Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1345/2019 05.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyun 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim: Qəhrəmanov Əkrəm Sabir oğlu) 14 mart 2019-cu il tarixli hökmü ilə xx xxx 1954-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 3 (üç) ay müddətinə azadl ıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin müəssisədə qeydiyyata alındığı gündən hesab edilməsi, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə 79 (yetmiş doqquz) manat məbləğində ekspertiza xərcinin Məhkum tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülməsi, mülki iddianın qismən təmin edilməsi, Məhkum 3000 (üç min) manat məbləğində maddi ziyan və 30 (otuz) manat məbləğində dövlət rüsumu, cəmi 3030 (üç min otuz) manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının (hakimlər: Əhmədov Həsən Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) 18 iyun 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyun 2019-cu il tarixli qərarından məhkum kassasiya şikayəti verərək həmin qərarının ləğv edilərək cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin az ağır dərəcəli bədən xəsarəti almasına səbəb olmuşdur. Belə ki, Məhkum 28 oktyabr 2018-ci il tarixdə, saat 20 radələrində i darə etdiyi «Mersedes Benz» markalı, ** XS *** qeydiyyat nişanlı avtomobil ilə “Maştağa-Buzovna” yolu ilə Buzovna qəsəbəsi istiqamətində 50-60 km/saat sürətlə hərəkət edərkən «Yol Hərəkəti Haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə əməl etməmiş və mövcud şəraitdə “MaştağaBuzovna” yolunun 4-cü kilometrliyində, Albalılıq yaşayış massivində yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsə sağ hər iki baldır sümüyünün qapalı, qəlpəli, yerdəyişən sınıqları ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən işin hallarına və toplanılmış sübutlara düzgün qiymət verilməmiş, nəticədə barəsində ədalətsiz qərar qəbul edilmişdir. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, o, zərərçəkmiş şəxsi avtomobilin qarşı tərəfi ilə vurmamış, avtomobili hərəkətsiz vəziyyətdə olarkən, zərərçəkmiş özü onun avtomobilinin sol yan tərəfinə dəymiş, polis əməkdaşları tərəfindən maşına baxış keçirilən zaman həqiqətən də avtomobilin qabaq hissəsində piyadaya toxunan hər hansı yer təyin olunmamışdır. Lakin məhkəmələr tərəfindən avtomobilin və hadisə yerinin müayinəsinə dair məqamlara düzgün qiymət verilməmiş, əsassız şəkildə törətmədiyi cinayətlə ittiham olunmuşdur. Bundan başqa məhkəmə iddia tələbi ilə bağlı hissədə də pozuntuya yol vermiş, piyadanı xəstəxanaya apararaq lazımı dərmanları alması və tələb olunan xərci tam şəkildə ödəməsi nəzərə alınmayaraq 3000 manat məbləğində iddianı təmin etməklə daha bir yalnış nəticəyə gəlmişdir. Həmçinin, məhkəmələr tərəfindən cəza təyini zamanı şəxsiyyətini xarakterizə edən hallar düzgün təyin edilməmiş, evli, himayəsində iki xəstə övladının olmasına baxmayaraq subay kimi qeyd edilmiş, ikinci qrup əlil olması, ailənin yeganə qazanc yeri olması nəzərə alınmamışdır. Bundan başqa məhkum kassasiya şikayətinə əlavə olaraq vəsatətlə müraciət etmiş, vəsatətinə zərərçəkm iş Zərərçəkmiş şəxs onun barəsində heç bir tələb və şikayətinin olmamasına dair notarial qaydada təsdiq olunmuş ərizəni əlavə edərək barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin əsassız olması, zərərçəkmişlə barışığa aid hissədə qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyun 2019-cu il tarixli qərarı aşağıdakı əsaslara əsasən ləğv edi lərək Məhkum cinayət məsuliyyətindən azad edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların mü əyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların tam araşdırılmadığını, barəsində çıxarılmış məhkəmə qərarlarının qanunsuz və əsassız olmasını qeyd edərək haqqında bəraətləndirici əsaslarla qərar qəbul edilməsini qeyd etmişdir. Məhkum kassasiya şikayətin əlavəsində zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmaması göstərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyun 2019-cu il tarixli qərarının ləğv edilərək cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya məhkumun barəsində məhkəmə aktlarının əsassız və qanunsuz olması barədə dəlilini məqbul hesab etmir. Məhkəmələr tərəfindən iş üzrə toplanmış sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilmiş, məhkumun istinad edilmiş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Məhkəmələrin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Kollegiya kassasiya şikayətinə verilmiş əlavənin dəlili ilə razılaşır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydində göstərilir ki, Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tə rkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.” Məhkumun kassasiya şikayətinə əlavə etdiyi Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş 26 oktyabr 2019-cu il tarixli ərizəsindən görünür ki, Məhkum tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir və onun barəsində heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır.. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan müddəasına əsaslanaraq hesab edir ki, Məhkum cinayət məsuliyyətindən azad edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2019-cu il tarixli qərarı ləğv edilərək Məhkum ci nayət məsuliyyətindən azad edilməlidir O,.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.3-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyun 2019-cu il tarixli qərarı ləğv edilsin. Məhkum cinayət məsuliyyətindən azad edilsin. Cinayət təqibinə xitam verilsin. Məhkum Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün
Məhkəmə qərarları › İş №1(102)-1345/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1345/2019
05.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver