Məhkəmə qərarları › İş №1(102)-1346/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1346/2019

29.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1346/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi),Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib: İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçi-vəkil Müdafiəçi iştirakları ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 308.1-ci maddələri ilə məhkum olunmuş Məhkum barəsində Bakı Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyul 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim: X18) Məhkum- xx.xx.1986-cı il tarixində Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Göyçay rayon məhkəməsinin 17.01.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.4-cü maddəsinə əsasən, qəti olaraq 2.000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şö bəsinin gəlirlər sektorunun məsləhətçisi və Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinin Sosial sığorta sektorunda məsləhətçi vəzifələrində işləmiş, Göyçay şəhəri, *********************** qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1-ci və 308.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə, CM-nin 308.1-ci maddəsi ilə CM-nin 46-cı maddəsi tətbiq edilməklə 01 (bir) il dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasə n təyin edilmiş cəzaları qismən toplanmaqla qəti olaraq 1 (bir) il dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə məhkum edilmişdir. Cəzaçəkmənin əvvəli 11 aprel 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən X9 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, informasiya texnologiyalarından istifadə etməklə özgəni n əmlakını təkrarən gizli olaraq talayaraq oğurlamışdır. Belə ki, Məhkum 20.07.2017-ci il tarixdən 10.12.2018-ci il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinin Sosial sığorta sektorunun məsləhətçisi vəzifəsində işləyərkən məcburi dövlət sosial sığorta sahəsində qanunvercilik aktlarının tələblərinin yerinə yetirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi, təhkim edildiyi müvafiq ərazilər üzrə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığortasına cəlb olunmasına, məcburi sosial sığorta ayırmalarının düzgün hesablanması və ödənilməsi, xərclənməsi və onlardan təyinatına görə istifadə olunmasına nəzarət işlərinin həyata keçirilməsi və sair səl ahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, özgənin əmlakını gizli olaraq təkrarən talamaq məqsədilə "xxxx" ASC-də hesabları olan təqaüdçülərin plastik kart məlumatlarını işlədiyi idarədə həmin şəxslərin pensiya işindən ələ keçirirək “www.epul.az” online ödəmə sistemində özünə məxsus +**********23 mobil nömrəsi ilə “R6” və +**********13 mobil nömrəsi ilə “asif aska” şərti adı ilə qeydiyyatdan keçib, Zərərçəkmiş şəxs34 5167 5111 0824 6301 nömrəli plastik kartından 09.07.2018-ci il tarixdən 23.07.2018-ci il tarixədək 1.189 manat, təkrarən, Zərərçəkmiş şəxs30 4127 2211 0888 7169 nömrəli plastik kartından 09.07.2018-ci il tarixdən 1 7.08.2018-ci il tarixədək 2.610,35 manat, təkrarən, Zərərçəkmiş şəxs36 4127 2211 0271 6505 nömrəli plastik kartından 13.07.2018-ci il tarixdən 13.08.2018-ci il tarixədək 216,5 manat, təkrarən, Zərərçəkmiş şəxs28 4127 2211 0726 6399 nömrəli plastik kartından 13.07.2018-ci il tarixdən 13.08.2018-ci il tarixədək 248,25 manat, təkrarən, Zərərçəkmiş şəxs1 4127 2211 0241 2121 nömrəli plastik kartından 13.07.2018-ci il tarixdən 14.08.2018-ci il tarixədək 197 manat, təkrarən, Zərərçəkmiş şəxs11 4127 2211 0155 4725 nömrəli plastik kartından 13.07.2018-ci il tarixdən 14.08.2018-ci il tarixədək 277,5 manat, təkrarən, Zərərçəkmiş şəxs35 4127 2211 0991 9185 nömrəli plastik kartından 13.07.2018-ci il tarixdən 14.08.2018-ci il tarixədək 347 manat, təkrarən, Zərərçəkmiş şəxs23 4127 2211 0093 3623 nömrəli plastik kartından 13.07.2018-ci il tarixdən 20.08.2018-ci il tarixədək 328,25 manat, təkrarən, Zərərçəkmiş şəxs38 4127 2211 1516 8017 nömrəli plastik kartından 17.07.2018ci il tarixdən 13.11.2018-ci il tarixədək 592,87 manat, təkrarən, Zərərçəkmiş şəxs10 4127 2211 1790 8477 nömrəli plastik kartından 08.08.2018-ci il tarixindən 13.08.2018-ci il tarixədək 171,5 manat, təkrarən, Zərərçəkmiş şəxs26 6762 6111 0277 1879 nömrəli plastik kartından 13.08.2018-ci il tarixindən 03.09.2018-ci il tarixədək 195 manat, təkrarən, Zərərçəkmiş şəxs19 4127 2211 1429 3048 nömrəli plastik kartından 13.08.2018-ci il tarixdən 12.09.2018-ci il tarixədək 405,5 manat, təkrarən, Zərərçəkmiş şəxs22 4127 2211 2192 3421 nömrəli plastik kartından 17.08.2018-ci il tarixdə 152,25 manat, təkrarən, Zərərçəkmiş şəxs21 4127 2 211 1930 3412 nömrəli plastik kartından 17.08.2018-ci il tarixdən 12.09.2018-ci il tarixədək 1.105,5 manat, təkrarən, Zərərçəkmiş şəxs18 4127 2211 2040 9653 nömrəli plastik kartından 20.08.2018-ci il tarixdən 12.09.2018-ci ilə tarixədək 356,5 manat, təkrarən, Zərərçəkmiş şəxs20 4127 2211 2864 7007 nömrəli plastik kartından 21.08.2018-ci il tarixdən 13.09.2018-ci il tarixədək 354,25 manat, təkrarən, Zərərçəkmiş şəxs16 4127 2211****5419 nömrəli plastik kartından 06.09.2018-ci il tarixdən 07.09.2018-ci il tarixədək 188 manat, təkrarən, Zərərçəkmiş şəxs24 6762 6111 0364 9652 nömrəli plastik kartından 14.09.2018-ci il tarixdən 18.09.2018-ci il tarixədək 335,5 manat, təkrarən, Zərərçəkmiş şəxs14 4127 2211 1899 1142 nömrəli plastik kartından 18.09.2018-ci il tarixdən 12.10.2018-ci il tarixədək 36 8,5 manat, təkrarən, Zərərçəkmiş şəxs5 4127 2211****8409 nömrəli plastik kartından 19.09.2018-ci il tarixdən 05.11.2018-ci il tarixədək 1.241 manat, təkrarən, Zərərçəkmiş şəxs6 4127 22*****6168 nömrəli plastik kartından 27.09.2018-ci il tarixdən 13.11.2018-ci il tarixədək 2.063,56 manat, təkrarən, Zərərçəkmiş şəxs9 676261*******2806 nömrəli plastik kartından 29.09.2018-ci il tarixdə 166 manat, təkrarən, Zərərçəkmiş şəxs31 4127 2211 2119 9824 nömrəli plastik kartından 11.10.2018-ci il tarixdən 13.11.2018-ci il tarixinədək 208 manat, təkrarən, Zərərçəkmiş şəxs32 4127 2211 1922 8346 nömrəli plastik kartından 12.10.2018ci il tarixindən 13.11.2018-ci il tarixədək 421,25 manat, təkrarən, Zərərçəkmiş şəxs37 4127 2211 0231 9904 nömrəli plastik kartından 15.10.2018-ci il tarixindən 13.11.2018-ci il tarixədək 1.704,5 manat, təkrarən, X2 4127 2211 2882 3293 nömrəli plastik kartından 1516 oktyabr 2018-ci il tarixlərində 686,08 manat, təkrarən, Zərərçəkmiş şəxs27 5167 5111 0420 0260 nömrəli plastik kartından 15-16 oktyabr 2018-ci il tarixdə 408 manat, təkrarən, Zərərçəkmiş şəxs33 4127 2211 1930 7785 nömrəli plastik kartından 17.10.2018-ci il tarixdən 10.11.2018-ci il tarixədək 822,5 manat, təkrarən, Zərərçəkmiş şəxs13 4127 2211 2343 2678 nömrəli plastik kartından 17.10.2018-ci il tarixdən 13.11.2018-ci il tarixədək 461,25 manat, təkrarən, Zərərçəkmiş şəxs7 4127 2211 1574 9527 nömrəli plastik kartından 18.10.2018-ci il tarixdən 09.11.2018-ci il tarixədək 279,25 manat, təkrarən, Zərərçəkmiş şəxs12 4127 2211 0843 8385 nömrəli plastik kartından 19.10.2018-ci il tarixdən 13.11.2018-ci il t arixədək 259,25 manat, təkrarən, Zərərçəkmiş şəxs2 4127 2211 1040 9887 nömrəli plastik kartından 22.10.2018-ci il tarixdən 13.11.2018-ci il tarixədək 328,25 manat, təkrarən, Zərərçəkmiş şəxs15 4127 2211 1811 3234 nömrəli plastik kartından 30.10.2018-ci il tarixdən 09.11.2018-ci il tarixədək 417,25 manat, təkrarən, Zərərçəkmiş şəxs4 4127 2211 1810 6204 nömrəli plastik kartından 05.11.2018-ci il tarixdən 13.11.2018-ci il tarixədək 659 manat, təkrarən, Zərərçəkmiş şəxs3 4127 2211 2175 2358 nömrəli plastik kartından 06.11.2018-ci il tarixdən 13.11.2018-ci il tarixədək 717 manat, təkrarən, Zərərçəkmiş şəxs39 4127 2211 2996 0565 nömrəli plastik kartından 06.11.2018-ci il tarixdən 13.11.2018-ci il tarixədək 219 manat, təkrarən, Zərərçəkmiş şəxs17 4127 2211 1568 2827 nömrəli plastik kartından 07.1 1.2018-ci il tarixdən 13.11.2018-ci il tarixədək 629,25 manat, təkrarən, Zərərçəkmiş şəxs8 6762 6111 0511 9688 nömrəli plastik kartından 08.11.2018-ci il tarixdən 09.11.2018-ci il tarixədək 237,25 manat, təkrarən, Zərərçəkmiş şəxs29 4127 2211 1743 8327 nömrəli plastik kartından 13.11.2018-ci il tarixdə 133 manat olmaqla, ümumilikdə 39 təqaüdçünün kart hesabında olan cəmi 21.699,86 manat məbləğində pul vəsaitlərindən həmin internet saytında olan səhifəsi vasitəsilə həmin müddət ərzində “card to card”, yəni kartdan karta pul köçürmə əməliyyatı ilə özünə məxsus 4127 2222 3402 7464 nömrəli plastik kart hesabına 12.331 manat və cinayətdən xəbərsiz olan arvadı X5 məxsus olan 4127 2222 3072 4130 nömrəli plastik kart hesabına 2.849,86 manat köçürərək 09.07.2018-ci il tarixdən 13.11.2018-ci il tari xədək Bakı şəhərinin müxtəlif yerlərində olan bankomatlardan nağdlaşdırmaqla, bundan başqa cinayətdən xəbərsiz olan tanışları X15 məxsus olan 6768******3654 nömrəli plastik karta hesabına köçürdüyü 1.985 manat məbləğində pulu 09.11.2018-ci il tarixdə, X11 məxsus olan 472494*****7276 nömrəli plastik kart hesabına köçürdüyü 2.000 manat məbləğində pulu 08.11.2018-ci il tarixdə, X3 məxsus olan 4127 2211 1694 8151 nömrəli plastik kart hesabına köçürdüyü 1.234 manat məbləğində pulu 09.11.2018-ci il tarixdə, X7 məxsus olan 5335****8124 nömrəli plastik kart hesabına köçürdüyü 900 manat məbləğində pulu 14.11.2018-ci il tarixdə müxtəlif bəhanələrlə həmin şəxslər vasitəsilə çıxarıb ələ keçirməklə, eləcə də həmin plastik kartların hesablarında olan vəsaitlərlə müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə məx sus olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ******-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-*****-** mobil telefon nömrələrinin balanslarına aldığı eyni məbləğ qarşılığında cəmi 400 manat məbləğində kontur ödənişləri edərək qeyd edilən məbləğdə pulu nağdlaşdırmağa nail olub informasiya texnologiyalarından istifadə etməklə özgənin, yəni adları qeyd edilən 39 nəfər təqaüdçünün əmlakını gizli olaraq təkrarən talayaraq oğurlamış, həmin əməli ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunu əhali arasında nüfuzdan salmaqla, təqaüdçülər və sosial müavinət alan şəxslər, əməliyyat aparan bank qarşısında etimadsızlığa gətirib çıxarmaqla qanunla qorunan mənafelərinə mü hüm zərər vurub vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Hökmdən Məhkum və müdafiəçisi X13 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: H.H.Əhmədov (sədrlik edən və məruzəçi), İ.M.Murquzov və H.Ç.Məmmədovdan ibarət tərkibdə) 01 iyul 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyul 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək azadlıqdan məhrumetmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum barəsində hər hans ı ağırlaşdırıcı hal müəyyən edilməmiş, zərərçəkmiş şəxslərdən məhkumun barəsində əksəriyyətinin hər hansı şikayət və tələbinin olmadığı müəyyən edilmiş, onlara dəymiş ziyan tamamilə ödənmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılarkən zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs14 vurulmuş ziyan tamamilə ödənilmiş, yalnız Zərərçəkmiş şəxs15 vurulmuş ziyan ödənilməmiş qalmışdır ki, qeyd edilən ziyanı da Məhkum valideynləri ödəməyə tam hazırdır. Göstərilənlərə əsasən Məhkum haqqında Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiysıının 01 iyul 2019-cu il tarixli qərarını məhkuma cəza təyin edilməsi hissəsində dəyişdirərək onun haqqında azadlıqdan məhrumetmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məh kəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qə rar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum himayəsində bir azyaşlı uşağın olmasını, gənc olmasını, ali təhsilli olmasın ı, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs37, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs6, X6, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs38, Zərərçəkmiş şəxs35, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs36, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs39, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs12 c inayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, onlarla barışıq əldə edilməsini və qeyd edilən zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs14 ilə barışığa cəhd etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş Zərərçəkmiş şəxs14 ona vurulmuş zərərin tam ödənildiyini, məhkuma qarçı heç bir şikayətinin və tələbinin olmadığını göstərmişdir. Kassasiya instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən müdafgiəçisi Müdafiəçi göstərmişdir ki, zərərçəkmiş şəxslərdən yalnız birinə Zərərçəkmiş şəxs15 vurulmuş ziyan 417,25 manat məbləği ödənilməmiş qalmşdır. On a görı ki, həmin şəxsin olduğu yeri aşkar etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxsin atası həmin məbləği dərhal ödəməyə hazırdır. Onun özünün məhkəmə iclaslarına gəlməməsi səbəbindən vurulmuş zərəri tam aradan qaldırmaq mqmkün olmamışdır. Cinayət işinin materiallarından görünür ki, apelyyasiya şikayətinə məhkəmə baxışı iki dəfə təxirə salınaraq bildirişlər Zərərçəkmiş şəxs15 yaşadığı ünvana (ünvan 2arına səbəbini bildirmədən gəlməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı gedişində məhkəmə iclasları dəfələrlə təxirə salınaraq ona təkrar bildirişlər göndərilməsinə və məcburi gətirilməsi barədə qərarlar qəbul edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs15 məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi məhkəmə iclasında onun istintaqdakı i fadəsini elan edərək, digər sübutlarla yanaşı həmin ifadəyə də əsaslanaraq ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs15 vurulmuş zərərin məbləği və təqsirləndirilən şəxsin valideynlərinin ona vurulmuş maddi ziyanın məbləğini ödəməyə hazır olduğu, vurulmuş 21.699,86 manat məbləğində maddi zərərin yalnız 417 manat 25 qəpik hissəsinin ödənilməmiş qaldığı və qalan məbləğin tam ödənildiyi nəzərə alınmalıdır. Göstərilən hallar məhkumun törətdiyi əməli dərk edərək peşimançılıq keçirdiyini, islah yoluna düşdüyünü təsdiq edən hallardır. Eləcə də cinayət nəticəsində çoxsaylı zərərçəkmiş şəxslərə vurulmuş zərərin aradan qaldırılması cinayətin və cinayəti törətmiş şəxsin ictimai təhlükəliliynin azalmasına dəlalət edən hallardır. Cinayət işinə başmış birinci və apell yasiya instansiya məhkəmələri bu halları cəzanı yüngülləşdirən hal kimi qiymətləndirsələr də həmin halı nəzərə alaraq məhkuma daha yüngül cəza təyin edilməli olmasını müzakirə etməmişlər. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər Yuxarıda şərh edilən hallar əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum cinayət törətdikdən sonrakı davranışı ilə cəza çəkmədən də islah olunacağına əsaslar yaratmışdır. Ona görə də onun barəsində şərti məhkumetmə tətbiq edilməlidir. Apellyasi ya instansiya məhkəməsi məhkumun bu davranışına, vurulmuş zərəri aradan qaldıraraq zərərçəkmiş şəxslərlə barışıq əldə etməsinə lazımi hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən müdafiəçinin kassasiya şikayəti qismən təmin edilməli və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2019-cu il il tarixli qərarı dəyişdirilərək, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Məhkum azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsi barəd ə qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 308.1ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2019-cu il il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasn məhkuma təyin edilmiş əsas cəza, 02 (iki) il 2 ay müddətinə azadlıqdan məhrumetmə şərti olaraq tətbiq edilsin. Məhkum öz davranışı ilə islah olunmasını sübut etmək üçün 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Məh kum üzərinə cinayət nəticəsində vurulmuş zərərin qalan hissəsini ödəmək, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarəti həyata keçirmək Bakı şəhəri, Yasamal rayon probasiya və icra şöbəsinə həvalə edilsin. Məhkum dərhal cəzaçəkmə müəssisəsindən azad edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar