Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1345/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasın ın 07 aprel 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin (hakim Zaman İmanov) 1(076)-174/2020 nömrəli, 16 sentyabr 2020-ci il tarixli hökmü ilə 23 oktyabr 1970-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 10 avqust 2020-ci il tarixdən 12 avqust 2020-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın mə hdudlaşdırması cəzasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 2020-ci il aprel ayının axırlarında Şəmkir rayonu ərazisində yerləşən “Şəmkir Səbət” bazarından çıxıb Bakı-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun kənarı ilə piyada gedərkən yolun kənarından sellofan torbacıqa bükülmüş vəziyyətdə tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 13,533 qram çəkidə narkotik vasitə olan həşiş qatranını satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və 10 avqust 2020-ci il tarixdə saa t 23 radələrində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Şəmkir şəhəri, Qarabağ küçəsində yaşadığı evin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılaraq Şəmkir RPŞ-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ ön cibindən iki ədəd şəffaf rəngli polietilen kəsiyinə bükülmüş vəziyyətdə eyni xassəli və eyni tərkibli şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkiləri 9,992 qram və 3,541 qram, ümumi təmiz çəkisi 13,533 qram olan Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 961- İİQ nömrəli qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə İ siyahısı” və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ siyahısı” ilə müəyyən edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qatranı aşkar edilərək götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Teyyub Muxtarov, hakimlər Çingiz Məmmədov və Elçin Xasməmmmədovdan ibarət tərkibdə) 1(104)-55/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qərarı ilə Şəmkir Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli hökmü dəyişdi rilmədən saxlanılmış, Məhkum ibtidai istintaq zamanı 10 avqust 2020-ci il tarixdən 12 avqust 2020-ci il tarixədək həbsdə saxlanıldığı 3 gün müddət və apellyasiya instansiyası məhkəməsində icraat zamanı 22 fevral 2021-ci il tarixdən 07 aprel 2021-ci il tarixədək həbsdə saxlanıldığı 1 ay 16 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla 3 (üç) ay 8 (səkkiz) gün təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı R.N.Alıkişiyev verdiyi kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 07 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestinin dəlillərini dövlət ittihamçısı Rəşad Alıkişiyev onunla əsaslandırır ki, Gəncə Apellyasiya Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərarı əsassızdır. Belə ki, Məhkum cəza təyin edərkən onun tərəfindən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmamış, onun gələcəkdə islah olunması üçün ona yüngül cəza deyil, məhz CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olmasını nəzərə almamışdır. Məhkəmə cinayət qanunvericili yinin və Ali Məhkəmənin müvafiq Plenum qərarının tövsiyələrini, cəza təyin edərkən Məhkum təmiz çəkisi 13,533 qram çəkidə narkotik vasitə olan həşiş qatranını satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamasını və işin digər faktiki hallarını nəzərə almamış, təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsi ilə ona təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılmasından ibarət olan yüngül cəza onun tərəfindən törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamaqla ədalətsiz olmuşdur. Məhkəmə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hallar kimi qəbul etsə də, onların qəbul edilməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin hans ı cəhətlərinə görə müsbət xarakterizə olunması və bunun nədə ifadə olunması, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən və səciyyələndirən hansı cəhətlərin olmasını hökmdə göstərməmişdir. Məhkəmə Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirici hal kimi qiymətləndirərkən nəzərə almamışdır ki, yaşayış yerindən müsbət xarakterizə olunmaq təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən haldır, əməli və ya niyyəti xarakterizə etmir. Yaşayış yerindən müsbət xarakterizə olunma cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasının nəticəsidir və məhkəmə CM-nin 59.2-ci maddəsinin tələbini pozaraq həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini hökmdə əsaslandırmamışdır. Bundan başqa məhkəmə Məhkum ilk dəfə az ağır cinayət törə tməsini və təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edib cəza təyin edərkən bu yüngülləşdirici halın hansı qaydada Məhkum cəzasına necə təsir etməsini hökmdə əsaslandırmamışdır. Bundan əlavə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 10 fevral 2021-ci il tarixli 1(104)-55/2021 saylı qərarından görünür ki, Məhkum barəsində axtarış elan olunmuş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Qeyd olunan qərarın icrası ilə əlaqədar Məhkum 22.02.2021-ci il tarixdə tutularaq Şəmkir RPŞ-in MSY-nə təhvil verilmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsində icraat zamanı Məhkum məhkəmədən qaçıb gizləndiyindən barəsində axtarış elan edilmi ş və tutulduqdan sonra 22 fevral 2021 ci il tarixdən 07 aprel 2021-ci il tarixədək, yəni 1 ay 19 gün müddətdə Şəmkir RPŞ-in MSY-də və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı istintaq təcridxanasında saxlanılmışdır. Məhkəmə kollegiyası Məhkum şüurlu surətdə cinayət məsuliyyətindən boyun qaçırmasını və bunun nəticəsində cinayət prosesini həyata keçirən orqanların onun axtarışını aparmaga məcbur olmasını “Axtarış elan edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 10 fevral 2021-ci il tarixli qərarında qəbul etsə də, 07 aprel 2021-ci il tarixli qərarda buna münasibət bildirməmiş və nəticədə əsassız olaraq apellyasiya protestinin təmin olunmaması qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə cinayət qanunveric iliyinin yuxarıda qeyd olunan normalarının tələblərini və Plenum qərarının tövsiyələrini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almadan, cinayət qanunvericiliyində göstərilməmiş halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul edib cinayət qanunu normasını düzgün tətbiq etməyərək, törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Belə mövqe hal-hazırda Respublikada bu qəbildən olan, ətrafdakı insanların həyat və sağlamlığına etinasızlıq bu cinayətlərlə mübarizədə məsuliyyət hissinin artırılmasına mənfi təsir göstərməklə cəzanın ümumi xəbərdaredici məqsədə nail olma imkanını mümkünsüz edir. Beləliklə, bi rinci instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3 və 59.2-ci maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cinayət qanununda nəzərdə tutulmayan halları əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul etmiş və nəticədə cinayət qanunu normasını düzgün tətbiq etməyərək azadlıgın məhdudlaşdırılması cəzası təyin etmiş, apellyasiya instansiyası məhkəməsi də həmin mövqe ilə əsassız olaraq razılaşmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419 -cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasə n cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və i ctimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza c inayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri müvafiq olaraq hökm və qərarın əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum təqsirini etiraf edərək peşmançılıq çəkməsini, ilk dəfə az ağır cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 234.1-c i maddəsinin sanksiyası (1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyasının fikrincə Məhkum təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxs iyyətinə uyğun gəlir və bu cür cəzanı heç də yüngül cəza kimi qiymətləndirmək mümkün deyildir. Belə ki, iş materiallarından görünür ki, Məhkum şəxsi istifadə üçün qanunsuz əldə etdiyi, daşıdığı və saxladığı narkotik vasitə olan həşiş qatranının miqdarı 13,533 qram olmuşdur. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini müzakirə edərək qeyd edir ki, həmin cinayət əməli analoji kateqoriya cinayətlərdən daha yüksək ictimai təhlükəlilik dərəcəsi ilə fərqlənmir. Cinayət işi üzrə Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə kollegiyası məhkumun şəxsiyyətini xarakterizə edən bu halların onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınması ü çün əsas görməsə də və kassasiya protestinin bu dəlili ilə razılaşsa da, məhz məhkumun şəxsiyyətini və törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini zəruri saymır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında Milli Məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai mara qlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkum cəmiyyətdən qismən təcrid edilməklə islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyəsinə düzgün əməl etmişlər. Qərardan görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın növünü müəyyən edərkən məhkumun şəxsiyyətini və işin hallarını kifayət qədər nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya protestinin bu dəlili də əsassızdır. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşd ıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 07 aprel 2021-ci il tarixli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protes ti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 07 aprel 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1345/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1345/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver