Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1346/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Məhkum müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 9 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 29,120.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X12 (sədrlik edən), X11 (məruzəçi) və X3 ibarət tərkibdə) 9 sentyabr 2022-ci il tarixli hökmü ilə 23 avqust 1992-ci il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, "Təmiz Qaz” ASC-də xətt baxıcısı işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 v ə 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 17 noyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəx s (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi və 4000 AZN (dörd min manat) cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə, 5000 AZN (beş min manat) mənəvi zərərə görə, ümumilikdə 9000 AZN (doqquz min manat) məbləğində pulun təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X9 və X4 ibarət tərkibdə) 20 dekabr 2022-ci il tarixli qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi3 və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsin in 09 sentyabr 2022-ci il tarixli, 1(091)109/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum keçmiş arvadı Şahid14 ilə öz dostu olan Göyçay şəhər sakini xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs arasında sevgi münasibətlərinin olmasından şübhələndiyindən sonuncu ilə həmin məsələni aydınlaşdırmaq qərarına gəlib bu məqsədlə xx.xx.2021 -ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxsla görüşüb özünə məxsus "BMW” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etməsini sonuncuya həvalə edərək avtomaşınla gəzinti zamanı Zərərçəkmiş şəxs Şahid14 ilə aralarında hər hansı bir münasibətin olmasını inkar etdiyindən, Vüsalın Şahid14 ailə üz vlərinin, həmçinin atasının evdə olmasını deməsi və avtomobili Şahid14 yaşadığı evin qarşısına sürməsindən daha da hiddətlənərək, Şahid14 yaşadığı evlə üzbəüz yerləşən Göyçay şəhəri, N.Nərimanov küçəsində yerləşən 107 nömrəli evin qarşısına çatdıqda, Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib müstəsna qəddarlıq və rəhmsizlik nümayiş etdirərək, bu məqsədlə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib avtomobilində gəzdirdiyi və soyuq silah hesab edilən ümumi uzunluğu 202 mm, tiyəsinin uzunluğu 102 mm olan bıçaqla qəsdən sonuncunun sinə nahiyyəsinə iki dəfə bıçaqla zərbə endirmiş, Zərərçəkmiş şəxs avtomobildən düşüb geriyə doğru qaçmağa başladıqdan sonra, cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə avtomobildən düşərək, sonuncunun arxasınca qaçıb ünvan 2 ünvanının qarş ısında onun boyun nahiyyəsindən tutaraq qəsdən ona əzab və iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirməklə sonuncuya 8 ədəd döş qəfəsinin sağ yarısında İİİ qabırğanın orta körpücük xətti üzrə tam, V qabırğanın isə hissəvi kəsilməsi, sol yarısında Vİ qabırğanın orta körpücük xətti üzrə və Vİİ qabırğanın döş sümüyü birləşməsi səviyyəsindən tam kəsilməsi fonunda, döş qəfəsinin sağ, sol və arxa səthinin, 1 ədəd qarının ön divarının daxilə nüfuz edən mədənin böyük əyriliyinin və piyliyin zədələnməsi ilə müşayət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran kəsilmiş-deşilmiş yaraları, 1 ədəd sağ dirsək oynağının iç səthinin sağ dirsək sinirinin zədələnməsi ilə müşayət edilən dərəcəsinə görə sağlamalığa az ağır zərər vuran kəsilmiş-deşilmiş yara, 1 ədəd qarının sağ yan divarının, 1 ədəd sağ budun aşağı 1/3-nin bayır səthinin, 2 ədəd boynun sağ tərəfinin, 1 ədəd çənəaltı nahiyyənin, 1 ədəd sağ üz nahiyyəsinin, 1 ədəd sol əlin baş barmağının və 1 ədəd İİ barmağın distal və orta falanqalarının dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran deşilmiş-kəsilmiş yaralar, ümumilikdə 18 ədəd xəsarət yetirmiş, Zərərçəkmiş şəxs yerdə hərəkətsiz vəziyyətdə qalmasından öldüyünü zənn edərək hadisə yerindən uzaqlaşmış və sonuncu Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırıldıqdan sonra göstərilən tibbi yardım nəticəsində həyatı xilas edildiyindən, o, xüsusi amansızlıqla bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini, yəni Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyi öz iradəsindən a sılı olmayan səbəblərdən başa çatdıra bilməyib soyuq silah hesab edilən bıçaqla xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində göstərilmişdir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum cəzasını yüngülləşdirən hər hansı hal, o cümlədən onun könüllü gəlib təqsirini boynuna alması müəyyən edilməmişdir. İbtdai istintaqın yekununda istintaq orqanının gəlmiş olduğu həmin nəticə işin faktiki hallarına tam uyğun olmaqla əsaslı olmuşdur. Belə ki, işin obyektiv hallarından görünür ki, nə ibtidai, nə də ki məhkəmə istintaqı zamanı təqsirləndirilən Məhkum hadisədən sonra könüllü olaraq polis əməkdaşı Pərviz İsrəfilova zəng vurmaqla törətmiş olduğu cinayət əməli barədə məlumat verməsi, nəticə etib arilə könüllü gəlib təqsirini boynuna alması və ümumiyyətlə buna işarə edən hər hansı hal müəyyən edilməmişdir. Məhkum cinayət əməlini törətdikdən bilavasitə sonrakı hərəkətlərini təhlil edərkən aydın olur ki, o, hadisədən dərhal sonra atası Şahid1 zəng vuraraq zərərçəkmiş Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini bildirmiş, atası Şahid1 ona evə gəlməsini demiş və bundan sonra Məhkum cinayətin aləti olan bıçağı da özü ilə götürərək yaşadığı evə getmiş, evlərinin həyətində üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən həmin bıçağın üzərində olan izləri, qanabənzər ləkələri yumaqla təmizləmiş, oğlu Məhkum zəngindən sonra Şahid1 özü polis əməkdaşı Pərviz İsrəfilova zəng vuraraq Məhkum cinayət əməli törətməsini bi ldirmiş, polis əməkdaşı Pərviz İsrəfilovun evdə qalaraq onları gözlərmələrini bildirməsi səbəbindən Şahid1 oğlu Məhkumlə birlikdə yaşadığı evdə gözləmiş, bundan qısa müddət, 10-15 dəqiqə sonra Pərviz İsrəfilov da daxil olmaqla polis əməkdaşları Məhkum yaşadığı evə gələrək onu özləri ilə birlikdə polis şöbəsinə aparmış, Məhkum hadisədən sonra hüquq mühafizə orqanlarına getmək, Daxili İşlər Nazirliyinin “102” xidməti də daxil olmaqla digər xidmətlərə, habelə tanışı olan polis əməkdaşı Pərviz İsrəfilova zəng vurmaq imkanının olmasına baxmayaraq bunu etməmiş, məhz bu səbəbdən polis əməkdaşı Pərviz İsrəfilov və hadisənin baş verdiyi gün Göyçay RPŞ-nin növbətçi hissəsində xidmətdə olan Zaur Cavadov tərəfindən Məhkum könüllü gəlməsi ilə bağlı protokol tərtib edilməmiş, reallıqda mövcud olmadığı ü çün haqlı olaraq istintaq orqanı tərəfindən tərtib olunan ittiham aktında da bu hal onun cəzasını yüngülləşdirən hal kimi qeyd olunmamışdır. Məhkəmə istintaqının gedişatında zərərçəkmiş şəxslə barışıq əldə edə bilmədiyini görən Məhkum gələcəkdə ona cəza təyin edilərkən barəsində CM-nin 60-cı maddəsinin əsassız tətbiq edilməsi məqsədi ilə ibtidai istintaqda bu barədə ümumiyyətlə ifadə verməməsinə baxmayaraq məhkəmə istintaqında göstərmişdir ki, Göyçay Rayon Polis Şöbəsində işləyən Pərviz adlı əməkdaşı tanıdığından cinayət törətdikdən sonra ona telefonla zəng etmiş və cinayət törətdiyini etiraf etmişdir. Polis əməkdaşı olan Pərviz ona evdə olmağı tapşırmış və özünün gəlib onu polis şöbəsinə aparacağını bildirmişdir. Bundan sonra atasına zəng etmiş və olanlar barədə atasına da məlumat vermişd ir. Atası tez evə gəlməyini tapşırmış və polisə getmək lazım olduğunu bildirmişdir. O da öz növbəsində ona artıq polisə məlumat verdiyini və onları gözləmək üçün evə getdiyini demişdir. Sonra evə getmiş və polis əməkdaşları gəlib onu polis şöbəsinə aparmışdır. Təqsirləndirilən Məhkum ifadəsində göstərdiklərinin həqiqət olub-olmamasının müəyyən edilməsi məqsədi ilə iş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş bir ədəd diskə baxış keçirilməsinə dair protokol və diskdəki telefon danışıqları çıxarışı məhkəmədə tədqiq edilmiş, məhkəmənin qərarı ilə Məhkum məxsus olan mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin çıxarışı əldə edilmiş və Məhkum 16 noyabr 2021- ci il tarixdə polis əməkdaşı Pərviz İsrəfilova ümumiyyətlə zəng vurmadığı, həmin tarixdə saat 20.47-də atası Şahid1 istif adəsində olan ********** saylı mobil nömrəyə zəng etməsi, 20.49-da isə atası Şahid1 ona geriyə zəng etməsi, həmin zəngdən sonra Şahid1 saat 20.55-də özünə məxsus olan ********** saylı mobil telefon nömrəsindən Pərviz İsrəfilovun ********** nömrəsinə zəng edərək 44 saniyə danışıq apardığı müəyyən olunmuşdur. Məhkum “guya” Pərviz İsrəfilova "Whatsapp” tətbiqi vasitəsilə zəng etməsini sübut etmək üçün məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən mobil tətbiqdə olan yazışmaların təqdim ediləcəyi ilə bağlı vəsatət verilmiş, bununla əlaqədar məhkəmə iclası təxirə salınmış və vəsatət təmin edilmiş, lakin növbəti məhkəmə prosesində müdafiəçi həmin zəng barədə qeyd mobil tətbiqdə tapa bilmədiklərini göstərmişdir. Bu da Məhkumlə Pərviz İsrəfilov arasında heç mobil tətbiqlə belə zəngin olmamasını bir daha təsdiq edən haldır. Məhkəmə istintaqı nəticəsində müəyyən olunan hal ondan ibarətdir olmuşdur ki, hadisədən sonra Məhkum saat 20.47-də atası Şahid1 istifadəsində olan ********** saylı mobil nömrəyə zəng etmiş, 20.49-da isə atası tərəfindən ona geriyə zəng olunmuş, Məhkum öz atasından başqa şəxsə, o cümlədən polis əməkdaşı P.İsrəfilova zəng vurması müəyyən edilməmişdir. İbtidai istintaq zamanı dindirilməmiş Pərviz İsrəfilov tərəfindən, habelə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Göyçay RPŞ-nin növbətçi hissəsində xidmətdə olmuş X5 da özünün təsdiq etdiyi kimi onun tərəfindən Məhkum guya Pərviz İsrəfilova zəng edərək cinayət hadisəsi törətməsini bildirməsi və polis şöbəsinə könüllü olaraq gəlməsinə dair protokolun tərtib edilməməsi öz-özlüyündə belə bir halın mövcud olmamasının təsdiqidir. Cinayət işinin materiallarından görünən isə odur ki, təqsirləndirilən Məhkum heç bir məcburiyyət olmadan könüllü olaraq öz-özünü istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına təqdim etməmiş, heç də onun xeyrinə məhkəmədə ifadə verən polis əməkdaşı Pərviz İsrafilova zəng edərək törətdiyi cinayət əməli barədə məlumat verməmiş, əksinə, atasının təkidi ilə yaşadığı evə gəlməklə ilk iş olaraq evin həyətində cinayətin aləti olan bıçağı yumuşdur ki, bu da onun könüllü gəlib təqsirini boynuna almaq niyyətində olmadığını göstərmiş, məhkəmə istintaqında barəsində yüngül cəzanın təyin olunmasına nail olmaq üçün işin faktiki hallarına tamamilə zidd olan, özünü müdafiə xarakterli ifadələr verərək məhkəmə tərkibini yanıltmağa çalışmışdır ki, bu istəyinə birinci instansiya məhkəməsi mərhələsində nail olmuşdur Hadisənin baş verdiyi gün Göyçay RPŞ-nin növbətçi hissəsində xidmətdə olmuş Zaur Cavadovun ifadəsi ilə müəyyən edilmişdir ki, həmin gün Məhkum cinayət hadisəsi törətməsi barədə polis şöbəsinə onun özü tərəfindən deyil, kənar şəxs tərəfindən məlumat verilmiş, Məhkum məlumat daxil olduqdan 1-2 saat sonra polis şöbəsinə gətirilmişdir. Məhkəmə işin faktiki hallarına uyğun olmayan nəticəyə gələrək CM-nin 60-cı maddəsini tətbiq edib Məhkum CM-nin 29,120.2.4-cü maddəsi ilə 11 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanılm ış sübutları təhlil və bir-biri ilə müqayisə etməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməli, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməli olduğu halda, qeyd edilən hallar tam, hərtərəfli yoxlanılmamış və qiymətləndirilməmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.2.4 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətində qeyd edilir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi tərəfindən CPM-in tələblərinə uvğuıı olaraq müdafiə tərəfinin etiraz və mülahizələrinə, iş üzrə tətqiq edilən sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Şəxs barədə hökm çıxarılarkən onun ailə üzvləri tərəfindən ödənilmiş maddi zərər məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır. Odur ki, maddi zərər olaraq 4000 manat məbləğində pulun Məhkum tutularaq zərərçəkmişə ödənilməsi əsassız olaraq qərara alınmışdır. Təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs öldürməyə nə əvvəlcədən, nə də ki, hadisə anında cəhd etməmiş, onun əvvəlcədən, həmçinin hadisə baş verən anda qəti şəkildə belə bir məqsədi olmamış, sadəcə onu cəzalandırmaq məqsədi ilə şüurlu surətdə dərk edərək onun hər hansı həyatı orqanına bıçaq zərbələri endirməkdən qaçınmışdır. Əgər o qarşısına ittihamda qeyd olunan məqsədi qoymuş olsa idi hesab edir ki, zərərçəkmiş şəxsə qarşı onu n həyati əhəmiyyət kəsb edən bədən nahiyyəsinə bıçaq zərbəsi endirməklə onu həyatdan məhrum edə bilərdi. Lakin, qeyd edildiyi kimi onun belə bir məqsədi nə əvvəl nə də ki sonra mövcud olmamışdır. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs öldürmək kimi niyyətini də təsdiq edən heç bir mötəbər sübut cinayət işi materiallarına əlavə edilməmiş, məhkəmədə işə baxılarkən onun zərərçəkmiş şəxsi öldürməklə bağlı məqsədinin olması faktı heç bir sübutla öz təsdiqini tapmamışdır. Əksinə olaraq zərərçəkimiş şəxsin və şahidlərin ifadələrindən məlum olur ki, hadisə anında və sonra zərərçəkmiş Zərərçəkmiş şəxs huşsuz vəziyyətdə olmamış, təqsirləndirilən şəxs onu ölmüş zənn etməmiş, eləcə də öz iradəsindən asılı olmaqla hadisə yerini tərk etmişdir. Belə ki, o yalnız zərərçəkmiş şəxsə onu həyat və sağlamlığı üç ün təhlükə yaratmağa çalışaraq ona səthi bıçaq zərbələri endirmişdir. Hadisə baş verən zaman müvəkkili zərərçəkmiş şəxsin öldüyünü zənn etməmiş, onun yaşadığının fərqində olmuş, lakin, əlində silah olduğu təqdirdə və onu həyatdan məhrum etmək iqtidarında olmasını dərk edə bilməsinə baxmayaraq o belə bir niyyətdən qaçırtmışdır. Məhkum könüllü surətdə polis orqanına müraciət edərək təslim olmuş və törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Qeyd olunanlardan belə bir nəticəyə gəlmək mümkündür ki, istər ibtidai istintaqda, istər məhkəmələrdə müvəkkilinin təqsırləndirilməsinə dair cinayət işinə baxılarkən konkret faktlara, mötəbər sübutlara deyil, yalnız formal mülahizələrə və ehtimallara əsaslanılmışdır. Müvəkkilinin əməlinin CM-nin 120.2.4-cü maddəsinə əsasən tövsifi tamamilə əsassız o lmuşdur. Bunu da qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxsin sağlamlığı uzun müddət pozulmamış, cəmi 14 günlük müalicədən sonra xəstəxanadan çıxarılmışdır. O öz ifadəsində təqsirləndirilən şəxsin atası tərəfindən xəstəxana xərclərinin bir qisminin çəkildiyini, həmçinin 10000 manat da vermək istədiklərini lakin bu vəsaiti qəbul etmədiyini bildirmişdir. Məhkəmə prosesi zamanı zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilmişdir. Məhkəmə tərəfindən işə baxılan zaman zərərçəkmiş şəxsin mülki iddiası qismən təmin olunaraq, müvəkkilinin atası tərəfindən çəkilən xəstəxana xərcləri nəzərə alınmadan maddi zərərə görə 4000, mənəvi zərərə görə isə 5000 manat, ümumilikdə 9000 manat məbləğində pul vəsaitinin zərərçəkmiş şəxsə ödənilməsi qərara alınmışdır. Belə ki, Məhkum öz təqsirini könüllü şə kildə etiraf etdib təslim olduqdan sonra onu atası tərəfindən Zərərçəkmiş şəxs ilkin tibbi xərcləri qarşılanmış, daha sonra onun ambulansla Bakı şəhərində yerləşən xəstəxanaya aparılması, orada müayinə və müalicə olunması ilə bağlı bütün xərcləri qarşılanmışdır. Həmin müayinə və müalicə xərcləri ilə yanaşı zərərçəkmişin yaxınlarına 3000 manat məbləğində pul ödənilmişdir. Müvəkkilinin əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə əsasən tövsif edilməli idi. Bundan əlavə, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə verilmiş ittihamla bağlı qeyd etmək istəyir ki, onun istifadə etdiyi bıçaq zavod istehsalı olmuşdur. Mağazalarda açıq satışda olan və təsərrüfat-məişət təyinatlı olan bıçaqdır. Həmin bıçağın ekspert rəyində “soyuq silah" kimi qəbul edilməsi tamamilə absurd olmuşdur. Kassasiya şikayətində Şəki Apeilyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının Məhkum törətmiş olduğu əməli, şəxsiyyəti və xarakterinə münasibətdə ədalətli olmadığından dəyişdirilməsi və həmin iş üzrə Məhkum barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi üzrə bəraət verilməsi, CM-in 29.120.2.4-cii maddəsi ilə verilmiş ittihamın CM-in 126.1-ci maddəsinə və ya müvafiq maddəyə tövsif olunması, eləcə də cəzanı yüngülləşdirən əsas və müstəsna hallar nəzərə alınaraq, onun barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ittiham olunduğu maddənin aşağı həddindən az cəza təyin edilməklə qərar qəbul edilməsi xahiş edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması, kassasiya protestinin təmin olunmaması barədə müdafiəçinin, kassasiya protestinin təmin olunması, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq y alnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya şikayətinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apel lyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkumun Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə olan əməlinin hüquqi tövsifi, CM-in 228.4-cü maddəsi ilə təqsirlilik məsələsi, həmçinin hər iki kassasiya müraciətlərində məhkuma təyin edilmiş cəza mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin mater iallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsi rkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası ilk növbədə kassasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, kassasiya şikayətin in əsas dəlili Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsinin Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməsi və təqsirləndirildiyi Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin ittihamdan xaric edilməsindən ibarətdir. Apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən bu dəlillərə qiymət verən və məhkum edilmiş şəxsin CM-in 29, 120.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Apell yasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı cinayət işinin materiallarını bir daha təhlil edərək hesab etmişdir ki, Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 228.4-cü maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkum edilmiş şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər biri mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsini ni mövqeyini əsaslı sayaraq cinayət işi üzrə müəyyən edilmiş hallara və toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4 və 228.4-cü maddələri ilə təqsirli olmasını təsdiq edən sübutların mövcud olması barədə əsaslı nəticəyə gəlmişdir. Göstərilən məhkəmənin məhkumun əməlinin tövsifi barədə qənaəti əsaslı olmaqla kassasiya şikayətində iddia olunanların əksinə olaraq cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertiza sının xx.xx.2021 -ci il tarixli 622 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər döş qəfəsinin sağ yarısında İİİ qabırğanın orta körpücük xətti üzrə tam, V qabırğanın isə hissəvi kəsilməsi, sol yarısında Vİ qabırğanın orta körpücük xətti üzrə və Vİİ qabırğanın döş sümüyü birləşməsi səviyyəsindən tam kəsilməsi fonunda, döş qəfəsinin sağ, sol və arxa səthinin 8 (səkkiz) ədəd (sağ və sol ciyərlərin) zədələnmələri, qarının ön divarının 1 (bir) ədəd daxilə nüfuz edən (mədənin böyük əyriliyinin və piyliyin) zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yaralar iti kəsici kənara malik deşici-kəsici əşyanın ( ola bilsin əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2021 -ci il tarixdə əmələ gəlmələri halı inkar edilmir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Sağ dirsək oynağının iç səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayət edilən sağ dirsək sinirinin zədələnməsi iti kəsici kənara malik deşici-kəsici əşyanın (ola bilsin bıçağın) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gəlmələri halı inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər.Qarının sağ yan divarının 1 (bir) ədəd, sağ budun aşağı 1/3-nin bayır səthinin 1 (bir) ədəd, boynun sağ tərəfinin 2(iki) ədəd, çənəaltı nahiyyənin 1 (bir), sağ üz nahiyyəsinin 1 (bir), sol əlin baş barmağının distal və orta falanqasının 1 (bir) və İİ barmağın dist al və orta falanqasının 1 (bir) deşilmiş-kəsilmiş yaraları iti kəsici kənara malik deşici-kəsici əşyanın (ola bilsin bıçağın) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2021 -ci il tarixdə əmələ gəlmələri halı inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər; Məhkəmə-lifli ekspertizasının 17/817 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Məhkum məxsus 01 ədəd şalvarın səthi üzərindən tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Məhkum məxsus 01 ədəd köynəyin səthi üzərindən tapılmış tünd-qəhvəyi rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd gödəkçənin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus 01 ədəd gödəkçənin səthi üzərindən tapılmış boz rəngli poliakril kimyəvi lifləri cinsi əlamətlərinə görə Məhkum məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, "BMW” markalı **-RE-*** dövlət nömrə nişanlı avtomobilin ön sağ və sol oturacaqları üzlüklərinin səthləri üzərindən tapılmış bozumtul-sarı rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, "BMW” markalı **-RE-*** dövlət nömrə nişanlı avtomobilin ön sağ və sol oturacaqları üzlüklərinin səthləri üzərindən tapılmış göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə g örə Məhkum məxsus 01 ədəd şalvarın pambıq liflərinə uyğun gəlirlər; Məhkəmə-bioloji ekspertizasının 870/2021 nömrəli rəyindən görünür ki, Məhkum ABO sistemi üzrə qrup göstəricisiAB(İV) / şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- a(İİ) /şəxsiyyət vəsiqəsinin surəti. Ekspertizaya təqdim edilmiş hadisə yerində asfalt üzərində 03 ədəd pambıq topasına hopdurulmuş nümunə, Zərərçəkmiş şəxs məxsus bir cüt corab, qolsuz mayka, uzunqol köynək, şalvar, ona keçirilmiş kəmər və uzunqol gödəkçə, bir ədəd bıçağın tiyəsi, Məhkum ayaqqabısının sağ tayı, şalvar və uzunqol köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə "A” antigeni, Zərərçəkmiş şəxs məxsus qolsuz mayka və uzunqol köynək üzə rində həmçinin beta aqqlyutinini də alındı. Bu qan ləkələri Abeta(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Bu ləkələrdə Məhkum qanının olması inkar edilmir. Təqdim olunmuş avtomobilin üzərində 03 ədəd pambıq topasına hopdurulmuş nümunə, Zərərçəkmiş şəxs bir cüt idman ayaqqabısı, bir ədəd bıçağın dəstəyi, Məhkum ayaqqabısının sol tayı üzərində qan, Məhkum qolsuz gödəkçəsi, ön sağ və sol avtomobil üzlükləri üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı; Kompleks məhkəmə tibbi-kriminalistik və məhkəmə kriminalistik ekspertizasının 760/2021-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin orta nahiyyəsində on bir ədəd, maykanın arxa səthinin sol nahiyyəsində bir ədəd, maykanın arxa səthinin orta na hiyyəsində bir ədəd, maykanın arxa səthinin sağ nahiyəsində bir ədəd, gödəkçənin ön səthinin sol yaxalığında bir ədəd, gödəkçənin ön səthinin sağ yaxalığında iki ədəd, gödəkçənin arxa səthinin sol nahiyyəsində bir ədəd, gödəkçənin arxa səthinin sağ nahiyyəsində bir ədəd, gödəkçənin sol qolun arxa səthində iki ədəd, gödəkçənin sağ qolun arxa səthində bir ədəd; köynəyin ön səthinin sol yaxalığında üç ədəd, köynəyin ön səthinin sağ yaxalığında üç ədəd, köynəyin arxa səthinin sol nahiyyəsində iki ədəd, köynəyin arxa səthinin sağ köynəyin sol qolun arxa səthində bir ədəd, köynəyin sağ qolun arxa səthində bir ədəd; şalvarın sağ ayağının ön səthində bir ədəd və şalvarın yan tikişi üzərində bir ədəd dəlibkeçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir cüt ayaqqabı və bir cüt corab üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Məhkum məxsus gödəkçənin ön səthinin sol yan cibin yuxarı kənarında aşkar edilmiş natamam sökülmə zədəsi, gödəkçənin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Məhkum məxsus köynək, şalvar və bir cüt idman ayaqqabısı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təq dim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanmayan ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silah hesab edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayət əməli nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışsa, cinayət etməyə cəhd hesab edilir. Cinayət qanunvericiliyi nəzəriyyəsinə görə əməlin cinayət etməyə cəhd kimi qiymətləndirilməsi törədilmiş əməlin obyektiv və subyektiv əlamətləri əsasında müəyyən olunur və cinayət etməyə cəhdin obyektiv əlaməti qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatma masında ifadə olunur, yəni qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərardan deyil, şəxsin iradəsindən asılı olmayaraq yaranan amillərlə bağlı olur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında isə izah olunur ki, “qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər” (qərarın 2-ci bəndi). Birbaşa qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictima i təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndində göstərilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ə rəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə müəyyən edilmiş hallara əsasən Məhkum qəsdinin Zərərçəkmiş şəxs məhz xüsusi amansızlıqla qəsdən öldürməyə yönəldilməsi öz təsdiqini tapmış, onun belə bir niyyəti olması ilə bağlı istintaq orqanı tərəfindən mötəbər sübutla rla müəyyən edilmişdir. Belə ki, Məhkum zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə yönələn hərəkətlərində xüsusi amansızlığın əlamətləri zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, bununla əlaqədar çoxsaylı xəsarətlərin yetirilməsi müəyyən olunur. Kassasiya şikayətində Məhkum Zərərçəkmiş şəxs öldürmək məqsədinin olmadığı, onu öldürmək niyyəti olduğu halda bu cinayəti başa çatdırmaq imkanına malik olduğu, lakin bunu etməməsi göstərilsə də, müdafiə tərəfinin bu dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Məhkum zərərçəkmiş şəxsi öldürmək niyyətində olmaması, onu bıçaqla vurmaqda məqsədinin sonuncunu qorxutmaq məqsədinin olması ilə bağlı ifadəsində göstərilən, işin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyi ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi, məhkum edilmiş şəxs zərərçəkmiş şəxsə qəsdən əzab və iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla bədəninin müxtəlif nahiyələrinə çox saylı zərbələr endirməklə sonuncuya 8 ədəd döş qəfəsinin sağ yarısında İİİ qabırğanın orta körpücük xətti üzrə tam, V qabırğanın isə hissəvi kəsilməsi, sol yarısında Vİ qabırğanın orta körpücük xətti üzrə və Vİİ qabırğanın döş sümüyü birləşməsi səviyyəsindən tam kəsilməsi fonunda, döş qəfəsinin sağ, sol və arxa səthinin, 1 ədəd qarının ön divarının daxilə nüfuz edən mədənin böyük əyriliyinin və piyliyin zədələnməsi ilə m üşayət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran kəsilmiş-deşilmiş yaraları, 1 ədəd sağ dirsək oynağının iç səthinin sağ dirsək sinirinin zədələnməsi ilə müşayət edilən dərəcəsinə görə sağlamalığa az ağır zərər vuran kəsilmiş-deşilmiş yara, 1 ədəd qarının sağ yan divarının, 1 ədəd sağ budun aşağı 1/3-nin bayır səthinin, 2 ədəd boynun sağ tərəfinin, 1 ədəd çənəaltı nahiyyənin, 1 ədəd sağ üz nahiyyəsinin, 1 ədəd sol əlin baş barmağının və 1 ədəd İİ barmağın distal və orta falanqalarının dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran deşilmiş-kəsilmiş yaralar, ümumilikdə 18 ədəd xəsarət yetirmişdir. Şərh edilənlərdən aydın olur ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsə çoxlu sayda xəsarətlər yetirmiş və bu hal isə xüsusi amansızlığa səbəb olan halla rdan biridir. Məhkəmə kollegiyası cinayətin törədilmə üsulu və şəraiti, hadisənin baş vermə mexanizmini nəzərə alaraq hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum təqsirli bilinməsi barədə nəticəyə gələrkən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirərək Məhkum əməlinin Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə, yəni xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilməsi barədə düzgün yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətinin Məhkum CM-in 228.4-cü maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməsi ilə bağlı dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş bıçaq zav od üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanmayan ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silah hesab edilmişdir. X13 CM-in 228.4-cü maddəsi ilə verilmiş ittihamın əsassız olması barədə kassasiya şikayətinin dəlilləri heç bir sübutla öz təsdiqini tapmır. Məhkuma Cinayət Məcəlləsinin göstərilən maddəsi ilə bəraət verilməsi üçün cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 228.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Əməlin hüquqi tövsifi barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, Məhkum cinayət məsuliyy ətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum əməlinin Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif olunması üçün əsaslar müəyyən etmir. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əmə linin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Prosessu al Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə top lanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlər inin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, göstərilən məhkəmə tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətinin bu barədə dəlilləri subyektiv mülahizələrdən ibarət olmaqla hər hansı sübutla təsdiqini tapmayan Məhkəmə kollegiyası aşağı instansi ya məhkəmələrinin mülki iddianın maddi və mənəvi ziyan dəyməsi ilə bağlı müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, Zərərçəkmiş şəxs mülki iddia qaldıraraq 20000 cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə, 100000 manat isə mənəvi ziyana görə, ümumilikdə 120000 manat məbləğində pulun təqsirləndirilən şəxslər Məhkum tutularaq ona ödəniməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş həkim travmatoloq X10 tərəfindən verilmiş arayışdan görünür ki, Zərərçəkmiş şəxs sağ tərəfli bazu kələfinin travmatik yaralanmasına görə mikrocərrahi əməliyyat olunmuşdur. Əməliyyat zamanı C5- C6 kökləri bərpa olunmuşdur. Xəstə yaxınları tərəfindən xəstəxanaya 4000 (dörd min) manat pul ödənilmişdir. Cinayət-Prosess ual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2, 181.2.4-cü maddələrinə əsasən bilavasi tə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini tələb edə bilər; 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; zərər çəkmiş şəxsin dəfninə; sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. B elə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Qərarda həmçinin qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəm ələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın ol ması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üz rə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı iş” üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X6 haqqında” Konvensiyanın müddəal arı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr törədilmiş cinayət nəticəsində iddiaçının psixoloji əzab və mənəvi sarsıntı keçirməsi, həmçinin dəyən maddi ziyanın məbləği ilə bağlı dəlillərinin qismən əsaslı hesab olunmas ı, bununla yanaşı, tələb olunan mənəvi və maddi zərərin məbləğinin mülki iddiaçı tərəfindən həddən artıq yüksək göstərilməsi nəticəsinə gəlməkdə haqlı olmuş və hazırkı cinayət işi üzrə qeyd edilən cinayət əməlinin təqsirləndirilən şəxs Məhkum tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirildiyindən, maddi və mənəvi ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduğundan, zərərçəkmiş şəxs tərəfindən qaldırılan mülki iddianın qismən təmin edilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası həmçinin təyin olunmuş cəzanın sərt olması barədə məhkum edilmiş şəxsin müdafiəçisinin kassasiya şikayətinin dəlillərini işin faktiki halları ilə müqayisəli şəkildə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum əməli Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 228.4-cü maddələri ilə düzgün tövsüf edilərək ona həmin maddələrlə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən Məhkum cinayət törətdikdən sonrakı hərəkətlərini, yəni könüllü olaraq hüquq mühafizə orqanlarına gəlib təqsirini boynuna almasını və cinayət aləti olan bıçağı onlara təqdim etməklə cinayətin açılmasına fəal köməklik etməsini, cinayət nəticəsində dəymiş ziya nın qismən ödənilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın azaldılması ilə bağlı müəyyən hərəkətlər etməyə cəhd göstərməsini (10000 manat məbləğində pulu zərərçəkmiş şəxsə ödəmək istəsə də, zərərçəkmiş şəxs həmin pulu qəbul etməmişdir) onun cəzasını yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması göstərilərək, Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinini sanksiyaları çərçivəsində azadlıqdan məhrum etmə kimi, Məhkum islah olunması üçün kifayət edəcək həddə qanuni və ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Məhkum şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını nəzərə almaqla, ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı mövqeyi ilə razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayət- hüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun "Məhkəmələr tərəfi ndən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, kassasiya şikayətinin həmçinin Məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulduğundan daha yüngül cəza təyin edilməsi ilə bağlı dəlillərinə dair qeyd edir ki: Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyi humanizm prinsipinə uyğun olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan hallar mövcud olduqda cin ayətə görə müəyyən ediləndən daha yüngül cəza təyin edilməsinə imkanını nəzərdə tutsa da, işin müstəsna halları sayılan anlayışını müəyyən etməmişdir. Belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilərək konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunun, yəni cinayətin motivi və məqsədini, təqsirkarın törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və cinayətin ictimai təhlükəsizliyini azaldan başqa halları qiymətləndirməlidir. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətlər xüsusilə ağır və az ağır cinayətlər kateqoriyasına aid olmasını, cinayət qəsdən, şəxsiyyət və ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər olmasını, bu meyarlara əsasən, işin halları, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi nəzərə alıb hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq edilərək yüngül cəza təyin edilməsi üçün hüquqi və qanuni əsaslar mövcud deyildir. Şərh edilənlərlə yanaşı məhkəmə kollegiyası kassasiya protestinin Məhkum CM-in 29, 120.2.4-cü və 228.4- cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli hökmündən CM-in 60-cı maddəsinin tətbiq olunmasına dair müddəa hökmdən xaric edilərək Məhkum təqsirli bilindiyi CM-in 29,120.2.4 maddəsinin sanksiyası həddində, cinayətlərin məcmusu üzrə cinayət və cinayət prosessual qanunvericiliyin müddəalarına uyğun cəza təyin edilməklə dəyişdirilməsi ilə bağlı dəlilərinə hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Qeyd olunmalıdır ki, könüllü gəlib təqsirini boynuna alma heç bir məcburiyyət olmadan təqsirkar şəxsin könüllü olaraq öz-özünü istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına təqdim etməsini, törədilmiş və ya hazırlanan cinayət və ya həmin cinayə tdə iştirak etməsi barədə bu orqanlara dürüst məlumat verməsini ehtiva edir. Həmçinin cinayətin açılmasına fəal kömək göstərmək törədilmiş cinayətlə əlaqədar şəxsin ona məlum olan bütün hallar haqqında istintaq zamanı düzgün ifadə verməsində, cinayətin iştirakçılarının, habelə cinayət yolu ilə əldə edilmiş predmetlərin, yaxud alət və vasitələrin tapılmasında, cinayətin izinin aşkar edilməsində istintaq orqanlarına kömək göstərməsində ifadə olunur. Yuxarıda haqqında bəhs olunan Plenum qərarına əsasən könüllü gəlib təqsirini boynuna alma şəxsin istintaq, təhqiqat və ya digər dövlət orqanına müəyyən təsir və təzyiq tədbirlərinin nəticəsində deyil, könüllü gəlməsindən və törədilmiş və ya hazırlanan cinayət, yaxud da onda iştirakı barədə düzgün məlumat verməsindən ibarət olmalıdır. Bu mənada nə zərə almaq lazımdır ki, müəyyən təsir və təzyiq nəticəsində şəxsin öz təqsirini boynuna alması və şübhəli şəxs kimi saxlandığı zaman cinayət hadisəsini törətməkdə iştirak etməsini etiraf etməsi halları könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə bilməz. Könüllülük özü-özlüyündə şəxsin öz hərəkətlərinə şüurlu şəkildə yanaşması ilə bağlı olduğundan, bu zaman onun iradəsinə zidd hər hansı formada məcburi xarakter daşıyan hərəkətlər yolverilməzdir. Bu isə cinayət prosesini həyata keçirən orqanın üzərinə könüllülüyün məcburi olmamasının hərtərəfli araşdırılması vəzifəsini qoyur. Hər bir halda "könüllülük” məsələsi ciddi araşdırılmalı və könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr təqsirkarın bu barədə istintaq və ya təhqiqat o rqanına ərizə və ya hər hansı formada məlumat verməsinin könüllü olduğunu yoxlamalıdırlar. Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 may 2011 -ci il tarixli Qərarında könüllülüyü şəxsin öz təşəbbüsü ilə əlaqələndirmiş və ona edilən hər hansı bir təsirin (psixi və ya fiziki) qeyri-qanuni olması qənaətinə gəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı halların şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir: • cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması; • cinayət, cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayə ti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; • hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; • hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin şəxsin özünün ifşa olunmasını bilmədən könüllü gəlib təqsirini boynuna alması; • açıq-aşkar cinayət törətdikdən dərhal sonra şəxsin hüquq mühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna alması (bu zaman cinayətin şahidləri olmuş şəxslərin təqsirkarın hüquq mühafizə orqanlarına gedib çatanadək onun barəsində xəbər vermələri, habelə xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilmiş zərər çəkmiş şəxs haqqında və ya onun sözlərindən cinayətin halları barədə həmin müəssisədən hüquq-mühafizə orqanlarına məlumat verilməsi qeyd olunan nəticəyə gəlməyə mane olmamalıdır); • cinayət məsuliyyətinə alınmış şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri də törətdiyini bildirməsi. Öyrənilən işdən aydın olur ki, həm birinci instansiya məhkəməsində həm də məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X7 hər iki ifadəsində təqsirləndirilən şəxsin ona zəng edərək törətdiyi cinayət barədə məlumat verdiyini bildirmişdir. Belə ki, Apellyasiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X7 bildimişdir ki, təqsirləndirilən şəxsi tanıyır, ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur. Fəridin bibisi oğlu Əli ilə yaxın dostdur. Məhkum ona Vatsap t ətbiqi ilə zəng edərək Vüsalı bıçaqladığını bildirdi. O onun indi harada olduğunu soruşduqda o hal hazırda evdə olduğunu bildirmişdir. O ona evdə onu gözləməyini bildirmişdir. Bundan başqa o yolda olanda Fəridin atası da ona mobil nömrə ilə zəng vurmuşdur. Atası zəng vuranda o artıq hadisədən xəbəri olduğunu bildirmişdir. O Məhkum evinə gedəndə orada başqa adamlar da var idi. Sonra o Fəridi maşına mindirib polis şöbəsinə gətirəndə yolda bıçağın harda olduğunu soruşduqda o bıçağın evdə olduğunu bildirmişdir. O Məhkum aparıb növbətçi hissəyə təhvil vermişdir. Sonra gizir Əliyev gedib bıçağı gətirmişdir. Hadisə baş verəndən sonra zərərçəkəni xəstəxanaya aparmış və xəstəxana da polis şöbəsinə məlumat vermişdir. Bölmə rəisi Rəşid Vəliyev ona zəng vuraraq bıçaqlanma hadisəsinin baş verdiyini bil dirmişdir. O da hadisəni bildiyini və həmin adamı polis bölməsinə gətirəcəyini bildirmişdir. Cinayət işinin materialarında olan xx.xx.2021-ci il tarixli "Könüllü təqdim edilən əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə iş üçün əhəmiyyət kəsb etdiyi üçün Məhkum tərəfindən könüllü təqdim olunan və cinayət aləti olan 01 ədəd qatlanmayan, dəstəyi qəhvəyi, boz və qara rəngli bıçaq götürülmüşdür. Həmçinin, ibtidai istintaq zamanı ifadə vermiş Şahid1 (təqsirləndirilən şəxsin atası) ona verilən suallara cavab olaraq bildirmişdir ki, "Fəridə özüm dedim ki, evə gəlsin. Belə ki, onu polisə özüm aparacaqdım. Birinci instansiya məhkəməsində verdiyi ifadəsində isə Şahid1 bildirmişdir ki, "Evdə olarkən təxminən saat 20 radələrində Fərid zəng edərək, Vüsalı bıçaqla vurduğunu dem iş, Fəridə səbrli olmasını və evə gəlməsini bildirmişdir. Fərid evə gəldikdə, evdə yalnız həyat yoldaşı və özü olmuşdur. Bir müddət sonra polis əməkdaşları gəlmiş və Fəridi polis şöbəsinə aparmışlar. Göründüyü kimi, Məhkum cinayət hadisəsini törətdikdən bilavasitə sonrakı hərəkətləri təhlil olunarkən bəlli olur ki, o, könüllü şəkildə heç bir təsir altında olmadan özünü polis əməkdaşına təslim etmiş və hadisə barədə onlara ətraflı məlumat vermiş, həmçinin cinayət alətini polis əməkdaşlarına təqdim edərək baş vermiş hadisə ilə bağlı istintaqın gedişinə fəal köməklik etmişdir. Bu halı onun özünün məhkəmə istintaqı zamanı göstərdikləri, o cümlədən həmin ifadə ilə üst-üstə düşən və biri digərini tamamlayan əlavə şahid qismində dindirilən Göyçay Rayon Polis Şöbəsinin əmkdaşlarının şahid ifadələr i, həmçinin telefon məlumatları təsdiq edir. Göründüyü kimi, Məhkum hadisə baş verəndən dərhal sonra hadisə yerindən ayrılsa da, hüquq mühafizə oranlarından gizlənməmiş, polis əməkdaşına və atasına məlumat vermiş, polis əməkdaşının gəlməsini gözləmək üçün yaşadığı ünvana getmiş və yekunda özünü polis əməkdaşlarına təslim edərək cinayət hadisəsi törətdiyi bıçağı da polis əməkdaşlarına təqdim etmiş, cinayətin üstünün açılmasına fəal köməklik etmiş və baş vermiş hadisə barədə ətraflı məlumat vermişdir. Bu səbəbdən də işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi Məhkum cinayət hadisəsindən sonrakı hərəkətlərinin könüllü gəlmə kimi qəbul edilməsi və bu halın cəzanı yüngülləşdirən hal kimi hökmdə öz əksini tapması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaqda haqlı o lmuşdur. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Məhkuma Cinayət Məcəlləsinin təqsirli bilindiyi cinayət əməlləri üzrə tarazılıq müəyyən olunmaqla kifayət qədər ədalətli və cinayət, cinayət prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə cəza təyin edildiyindən, onun cəzasının ağırlaşdırılması və ya daha aşağı hədd ə yüngülləşdirilməsi üçün əsaslar mövcud deyildir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi, məhkumun təqsirli bilinməsi və cəza təyin edilməsi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, göstərilən məhkəmə tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində və ona cəza təyin edilməsində səhvə yol verməmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Yəni, apellyasiya instansiyası məhkəməsi Məhkum CM-in 29, 120.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması barədə nəticəyə gələrkən cina yət və cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmamışdır. Göstərilənlərə əsasən, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya müraciətlərinin dəlilləri əsassızdır və təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil. Buna görə də Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protesti və kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-c i maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1346/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1346/2023
26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver