Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1346/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bak ı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən Azər Paşayev, hakimlər İradə Həsənzadə və Əhməd Quliyevdən ibarət tərkibdə) xx xxxxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həmin cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin 28 iyul 2021-ci il tarixdən hesablanması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Məhkum barəsində narkomaniyadan məcburi müalicənin təyin edilməsi hökm edilmişdir. Hökmdən Məhkum, müdafiəçiləri Həsənova İlhamə Zakir qızı və Sərdarova Nərgiz Xəqani qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Həsən Hüseyn oğlu Əhmədovun sədrliyi və məruzəsilə, Habil Çingiz oğlu Məmmədovdan və İlqar Mustafa oğlu Murquzovdan ibarət tərkibdə) 14 aprel 2022-ci il tarixli qərarı ilə Məhkum, müdafiəçiləri Həsənova İlhamə Zakir qızı və Sərdarova Nərgiz Xəqani qızı tərəfindən verilmiş apellyasiya şikay ətləri təmin olunmuş, Məhkum törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək niyyəti ilə istintaqa məlum olmayan mənbədən 6,312 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkoik vasitə heroini Bakı şəhəri Nəsimi rayonu ərazisində “Papanin” adlanan yerdən xx.xx.2021-ci il tarixdə saat 12 radələrində qanunsuz əldə edərək üzərində saxlamış, elə həmin tarixdə saat 20:40 radələrində Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Mədən 1 Korpus 47 ünvanının yaxınlığında saxlanılaraq gətirildiyi Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin ünvan 4 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bağlamaya bükü lmüş ayrı-ayrılıqda təmiz çəkisi 2,302 qram və 4,010 qram olmaqla ümumi təmiz çəkisi 6,312 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin qablaşdırılmış iki ədəd şəffaf selofan bükümlər aşkar edilərək götürülmüşlər. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verildiyindən, eləcə də cinayət və cinayətprosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışın a təyin edilməlidir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 4 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir, ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işindən görünür ki, Məhkum üzərində aşkar olunmuş heroin narkotik vasitəsi iki bükümdə (2,302 qram və 4,010 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar 6,312 qram) olmuşdur. Hə mçinin nəzərə almaq lazımdır ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanuna və həmin qanunla təsdiq edilmiş İ siyahıya əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarı 2 qram təşkil edir. Göründüyü kimi, Məhkum satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşıdığı narkotik vasitə eyni çeşiddə olsa da şəxsi istehlak miqdarından 42 dəfədən, külli miqdardan 3 dəfədən çoxdur. Beləliklə, Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxs Məhkum özünümüdafiə xarakterli ifadəsini əsas götürərək həmin halları digər s übutların məcmusu üzrə düzgün qiymətləndirməmiş, sonda da işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2022-ci il tarixli qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatl arı bir daha vurğulayaraq protestin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasın da ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 234.4.3-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15-ci (məhkəm ə təqsirləndirilən şəxsə istinad edilən əməllərdən hər hansı birinə öz fikrini bildirmədikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2022ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva e dən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 20 11-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakte ri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Ə ks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq işə baxan Bakı Ağır Cinayətlər Məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsini Məhkum qismən etirafedici ifadəsi, dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə tam sübuta yetirilmiş hesab etmişdir. İşə baxan birinci instansiya məhkəməsi şəxsin üzərində aşkar edilən narkotik vasitələrin satış məqsədilə əldə edilməsi ilə bağlı yekun nəticəyə gələrkən məhkəmə istintaqı zamanı iş üzrə dindirilmiş şahidlərin ifadələri və ekspertizanın rəylərinə əsaslanmışdır. İşə baxan apelly asiya instansiya məhkəməsi isə məhkəmə baxışı zamanı toplanmış sübutların məcmusuna əsasən Məhkum qeyd olunan narkotik vasitəni və psixotrop maddələri satış məqsədilə əldə etmədiyi qənaətinə gələrək məhkumun əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkumun satış məqsədilə istehlakçılarla razılığa gəlməsi, həmçinin narkotik vasitənin və psixotrop maddənin hazırlanması üçün avadanlığın olması barədə hər hansı bir sübut aşkar edilməmişdir. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair ci nayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakç ı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarına əsasən həqiqətən məhkumun aşkar olunmuş narkotik vasitəni satış niyyəti ilə əldə edib saxlamasını və daşımasını, narkotik vasitənin satışı üçün istehlakçı ilə razılaşmalarının olmasını, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsini, xüsusi avadanlığın olmasını təsdiq edən və ya həmin xüsusatlar barədə məlumaları əks etdirən hər hansı bir mötəbər sübut müəyyən olunmamışdır. Belə ki, iş materiallarından görünür ki, polis əməkdaşları (əməliyyat müvəkkilləri) Məhkum narkotik vasitələrin satılmasında şübhəli olmasını göstərsələr də, əslində həmin məlumatın mənbəyi cinayət işi üzrə qey ri-müəyyəndir, bununla bağlı cinayət işinin materiallarında hər hansı məlumat mövcud deyildir. Belə olan halda əməliyyat müvəkillərinin verdikləri həmin məlumatın cinayət işi üzrə satışa dəlalət edən sübut kimi təqdim edilməsi işin həqiqi hallarına uyğun olmamaqla polis əməkdaşlarının (əməliyyat müvəkkillərinin) ifadələrinə həmin hissədə şübhə ilə yanaşmağa kifayət qədər əsas verir. Bundan başqa, Məhkum cinayət işi üzrə ibtidai istintaq zamanı bütün izahat və ifadələrində, bütün istintaq hərəkətləri zamanı üzərindən aşkar olunan narkotik vasitəni özünün şəxsi istifadəsi üçün əldə etdiyini göstərmişdir. Ekspert rəyinə əsasən Məhkum narkomaniya xəstəliyi aşkar olunması baxımından onun narkotik vasitəni özünün şəxsi istifadəsi üçün əldə etməsi daha inandırıcıdır. Eyni zamanda, iş materialları nda olan cinayət işində olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 28 iyul 2021-ci il tarixli raportunda Məhkum narkotik vasitələri məhz satış məqəsdi ilə əldə etməsi və daşıması barədə hər hansı məlumat qeyd edilməmişdir. Həmçinin, iş materiallarında olan “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 29 iyul 2021-ci il tarixli qərardan görünür ki, Məhkum barəsində cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (yəni satış məqsədi olmadan) başlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi X4 “cinayət əməlinin tövsif edilməsi haqqında” 30 iyul 2021-ci tarixli qərarından görünür ki, müstəntiq tərəfindən heç bir əsaslandır ma aparılmadan və heç bir sübut təsvir edilmədən Məhkum əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Narkotik vasitənin miqdarı ilə bağlı kassasiya protestində qeyd edilənlər ilə bağlı, yəni Məhkum əldə etdiyi narkotik vasitə olan 6,312 qram çəkidə olan heroinin külli miqdarda şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda olmasına dair hökmdə qeyd edilənlərə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, narkotik vasitənin əldə etmə və ya saxlama məqsədinin müəyyən olunması zamanı, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitənin xırda bükümlərə böl ünməsinə” dair xüsusatlara gəldikdə isə kassasiya məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həmin hallara qiymət verərkən “bükümlərə bölünmənin” məhz təqsirləndirilən şəxs tərəfindən icra olunub-olunmaması və ya məhz xırda bükümlər şəklində əldə edilməsi hallarını araşdırmalı idi. Lakin müəyyən olunur ki, baxılan iş üzrə qeyd edilən hal üzrə birinci instansiya məhkəməsi tərəfindən hər hansı bir araşdırılma aparılmamış, narkotik vasitənin iki bükümdə olmasına formal surətdə “satış məqsədini” təsdiq edən sübut kimi istinad olunmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən verilmiş ittihamı təsdiq edərkən iş faktiki hallarını tam və hərtərəfli araşdırmamış, CPM-nin sübutetməyə dair 33, 12 5, 139, 144, 146-cı maddələrinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsinin yalnız polis əməkdaşlarının ifadəsi və ekspertiza rəyləri üzərində qurulan ittiham üzrə heç bir əlavə sübut tədqiq etmədən, yalnız narkotik vasitənin miqdarına əsasən məhkumun həmin maddələri məhz satış məqsədilə əldə etməsi barədə gəldiyi nəticə keyfiyyətli məhkəmə araşdırmasının nəticəsi kimi qəbul edilə bilməz. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imk an versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tö vsif edilmişdir. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2022-ci il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1346/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1346/2022
05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver