il tarixli 289 №-li müqavilə ilə 2856 manat dəyərində 17 ton azot, Şəki rayon Qaratorpaq bələdiyyəsinə 02.10.2006-cı il tarixli 292 №-li müqavilə ilə 18700 manat dəyərində 100 ton superfosfat, X31 10.10.2006-cı il tarixli 295 №-li müqavilə ilə 5040 manat dəyərində 30 ton azot, X97 13.10.2006-cı il tarixli 297 №-li müqavilə ilə 5040 manat dəyərində 30 ton azot, “Turan” məhdud məsuliyyətli cəmiyyətinə 17.10.2006-cı il tarixli 299 №-li müqavilə ilə 35530 manat dəyərində 190 ton superfosfat, X71 17.10.2006-cı il tarixli 300 №-li müqavilə ilə 1176 manat dəyərində 7 ton azot, X14 03.11.2006-cı il tarixli 302 №-li müqavilə ilə 18681 manat dəyərində 100 ton superfosfat, X122 10.11.2006-cı il tarixli 306 №-li müqavilə ilə 1680 manat dəyərində 10 ton azot, X15 22.11.2006-cı il tarixli 3 10 №-li müqavilə ilə 48870 manat dəyərində 270 ton azot, X143 24.11.2006-cı il tarixli 313 №-li müqavilə ilə 65450 manat dəyərində 350 ton azot, X16 08.12.2006-cı il tarixli 316 №-li müqavilə ilə 33600 manat dəyərində 200 ton azot, X144 11.12.2006-cı il tarixli 317 №-li müqavilə ilə 59840 manat dəyərində 320 ton azot, X17 12.12.2006-cı il tarixli 318 №-li müqavilə ilə 23375 manat dəyərində 125 ton azot, X72 14.12.2006-cı il tarixli 322 №-li müqavilə ilə 18700 manat dəyərində 100 ton superfosfat, “Fərxad-Abbas” kəndli fermer təsərrüfatına 22.12.2006-cı il tarixli 325 №-li müqavilə ilə 33600 manat dəyərində 200 ton azot, Zərərçəkmiş şəxs1 25.12.2006-cı il tarixli 326 №-li müqavilə ilə 50400 manat dəyərində 300 ton azot gübrəsinin satılmasını rəsmiləşdirərək, qeyd olunan fiziki və hüquqi şəxs lərə guya sənədlərdə göstərilən miqdarda və məbləğdə azot gübrəsi satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədləri pestisidlərin və aqrokimyəvi maddələrin müddətli ödənişlə satılması barədə müqavilələri, qaimələri, təhvil-təslim aktlarını, sifarişləri, ipoteka müqavilələrini tərtib etdirib, həmin sənədlərdə adlarına gübrə rəsmiləşdirilən şəxslərin imzalarının saxtalaşdırılmasını təmin edib, sənədləri imzası və bazanın möhürü ilə təsdiqləyərək, qeyd olunan şəxslərin adlarına rəsmiləşdirilmiş 3313,05 ton azot və 1245,15 ton superfosfat, eyni zamanda Mehman Məmmədovun adına rəsmiləşdirilmiş 2 ton azot gübrəsindən 181 manat dəyərində 1 ton, İlham Hüseynovun adına rəsmiləşdirilmiş 350 ton azot gübrəsindən 37400 manat dəyərində 200 ton, X3in ad ına rəsmiləşdirilmiş 320 ton azot gübrəsindən 29920 manat dəyərində 160 ton olmaqla, ümumilikdə 2791,2 ton azot və 1168 ton superfosfat gübrələrini 09.01.2006-cı il tarixdən 26.12.2006-cı il tarixədək olan dövrdə istintaqa məlum olmayan hüquqi və fiziki şəxslərə sataraq həmin mineral gübrələrin satışından əldə olunmuş 691.083.97 ( altı yüz doxsan bir min səksən üç ) manat 97 qəpik pulu Məhkumla öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qulluq mövqeyindən istifadə edib onlara etibar olunmuş külli miqdarda özgə əmlakını mənimsəməklə talamışlar. Bundan əlavə, Məhkum qeyd olunan vəzifədə işləyərkən öz cinayət əməllərini davam etdirərək təkrarən eyni niyyətlə öz qulluq mövqeyindən istifadə edib filialın anbarına mədaxil olunmaqla kənd təsərrüfatı məhsullarının istehsalçılarına 10% m üddətli ödənişli satılması nəzərdə tutulmuş azot gübrəsini, yəni ona etibar edilmiş əmlakı talama qərarına gələrək, 2007-ci ilin yanvar aprel aylarında filialın (bazanın) müdiri X155 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girib, məlumatları olmadığı halda mülkiyyətlərində, istifadələrində və icarələrində olan torpaq sahələrinə dair sənədlərindən istifadə etməklə Şəki və digər ətraf rayonlarda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan və olmayan ayrı-ayrı fiziki və hüquqi şəxslərin adlarına, o cümlədən X29 04.01.2007-cı il tarixli 01 №-li müqavilə ilə 20160 manat dəyərində 120 ton, X73 04.01.2007-cı il tarixli 02 №-li müqavilə ilə 285.60 manat dəyərində 1,7 ton, X21 04.01.2007-cı il tarixli 03 №-li müqavilə ilə 378 manat dəyərində 2,25 ton, «Şəki» rayon kooperativ cəmiyyə tinə 05.01.2007-cı il tarixli 04 №-li müqavilə ilə 37400 manat dəyərində 200 ton, X156 08.01.2007-ci il tarixli 04 №-li müqavilə ilə 26180 manat dəyərində 140 ton, X43 10.01.2007-cı il tarixli 07 №-li müqavilə ilə 48720 manat dəyərində 290 ton, X44 11.01.2007-cı il tarixli 08 №-li müqavilə ilə 672 manat dəyərində 4 ton, X123 15.01.2007-cı il tarixli 10 №-li müqavilə ilə 20160 manat dəyərində 120 ton, Şəki rayon Qaratorpaq bələdiyyəsinə 23.04.2007-cı il tarixli 11 №-li müqavilə ilə 21840 manat dəyərində 130 ton, Şəki rayon Turan bələdiyyəsinə 24.04.2007-cı il tarixli 12 №-li müqavilə ilə 21084 manat dəyərində 125,5 ton, Şəki rayon Aşağı Layısqı bələdiyyəsinə 25.04.2007-cı il tarixli 13 №-li müqavilə ilə 21840 manat dəyərində 130 ton, Şəki rayon Baş Göynük bələdiyyəsinə 26.04.2007-cı il ta rixli 14 №-li müqavilə ilə 21840 manat dəyərində 130 ton azot gübrəsi satılmasını rəsmiləşdirərək, qeyd olunan şəxslərə guya sənədlərdə göstərilən miqdarda və məbləğdə azot gübrəsinin satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədləri - pestisidlərin və aqrokimyəvi maddələrin müddətli ödənişlə satılması barədə müqavilələri, təhvil-təslim aktlarını, qaimələri tərtib etdirib, həmin sənədləri imzası və filialın möhürü ilə təsdiqləyərək, qeyd olunan şəxslərin adlarına rəsmiləşdirilmiş 1253,45 ton, eyni zamanda İlqar Əmənovun adına rəsmiləşdirilmiş 140 ton azot gübrəsindən 40 tonunu, ümumilikdə 1293,45 ton azot gübrəsini istintaqa məlum olmayan hüquqi və fiziki şəxslərə sataraq, 04 yanvar 2007-ci il tarixdən 27 aprel 2007-ci il tarixədək olan mü ddət ərzində həmin mineral gübrələrin satışından əldə olunmuş cəmi 221.859,60 (iki yüz iyirmi bir min səkkiz yüz əlli doqquz) manat pulu X1la öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarılmış, törədilmiş əməlin tövsifində səhvə yol verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, Məhkum Şəki RATB-nin anbardarı vəzifəsində işləyərkən sənədləşmənin forması və növündən məlumatsız olmuş, Bazanın anbarından gübrə buraxılışını Şəki RATB-nin mühasibatlığının təqdim etdiyi qaimə əsasında həyata keçirmişdir. Cinayət işinin materiallarında Şəki RATB-nin ilkin mühasibat sənədləri olmadığından kənd təsərrüfa tı istehsalçıları olan adlarına 10%li gübrə satışı rəsmiləşdirilmiş fiziki və hüquqi şəxslə bağlanmış alqı-satqı və ipoteka müqavilələri, gübrə alınması üçün ərizələr və gübrənin anbardan alıcıya buraxılması barədə qaimələr və digər sənədlərdə mineral gübrə alınması barədə imzaların kimin tərəfindən edildiyi nəticəsinə gəlməsi mümkün olmamışdır. Qeyd olunan fiziki və hüquqi şəxslərin mineral gübrələri almaması barədə nəticəyə ibtidai araşdırma orqanı, məhkəmələr yalnız həmin şəxslərin və ya onların nümayəndələrinin verdiyi ifadələr və izahatlar nəticəsində gəlmişdir. Məhkəmələr bütün şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll etməli olduğu halda bunu etməmiş və 1-ci instansiya məhkəməsi Məhkum X1la birlikdə dövlət əmlakım talaması kimi əsassız ittiham edilməsi barədə hökm çıxarmış və 2 -ci instansiya məhkəməsi isə hökmdən verilmiş şikayətini bu hissədə təmin etməmişdir. İbtidai araşdırma zamanı Məhkum tərəfindən X4-yə vurulmuş zərərin miqdarı, onun hesabında olan çatışmazlığın həcmi və xarakteri barədə hər hansı sübut toplanmamış və araşdırma bir tərəfli, ittiham yönümlü aparılmışdır.verilmişdir. Birinci instansiya məhkəməsinin X4-yə etdiyi sorğuya cavab olaraq, sonuncuya Şəki RATB-nin vəzifəli şəxsləri tərəfindən vurulmuş zərərin miqdarı müəyyən edilsə də, məhkəmə özünün topladığı sübuta qiymət verməkdən yayınmışdır. Nəticədə Məhkum əməli yalnış tövsif olunmuşdur. Məhkəmə isə Məhkum ədalətli məhkəmə qarşısında dayanmaq hüququnu pozaraq, bir tərəfli - ittiham xarakterli hökm çıxararaq, onun əməlinin cinayət olmasını istisna edən və ya əməlinin ictimai təhlükəliliyini aza ldan hallara qiymət verməkdən yayınmışdır. Qeyd olunanlar nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2019-cu il tarixli qərarını Məhkum aid hissədə dəyişdirilməsini, X1un və Məhkum hesabında gübrə çatışmazlığının 8513,23 manat müəyyən edilməsi və bu çatışmazlığa görə Məhkum əməlini CM-nin 179.2.1-ci, 179.2.3-cü və 179.2.4-cü maddələrinə, X5un və Məhkum hesabında 29.253,35 manat gübrə çatışmazlığına görə Məhkum əməlini CM-nin 179.2.1-ci və 179.2.4-cü maddələrinə (Cinayət Məcəlləsinə yeni dəyişikliklər nəzərə alınmaqla) tövsif edilməsini, cinayət məsuliyyətinə cəlb etmə müddəti ötdüyünə görə CM-nin 39.1.3-cü maddəsi ilə müəyyən edilən əsasa görə Məhkum barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiya sı işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinc i və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Kollegiya hesab edir ki, məhkəmə tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilmiş, işin faktiki hallarına uyğun nəticəyə gəlinmişdir. Məhkum ifadəsində göstərmişdir ki, Şəki region al aqroservis və təhcizat bazasından Qaratorpaq bələdiyyəsinə 18700 manat məbləğində 100 ton superfosfat gübrəsinin müddətli ödənişlə satılmasına dair 02 oktyabr 2006-cı il tarixli müqavilədə, eyni tarixli qaimədə, gübrənin təhvil təsliminə dair aktın və sifarişin surətlərində, həmçinin 21.840 manat məbləğində 130 ton azot gübrəsinin müddətli ödənişlə satılmasına dair 23 aprel 2007-ci il tarixli 11 nömrəli müqavilənin, eyni tarixli qaimənin, gübrənin təhviltəsliminə dair aktın və sifarişin surətlərində Qaratorpaq bələdiyyəsinin sədri və bazanın anbardarı kimi imzalar ona məxsusdur. Sənədlərə bələdiyyənin möhürü onun tərəfindən vurulmuşdur. 2006-cı ilin oktyabr və 2007-ci ilin aprel ayında bələdiyyə ərazisində yaşayan sakinlər üçün gübrə almaq məqsədi ilə bazaya müraciət etmiş, həmin vaxtla r bazanın müdirləri işləmiş X5 və X1la qeyd olunan müqavilələri bağlamış, sənədlərə imzalar etmiş, hər dəfə müraciət edən zaman X5 və X1 sənədləri imzaladıqdan bir neçə gün sonra gübrə alacağını demiş, lakin sonradan müqavilələrdə göstərilən 100 ton superfosfat və 130 ton azot gübrəsi bazanın anbarından bələdiyyəyə verilməmiş, həmin gübrələr bələdiyyəyə mədaxil edilməmişdir. X5 və X1 qeyd olunan sənədləri ləğv edəcəyini ona demişlər. Onlara inanmışdır Məhkəmələr Məhkum istinad edilən cinayət əməlini törətməsini,özünün qismən etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları, habelə iş materiallarına əlavə edilmiş digər mötəbər sübutların məcmuyu ilə sübuta yetirildiyi nəticəsinə gəlmişdir. Kollegiya işin hallarına əsasən hesab edir ki,məhkənələrin nəticəsi işin faktiki hallarına uyğundur. Müdafiə tərəfinin göstərdiyi həmin arqumentlər zərərçəkmiş şəxsilərn və şahidlərin ifadələri, üzləşdirmə, dindirmə protokolları, ekspert rəyləri, işin digər obyektiv halları ilə təkzib olunur. Kassasiya şikayətində göstərilən dəlillər məhkumun müdaiəçisinin eyni məzmunlu apellyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri hərtərəfli araşdırıb qərar qəbul etmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin təmin edilməsi və cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə uyğun pozuntular müəyyən edilmədiyin dən kassasiya şikayətləri təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar