Məhkəmə qərarları › İş №1(102)-1345/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1345/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1345/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4 fevral 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim X4) 4 fevral 2022ci il tarixli hökmü ilə xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rej imli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 29 iyul 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 oğlunun sədrliyi və məruzəsi, X3 və X2 ibarət tərkibdə) 7 aprel 2022-ci il tarixli qərarı ilə Məhkum özü və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin Məhkum barəsində olan 04 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 -ci maddəsi ilə ona təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 1,508 qram çəkidə narkotik vasitə tiryək və tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı ümumilikdə 0,01 qram təşkil edən həb qırıntısını əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanın qarşısında daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əm əliyyat-axtarış tədbiri nəticəsində Məhkum 29 iyul 2021-ci il tarixdə saat 20:00-da ünvan 3 ünvanın qarşısında saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sol yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda 0,689 qram və 0,819 qram olmaqla ümumilikdə 1.508 qram çəkidə narkotik vasitə tiryək və 01 ədəd bükümdə tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı ümumilikdə 0,01 qram təşkil edən həb qırıntısı aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, məhkəmə yalnız istintaq orqanının gəldiyi nəticə ilə razılaşmış, heç bir araşdırma aparmadan təqsirləndirilən şəxs barəsində hökm çıxarmışdır. Məhkum CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özü nü qismən təqsirli bilmiş və həmin narkotik vasitələri öz istifadəsi üçün əldə etmiş, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Məhkum evində axtarış aparılmamış və onun kiməsə narkotik vasitə satması müəyyən edilməmişdir. Cinayət işinin materiallarında onun konkret olaraq kiməsə narkotik vasitə satmasını təsdiq edən sübut yoxdur. Məhkum evində axtarış aparılmamış və onun kiməsə narkotik vasitə satması müəyyən edilməmişdir. Məhkum narkotik vasitə aşkar edilərkən, hətta onun yaşadığı mənzilə belə baxış keçirilməmişdir. Digər tərəfdən "Azerfon” MMC-dən xx.xx.2021-ci il tarixli AZF/LGL-27364/21 saylı məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış keçirilərkən, Məhkum ***-***-**-** nöm rəsindən müxtəlif nömrələrə və əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, onlar arasında əvvəldən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmiş, sms tarixçəsinə baxış zamanı Məhkum istifadəsində olan ***-***-**-** nömrəyə müxtəlif mobil operatorlara məxsus nömrələrlə apardığı danışıqlara məhkəmə düzgün qiymət verməmiş, yəni sms zənglərindən görünür ki, Məhkum yalnız özünə narkotik vasitə əldə etmək üçün müraciət etmiş, heç kimə narkotik vasitə almamış və verməmiş, yalnız özü narkotik vasitədən istifadə etdiyinə görə əldə etmişdir. Onda narkomaniya xəstəliyi aşkar edilmiş və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Əməliyyat işçiləri əməliyyat-axtarış tədbirinin keçir ilməsi barədə çıxarılmış qərarla onu tanış etmiş və polis idarəsinə gətirdikdən sonra videoçəkilişdən istifadə edib üzərinə baxış keçirilmişdir ki, bu da qanunsuzdur. Məhkəmə həmçinin Məhkum cəza təyin edərkən, onun məsuliyyətini yüngülləşdirən halları sadalasa da, cəza təyini zamanı bu hallara heç bir hüquqi qiymət verməmişdir. Belə ki, Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə edilir, ilk dəfə cinayətməsuliyyətinə cəlb edilmişdir. Cəzasını ağırlaşdıran hallar yoxdur. Buna baxmayaraq barəsində məhkəmə həddindən artıq ağır cəza təyin etmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 aprel 2022-ci il tarixli qərarını dəyişdirərək, onun əməlini CM-in 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci hissəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyasın da nəzərdə tutulan ən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələl ər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddələrdən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiy ası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edi r. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tö vsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunma lıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Müdafiəçi kassasiya şikayətində məhkum edilmiş şəxsin əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyas ı hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsii ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadələri, onun tərəfindən həmin cinayətin törədilməsi ibtidai istintaq dövründə və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə; baxış, götürmə, müayinə, axtarış, üzləşdirmə və digər istintaq hərəkətlərinin protokolları ilə; keçirilmiş məhkəmə-kimyəvi və ambulator məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş çoxsaylı digər mötəbər sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. İbtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Məhkum ittiham olunan cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitəl ərin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətlər i də başa düşülməlidir. Cinayət Məcəlləsinin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd edilən maddədə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cina yətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmi şdir.Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq məhkumun əməlinin tövsifi və ona cəza təyini ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini əsaslı saymışdır. Kassasiya şikayətinin əməlin CM-in 234.2-ci maddəsindən 234.1-ci maddəyə tövsif olunması və təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının daha da yüngülləşdirilməsi barədə dəlilləri hər hansı hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Belə ki, Məhkum CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə ibtidai istintaq və aşağı ins tansiya məhkəmələrində tədqiq olunmuş sübutlarla tamamilə sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması barədə” 29 iyul 2021-ci il tarixli protokola əsasən şəxsi axtarış və götürmə 29 iyul 2021-ci ildə saat 22:50-də Sony markalı video aparatı vasitəsilə videoçəkliş aparılmaqla həyata keçirilmiş, şübhəli şəxs əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qəbul olunmuş qərarla tanış edilmiş, onunla aparılacaq söhbətlər və hərəkətlər vaxtı videoçəkilişdən istifadə ediləcəyi bildirilmiş, şübhəli şəxs etiraz etmədikdən sonra ona izah edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və psixotrop maddə varsa, təqdim etsin. Məhkum masaya doğru yaxınlaşı b üzərində göy rəngli cins şalvarın sağ cibindən 01 ədəd mobil telefonu, pul vəsaitini və sol cibindən 03 ədəd bükümü masanın üzərinə qoymuş, şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirildi, üzərindən və paltarından başqa qanunsuz əşya və maddə aşkar olunmadı. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanmış, 03 ədəd bükümə baxış keçirilərkən, Məhkum həmin bükülülərin ikisinin içində narkotik vasitə tiryək, birinin içərisində isə “Metadon” adlı həbin olduğunu, “Metadon” adlandırdığı həbin dörd hissəyə bölərək üç hissəsini istifadə etdiyini və bir hissəsinin qaldığını, həmin maddələri tanımadığı “Ayxan” adlı şəxsdən hər bir bükümə 10 manat verməklə öz istifadəsi üçün aldığını bildirmişdir. Bükümlərə baxış zamanı onlardan ikisinin şəffaf sellofana bükü lü halda olmaqla içində tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik iyli narkotik vasitə tiryəkə bənzər maddələrin olduğu və digər birində bir hissəsi kəsilmiş vəziyyətdə naməlum tərkibli həb aşkar edilmişdir. Məhkum üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə tiryəkə bənzər maddələr və 01 ədəd sellofan bükümdə naməlum tərkibli həbin hissəsi ekspertiza tədqiqatına təqdim edilməsi üçün özünün iştirakı ilə müvafiq qaydada 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-in Mərkəz möhürü ilə möhürlənmiş, Məhkum iştirakçılarla birlikdə üzərinə imza etmiş, 01 ədəd mobil telefon araşdırma zəruriyyəti olaraq götürülmüşdür; Məhkəmə-kimyəvi ekspertizasının 6/3194nömrəli 30 iyul 2021-ci il tarixli rəyinə əsasən, tədqiqata təqdim edilmiş və üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №6” dairəvi möhür əksi olan və “Məhkum üzərindən aşkar olunmuş maddə” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə iki ədəd sellofon bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,689 qram və 0,819 qram ümumi təmiz çəkisi 1,508 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eyni olaraq kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Təqdim edilmiş təmiz çəkisi 0,130 qram həb qırıntısında metadonun təsir maddəsinin miqdarı 0,01 qram təşkil etmişdir; Azerfon” MMC-dən xx.xx.2021-ci il tarixli. AZF/LGL-27364/21 saylı məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən bir ədəd CD diskə “Baxış keçirilməsi haqqında” 01 noyabr 2021ci il tarixli protokoldan görünür ki, baxış zamanı Məhkum istifadəsində olan ***-***-**-** nömrədən müxtəlif nömrələrə və əks istiqamətdə müxtəlif vaxtlarda zənglərin daxil olduğu və onlar arasında əvvəldən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn və onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Bundan əlavə sms tarixçəsinə baxış zamanı Məhkum ***-***-**-** nömrəsinə müxtəlif mobil operatorlara məxsus nömrələrdən “alnası iw deyilde guya özü buraxmir kimnense götürür Hemen adam da yiye durmur deyir hec neye borc filan vermir. Brat ikimizin canı", “bunnan qabağ- da olub telefonu qoymağ isdemiwem yiye durmuyub. Sen ol deyir qaqaw bunnan sonranı yigma meni bele weye gorede hir manat kesirnen bele yığma", “Brat burda pox var narkobizn esin masin- lari burdadi", “Qaqa kola goturersen mene lqr". “Anar seher tezden gordum dedim istirsen yarim kola 1 dene daw ne bovuy ne balaca he yox de"məzmununda mesajlar göndərilmişdir. Məhkum nömrəsindən digər mobil operatorlara məxsus nömrələrə “Qardawim Supana de ele biznen goruwsun hamimiz geleyde gelsey narmanli geleriy mendede birZ var kola", “Akiwi mawininixodduya bilmirem kakos nedi mezelenirsen sen hardasan". “Azer bax yene mene atkaz getdin uwaqlara verdiz. Azer İonikadayam tekem anamin cani mene 5.6 tustu birwey ver qaqa agriyiram pis", “Nes kes elemirdi, menim elediylerimi sene anamin cani atamin cibinnen axrinci yol pulusuna kimi ogurruyub seni lomkadan cixardirdim. sene menim qoyduğum hormeti hec kes qoymuyub bir mene eliyirsen elediyin hormetsizliyi" məzmunda mesajların gö ndərilməsi aşkar edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum istifadəsində olan ***-***-**-** mobil nömrədən müxtəlif nömrələrə və əks istiqamətdə müxtəlif vaxtlarda zənglərin daxil olduğu, onların arasında olan yazışmaların sms mətnlərindən açıq-aşkar onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı ayrı-ayrı şəxslərlə mütəmadi olaraq danışıqlar aparılmışdır. Məhkum üzərindən satış məqsədi ilə saxladığı narkotik vasitə aşkar olunması cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş sübutlarla məhkum qəbul olunmasının yolverilməzliyini iddia etsə də, öz təsdiqini tapmışdır. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi məhkəmələr tərəfindən cinayətprosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM -in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Kassasiya şikayətində iddia olunanların əksinə olaraq həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunma sı haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin əməlin tövsifi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azə rbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət ed ilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktik i hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlü kəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmiş, onun əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin Məhkum təyin olunan və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmələr tərəfindən Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması; yaşayış yeri üzrə müsbət xarakte rizə olunması yüngülləşdirən hal kimi nəzərə alınmış, onun məsuliyyətini ağıraşdıran hallar müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorl arının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi Məhkum cəza təyini məsələsini həll edərkən yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını nəzərə almış, ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyasının həddində azadlıqdan məhrum etmə növündə qanuni, ədalətli və əsaslı cəza təyin etmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı mövqeyi ilə razılaşmışdır. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud olmadığından, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Ape llyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar