Məhkəmə qərarları › İş №1(102)-1347/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1347/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1347/2025 08.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov İlqar Xanlar oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, zərərçəkmiş şəxs 1 və zərərçəkmiş şəxs 2-nin iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-434/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qərarından zərərçəkmiş şəxs 1 və zərərçəkmiş şəxs 2 tərəfin dən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum XXXXX tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Zeynəddin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, X ünvanında qeydiyyatda olmaqla yaşayır. 2. 28 oktyabr 2024-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 15 noyabr 2024-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birin ci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2023-cü ilin noyabr ayından yaxın münasibətdə olub tanıdığı zərərçəkmiş şəxs 2nin vasitəsilə onunla birlikdə X evdə kirayədə yaşamaqla 15 aprel 1942-ci il təvəllüdlü qoca və köməksiz vəziyyətdə olan xalası zərərçəkmiş şəxs 1 ilə tanış olduqdan sonra onların özlərinə ev tikdirmək üçün torpaq sahəsi almaq istədiklərini bilib əvvəlcə zərərçəkmiş şəxs 2-yə, sonra isə zərərçəkmiş şəxs 1-ə Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən 0,1 hektar torpaq sahəsini göstərib özünə məxsus olduğunu deyib 4.500 manat verdikləri halda həmin torpaq sahəsini onlara satacağına dair yalan vəd verib aldadaraq inandırıb razılaşdıqdan sonra, ilk dəfə 24 noyabr 2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Sərham” marketin qarşısında zərərçəkmiş şəxs 2-dən əlbəəl 1300 manat, 27 noyabr 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhər, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində göstərdiyi torpaq sahəsinin qarşısında zərərçəkmiş şəxs 1-dən əlbəəl 900 manat, 30 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində əvvəlcədən pul ödəmək üçün zərərçəkmiş şəxs 2-yə verdiyi “Leo Bank”a aid 4098-5844-xxxx-xxxx bank kart hesabına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Qələbə” marketdə ödəniş terminalından zərərçəkmiş şəxs 2-yə 400 manat məbləğində pulu 2 dəfəyə ödətdirməklə alıb, 12 dekabr 2023-cü il, tarixdə saat 12 radələrində Bakı şəhər, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində göstərdiyi torpaq sahəsinin qarşısında zərərçəkmiş şəxs 2-dən əlbəəl 1400 manat, sonuncu dəfə isə zərərçəkmiş şəxs 1-dən onun kirayədə yaşadığı X küçəsi nömrəsiz fərdi evində görüşüb 21 dekabr 2023-cü il tarixdə zərərçəkmiş şəxs 1-dən 500 manat məbləğində pulları alıb verdiyi vədə əməl etməyərək, aldığı pulları şəxsi ehtiyaclarına sərf edərək zərərçəkmiş şəxsin 1-in ümumilikdə 3000 manat məbləğində, zərərçəkmiş şəxs 2-nin ümumilikdə 1500 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb etibarlarından sui-istifadə etmə və aldatma yolu ilə özgələrin əmlakını ələ keçirib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs 1na ümumilikdə 3000 manat məbləğində, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs 2-yə isə ümumilik də 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-828/2024 nömrəli, 13 dekabr 2024-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün müddətin ona təyin edilmiş cəzaya hesablanması və üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, əlavə vəzifələrin qoyulması, cəza çəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxs 1 və zərərçəkmiş şəxs 2 apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi, Məhkum barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etmişlər.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-434/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-828/2024 nömrəli, 13 dekabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxs 1 və zərərç əkmiş şəxs 2 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkuma əvvəllər cinayət törətdiyi nəzərə alınmadan hökmlə yüngül cəza təyin edilsə də, verdikləri apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum tərəfindən onlara vurulmuş maddi ziyan ödənilməmişdir. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-434/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qərarının dəyişdirilməsi, Məhkum barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

10. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərin ə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya i nstansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Kassasiya şikayətində məhkum edilmiş ş əxs Məhkuma təyin edilmiş cəzanın yüngül olduğu iddia edilir, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPMnin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-434/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törə dən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

18. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da be lə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törəd ilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

19. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür.

20. Cinayətin ictimai təhlükəliliyi və xarakterinin qiymətləndirmə meyarlarını tənzimləyən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarında məhkəmələrin nəzərinə çatdırılmışdır ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin h əyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 4, § 2, 25 iyun 2003-cü il).

21. Təsvir edilən maddi və prosessual cinayət-hüququ normaların tələblərini, eləcə də Azərbaycan Respublikasının Konstitusiya və Ali Məhkəmələrinin hüquqi mövqelərini rəhbər tutmaqla məhkəmə kollegiyası baxılan kassasiya müraciətində irəli sürülən, Məhkuma cəzanın məqsədini təmin etməyən cəzanın təyin edilməsinə dair dəlilləri əsaslı hesab edir.

22. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ba ş Əməliyyat və Statistik İnformasiya idarəsinin 02 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, Məhkum əvvəllər Babək Rayon Məhkəməsinin 19 may 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cərimə cəzasına məhkum olunmuş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 avqust 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 145.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək 03 il sınaq müddəti ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Nərimanov Rayon Məhkəməsinin 02 avqust 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 175.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum olunmuş; Xəzər Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 4500 manat cərimə cəzasına məhkum olunmuşdur.

23. Eləcə də, Bakı Şəhər probasiya İdarəsinin 29 dekabr 2024-cü il tarixli, 21-1/324085 nömrəli məktubundan müəyyən edilir ki, Məhkuma Xəzər Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzası tam olaraq yalnız 14 noyabr 2024-cü il tarixində, yəni baxılan cinayət işi birinci instansiya məhkəməsinin icraatında olduğu dövrdə ödənilmişdir.

24. Həmçinin, iş materiallarında olan 15 sentyabr 2024-cü il tarixli aktdan görünür ki, vurduğu 4500 manat maddi ziyandan Məhkum 500 manat hissəni ibtidai ist intaq dövründə zərərçəkmiş şəxslərə ödəmişdir. Daha sonra 16 sentyabr 2024-cü il tarixdə o, ibtidai istintaq orqanına ərizə verərək, cinayət işi üzrə dəymiş maddi ziyandan 500 manatı ödədiyini, qalan məbləği isə 08 ay ərzində ödəyəcəyinə vəd vermişdir. Məhkəmə baxışı zamanı vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı Məhkuma vaxt verilsə də, lakin maddi ziyanın ödənilməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi ilə bağlı məhkum tərəfindən hər hansı addım atılmamışdır.

25. Bununla belə, birinci instansiya məhkəməsi cinayətin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, ən başlıcası, təqsirkarın şəxsiyyətini səciyyələndirən xüsusatlara lazımi diqqət yetirmədən, Məhkumun daha əvvəllər eyni növdən olan cinayətlərin törədilməsinə görə iki dəfə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilməsini, 2015-ci ildə cərimə cəzasına məhkum edilməsinə baxmayaraq cəzanı 9 il sonra, hazırkı iş üzrə aparılan cinayət təqibi dövründə icra etməsini, zərərçəkmiş şəxslərə vurulmuş 4500 (dörd min beş yüz) manat maddi ziyandan çox az hissə olan 500 (beş) yüz manat məbləğini ödəməsini, qalan hissəsinin ödənilməsindən isə davamlı olaraq boyun qaçırmasını, buna görə də sonuncuların ondan şikayətçi qalmalarını nəzərə almadan, vurduğu maddi ziyanın cüzi hissəsinin ödənilməsi əsası ilə ona yenə də azadlıqdan məhrum etmə ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması növündə cəza təyin etmişdir.

26. Birinci instansiya məhkəməsinin hökmünün cəzaya dair hissəsindən zərərçəkmiş şəxslər birgə apellyasiya şikayəti versələr də, apellyasiya instansiyası məhkəməsi apellyasiya müra ciətinin müvafiq dəlillərinə heç bir münasibət bildirmədən, hökmün dəyişdirilmədən qüvvəsində saxlanılması barədə nəticəyə gəlmişdir.

27. Təsvir edilənlərə bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 349.3-349.4-ci maddələrinin tələblərindən çıxış edərək ilk öncə qeyd etməyi zəruri bilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və həmin hökm Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir.

28. Konkret olaraq cəza təyin edilməsi məsələsinə münasibətdə Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.11, 353.2 və 353.2.7, eləcə də 398.2-ci maddələrinin ümumi məzmunu ilə tələb edilir ki, təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməli old uğu məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməli və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində həmin məsələnin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri göstərilməlidir, apellyasiya instansiyası məhkəməsinin hökmü isə həmin Məcəllənin 353cü maddəsinin tələblərinə uyğun olmalıdır.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi də ondan ibarətdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təq sirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” qərarı, № 15, § 45, 24 dekabr 2021-ci il).

30. Qeyd edilənlərə əsaslanmaqla məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, heç bir əsaslandırma təmin etmədən birinci instansiya məhkəməsinin Məhkuma təyin etdiyi cəzanı təsdiq edən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CM-nin 2, 8, 41.2, 58.1 və 58.3-cü maddələrinin tələblərinə formal yanaşmaqla məhkumun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara düzgün hüquqi qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni qanunvericili kdə nəzərdə tutulmuş qaydada əsaslandırmamış, məhkumun şəxsiyyətini səciyyələndirən hallara mütənasib olmayan cəza təyin etməklə sosial ədalət prinsipini pozmuşdur.

31. Təsvir olunanlar onu göstərir ki, zərərçəkmiş şəxs 1 və zərərçəkmiş şəxs 2 tərəfindən birgə verilmiş kassasiya şikayəti əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin pozuntularına, nəticə etibarı ilə Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən hallara yol verilmişdir.

32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 1(103)-434/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qərarı qismən – cəzaya aid hissədə ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Zərərçəkmiş şəxs 1 və zərərçəkmiş şəxs 2 tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-434/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qərarı qismən - cəzaya aid hissədə ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar