Məhkəmə qərarları › İş №1(102)-1347/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1347/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1347/2023 19.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İsgəndər oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və Məhkum müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-ci il tarixli, 1(107)-7/2023 nömrəli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kas sasiya şikayətinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 1(046)-5/2021 nömrəli hökmü ilə (hakim İ.B.Fəttahov (sədrlik edən) xx.xx.1975-ci il tarixdə Göyçay rayonu 2-ci Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, evli, himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağı olan, Göyçay rayonu İİ Ərəbcəbirli kəndində qeydiyyatda olan, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 1 (bir) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Məhkum məhkəmə baxışınadək həbsdə saxlandığı 1 (bir) il 17 (on yeddi) gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edi lmiş azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, sonuncu cəzasını çəkmiş hesab edilmiş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 CM-nin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişlər. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən və məruzəçi hakim A.M.Eyvazov, hakimlər İ.H.Şükürov və G.Q.Abbasovdan ibarət tərkibdə) 03 noyabr 2021-ci il tarixli hökmü ilə apellyasiya protesti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 17 fevral 2021-ci tarixli hökmü Təqsirləndirilən şəxs1 CM-nin 234.2-ci maddəsi ilə t əqsirli bilinib barəsində CM-nin 62-ci maddəsi tətbiq edilərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair hissədə ləğv edilmiş və Təqsirləndirilən şəxs1 CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai araşdırma zamanı həbsdə saxlandığı 1 (bir) il 17 (on yeddi) gün müddət ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 28 iy un 2022-ci il tarixli, 1(102)-831/2022 nömrəli qərarı ilə əməlin hüquqi tövsifinin mübahisələndirilməsinə dair dövlət ittihamçısının kassasiya protesti təmin edilmiş, Cinayət-Prosessual Məcəllənin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş əsaslarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair hissədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli hökmü ləğv edilmiş və cinayət işinin həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir (sədrlik edən və məruzəçi hakim Ş.Y.Yusifov, hakimlər N.R.Mövsumov və İ.Ə.Rəcəbovdan ibarət məhkəmə tərkibi). Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-ci il tarixli hökmü ilə (sədrli k edən və məruzəçi hakim V.İ.Məlikov, hakimlər E.Ş.Hüseynov və G.İ.Cavadovadan ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 17 fevral 2021-ci tarixli hökmü Məhkum aid hissədə ləğv edilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun həbsdə saxlandığı 1 (bir) il 17 (on yeddi) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasın ın əvvəli 26 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-ci il tarixli hökmündən məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-ci il tarixli hökmünə əsasən Məhkum CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə istintaqa məlum olmayan müddətdə, mənbədən və çəkidə narkotik vasitə olan kustar üsulla hazırlanmış heroin əldə etdikdən sonra həmin narkotik vasitənin istintaqa məlum olmayan hissəsini 21 yanvar 2020-ci il tarixdə saat 13 radələrində Göyçay rayonunun İİ Ərəbcəbirli kəndi ərazisində həmkəndlisi Təqsirləndirilən şəxs1 250 manata satmaqda, Təqsirləndirilən şəxs1 isə öz növ bəsində tamah niyyəti ilə həmin narkotik vasitənin 0,318 qram hissəsini 28 yanvar 2020-ci il tarixdə saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs2 40 manat dəyərində “Samsung” markalı mobil telefon əvəzində qanunsuz olaraq satdıqdan sonra 30 yanvar 2020-ci il tarixdə saat 16 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Göyçay şəhəri A.Faruq küçəsində saxlanılıb rayon polis şöbəsinə gətirilərək üzərinə baxış keçirilərkən üzərindəki qara rəngli gödəkçənin sol içəri cibindən 1 ədəd 1 mllik şprisdə 0,80 ml qram heroin məhlulunda təmiz çəkisi 0,318 qram həmin narkotik vasitə olan kustar üsulla hazırlanmış heroin və 31 yanvar 2020-ci il tarixdə saat 17 radələrində keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsind ə Məhkum yaşadığı Göyçay rayonunun İİ Ərəbcəbirli kəndində yerləşən evinə baxış keçirilərkən evin zalındakı şkafda olan göy-qızılı rəngli güldandan bir ədəd sellofan bükümdə qablaşdırılmış 1,509 qram çəkidə kustar üsulla hazırlanmış heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum əməli düzgün tövsif olunmamış, o, narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs1a satmamış, sadəcə olaraq narkotik vasitə olan heroini əldə edib daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi halda, düzgün olmayaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Kassasiya şikayətində müdafiəçi Məhkum narkotik vasitəni satmaq kimi xüsusatı təsdiq edən heç bir mötəbər sübut olmadığı halda apellyasiya məhkəməsinin Məhkum CMin 234.2-ci maddəsi ilə əsassız olaraq təqsirli bilib məhkum etdiyini iddia etmişdir. Müdafiəçi4 kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyə tlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi4 kas sasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən cinayət – prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə Məhkum narkotik vasitələri satması sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilindiyini, əslində sonuncun əməlində yalnız CM-nin 234.1-ci maddəsinin tərkib əlamətlərinin olduğunu iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin hökmünün dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun müdafiəçisini n kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona apellyasiya məhkəməsinin hökmü ilə isnad edilən hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi apellyasiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclası nda Məhkum gətirdiyi dəlillərində özünün təqsirsizliyi ilə bağlı hər hansı bir məsələ qaldırmamış, müstəsna olaraq yeni apellyasiya baxışında müdafiə tərəfi apellyasiya instansiyası məhkəməsi qarşısında onun törətdiyi əməlin hüquqi tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu qənaəti yəni S.Əliyevin əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması ilə bağlı nəticənin təkrarlanması barədə tələb irəli sürülmüşdür. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəmə icraatları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən məhkumun müdafiə hüquqları gözlənilməklə həyata keçirilmiş, cinayət əməllərini təşkil edən faktiki halların müəyyən edilməsi za manı - apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara və sübutların tədqiqinə dair cinayət-prosessual qaydaların pozuntularına yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin yekun hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, onlara CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Sübutlar apellyasiya instansiyası məhkəməsinin hökmündə təsvir edilib, Məhkum və onun müdafiəçisinin ardıcı l olaraq müdafiə etdikləri dəlillərlə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin araşdırılması, eləcə də bu araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini təkzib edə biləcək, məhkəmə araşdırmasının obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun hökmünü şübhə altına almaq üçün əsas görmür. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası yeni apellyasiya baxışında çıxardığı 26 yanvar 2023-ci il tarixli, 1(107)-7/2023 nömrəli hökmdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hüquqi mövqeyini tam olaraq nəzərə almışdır. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-cü maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun hökmünün ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası məhkumun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətinin tə min edilməsinə, dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun isə kassasiya şikayətinin təmin edilməməsinə dair çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 26 yanvar 2023-ci il tarixli, 1(107)-7/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair c inayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-ci il tarixli, 1(107)-7/2023 nömrəli hökmü müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar