Məhkəmə qərarları › İş №1(102)-1344/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1344/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1344/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 32.4, 206.3.2, 2 34.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: A.Ə.Musayev (sədrlik edən), X.A.Nuriyev və O.Y.Cəlilovdan ibarət tərkibdə) 26 avqust 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1983-cü il tarixdə Lənkəran rayonu doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olan, Lənkəran rayonu qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmək də təqsirli bilinərək ona CM-nin 32.4,206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 may 2019-cu il tarixli, 1(99)-175/2019 nömrəli hökmü ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasını hazırki iş üzrə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 23 yanvar 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər: Novruzov X3 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə) Məhkum müdafiəçisi X4 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 6 (altı) il 6 (altı) ay azadlıqdan mərhum etmə cəzasının müddəti 6 (altı) ilə endirilmiş və CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza birinci instansiya məhkəməsin in hökmü ilə CM-nin 32.4, 206.3.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla Məhkum qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 may 2019-cu il tarixli, 1(99)-175/2019 nömrəli hökmü ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasını hazırki iş üzrə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum CM-nin 32.4,206.3.2, 234.4.1 və 234.4.3-cü maddəl əri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, 2018-ci ilin oktyabr ayında X9 və şəxsiyyəti ibtidai istintaq orqanı tərəfindən konkret olaraq müəyyən edilməmiş şəxslə ona çatdırılması üçün İran İslam Respublikasının Astara şəhərində cinayətkar qrupun digər üzvü tərəfindən X5 təhvil veriləcək külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı cinayətkar niyyətlərin həyata keçirilməsi barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən, həmçinin, X6 İran İR-in Astara şəhərində ona çatdırmaq üçün əldə edəcəyi külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini üzərində Azərbaycan Respublikası ərazi sinə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməyə təhrik etdikdən sonra 21 oktyabr 2018-ci il tarixdə X9 ümumi razılaşdırılmış göstərilən cinayətkar niyyətə uyğun olaraq Azərbaycan Respublikasında Məhkum çatdırılması üçün, yəni satış məqsədi ilə qanunsuz olaraq iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 56,520 qram və 9,847 qram, ümumi təmiz çəkisi 66,367 qram olmaqla külli miqdar təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd bükümdə təmiz çəkisi 30,148 qram olmaqla külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış metamfetamini İran İR-in Astara şəhərində cinayətkar qrupun digər üzvündən əldə etmiş, bir ədəd uzunsov formada qablaşdırılmış bükümdə düz bağırsağında yerləşdirib və gizlədib saxlamaqla mallar ın aşkar edilməsini çətinləşdirən üsuldan istifadə edib daşımış, 22 oktyabr 2018-ci il tarixdə saat 01 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun piyada keçid xəttindəki Azərbaycan Respublikası ərazisinə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli. Yəni qaçaqmalçılıq yolu ilı keçirmişdir. Həmin heroin və metamfetamin 22 oktyabr 2018-ci il tarixdə X9 ilə bağlı keçirilmiş gömrük nəzarəti üzrə Astara Rayon Mərkəzi Xəstəxanasında sonuncunun rentgenoloji müayinəsi zamanı daxili orqanı olan düz bağırsağından aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən barəsində olan yüngülləşdirici halların və işin faktiki hallarının nəzərə alınmadığını qeyd edərək, ailə vəziyyətinin, biri İİİ qrup əlil olmaqla himayəsində iki azyaşlı övladının olmasını, özünün İİİ qrup əlil olmasını, atasının olmaması, yaşlı xəstə anasının onun himayəsində olmasını, evin tək qazanc yeri olmasını vurğulayaraq kassasiya şikayətinin təmin olunmasını, barəsində ədalətli və humanist qərar qəbul edilməsini və ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instans iyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcə llənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsas ən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə si hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunu r ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayə t Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıd ır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Bununla yanaşı, qanunverici CM-nin 62-ci maddəsinin tətbiqinə əsas ola biləcək məsuliyyəti yüngülləşdirən halların dairəsini konkretləşdirmir, yəni belə hallar həm qanunda birbaşa göstərilən, həm də göstərilməyən, lakin obyektiv məzmununa görə belə hal kimi qiymətləndirilən hallar ola bilər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin hə yat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini, himayəsində iki nəfər azyaşlı uşağının olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi cəzsını yüngülləşdirən halların olmasını nəzərə almış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə əsasən Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi Məhkum təyin olunmuş cəzanı ədalətli hesab etməyərək, onun şəxsiyyətini, işin faktiki hallarını əsas götürərək Məhkum təyin edilmiş cəzanı yüngülləşdirərək onun barəsində ədalətli, humanist və işin faktiki hallarına uyğun qərar qəbul etmişdir Məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 32.4,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar