Məhkəmə qərarları › İş №1(102)-1347/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1347/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1347/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci m addəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 aprel 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: A.Ə.Musayev (sədrlik edən), N.F.Quliyev və X.A.Nuriyevdən ibarət tərkibdə) 07 sentyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1979-cu il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Məhkum əməli Azərbaycan Respublikası Cinayıt Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə dəyişdirilərək, o na həmin maddə ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 02 aprel 2020-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X4, X5 ibarət tərkibdə) dövlət ittihamçısı Əli-zadə Aqil İlqar oğlu tərəfindən verilmiş apelyasiya protesti və məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o istintaq orqanının qənaətinə görə müəyyən edilməmiş tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 7,578 qram təşkil edən narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, üzərində saxlamış və daşımışdır. Məhkum əməli Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli 1(099)-259/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi müəyyən edildiyindən məhkəmə ona həmin maddə ilə cəzasını ci ddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Kassasiya protestinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 aprel 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı Həsən Ağa oğlu kassasiya protesti vermişdir. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, Apellyasiya instansiya məhkəməsi işin faktiki hallarına uyğun olmayan nəticəyə gələrək əsassız və qanunsuz olaraq CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə formalaşmış məhkəmə-istintaq təcrübəsinə, nə mütəxəssislərin rəyinə, nə də ki, digər hər hansı bir elm mənbəsinə istinad etmədən, Məhkum işin faktiki hal larına uyğun gəlməyən və məsuliyyətdən yayınmaq məqsədli verilmiş ifadələrinə digər sübutlarla müqayisəli yanaşmamış, yekun nəticəyə gələrkən onun ifadələrini əsas götürmüşdür. Halbuki, hazırkı cinayət işində Məhkum CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsi istisna olunmuş, o, həmin külli miqdarda narkoitk vasitəni məhz satış məqsədi ilə əldə edərək daşımaqla saxlamışdır. İş materiallarında olan şəxsi axtarış və götürmə haqqında 02 aprel 2020-ci il tarixli protokoldan görünür ki, 02 aprel 2020-ci il tarixdə Məhkum Şirvan şəhər PŞ-nin əməkdaşları tərəfindən Şirvan şəhər PŞ-nə gətirilib üzərində axtarış aparılan zaman əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd polietilen sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. La kin, birinci instansiya məhkəməsi qərar qəbul edərkən şahidlərin ifadələrinə, şəxsi axtarış və götürmə protokollarına, digər istintaq hərəkətlərinin protokollarına, ekspertiza rəylərinə və digər sübutlara səthi yanaşmış, sadalanan sübutları nəzərə almamış, onları təhlil, bir-biri ilə müqayisə etməmiş, həmin sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmədən Məhkum ondan aşkar edilərək götürülümüş bir ədəd bükümdə 7.578 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etdiyinə dəlalət edən sübutun əldə olunmaması qənaətinə gəlmiş, apelyasiya instansiyası məhkəməsi isə bu əsassız və qanunsuz nəticəni təsdiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında mötəbər sübutların olmasına məhəl qoymamış və formal mülahizələrə əsasl anmaqla məhkumun əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi ilə nəticələnən qərəzli yanaşmanı əsaslı saymaqla cinayət qanunu normasını düzgün tətbiq etməmiş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir Məhkəmə Məhkum əməlini CM-nin 234.1 -ci maddəsinə tövsif edərkən, onun tərəfindən törədilən CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığı olmasını, həmin maddədə nəzərdə tutulan cinayətin ağır cinayətlər kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayət olmasını, Məhkum tərəfindən tör ədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla onun şəxsiyyətini xarakterizə etməsini, heroinin həmin narkotik vasitə üçün müəyyən edilmiş şəxsi istehlak miqdarından 50,52 dəfədən, çox olmasını, aşkar olunmayacağı təqdirdə ondan istifadə edəcək böyük əksəriyyəti gənc olmaqla onlarla Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, Məhkum tərəfindən törədilən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsindən ibarət cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olmasını, bir sözlə cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının tövsiyələrini nəzərə almaya raq təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsinin səbəblərini hökmdə və qərarda əsaslandırmamışlar. Lakin hazırkı cinayət işi üzrə Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, maddi sübutları və sair sənədlərlə kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, məhkəmə qeyd edilən halları düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirməyərək obyektiv nəticəyə gəlməmiş, sübutlara qiymət verərkən yalnız təqsirləndirilən şəxsin özünümüdafiə xarakteri daşıyan ziddiyyətli, hadisənin obyektiv səhnəsinə və sağlam məntiqə uyğun olmayan mövqeyinə əsaslanmışla r. Bundan başqa, iş materiallarından göründüyü kimi, Məhkum sonuncu məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, onun şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etməsinə və cinayət qanunvericiliyində həmin şəxsə daha sərt cəza tətbiq olunmasının nəzərdə tutulmasına baxmayaraq məhkəmə Məhkum tərəfindən törədilən cinayətin ağırlığına və onun şəxsiyyətinə uyğun olmayan yüngüllüyünə görə açıq aydın ədalətsiz cəza təyin etmişdir. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni ci nayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Cinayətin yenidən törədilməsinin daha təhlükəli növü kimi residiv çıxış edir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Şirvan Apelyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayətprosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi o laraq məhkumun əməlinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, saxlamaqla daşıması hissəsinin tövsifində səhvə yol verilmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Dövlət ittihamçısı Şirvan Apellyasiya Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansi yası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məc əllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsa sən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində birinci növbədə məhkumun əməlinin əsassız olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması mübahisələndirilmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tər kibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələ n mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya protestində məhkumun əsassız olaraq CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan Apellyasiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad e tmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir CM-nin 234.1-ci maddəsində Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 234.4.3-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.31-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin külli miqdar törədilməsi nəzərdə tutulmuşdur. İttiham orqanının qənaətincə Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamış və daşımışdır. Məhkum birinci instansiya məhkəməsinin qərarı ilə həmin Məcəllənin 234.1-ci maddəs i ilə təqsirli bilinmiş, Apellyasiya məhkəməsi həmin hökmü qüvvədə saxlamışdır. İş materiallarında olan, 02 aprel 2020-ci il tarixli əməliyyat məlumatının rəsmiləşdirilməsi barədə raport, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar, “Şəxsi axtarışın keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş diskin yaddaşına köçürülmüş videogörüntülərdən, həmçinin birinci instansiya məhkəməsindəki təqsirləndirilən şəxs Məhkum və şahidlərin ifadələrindən görünür ki, Məhkum narkotik vasitəni satmaqda heç bir şəxslə əlbirliyi olmamış, o, heç bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməmişdir. O, üzərində aşkar edilən heroini tapdıqdan sonra özü istifadə etmək üçün üstündə saxlamışdır. Bundan başqa iş materiallarından müəyyən edildi ki, Məhkum narkotik vasitə olan tiryək alkoloidlə rini özündə saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 12 may 2020-ci il tarixli, 1267 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan, “Yaşayış yerində axtarış aparılması haqqında” 17 aprel 2020ci il tarixli protokoldan görünür ki, Məhkum ünvan 1 ünvanında yerləşən, yaşadığı evə baxış keçirilərkən hər hansı qanunsuz əşya, o cümlədən narkotik vasitə və ya psixotrop maddə, narkotik vasitələrin çəkilib xır da bağlamalara bükülməsi və onların hazırlanması üçün hər hansı avadanlıq aşkar edilməmişdir. İş materiallarında olan, materialların məhkəmə ekspertizasının 03 aprel 2020-ci il tarixli, 18/415 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 7,578 qram təşkil edən maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 7,528 qram təşkil edir. İş materiallarında olan Şirvan ŞPŞ-nin 16 may 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Məhkum narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatları daxil olmuş, narkotik vasitələri kimə satmasını müəyyən etmək mümkün olmamışdır. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi nə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011 -ci il tarixli qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdar ı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi yekun nəticəyə gələrkən qeyd etmişdir ki, məhkumun narkotik vasitə əldə etməsi, saxlaması və daşıması hərəkətlərinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi düzgün olmamışdır. Başqa sözlə işdəki sübutlar məhkum edilmiş şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinin əsaslandırılması üçün kifayət etmir. Məhkəmə istintaqı zamanı ifadə vermiş polis əməkdaşı olan şahid X7 ifadəsində göstərmişdir: “Məhkum barəsində əməliyyat-axtarış tədbiri keçirməzdən əvvəl ona M1un Şirvan şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu barədə məlumatlar daxil olsa da, onların doğru olmasını tam dəqiqləşdirə bilməmişdir. Həmin məlumatları əldə etdiyi mənbəni açıqlamaq istəmir. Müstəntiq tərəfindən verilmiş əməliyyat tapşırığını icra edərkən M1un narkotik vasitələri hansı mənbədən əldə etməsi, kimə və ya kimlərə satmasını müəyyən etmək mümkün olmamış, bu halı istintaq orqanına yazdığı 16 may 2020-ci il tarixli məktubda göstərmişdir. M1un üzərindən aşkar edilmiş heroinin külli miqdarından bir neçə dəfə artıq olmasına görə satış məqsədilə əldə etməsini güman edir.” Beləliklə bu ifadədən də görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamın sübutu kimi yalnız ehtimala istinad edilir. "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il qərarında qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (Cinayət Prosessual Məcəllənin 351.2-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır və işin faktiki hallarına tam uyğundur. Apellyasiya instansiya məhkəməsi məhkumun əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsini tövsif etməklə düzgün nəticəyə gəlmişdir. Məhkum C M-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, məhkumun ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol və ekspertiza rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilir. Kassasiya protestində mübahisələndirilən bir digər məsələ isə, Məhkum təyin olunmuş cəzanın yüngül olmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsir ləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıd ır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsəd i və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Bununla yanaşı, qanunverici CM-nin 62-ci maddəsinin tətbiqinə əsas ola biləcək məsuliyyəti yüngülləşdirən halların dairəsini konkretləşdirmir, yəni belə hallar həm qanunda birbaşa göstərilən, həm də göstərilməyən, lakin obyektiv məzmununa görə belə hal kimi qiymətləndirilən hallar ola bilər. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini, himayəsində üç nəfər azyaşlı övladının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, eyni zamanda Məhkum qəsdən cinayət törətdiyinə görə məhkum olunaraq məhkumluğu ödənilmədən yenidən cinayəti törətmişdir ki, bu da cinayətin residivin i yaradır. Bu halı da birinci instansiya məhkəməsi düzgün olaraq Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir Məhkəmə kollegiyası hesab ed ir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 aprel 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya protesti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq he sab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar