Məhkəmə qərarları › İş №1(102)-1345/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1345/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1345/2022 06.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 1(103)-868/2020 nömrəli qərarından Məhkum tərəfindən verilm iş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxx 1987-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 11 fevral 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 2014-cü ilin iyun ayından 2014-cü ilin oktyabr ayına kimi Nəsimi RPİ-nin 19-cu polis bölməsində qeyri-rəsmi işləyərkən 2 014-cü ilin iyun ayında həmin polis bölməsinə müraciət edən Zərərçəkmiş şəxs ilə tanış olmuş, onun subay qadın olmasını, aptekdə işləməsini və Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən mənzilini 160.000 manata satıb "xxxx" ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanında yerləşən baş ofisində depozitə qoymasını öyrəndikdən sonra Zərərçəkmiş şəxs həmin məbləğdə pulunu tamah niyyətilə ələ keçirmək məqsədilə özünü Nəsimi RPİ-nin 19-cu polis bölməsinin əməkdaşı kimi təqdim edərək Zərərçəkmiş şəxs onunla ailə quracağına inandırmaqla onun etibarından sui-istifadə edərək vahid niyyətlə Zərərçəkmiş şəxs 4 avqust 2014-cü il tarixdə ipotekaya ev almaq adı ilə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanında yerləşən "xxxx"-ın baş ofisində 6.000 manat, 2014-cü ilin avqust ayının əvvəllərin də Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Memar Əcəmi” metro stansiyasının yaxınlığında ona pul lazım olması adı ilə 700 manat, 11 avqust 2014-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanında yerləşən "xxxx"-ın baş ofisində “X7” markalı avtomobil üçün 22.300 manat pulunu almış, sonra həqiqi niyyətini gizlədərək etibarını itirməmək üçün 11 avqust 2014-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “20 yanvar” dairəsində yerləşən 14 saylı notariat kontorunda Zərərçəkmiş şəxs ilə aralarında 29.000 manat məbləğində borc müqaviləsi bağlamış, 18 avqust 2014-cü il tarixdə borclu olduğu şəxslərə borcunu verməsi ilə əlaqədar qısa müddət ərzində borc götürdüyü pulu qaytaracağına yalan vəd verib Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanında yerləşən "xxxx"-ın baş ofisində onda n 3.700 manat, 1 sentyabr 2014-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanında yerləşən "xxxx"-ın baş ofisində dayısı Şahid5 cinayət törətdiyinə görə Qazax rayon Polis Şöbəsində saxlanılması barədə yalan məlumatlar verərək onun işinin həll edilməsi ilə əlaqədar 14.000 manat, 12 sentyabr 2014-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanında yerləşən "xxxx"-ın baş ofisində Zərərçəkmiş şəxs yaxınlarda rəis arvadı olacağını bildirərək ona polis geyim formasında şəkillərini göndərməklə Nəsimi RPİ-nin CAŞ-nın rəis müavini təyin olunması və bununla əlaqədar Azərbaycan Respublikası DİN-nin Baş Kadrlar İdarəsinə müəyyən məbləğdə pul verilməsi adı ilə 30.000 manat, Gürcüstan Respublikasından tütün məhsulları, mobil telefonlar və məişətdə istifadə edilən yağları gətirib Bakı şə həri ərazisində sataraq əldə edilmiş ümumi qazanclarının olmasını və ona götürdüyü borcdan əlavə pay ayıracağını yalandan vəd verib aldadaraq 22 sentyabr 2014-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanında yerləşən "xxxx"-ın baş ofisində 14.000 manat, 8 oktyabr 2014-cü il tarixdə isə "xxxx"-ın Qazax rayon filialına köçürmə yolu ilə göndərdiyi 16.200 manat pulunu, 2014-cü ilin oktyabr ayının ortalarında özünə məxsus avtomobilin pultunun xarab olması və təmir olunması ilə əlaqədar Zərərçəkmiş şəxs işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən aptekin qarşısında sonuncudan 300 manat pul alıb Zərərçəkmiş şəxs ümumilikdə 106.500 manat pulunu ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. 4. 25 fevral 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məh kəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 1(101)-430/2020 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 oktyabr 2019-cu il tarixdən 16 oktyabr 2019cu il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla ona qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

6. Hökmdən təqsirləndirilən şəxs Məhkum, onun müdafiəçisi Müdafiəçi və Zərərçə kmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmişdir.

7. Məhkum apellyasiya şikayətində özünü Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilmədiyini, himayəsində xəstə anasının olduğunu qeyd edərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində Zərərçəkmiş şəxs təhqiqat dövründə verdiyi izahatları ilə istintaqda bildirdiyi arasında uyğunsuzluq olmasını, hər dəfə fərqli ifadələr verdiyini, Məhkum dayısının 17 avqust 2014-cü il tarixdə cinayət məsuliyyətinə cəlb edilməsinə baxmayaraq zərərçəkmiş şəxsin 01 sentyabr 2014-cü il tarixdə bankdan həmin pulu çıxarma tarixi ilə Raminin dayısının tutulma tarixinin üst-üstə düşmədiyini, iş materiallarında olan yaddaş kartında zərərçəkmiş şəxslə Məhkum arasında olan danışıqda Zərərçəkmiş şəxs Məhkum 106.000 manat pul verməsi və həmin pulları ondan tələb etməsinin öz əksini tapmasına baxmayaraq məhkəmənin əsassız olaraq həmin danışıqları təhrif etdiyini, zərərçəkmiş şəxslə Məhkum arasında sevgi, ailə və borc pul münasibətləri olduğundan onlar arasında olan məsələnin mülki qaydada həll edilməli olmasını qeyd edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2020-ci il tarixli hökmünün ləğv edilməsini, Məhkum barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

9. Zərərçəkmiş şəxs X1 apellyasiya şikayətində Məhkum təyin edilmiş cəzanın yüngül olduğunu, cəza təyin edilərkən törətdiyi cinayətin xarakterinin, törətdiyi əməldən peşman olmamasının, zərərçəkmiş şəxsə külli miqdarda zərər vurmasının və həmin zərəri ödəmək niyyətində olmamasının nəzərə alı nmadığını qeyd edərək hökmün dəyişdirməsini və Məhkum cəzasının ağırlaşdırılmasını xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 1(103)-868/2020 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

12. Kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkum əməlində cinayət tərkibi olmamış, zərərçəkmiş şəxslə arasında yalnız mülki xarakterli mübahisə olmuşdur. Bunu təsdiqi olaraq ibtidai istintaq dövründə bir neçə, o cümlədən, Azərbaycan Resp ublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 oktyabr 2015-ci il tarixli qərar qəbul edilmiş və hal hazıradək ləğv edilməmişdir. Məhkum kassasiya şikayətində həmçinin ona təyin edilən cəzanın ağır olduğunu mübahisələndirmiş, yekun olaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir.

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərba ycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş ve rib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Məhkum kassasiya şikayətində əməlində cinayət tərkibinin olmadığını, həmçinin ona təyin edilən cəzanın ağır olduğunu iddia edərək, faktiki olaraq a pellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.6 və 416.1.21-ci maddələrində şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

19. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 1(103)-868/2020 nömrəli qərarını bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə yoxlayıb, onları əsassız hesab edir.

20. Hazırkı kassasiya şikayətinin dəlillərindən müəyyən edilir ki, şikayətin müəllifi özünün cinayət məsuliyyətinə cəlb edilməsinin əsassız olduğunu, barəsində ibtidai istint aq dövründə cinayət işinin başlanması haqqında qərarların qəbul edilməsində, istintaqı aparan şəxslərin həmin qərarların təhrif edilməsində görür.

21. Həqiqətən, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq dövründə Məhkum barəsində müxtəlif vaxtlarda - 2015-ci ilin 23 aprel və 07 oktyabr, eləcə də 2016cı ilin 10 iyul tarixlərində cinayət işinin rədd edilməsi haqqında qərarlar qəbul edilmiş, həmin qərarlarda Zərərçəkmiş şəxs ilə Məhkum arasında olan mübahisənin borc müqaviləsinin icra edilməməsindən irəli gələn mülki xarakterli mübahisə olduğu və sonuncunun əməllərində cinayət əməlinin əlamətlərinin müəyyən edilmədiyi qeyd edilmişdir.

22. Bununla belə, cinayət işinin materiallarından həmçinin görünür ki, yuxarıda qeyd edilən qərarlardan 23 aprel 2015-ci il tarixli olanı Bak ı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001)-15/2015-ci il tarixli qərarı ilə 15 sentyabr 2015-ci il tarixdə ləğv edilmiş, 07 oktyabr 2015-ci il tarixli olanı barədə iş materiallarında məlumat olmasa belə, həmin qərarla mahiyyətcə eyni məzmunlu olan və daha sonra qəbul edilən 10 iyul 2016-cı il tarixli qərar Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini tərəfindən 06 oktyabr 2016-cı il tarixdə ləğv edilmişdir. Beləliklə də Məhkum barəsində cinayət təqibinin aparılmasını istisna edən, o cümlədən Azərbaycan Respublikası CPM-nin 39.1.7-ci maddəsində nəzərdə tutulan hal daxil olmaqla, hər hansı əsas hazırki cinayət işində müəyyən edilmir.

23. Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin olub-olmaması məsələsinə gəldikdə mə hkəmə kollegiyası qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

24. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

25. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələblə ri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirə n əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

27. Baxılan işdə birinci instansiya məhkəməsi yuxarıda istinad edilən maddi və prosessual cinayət hüququ normalarını və mövcud məhkəmə praktikasını nəzərə almaqla toplanmış sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün ziddiyyətli ifadələri, zə rərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də cinayət işi üzrə toplanmış digər sübutlarla tam təsdiqlənir.

28. Öz növbəsində hazırda mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırmış, Azərbaycan Respublikası CPM-nin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, verilmiş ittiham üzrə hər bir epizodun baş verməsini özündə əks etdirən sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmış, məhkumun və müdafiəçisinin apellyasiya şikayətlərində əsaslandırdıqları halları hökmdə tədqiq etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, Məhkum cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gəlib onu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində göstərilən cinayətin törədilməsində təqsirli bilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələ üzrə gəldiyi nəticə işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəməl ərinin Məhkum əməlinin Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi öz nəticələrini ətraflı əsaslandırmaqla həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutlar üzərində formalaşmış həmin nəticələrə dair yeni təsvir və şərh verilməsinə zərurət görmür.

30. Bununla belə, məhkəmə kollegiyası Məhkum ona ağır cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə ümumi likdə razılaşıb mübahisələndirilən qərarın müvafiq hissəsini maddi hüquq normalarına uyğun olduğunu qeyd etsə də hesab edir ki, məhkuma təyin edilən cəzanın həddi müəyyən edilərkən, məhkəmələr məhkumun cəzasına təsiri olan bütün halların məcmusunu nəzərə almamış, nəticədə Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə riayət etməmişlər.

31. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin m üvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcras ı Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).).

32. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasın ı yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

33. Qeyd olunan cinayət-hüquqi normaları baxımından kassasiya şikayətinin bu hissədə olan dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisə edilməklə yoxlanıldıqda, Məhkum hökmlə təyin edilmiş (apellyasiya instansiyası məhkəməsində dəyişdirilmədən saxlanılmış) cəzanı n yüngülləşdirilməsinə əsas yaradan və apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərdən qaçırılan halın mövcud olduğu müəyyən edilir.

34. Belə ki, cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Məhkum himayəsində 21 sentyabr 2020-ci il təvəllüdlü uşağı varıdır, lakin apellyasiya instansiyası məhkəməsi bu hala dair hər hansı münasibətini bildirməmiş və Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Məhkum cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmamışdır.

35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sözügedən yüngülləşdirici halın mövcud olması, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilən digər məsələlər üzrə müəyyən edilmiş hallarla və cəzanın məqsədləri ilə birlikdə götürülməklə nəzərə alınmalı və Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 1(101)-430/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası dəyişdirilərək ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

36. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının qeyd edilən həddə müəyyən edilməsi ilə də onun islah edilməsinə nail olmaq, eləcə də Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.

37. Beləliklə, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 21 oktyabr 2020-ci il tarixli, 1(103)868/2020 nömrəli qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cümaddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Kassasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 1(103)-868/2020 nömrəli qərarı dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 1(101)-430/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası dəyişdirilərək, Məhkum 6 (altı) i l müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 1(103)-868/2020 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar