Məhkəmə qərarları › İş №1(102)-1346/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1346/2025

11.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1346/2025 11.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə Məhkumnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2 və 32.4,312.2-ci maddələri ilə məhkum edilməsinə dai r Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-401/2022 nömrəli 22 fevral 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-401/2022 nömrəli 24 iyul 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-205/2021 nömrəli 27 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 178.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.4,312.2-ci maddəsi ilə 5 (beş) il aza dlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 7 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-599/2020 nömrəli xx.xx.2020ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş və çəkilməmiş 1 il 8 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çə kməklə, cəza çəkmə müddətinin əvvəli 10 sentyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-401/2022 nömrəli 22 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli 1(101)-205/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verərək, müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-401/2022 tarixli 24 iyul 2024-cü il tarixli qərarı ilə Məhkum tərəf indən Bakı Apellyasiya Məhkəməsinin 1(103)401/2022 nömrəli 22 fevral 2022-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi müddətinin bərpasına dair verdiyi vəsatətin təmin edilməməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti verərək, müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum A.İbrahimovun və onun müdafiəçisi Müdafiəçi3, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Be lə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-401/2022 nömrəli 22 fevral 2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin qərar məhkəmə iclasında Məhkum iştirakı ilə elan olunmuşdur. Qərar elan edilərkən şikayət vermə müddəti və qaydası tərəflərə izah edilmişdir. Cinayət işinin materialından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli 1(103)-401/2022 nömrəli qərarı 22 aprel 2022-ci il tarixində Məhkum təqdim edilmişdir. Məhkum kassasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-401/2022 nömrəli 22 fevral 2022-ci il tarixli qərarı ona təqdim edildiyi gündən 2 ildən artıq müddət keçdikdən sonra vermişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağ lı prosessual müddətlər, prosessual müddətin ötürülməsinin nəticələri barədə cinayət-prosessual qanunvericiliyinin normalarına istinad etməyi zəruri hesab edir. Belə ki, prosessual qanunvericiliyə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidir. Məhkum kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət vermiş və vəsatətində kassasiya şikayətinin vermə müddətinin buraxılmasının üzürlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, səhhətində baş vermiş ciddi problemlərlə əlaqədar kas sasiya şikayəti vermə müddətini ötürmüşdür. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Məhkum müddəti üzrlü səbəblər olmadan buraxmışdır. Azərbaycan Respublikası CPM-nin 410.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda həmin şəxsə verildiyi gündən 12 (bir) ay müddətində verilir. Həmin Məcəllənin 411.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Həmin Məcəllənin 411.6-cı maddəsinə əsasən bu Məcəllənin 411.5- ci maddəsində nəzərdə tutulmuş qərardan şikayət və ya protest verildiyi halda apellyasiya instansiyası məhkəməsi onu cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərir. Kassasiya instansiyası məhkəməsinin hakimi kassasiya şikayəti və ya kassasiya protesti verilməsi müddətini bərpa etdikdə bu Məcəllənin 418.2-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri yerinə yetirir. Kassasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi barədə qərarı qətidir və ondan şikayət və ya protest verilə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət-prosessual qan unvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Odur ki, kollegiya buraxılmış müddətin bərpa olunmasına dair Məhkumnun vəsatətinin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2024-cü il tarixli qərarını əsaslı və qanuni hesab edir və baxılan işdə cinayət-prosessual qanunvericiliyində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara a ldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-401/2022 nömrəli 24 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar