Məhkəmə qərarları › İş №1(102)-1344/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1344/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1344/2024 27.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-337/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxxx 1980-ci il tarixdə Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Xəzər bağlar massivində yerləşən evdə yaşamışdır. 2. 17 iyun 2022-ci il tarixli yekun protokola görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 128-ci maddəsi ilə təqsirləndirilmişdir. 3. 06 yanvar 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham ü zrə məhkəməyə verilmiş və iş məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 05 iyun 2022-ci il tarixdə, saat 12-13 radələrində Sumqayıt şəhəri, 42-ci məhəllə, 3 saylı binanın arxasında aralarında yaranmış mübahisə zamanı övladı olan Zərərçəkmiş şəxs əl zərbəsi ilə vuraraq sonuncuya sağ təpə-ənsə nahiyəsinin dərialtı hematoması, sağ bazunun qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarətlər yetirmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-31/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 128.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) ay müddətə azad lığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzasının əvvəlinin probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə məhdudiyyətlər və əlavə vəzifələrin qoyulması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verib hökmün ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-337/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-31/2023 n ömrəli, 14 aprel 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində qeyd edilir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına, məhkəmə istintaqı zamanı tətbiq edilmiş sübutlara, hadisə şahidlərinin məhkəmədə verdikləri ifadələrinə deyil, mülahizəyə əsaslanan, qeyri-obyektiv və qərəzli hökm çıxarmış, apellyasiya instansiyası məhkəməsi isə hökmü qüvvəsində saxlamışdır. İbtidai araşdırma zamanı təhqiqatçı Faiq Mirzəyev onun yerinə sənədlərə imza atmış, onun müdafiə hüququ pozulmuş, prosessual hüquq pozuntularına hüquqi qiymət verilməmişdir. Göstərilənlərə əsasən i ş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhk əmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-n in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum kassasiya şikayətində onun təqsirliliyinin sübuta yetirilmədiyini iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-337/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdə n kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyas ı Məhkum təqsirliliyinin sübuta yetirilmədiyinə dair dəlillərini əsassız hesab edir.

22. Belə ki, məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri zərərçəkmiş şəxsin və hadisənin bilavasitə şahidi olmuş digər şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizanın rəyi və işdə olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

23. Hazırda kassasiya instansiyası məhkəməsi qarşısında irəli sürülən dəlillər apellyasiya instansiyası məhkəməsi qarşısında qaldırılmış, məhkəmə məhkumun zərərçəkmiş şəxsə heç bir xəsarət yetirmədiyini mübahisələndirməsinə dair iddialarına münasibətdə qeyd etmişdir ki, məhkumun ittiham olunduğu əməl üzrə şahid qismində üç nəfər şəxs dindirilmiş, həmin şəxslərdən iki nəfər şəxs məhkumla yaxın münasibətdə olduğu şəxs, bir nəfər şəxs zərərçəkmiş şəxsin qohumu (nənəsinin bacısı) olan şəxsdir. Şahid qismində dindirilmiş şəxslərdən məhkumun törədilməsində ittiham olunan əməldə heç bir günahının olmadığını bildirən şahid 1 və şahid 2 hadisənin birbaşa şahidi olmamaqla yanaşı, məhkum ilə yaxın münasibətdə olan şəxs old uqlarına görə onların onun maraq və mənafeyi naminə ifadə verməsi qaçılmaz olduğundan, bu ifadələr məhkumun təqsirinin olmaması qənaətinə gəlinməsi üçün əsas kimi götürülə bilməz. Əksinə, Şahid ifadəsi ilə zərərçəkmiş şəxsin ifadələrinin oxşar olması, məhkəmə-tibbi ekspertiza rəyinin hər iki ifadədə bildirilənləri tamamlaması, məhkumun təqsirli hüquqazidd hərəkəti nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmaya dair xəsarət yetirməsini təsdiqləyir.

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarında təsvir etdiyi mövqeyi ilə razılaşaraq onu da nəzərə alır ki, şahidlər 1 və 2 məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş, onların məhkəmə iclasında verdikləri ifadələrinin məzmunundan görünür ki, bu şəxslər məhkumla yaxın münasib ətdə olmaqla yanaşı, eləcə də hadisənin bilavasitə şahidi olmamışlar.

25. Məhkəmə kollegiyası məhkumun ibtidai araşdırma zamanı təhqiqatçının onun yerinə sənədlərə imza atması, bununla da müdafiə hüququnun pozulmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, göstərilənlər hallara dair birinci instansiyası məhkəməsi tərəfindən araşdırma aparılmış, bununla bağlı məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 4/1213 nömrəli, 07 oktyabr 2022-ci il tarixli rəyi əsasında müəyyən edilmişdir ki, sadələşdirilmiş icraat materiallarında olan təqsirləndirilən şəxs tərəfindən imza edilməsi hazırda mübahisələndirilən sənədlərdə icra edilmiş imzalar Məhkum özünə aiddir.

26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəti cələrin düzgünlüyü ümumilikdə yoxlanıldıqda, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

27. Apellyasiya instansi yası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

28. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqd im edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

29. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

30. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-337/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-337/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar