Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1347/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs iştirakları ilə, Ağdam Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 3 06.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Ağdam Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Niftəliyev Mahir Şamil oğlu) xx.xx.1982-ci ildə Ağdam rayonunun Başqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsillli, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, məhkum olunmamış, Ağdam rayonunun Başqərvənd kəndində qeydiyyatda olan, Ağdam rayonu Qərvənd qəsəbəsində yaşayanMəhkum, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edi lməsi, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 15.01.2019-cu il tarixdən 16.01.2019-cu il tarixə qədər həbsdə saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 05 mart 2019-cu ildən hesablanması hökm edilmişdir. Hökmdən zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 23 may 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək məhkuma ağır cəza təyin edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ondan 18.09.2005-ci il təvəllüdlü Hikmət adlı uşağının müalicəsi üçün hər ay yüz manat miqdarında əlavə xərc, 05.08.2014-cü ildən başlayaraq uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün yüz üç manat miqdarında alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.01.2015-ci il tarixli 2(004)-895/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdam Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli 3(013)-173/2 018 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib on gün müddətə inzibati həbs edilməsinə və rəsmi xəbərdarlıqla icra üçün əlavə müddətin təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 25.05.2018-ci il və 27.07.2018-ci il tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq hərəkətlərini davam etdirmiş, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənə qədər, yəni 27 sentyabr 2018-ci il tarixə qədər cəmi 9392 (doqquz min üç yüz doxsan iki) manat miqdarında aliment borcunu Zərərçəkmiş şəxs ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən ədalə tsiz qərar qəbul edilmişdir. Belə ki, Məhkum 12 ildir alimenti ödəməyib. Qərəzli olaraq məhkəmə qərarlarını icra etməyib. Uşağınının və özünün xəstə olmasını və Məhkum qərəzli şəkildə alimenti ödəməsindən boyun qaçırmasını nəzərə alaraq məhkumun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41 9.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, b elə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməlidir. Təyin olunmuş cəzanın yüngüllüyü ilə bağlı kassasiya şikayətinin dəlili ilə məhkəmə kollegiyası razılaşmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin isla h olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarından müəyyən edilir ki, birinci instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları (himayəsində iki azyaşlı uşağının olmasını) və ağırlaşdıran halların olmamasını nəzərə alaraq qanuni və əsaslı cəza təyin etmişdir Məhkəmə məhkumun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla, ona qanunda nəzərdə tutulmuş hədlər daxilində cəza təyin etmişdir. Məhkum təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası törədilmiş cinayətin xarakterinə və ictimai təh lükəlilik dərəcəsinə, işin hallarına və Məhkum şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər zərərçəkmiş şəxsin eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2019cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslarardan hər hansı birinə uyğun hallar m üəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2019-cu il tarixli qərarı Zərərçəkmiş şəxs kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1347/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1347/2019
29.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver