Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1348/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məh kəməsinin 03 dekabr 2021-ci il tarixli qərarı ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 127.1-ci maddəsi ilə təqsirləndirilməsi üzrə cinayət təqibinə xitam verilməsinə və cinayət məsuliyyətindən azad edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2022-ci il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Ağayev Süleyman Əhməd oğlu) X4, 06 iyun 1961-ci il tarixdə Lerik rayonunun Monidigah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, h eç yerdə işləməyən, Ünvan 1 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “8 noyabr–Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmiş, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh X4ə qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iddia ərizəsi baxılmadan saxlanılmış və Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X8 CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qsmində cəlb edilmişdir ona görə ki, o, 06 dekabr 2020-ci il tarixdə saat 15 radələrində kürəkəni Zərərçəkmiş şəxs yaşadığı evdə ailə münasibətləri zəminində arvadı Şahid1 ilə mübahisə edib Şahid1 döyməsi barədə məlumat alıb qızı və kürəkəninin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozundakı 62 nömrəli ünvana gələrək Zərərçəkmiş şəxs qızını döyməsinə görə irad tutması Zərərçəkmiş şəxs başqasının ailə işlərinə müdaxilə kimi qəbul olunması səbəbindən başlanmış mübahisə zamanı, kürəkəni ilə dalaşarkən, ona əvvəl yumruğu və əlləri ilə sifət, boyun və döş qəfəsindən zərbələr endirmiş, itələyərək yerə yıxmış və yerdə olarkən masanın üzərindəki şüşə meyvə qabı ilə baş nahiyəsinə vurmuş və bununla kifayətlənməyib evdən dalaşmanı davam etdirə-etdirə çıxarkən həyətdən tapdığı daş parçasını götürüb Zərərçəkmiş şəxs kürək nahiyəsinə atmaq la Zərərçəkmiş şəxs burun nahiyəsinin şişkinliyi, boyun, döş qəfəsi, sağ kürək, sağ diz oynağı və sol bayır topuq nahiyəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan, ənsə və sağ təpə nahiyələrinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid və yerə yıxılması nəticəsində sağ ayağın birinci barmağının dırnaq falanqasının yerini dəyişməyən qapalı sınığı ilə müşayiət olunan həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinaət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Birinci instansiya məhkəməsinin qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən v erilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Habil Çingiz oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 18 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2022-ci il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İşin faktiki hallarını mübahisələndirərək Azərbayc an Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 416-cı maddəsinə və “8 noyabr–Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına istinad edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hadisənin törənmə mexanizmi, iş materiallarında olan fotoşəkillər, Zərərçəkmiş şəxs aldığı xəsarətlər üzrə keçirilmiş ekspertiza rəyi, habelə iş üzrə keçirilmiş üzləşdirmə istintaq hərəkətinin protokolları ilə və məhkəmə iclasında şahidlərin verdikləri ifadələrlə X1 və X4 birlikdə təmsil etdiyi şəxsə yaşadığı evdə, azyaşlı uşaqlarının gözləri qarşısında xüsusi amansızlıqla və heç bir səbəb olmadan xəsarətlər yetirmələri sübut oluns a da, istintaq orqanı tərəfindən onların əməlinə düzgün hüquqi qiymət verilməmiş, nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan hallar tam və hərtərəfli araşdırılmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs X4in əməlinin CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsüf olunmadığını qeyd edən nümayəndə daha sonra qeyd etmişdir ki, onun əməlində Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş daha ağır cinayətin tərkib əlamətləri mövcud olmasına və bu hal öz təsdiqini tapmasına görə onun tərəfindən CPM-nin 318.2-ci maddəsinə uyğun olaraq cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə qarşı daha ağır cinayət əməlini törətməsinə görə yeni ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin ib tidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatətlə məhkəməyə müraciət edilmiş, lakin məhkəmə əsassız olaraq vəsatəti təmin etməmişdir. Apellyasiya instansiyasında da işə baxılarkən tərəfimdən bu xüsusatı araşdırmamışdır. Həmçinin şikayət müəllifi qeyd etmişdir ki, təqsirləndirilən şəxs X4in və onun oğlu Xin törətdikləri əməllər nəticəsində Zərərçəkmiş şəxs və əmlakına xeyli miqdarda maddi ziyan dəymişdir. Belə ki, o hadisə zamanı və hadisədən sonra çox ciddi sarsıntı keçirmiş, aldığı xəsarətlərdən öz hesabına müalicə olunmuş, əlavə olaraq X4 tərəfindən ona məxsus “Hyundai Sonata”’ markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər yetirməklə avtomobilinə də müəyyən məbləğdə maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən hadisə z amanı evdə olan müəyyən əşyalar sındırılmışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən hadisə nəticəsində iş üzrə təqsirləndirilən şəxs və digər şəxslər tərəfindən vurulmuş zərərin ödənilməsi ilə əlaqədar mülki iddia qaldırılsa da, məhkəmə tərəfindən iddia əsassəz olaraq baxılmamış saxlanılmış, təqsirləndirilən şəxs isə ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün heç bir hərəkət etməmişdir. Bunlarla yanaşı nümayəndə həmçinin məhz bu əsasa, yəni zərərçəkmişə vurulmuş maddi ziyan ödənilmədiyinə görə X4in barəsində “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarın 9.1-ci bəndinin tətbiq edilməsini də düzgün saymayaraq həmin Qərarın 11-ci bəndində nəzərdə tutulmuş məhdudiyyətə istinad etmişdir. Onun tərəfindən apellyasiya şikayətinə baxılarkən apellyasiya instansiyası məhkəməsində bu məsələ də mübahisələndirilsə də, məhkəmə bu xüsusata diqqət yetirməmişdir. Qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2022-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, cinayət məsuliyyətindən azad edilmiş şəxs X4 və onun müdafiəçisi Müdafiəçi1 məhkəmə iclasına naməlum səbəblərdən gəlməmişlər. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxsi Zərərçəkmiş şəxs, cinayət məsuliyyətindən azad edilmiş X4in və onun müdafiəçisi Müdafiəçi1 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Göründüyü kimi, zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə kassasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, məh kəmələr iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş və məhkumun əməli CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilməmiş, eyni zamanda onun barəsində amnistiya aktının tətbiq edilməsi əsassız olmuşdur. Bu dəlillərə əsaslanan şikayət müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblər inə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə. Odur ki, məhkəmə kollegiyası zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə X4in cinayət məsuliyyətindən azad olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir və həmin maddəyə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hü quq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğ v edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Kassasiya müraciətlərinə baxılması nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından bu əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil e tdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlı qlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətini cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. CM-nin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edil miş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 124.1.2-ci maddəsinə əsasən, hadisənin cinayət hadisəsinin olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsasla na bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). X4in barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə həm təqsirləndirilən şəxsn törətdiyi cinayət əməlinin sübuta yetirilməsi və bu əməlin CM-nin 127.1-c maddəsi ilə tövsif edilməsi barədə ibtidai araşdırma orqanınının nəticəsi ilə razılaşmış və təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məh kəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə X4in CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək iş üzrə başqa nətcəyə gəlmək üçün heç bir əsas görməmişdir. Məhkəmə kollegiyası da hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin iş üzrə gəldikləri nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətində göstərilən, yalnız ehtimal xarakteri daşıyan və mötəbər sübutlarla təsdiq olunmayan, cinayətin obyektiv cəhətinə aid olan dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, X4in ona istinad olunan əməli üzrə təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir və bu baxımdan məhkəmə kollegiyası onun əməlinin ibidai araşdırma orqanı tərəfindən 127.1-ci maddəsi ilə tövsif edilməsini qanuni və əsaslı hesab edir. Onun hərəkətlərində daha ağır cinayətinin tərkibinin olması ilə bağlı dəlilə cavab olaraq məhkəmə kollegiyası əvvəla qeyd edir ki, iş materialları ilə, toplanmış sübutlarla X4in ona istinad olunan əməli oğlu X1lə birlikdə və xüsusi amansızlıqla törətməsi müəyyən edilmədiyindən ibtidai araşdırma orqanı tərəfindən X4ə qarşı daha ağır ittihamın irəli sürülməsi məsələsi nəzərdən keçirilərək sübutların qiymətləndirilməsi haqq ında 17 may 2021-ci il tarixli qərarla onun barəsində bu xüsusatlar üzrə CM-nin 127.2.2 və 127.2.3-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar cinayət prosesinin iştirakçıları tərəfindən məhkəmə nəzarəti qaydasında, yaxud da ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında mübahisələndirilmədindən hal hazırda da qüvvədədir. Zərərçəkmiş Zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra X4ə qarşı CM-nin həmin maddələri ilə yeni ittiham ittiham irəli sürülməsi barədə verdiyi vəsatət isə müstəntiqin 24 may 2021-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Buna görə, məhkəməyə X4in yalnız CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə göndərilmiş və məhkəmə də işə məhz ona elan olunmuş ittiha m həcmində baxaraq yekun məhkəmə aktını qəbul etmişdir. Məhkəmə iclasında da Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş qaydada eyni məsələ üzrə, yəni cinayət işinə baxılmasına xitam verilməsi və X4ə daha ağır ittihamın elan olunması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatətlə çıxış etsə də, birinci instansiya məhkəməsi bunun üçün əsaslar müəyyən etmədiyinə görə özünün 01 dekabr 2021-ci il tarixli qərarı ilə həmin vəsatəti təmin etməmişdr. Məhkəmə kollegiyası hesab edir ki, X4in törətdiyi əməldə daha ağır cinayətin əlamətlərinin olmaması barədə həm ibtidai araşdırma orqanının, həm də birinci instansiya məhkəməsinin gəldikləri nəticə toplanmış və araşdırılmış sübutlara uyğun olmaqla düz gündür, qanunidir və bu nəticə aşağıda təsvir edilənlərə, xüsusən də cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına tam uyğundur. Belə ki, təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İİİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə ic raatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə uyğun olaraq işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı z amanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsin də təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minm iş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bu normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə sonuncunun əməlini CM-nin bir maddəsindən digərinə tövsif etmək hüququna da malikdrlər o şərtlə ki, belə tövsif cinayət törətmiş şəxsin hüquqularının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irləi sürdüyü əks dəlilləri qanuna müvafiq qayd ada (sübutlara əsaslanmaqla) təkzib etsin. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübu tlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün m ötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, bütün şərh olunanlara qanuna müvafiq qaydada qiymət verib X4in əməlinin CM-nin 127.1-ci maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələn məhkəmələr qanunvericiliyin aşağıdakı normalarının tələblərinə də əməl etmişlər. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzs izliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması v ə ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cin ayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinay ət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra mətndə Avropa Məhkəməsi) yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun q ərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, CPM-nin 33.4, 338.1. 2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. İş üzrə hər hansı qanun pozuntusuna yol verilmədən ibtidai araşdırma zamanı toplanmış və özünün də araşdırdığı sübutların məcmusundan çıxış edən birinci instansiyası məhkəməsi cinayət-prosessual qanunvericiliyinin normalarının tələblərinə əsaslanaraq ibtidai araşdırma orqanı tərəfindən X4a elan olunmuş ittihama uüğun olaraq işin faktiki hallarını qəbul etdiyi qərarın təsviri əsaslandırıcı hissəsində göstərilən şəkildə müəyyən etmiş, apellyasiya instansiyası məhkəməsi əsaslı ola raq bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-nin 318.2-ci maddəsinin tələblərindən g.rünür ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş i ttiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər CPM-nin 318.1 və 318.2-ci maddələrində təsbit edilmiş normaların təhlili göstərir ki, əvvəla məhkəmə cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə q arşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxır və onun öz təşəbbüsü ilə təqsirləndirilən şəxsə daha ağır ittihamın elan edilməsi üçün cinayət işini və ya sadələşdirilmiş icraat materialarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq, yaxud da təqsirləndirilən şəxs barəsində ona elan edilməmiş daha ağır ittiham üzrə hökm çıxarmaq və ya qərar qəbul etmək səlahiyyəti yoxdur. Bundan başqa, təqsirləndirilən şəxsə qarşı daha ağır ittihamın irəli sürülməsi üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə dövlət ittihamçısının vəsatətinin təmin edilməsinə dair tələb imperativ xarakter daşıdığı halda, bu haqda zərər çəkmiş şəxsin və ya onun nümayəndəsinin qaldırdığı vəsatət üzrə qərarın qəbul edi lib-edilməməsi məsələsi dövlət ittihamçısının rəyi nəzərə alınmaqla məhkəmənin mülahizəsinə əsasən həll edilir. Yəni məhkəmə belə vəsatətin həm təmin edilməsi, həm də rədd olunması haqda qərar qəbul edə bilər və belə qərardan apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi nəzərdə tutulmamışdır. Həm qanunvericiliyin təlblərindən, həm də işin müəyyən olunmuş faktiki hallarından çıxış edərək və cinayət qanunvericiliyinin tələblərinə əsaslanaraq məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq X4in əməlinin başqa cür qiymətləndirilməsi və şikayətdə qeyd olunduğu kimi, ona CM-nin 127.2.2 və 127.2.3-cü maddələri ilə ittihamın elan olunması üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunm ası üçün nə maddi, nə də ki, prosessual əsaslar görmür. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs numayəndəsinin kassasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində irəli sürülmüş eyni iddialar üzrə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin X4in törətdiyi əməlin CM-nin 127.1-ci maddəsi ilə tövsif edilməsini və onun barəsində amni stiya aktının tətbiq edilərək cinayət təqibinə xitam verilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətində azad edilməsini istisna edən halların olmaması barədə qənaətlərinin şübhə altına alınması üçün əsas görmür. Göstərilənlərlə yanaşı cinayət-prosessual qanunvericiliyinin müvafiq normalarına əsaslanan məhkəmə kollegiyası eyni zamanda onu da qeyd etməyi zəruri bilir ki, birinci və apellyasya instansiyası məhkəmələrində icraatın aparılması barədə tələblərə (müvafiq olaraq CPM-nin XL-XLV və XLVII fəsillərində olan maddələrə) nəzər yetirildikdə görünən odur ki, CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar yalnız birinci instansiya məhkəməsində aparılan icraata aiddir və belə olan halda cinayət işinə və ya sadələşdirilmiş icraat materiallarına apellyasiya qaydasında baxıla rkən istər dövlət ittihamçısı, istərsə də zərərçəkmiş və ya onun nümayəndəsi tərəfindən təqsirləndirilən şəxsə daha ağır ittihamın elan olunması və bunun üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yaxud da birinci instansiya məhkəməsinə qaytarılması barədə vəsatət qalırılsa belə, apellyasiya instansiyası məhkəməsi həmin vəsatət üzrə hər hansı (onun təmin və ya rədd edilməsi) haqqında qərar qəbul etmək səlahiyyətində deyil. Qanunvericiliyin tələbinə görə, yalnız CPM-nin 391.8-1-ci maddəsində nəzərdə tutulmuş halda, yəni işə birinci instansiya məhkəməsində baxılarkən dövlət ittihamçsı tərəfindən müdafiə edilmiş itthamla müqayisədə təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi üçün işin birinci instansiya məhkəməsinə qaytarılması haqqında Azərba ycan Respublikası Baş Prokuroru, Naxçıvan Muxtar Respublikasının ərazisində isə - Naxçıvan Respublikası Prokuroru apellyasiya protesti verdikdə və apellyasiya instansiyası məhkəməsi belə protestlə razılaşdıqda, həmin məhkəmə ilkin baxış iclasında apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. CPM-nin 391.9.1 və 391.9.2-ci maddələrinə əsasən, bu halda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir və cinayət işini və məhkəməyədək sadələşdirilmiş icraat materiallarını birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən X4in barəsindəki Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qərarından CPM-nin 391.8-1-ci maddəsində nəzərdə tutulmuş əsasla apellyasiya protesti verilmədiyinldən apellyasiya instansiyası məhkəməsi də CPM-nin 391.9.1 və 391.9.2-ci maddəsində göstərilən qərarı qəbul etməmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs və onun nümayəndsi Nümayəndə isə həmin qərardan CPM-nin 391.8-1-ci maddəsində göstərilən məzmunda, yəni X4in əməlində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə apellyasiya şikayəti versə də, apellyasiya instansiyası məhkəməsi şikayətdə göstərilən tələbə uyğun qərar qəbul etmək səlahiyyətində olma mış və buna görə də, məhkəmə həmin şikayətə X4ə elan olunmuş ittiham daxilində baxaraq müvafiq qərar qəbul etmişdir. Bu halda apellyasiya instansyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliklərinin hər hansı normasının pozulmasına yol verilməmişdir. Qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi də özünə aid icraatı həyata keçirərkən məhkum olunmuş şəxsə daha ağır ittihamın elan olunması üçün apellyasiya instansiyası məhkəməsinin qərarını (hökmünü), yaxud da onunla birlikdə birinci instansiyası məhkəməsinin hökmünü və ya qərarını ləğv etmək və məhkum olunmuş şəxsin vəziyyətinin ağırlaşdırılması,yaxud da cinayət işinə yenidən baxılması üçün həmin işin birinci və ya apellyasiya instansiyası məhkəməsinə qaytarılması haqqında q ərar qəbul etmək səlahiyyətinə malik deyil ona görə ki, bununla bağlı heç bir tələb CPM-nin 416 və 419-cu maddələrində nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üşün əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla X4in ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş, onun həmin əməllərini CM-nin 127.1-ci maddəsi ilə (böyük ictimai təhlükə törətməyən cinayət) düzgün tövsif etmiş və təqsirləndirilən şəxsin əməinin “8 noyabr– Zəfər günü münasibətilə amnistiya elan edilmə si haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarın 9.1-ci bəndinin təsiri altına düşməsini nəzərə alaraq onun barəsində həmin amnistiya aktını tətbiq etmişdir. Bu zaman məhkəmələr tərəfindən o, da nəzərə alınmışdır X4ə qarşı irəli sürülmüş ittiham üzrə törətdiyi cinayət əməli maddi ziyanın vurulması ilə bağlı olmadığından, yəni CM-nin 127.1-ci maddəsində göstərilən cinayətin dispozitiv əlaməti kimi əlaməti kimi zərər çəkmiş şəxsə hər hansı maddi ziyanın vurulması nəzərdə tutulmadığından (məsələn, talama cinayətlərində olduğu kimi), məhkəmələr tam əsaslı olaraq kassasiya şikayətində istinad olunan 05 noyabr 2021-ci il tarixli Qərarın 11.4-cü bəndində müəyyən olunmuş məhdudiyyəti nəzərə almaqdan imtina etmişlər. “8 noyabr–Zəfər günü münasibətilə amnist iya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 28-ci bəndindən görünür ki, birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materiall arı üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda CPM-nin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Qərarın 11.4-cü bəndində nəzərdə tutulmuşdur ki, həmin Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər barəsində bu amnistya aktının 9.1-ci bəndi tətbiq edilmir. Məhkəmə kollegiyası həmin bəndin mənasına və göstərilən amnistiya aktının tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşdırdığı məhkəmə təcrübəsinə əsaslanaraq hesab edir ki, təhlil edilən Qərarın 11.4-cü maddəsind ə nəzərdə tutulmuş məhdudiyyət yalnız maddi tərkibli, yəni maddi ziyanın vurulması əlaməti cinayətin obyektiv cəhəti kimi nəzərdə tutulan cinayət törətmiş şəxslərə aiddir, X4 isə belə cinayətə və ya cinayətlərə görə təqsirlndirilməmişdir. O ki, qaldı zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə təmsil etdiyi şəxsə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar verdiyi mülki iddianın baxılmamış saxlanması barədə dəlillərə, məhkəmə kollegiyası həmin dəlillərə cavab olaraq vurğulayır ki, nümayəndə birinci instansiya məhkəməsinə təqdim etdiyi mülki iddia ərizəsinə həmin ərizədə göstərilən halları təsdiq edən heç bir sübut əlavə etməmiş, halbuki CPM-nin 139cu maddəsi də, mülki iddianın verilməsini və həll edilməsini tənzimləyən CPM-nin 179188-ci maddəlri də tələb edirlər ki, verilmiş iddia o halda əsaslı hesab edilə və təmin oluna bilər ki, həmin iddia müvafiq sübutlarla təsdiq olunsun. Buna görə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr verlmiş iddianın baxılmamış saxlanması barədə nəticəyə gələrkən prosessul qanunvericiliyin bu tələblərinə əməl etmiş və ümumiyyətlə X4in barəsindəki cinayət işinə baxarkən və yekun məhkəmə aktları qəbul edərkən kassasiya şikayəti ilə ehtiva olunan CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməmişlər. Belə olan halda, məhkəmə kollegiyası kassasiya çikayətinin təmin edilməsi barədə zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə, kassasiya şikayətinin təmin edilməmədi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayəti təmin edilməmə klə X4in CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsi üzrə cinayət təqibinə xitam verilməsinə və cinayət məsuliyyətindən azad edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. X4 CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsi üzrə cinayət təqibinə xitam verilməsinə və cinayət məsuliyyətindən azad edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2022-ci il tarixli qəra rı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1348/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1348/2022
01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver