Məhkəmə qərarları › İş №1(102)-1345/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1345/2024

28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1345/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum iştirakları ilə, xx xxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məhkum Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2023-cü il tarixli 1(103)-1876/2023 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 1(101)-951/2023 nömrəli hökmü ilə (hakimlər: V.E.Quliyev (sədrlik edən), R.V.Salmanov və S.H.Hacıyev) Məhkum - verilmiş ittihamın onun yaşadığı ünvan 2 saylı mənzildə külli miqdarda olan 958,467 qram narkotik vasitə heroin və külli miqdarda olan 126,168 qram psixotrop maddə metamfetaminin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxlaması və həmin predmetlərin qeyd edilən mənzildə axtarış zamanı aşkar edilməsinin iddia edilməsi hissəsində, Məhkum Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikasının CPM-nin 42.1.4-cü maddəsinə əsasən ona bəraət verilmiş, Məhkum - Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 1 oktyabr 2022-ci il ta rixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2023-cü il tarixli 1(103)1876/2023 nömrəli qərarı ilə (hakimlər: E.E.Rəhimov (sədrlik edən), F.İ.Əyyubov və E.Ə.Mehdiyev), apelyasiya protesti təmin edilməmiş, apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 1(101)-951/2023 nömrəli hökmü dəyişdirilmişdir. Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Məhkum təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Məhkum naməlum şəraitdə və vaxtda şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncudan satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə külli miqdarda 959, 524 qram narkotik vasitə heroini, ümumilikdə külli miqdarda 126,268 qram psixotrop maddə metamfetamini əldə edib daşıyaraq yaşadığı evdə saxlamış, 01 oktyabr 2022-ci il tarixdə həmin narkotik vasitə olan heroinin 0, 957 qram çəkidə olan hissəsini üzərində s axlayarkən saat 08.30 radələrində Bakı şəhəri, Binəqədi rayona. 9-cu mkr, H.Babaşov küçəsində Binəqədi RPİ Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nə gətirilmiş və həmin idarənin inzibati binasında həmin tarixdə saat 10.30 radələrində üzərində şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə 0, 957 qram çəkidə narkotik vasitə heroin aşkar edilib götürüldükdən sonra həmin tarixdə saat 18.10 radələrində Məhkum yaşadığı ünvan 2 saylı mənzilə baxış keçirilən zaman yataq otağındakı dolabın üstündən üzərində heroin izləri olan bir ədəd elektron tərəzi, dolabın içərisindən şəffaf polietilendə olan 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz ç əkiləri 104, 848 qram, 7, 136 qram, 4, 650 qram, 4, 580 qram, 5, 054 qram olmaqla, ümumi təmiz çəkisi 126,268 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə olan metamfetamin, şəffaf polietilendə olan 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 900 qram, 15,820 qram, 16, 570 qram, 16, 027 qram, 10, 150 qram olmaqla, ümumi təmiz çəkisi 958, 567 qram külli miqdarda kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni tərkibli narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, ona görə də təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Protestdə qeyd edilir ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamın mahiyyəti ondan ibarət olmuşdur ki, o, şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olaraq sonuncudan satış məqsədilə külli miqdar təşkil edən 959,524 qram çəkidə narkotik vasitə heroini və külli miqdar təşkil edən 126,268 qram çəkidə psixotrop maddə metamfetamini əl də edərək daşıyıb yaşadığı evdə saxlamış, 1 oktyabr 2022-ci il tarixdə həmin narkotik vasitə heroindən 1 bükümdə 0,957 qram hissəsini ayıraraq üzərində saxlamaqla daşımış, 1 oktyabr 2022-ci il tarixdə saat 08:30-da Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, H.Babaşov küçəsində Binəqədi RPl-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman həmin 0,957 qram çəkidə narkotik vasitə heroin aşkar edilmiş, daha sonra həmin gün saat 18:10da yaşadığı evə baxış keçirilən zaman yuxarıda qeyd olunan narkotik vasitə və psixotrop maddə, həmçinin üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri bəraət verilməsinə və əməlini CM-in 234.2-ci maddəsi nə tövsif etməsinə dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Məhkum yaşadığı ünvan 2 saylı mənzildə cinayət işi başlanmadan təhqiqatçı tərəfindən axtarış və götürmə aparılması haqqında qərar qəbul edilərək həmin istintaq hərəkəti aparılmaqla ittihamda qeyd olunan külli miqdarda 958,467 qram narkotik vasitə heroin və külli miqdarda 126,168 qram psixotrop maddə metamfetamin, həmçinin elektron tərəzi aşkar edilərək götürülmüş, bununla da CPM-in 207.4-cü maddəsinin tələbləri pozulmaqla qeyd olunan sübutlar əldə edildiyindən həmin hissədə Məhkum ittihamının sübuta yetirilməsində nəzərə alına bilməz. Dövlət ittihamçısının fikrincə, məhkəmə baxışı zamanı şahid ifadələri, eyni zamanda cinayət işinin tədqiq edilmiş materialları ilə CPM-də nəzərdə tutulmuş pozuntulara yol verilməsi təsdiqini t apmamışdır. Belə ki, cinayət işinin materiallarında olan Şahid4 tərəfindən Binəqədi RPİ-nə ünvanlanmış 1 oktyabr 2022ci il tarixli ərizədə göstərilmişdir ki, oğlu Məhkum ilə son zamanlarda müvəqqəti olaraq birlikdə yaşadığı mənzildə axtarış və götürmə aparılmasına heç bir etirazı yoxdur. Mənzil Binəqədi rayonu, 9-cu mikrorayon H.Babaşov küçəsi, ev 4, mənzil 29-da yerləşir. Eyni zamanda cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Şahid4 tərəfindən verilmiş izahatda qeyd olunmuşdur ki, o, ünvan 4 ünvanında tək yaşayır. Oğlu Məhkum 2022-ci ilin son dövrlərində onun evində qalmışdır. Məhkum yataq otağında qalmış və çıxıb gedəndən sonra yataq otağının qapısını çox vaxt açarla bağlayıb, açarı da özü ilə götürüb getmişdir. Həmçinin onu da həmin otağa daxil olmağa q oymamışdır. Məhkumin həmin hərəkəti, davranışları, açarı özü ilə aparması, onu otağa buraxmaması onda Məhkumin yenidən narkotikdən istifadə etməsi ilə bağlı şübhələrini artırmışdır. Bu səbəbdən Məhkumdən tələb etmişdir ki, “ağlını başına yığsın, yenə də həbs həyatı yaşamasın”. Məhkum doqquz il həbsdə olmuşdur. Məhkum isə ona israrla demişdir ki, narkotikdən istifadə etmir. Qapını açarla bağlamasının, onu otağa daxil olmağa icazə verməməsinin səbəbini soruşduqda isə Məhkum ona heç nə deməyib çıxıb getmişdir. 1 oktyabr 2022-ci il tarixdə Məhkumin narkotik gəzdirməsində şübhəli olduğuna görə polislər tərəfindən saxlanıldığını bildikdə həmin şübhələri daha da artırmışdır. Belə ki, Binəqədi RPİ- dən zəng edib bildirmişlər ki, Məhkum narkotiklə tutulub və bundan sonra o, Binəqədi RPİ-nə gedərək, oğlu Məhkumin onun evində narkotik saxlamasından şübhələndiyini bildirmişdir. O, polislərdən evində axtarış aparılmasını xahiş etmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Polislər isə ona axşam evə gələcəklərini bildirmişlər. Həmin gün axşam saat 18 radələrində üç nəfər polis əməkdaşı evinə gəlmişlər. O könülü olaraq onları evə buraxmış və evi axtarmalarını xahiş etmişdir. Mənzilində polis əməkdaşlarına Məhkumin son vaxtlar qaldığı yataq otağını göstərmişdir. Onun icazəsi ilə həmin otaqda axtarış aparılmış, axtarış zamanı yataq otağındakı dolabdan elektron tərəzi, narkotik vasitələr və psixotrop maddələr aşkar edilmişdir. Həmin tərəzi oğlu Məhkum onun evindəki otaqda qalanadək orada olmamışdır. Göründüyü kimi ittihamda qeyd olunan mənzilə faktiki sahibi olan və həmin evdə yaşayan Şa hid4 yazılı ərizə ilə xahişi, həmçinin Məhkum üzərində şəxsi axtarış aparılması nəticəsində narkotik vasitə heroinin aşkar edilməsi və bununla bağlı yaşadığı mənzildə də qanunla dövriyyəsi qadağan edilmiş maddələrin saxlanılmasına dair şübhələr səbəb olmuşdur. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş “Axtarış və götürmə aparılması haqqında” 1 oktyabr 2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, təhqiqatçı və polis əməkdaşları qeyd olunan ünvana gələrək, mənzilin sahibi Şahid4 mənzildə axtarış aparılmasını bildirmişlər, sonuncu heç bir etirazının olmamasını bildirməklə könüllü olaraq polis əməkdaşlarını mənzilə buraxmış, hətta təqsirləndirilən şəxs Məhkum narkotik vasitələr gizlətməsindən şübhələndiyi qaldığı otağı göstərərək a xtarış aparılmasına tam şərait yaratmış və özü də sonadək istintaq hərəkətinin keçirilməsində iştirak etmişdir. Qeyd olunan hal həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 həm məhkəmə baxışı zamanı, həm də ibtidai istintaq zamanı verdikləri ifadələrlə də təsdiqini tapmışdır. CPM-in tələbləri baxımından qeyd olunmalıdır ki, həmin Məcəllənin 177.1 və 177.2-ci maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqan istintaqın normal gedişini təmin etmək üçün istintaq hərəkətini məcburi apara bilər, onun iştirakçılarının bu hərəkətin başlanmasını gözləmələri və onun aparıldığı yeri tərk etməmələri üçün tədbirlər görə bilər. İstintaq hərəkətinin aparılmasına müvafiq şəxs tərəfindən icazə verilmədiyi və onun məcburi aparılması üçün məhkəmənin qərarı tələb olunduğu halda, müstəntiqin əsa slandırılmış vəsatəti ilə razı olan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə təqdimatla müraciət edir. CPM-in 177.3-cü maddəsində hansı istintaq hərəkətlərinin məcburi aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunduğu hallar müəyyən edilmiş, o cümlədən yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılması da bu hallardan biri kimi qeyd olunmuşdur. CPM-in 177.4-cü maddəsinə əsasən baxış, axtarış və götürmə istisna edilməklə yaşayış yerində, xidməti və istehsalat binalarında digər istintaq hərəkətləri, habelə bu Məcəllənin 177.3.6 və 177.3.7-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri yalnız məhkəmənin qərarı əsasında aparıla bilər. Həmin Məcəllənin 177.6-cı maddəsində isə qeyd olunur ki, yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən bu Məcəllənin 177.3.1-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərinin (yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılması) aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənləri nəzərə almamışdır. Protestdə həmçinin qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Qabil oğlunda aşkar edilmiş 0,957 qram çəkidə narkotik vasitə olan heroinin satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsinə dair gəlinən nəticə də əsassız olmuşdur. Məhkum Məhərrəmovda aş kar edilmiş narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarının yuxarı həddindən 6 dəfə çox olması, onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edən fakt olduğuna apelyasiya instansiyası məhkəməsi tərəfindən əhəmiyyət verilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2023-cü il tarixli 1(103)-1876/2023 nömrəli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş olunur. Məhkum hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən onun cəzasını yüngülləşdirən hallar, o cümlədən səmimi peşmanlığı, himayəsində 2 azyaşlı uşağının və xəstə atasının və 2-ci qrup əlil olan anasının olması nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kolleg iyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin isə təmin edilməməsi barədə dövlət ittihamçısı E.İbrahimovun, kassasiya protestinin təmin edilməməsi, kassasiya şikayətinin isə təmin edilməsi barədə Məhkum çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcə llənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kass asiya protestində təqsirləndirilən şəxs Məhkum törətmiş olduğu cinayət əməlinin tövsifində məhkəmələr tərəfindən səhvə yol verildiyi qeyd edilir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona təyin olunmuş cəzanın ağır olması mübahisə edilir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələ ri satma”ya görə; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində isə “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” cinayət məsuliyyəti nəzərdə tutulur. Məhkəmə kollegiyası protestdə göstərilmiş dəlillər ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilmə si və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş və zifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslXaq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələb lərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum Qabil oğlunun ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə, birinci instansiya məhkəməsi tərəfindən isə CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş cinayət əməlini CM-in 234.1-ci maddəsinə tövsif etmiş və həmin maddə ilə təqsirli bilmişdir. Belə ki, birinci instansiya məhkəmə iclasında təqsirləndirilən Məhkum ona ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni üzərindən aşkar edilmiş narkotik vasitə ilə bağlı həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, 1 oktyabr 2022-ci il tarixdə, təxminən səhər saat 8-9 radələrində evdən çıxıb mülkiyyət hüquqları ilə atasına məxsus olmaqla özünün idarə etdiyi “Mercedes 220CDİ minik” markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmək istəyən zaman polis əməkdaşları onu saxlayaraq məcburi qaydada polis əməkdaşlarına məxsus “FiatDoblo” markalı avtomobilə əyləşdirib polis idarəsinə aparmışlar. Polis idarəsində külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı etiraf etməsi üçün təzyiqlərə məruz qalmış və vəhşicəsinə döyülmüşdür. Lakin o, bunu qəbul etməmişdir. Daha sonra avtomobilində çəkiliş aparılaraq küll i miqdarda narkotik vasitələr aşkar edilməsi kimi sənədləşdirmə aparılmaq istənilmiş, lakin o, buna da etiraz etmişdir. Bundan sonra ailə üzvlərinə harada olması barədə məlumat verə bilmək üçün polis əməkdaşlarını inandırmaqdan ötrü evində külli miqdarda narkotik vasitələrin olmasını boynuna götürəcəyini söyləyərək polis əməkdaşlarını evində çəkiliş etməyə razı salmışdır. Məqsədi anasının onun tutulmasını görməsi olmuşdur. Buna görə də, polis əməkdaşlarını öz evinə deyil, anasının yaşadığı evə aparmışdır. Belə ki, polis əməkdaşları onunla birlikdə anasının yaşadığı ünvan 5 ünvanındakı evə getmişlər. Evdə də təzyiqlərə və döyülməyə məruz qalmışdır. Saxlanılan zaman üzərində təxminən bir qrama yaxın özünün istifadə etməsi üçün əldə etdiyi narkotik vasitə heroin olmuşdur. Məhkum ifadəsinə dav am edərək göstərmişdir ki, anasının yaşadığı evdə hər hansı narkotik vasitə olmamış, ümumiyyətlə, özü həmin evdə yaşamamışdır. Belə ki, o, ailə üzvləri ilə birgə anasının evinə yaxın ərazidə, lakin başqa ünvanda, yəni istintaq sənədlərində də qeyd edilmiş Həmzə Babaşov küçəsi, ev 10, mənzil 48-də yaşamışdır. Anasının yaşadığı ev isə Həmzə Babaşov küçəsi, ev 4, mənzil 29 olmaqla həmin evlə onun yaşadığı ev arasında təxminən 100 metr məsafə vardır. Narkotik vasitə aşkar olunması qeyd edilən evdə anası və qardaşı ailə üzvləri ilə birgə yaşayır. Polis əməkdaşlarını həmin evə aparmaqda məqsədi anasının və qardaşının onun polis tərəfindən saxlanılmağını öyrənmələrini istəməsi olmuşdur. İş materiallarında həmin evdə məhz qardaşının ailə üzvləri ilə birgə yaşaması barədə arayış da vardır. Sonral ar döyülməsi və təzyiqlərə məruz qalması ilə bağlı müxtəlif qurumlara, o cümlədən prokurorluq orqanlarına və “Ombudsman”a şikayətlər etmişdir. Tutularkən ailə üzvləri ilə əlaqə saxlamağa şərait yaradılmamışdır. Həmçinin atası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə avtomobilinin polis idarəsində saxlanılması barədə şikayət də etmişdir. Polis əməkdaşları onu saxlayan zaman saxlanmasının səbəbi barədə ona hər hansı məlumat verməmişlər. O, yaşadığı evin qarşısında avtomobilinə əyləşən zaman polis əməkdaşları avtomobilə basqın edərək onu polis idarəsinə aparmışlar. Polis əməkdaşları onu saxlayan zaman dörd nəfər olmuş, onlardan birinin adı X, digərinin adı isə X idi. Digər iki nəfərin isə adlarını xatırlamır. Onun üzərində polis idarəsindəki inzibati otaqlardan birind ə video çəkilişlə edilmiş şəxsi axtarış anasının evindən qayıtdıqdan sonra aparılmışdır. Belə ki, onun anasının evində də etiraf etmədiyini görən polis əməkdaşları onu yenidən polis idarəsinə aparmışlar. Polis əməkdaşları əvvəl guya narkotik vasitələrin ondan aşkar olunması ilə bağlı avtomobildə video çəkiliş aparılmasını istəmiş, lakin o, etiraz etdiyindən video çəkilişin polis idarəsində ediləcəyini bildirmişlər. Polis əməkdaşları ilə birlikdə evə gedən zaman evdə yalnız anası Şahid4 olmuşdur. Həmin vaxt təxminən saat 9-10 radələri olardı. Evdə də polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmışdır. Üzərində şəxsi axtarışla bağlı video çəkiliş evdən polis idarəsinə qayıtdıqdan sonra olmuşdur. O, saxlanılan zaman qaçmamış, bədəni üzərində aşkar olunan xəsarətlər isə polis əməkdaşları tərəfindən anasının evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrlə bağlı ondan etiraf edici ifadə alınması məqsədi ilə döyülməsi ilə əlaqədar yaranmışdır. Belə ki, polis əməkdaşları onun avtomobilinə basqın edərək onu polis idarəsinə apararkən və sonradan onlar tərəfindən döyülməsi ilə əlaqədar xəsarətlər almışdır. Məhkum ifadəsinə əlavə edərək göstərmişdir ki, o, istintaqda hər hansı sənədi və ya ifadəni imzalamaqdan imtina etməmiş, uzun müddət müstəntiq onunla ümumiyyətlə görüşməmişdir. Məhkəməyədək icraat zamanı bir sıra istintaq və prosessual sənədlərdə guya onun həmin sənədləri imzalamaqdan səbəbsiz yerə imtina etməsi kimi qeyd edilməsi tamamilə səhvdir. Belə ki, belə hallar olmamışdır. Özünü yalnız üzərindən aşkar edilmiş şəxsi istifadə məqsədi ilə saxladığı narkotik v asitəyə görə təqsirli hesab edir və həmin törətdiyi əməldən çox peşmandır. İfadəsinin sonunda anasının evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrlə bağlı ona bəraət verilməsini, üzərindən təxminən bir qrama yaxın şəxsi istehlak məqsədi ilə narkotik vasitə aşkar edilməsini nəzərə alaraq məhkəmədən ona CM-in 234.1-ci maddəsi ilə aşağı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Apelyasiya icraatı zamanı ifadə verən təqsirləndirilən Məhkum bildirmişdir ki, o, xx.xx.2022-ci il səhər tezdən evdən çıxıb işə gedərkən, maşına oturmaq istədiyi anda 3 nəfər polis əməkdaşı basqın edərək onu zorla maşına mindirib şöbəyə aparmışlar. Şöbədə ona xəsarətlər yetirilmiş, vəhşicəsinə döymüşlər. Ondan 1 kq-a yaxın heroin, 128 qram metamfetamin olan narkotik vasit əni boynuna almağını istəmişlər. Əvvəlcə çəkiliş etmək istəyiblər ki, guya o həmin narkotik vasitələri maşından çıxardır. O onlarına dediklərinə qarşı çıxmış, sonra gedib narkotik vasitəni anasının evinə qoymuşlar, orada icazə olmadan qeyri-qanuni şəkildə onun iştirakı olmadan çəkiliş ediblər. Qanun pozuntuları ilə sənədlər tərtib edərək, ona barəsində cinayət işi başlayacağını bildirmişlər. Neçə dəfə döyülməyinə baxmayaraq etiraf etməmişdir. O, 5-6 aydır ki, pulu olduğu halda heroin olan narkotik vasitədən çəkisini bilmədiyi miqdarda istifadə edib. Həmin narkotik vasitəni tanımadığı adamlardan almışdır. İstintaq zamanı verdiyi ifadələrə münasibətdə özünü narkotik vasitənin istifadəçisi kimi təqsirli bilir. Qalan hallarla bağlı onu döyərək zorla ifadə verməyə məcbur etdiklərini bildirmiş dir. Onu döyən polislərin adlarını xatırlamır. Döymə faktı ilə bağlı prokurorluq orqanında müraciətinə baxılmışdır. O, narkotik vasitənin aşkar olunduğu ünvanda yaşamır, orada anası yaşayır. Sonradan ona məlum olub ki, guya ona məxsus olan narkotik vasitəni anasının evindən tapıblar. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, oğlu Məhkum onunla eyni küçədə yaşamış və tez-tez evinə gəlib-getmişdir. Hadisə baş verən gün küçədən səs-küy gəlməsini eşidib pəncərədən baxarkən dörd nəfər şəxsin Məhkumi döydüyünü görmüşdür. Məhkum evə doğru qaçdığından qapını açaraq Məhkumi evə salmış, həmin o, dörd nəfər şəxs də evə daxil olmuşdur. Evdə də Məhkumi amansızcasına döymüşlər. Daha sonra həmin şəxslər evin qapısını bağlamış və onun poli sə şikayət etmək istədiyini görüb mobil telefonunu əlindən almışlar. Həmin dörd nəfər şəxsdən iki nəfəri Məhkumlə birlikdə getmiş, digər iki nəfər isə onun evində qalmışdır. Evini töküb dağıtmış, lakin hər hansı kənar əşya aşkarlaya bilməmişlər. Bir müddət keçdikdən sonra isə bir nəfər əlində sellofan torba ilə evinə gəlmiş və daha sonra onu polis bölməsinə aparmışlar. Polis bölməsində dörd saat saxlandıqdan sonra ona “Biz nə deyirik onu elə” demişlər. Həmin polis əməkdaşlarından iki nəfərin adını xatırlayır. Belə ki, onlardan biri X, digəri isə X adlı polis əməkdaşları olmuşdur. Polis əməkdaşları onu polis bölməsinə apararkən evinin açarı X adlı polis əməkdaşında qalmışdır. Onu polis bölməsinə oğlu Məhkumin müvəqqəti idarə etdiyi atasına məxsus avtomobillə aparmışlar. Həmin avtomobili pol is əməkdaşı idarə etmişdir. Onu polis bölməsindən evə buraxdıqdan bir müddət sonra evdə olarkən qapının döyülməsini eşidib açarkən polis əməkdaşlarını görmüş və həmin polis əməkdaşları onu təkrarən polis bölməsinə aparmışlar. Polis bölməsində ona evində axtarış keçirilməsinə razılıq verməli olması izah edilmiş və o isə qorxduğu üçün razı olmuşdur. Evində video çəkiliş aparılan zaman polis əməkdaşı Şahid3 ona nə və hansı formada izah edibsə elə etməklə demişdir. Şahid4 ifadəsinə əlavə edərək göstərmişdir ki, polis əməkdaşları birinci dəfə evində axtarış aparkən hər hansı qanunsuz əşya aşkar edə bilməmiş, lakin ikinci dəfə evindən narkotik vasitələr aşkar olunduğunu bildirmişlər. O, övladı Məhkum polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra ombudsmana bu barədə şikayət etmişdir. Oğlu Mə hkum onunla eyni evdə yaşamır. Belə ki, Məhkum atası ilə yaxınlıqdakı digər evdə, yəni Həmzə Babaşov 10 ünvanında yaşayır. Onun evinin açarı oğlu Məhkumdə heç vaxt olmamışdır. Məhkum saxlanılmamışdan əvvəl o, polisə oğlundan şikayət etməmiş, hadisədən əvvəl son dövlərdə Məhkumin narkotik vasitə istifadə edib-etməməsi barədə məlumatı da olmamışdır. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 1 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X2 iştirakı ilə Məhkum elan edilmiş müvafiq qərar əsasında həmin gün saat 10:30-dan 10:50-dək Bakı şəhəri, Binəqədi RPİ-nin Təhqiqat şöbəsinə ezam olunmuş 5-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis kapitanı Şahid6 tərəfindən xidməti otaqda Məhkum üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti ke çirilmişdir. Protokoldan görünür ki, Məhkum şəxsiyyəti müəyyən olunmuş, ona hüquq və vəzifələri izah edilmiş, daha sonra Məhkum üzərində hər hansı bir qanunla qadağan olunan əşyalar varsa, təqdim etməsi təklif olunmuşdur. O, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, bir ədəd iyirmi manatlıq əskinası və həmin gödəkçənin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxardıb masanın üzərinə qoyaraq həmin bükümün narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı Məhkum üzərində şəxsi axtarış aparsa da, başqa heç bir əşya aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən həmin bükümə baxış keçirildikdə orada qəhvəyi rəngli maddənin olması məlum olmuşdur. Sorğu zamanı Məhkum bildirmişdir ki, üzərindən aş kar edilərək götürülmüş şəffaf sellofan bükümdə olan maddə narkotikdir və onu üç gün əvvəl yaşadığı evin yaxınlığında yerləşən “Zərifə Əliyeva” adına parkda tanımadığı şəxsdən on beş manat pul müqabilində almışdır. Həmin şəxs qeyd edilən bükümün içərisində bir qram heroin olmasını bildirmişdir. Həmin vaxtdan etibarən narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamış və ondan istifadə etməmişdir. (Cild 1, i.v 32, 36-38). Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/5663 saylı, 2 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №172 dairəvi möhür əksləri, imzalar olan iki ədəd zərfdə və bir ədəd bağlamada təqdim olunmuş: üzərində “...Vətəndaş Məhkum üzərindən...” sözləri olan 1 №-li zərfdəki bir əd əd bükümdə təmiz çəkisi 0,957 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 № li zərfdəki heroinin təmiz çəkisi – 0,957 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 0,857 qram. İş materiallarında olan “Ambulator məhkəmə-narkoloji ekspertizası”nın 22 oktyabr 2022-ci il tarixli, 6256 saylı rəyindən görünür ki, müayinə zamanı Məhkum opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v. 194-195). "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali M əhkəməsinin Plenumunun 8 saylı, 14 iyun 2024-cü il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkil ib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı Məhkum narkotik maddənin satışı ilə məşğul olması, narkotik maddənin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, narkotik maddəni kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəridən” narkotik maddə ilə bağlı sifariş alması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki,Məhkum verilmiş ittihamın onun yaşadığı ünvan 2 saylı mənzildə külli miqdarda olan 958,467 qram narkotik vasitə heroin və külli miqdarda olan 126,168 qram psixotrop maddə metamfetaminin qabaqcadan əlbir olan bi r qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxlaması və həmin predmetlərin qeyd edilən mənzildə axtarış zamanı aşkar edilməsinin iddia edilməsi hissəsində, Məhkum Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının CPM-nin 42.1.4-cü maddəsinə əsasən ona bəraət verilmiş,apelyasiya instansiyası məhkəməsi də hökmü hissədə dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Məhkum üzərindən 0,957 qram çəkidə narkotik vasitə heroin aşkar edilməsi, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik maddə heroinin əldə etməsi, saxlaması və üzərində daşıması öz təsdiqini tapsa da, onun həmin 01 ədəd bük ümdə 0,957 qram çəkidə narkotik maddə heroinin məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi üçün əsaslar vermir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizli k prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı a pellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olm alıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilmə sinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarının 27-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Cin ayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən isti fadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən o nun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldı rılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın.” Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, himayəsində biri yetkinlik yaşına çatmayan olmaqla iki uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin residivi olması cəzasını ağırlaşdıran hal kimi, habelə təyin olunacaq cəzanın onun islah olunmasına t əsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində daha ağır və ya daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmi şdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş ci nayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və k assasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest və şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. Məhkum Qabil oğlu barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2023-cü il tarix li 1(103)-1876/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar