Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1348/2023 26.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X3 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-477/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1995-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Samux Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli hökmü ilə (bundan sonra – “Azərbaycan Respublikası CM”) 177.2.1, 177.2.2, 177.2.3, 177.24, 186.2.1 və 186.2.2ci maddələri ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzalarına məhkum edilmiş və 24 yanvar 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki Mingəçevir şəhəri, Şəfa bağ massivi, küçə 6 ünvanında yaşamışdır. 2. 15 sentyabr 2021-ci il tarixli ittiham aktına əsa sən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 228.4, 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 28 sentyabr 2021-ci il tarixdə Mingəmevir Şəhər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ümumi təmiz çəkisi 406,18 qram narkotik vasitə - qurudulmuş marixuana əldə etdikdən sonra, həmin narkotik vasitənin üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 11,18 qram çəkidə olan hissəsini ayıraraq bir ədəd şəffaf rən gli sellofan bükümün içərisində satış məqsədi olmadan əynindəki qara rəngli gödəkcənin sol yan cibinə qoyaraq qanunsuz olaraq üzərində saxlayaraq daşımış, qalan 395 qram çəkidə olan hissəsini isə daşıyaraq, Mingəçevir şəhəri, Samux və Energetika küçələrinin kəsişməsində yerləşən Ağdam rayon 26 saylı tam orta məktəbin yaxınlığında olan boş sahədə bir qədər qazılmış yerdə daş və təkər rezinin altında gizlədərək satış məqsədi ilə qanunsuz olaraq bir ədəd yaşıl rəngli sellofan bükümün içərisində saxlamış, 23 mart 2021-ci il tarixdə, saat 17:20-də Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Samux küçəsində yerləşən çörək zavodunun yaxınlığında saxlanıldıqdan sonra Mingəçevir ŞPŞ-yə gətirilərək, üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində təmiz çəkisi 11,18 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 18 radələrində onun iştirakı ilə Mingəçevir şəhəri, Samux və Energetika küçələrinin kəsişməsində yerləşən Ağdam rayon 26 saylı orta məktəbin yaxınlığındakı boş sahəyə baxış keçirilən zamanı orada bir qədər qazılmış yerdə daş və təkər rezininin altında gizlədilmiş halda bir ədəd yaşıl rəngli sellofan bükümün içərisində satış məqsədi ilə saxladığı təmiz çəkisi 395 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qa nunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində, təmiz çəkisi 0,301 qram, bir ədəd baş hissəsi kəsilmiş şüşə lampanın içərisində təmiz çəkisi 0,078 qram, bir ədəd baş hissəsi kəsilmiş şüşə lampanın içərisində təmiz çəkisi 0,057 qram olmaqla ümumi təmiz çəkisi 0,436 qram olan psixotrop maddə - metafetamini əldə edib özü ilə gəzdirdiyi qara rəngli dəri materialından hazırlanmış əl çantasının içərisində və istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 1 ədəd kustar üsulla hazırlanmış, vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən kasteti (beşbarmaq) əynində olan qara rəngli cins şalvarın qabaq cibində, həmçinin 1 ədəd kustar üsulla hazırlanmış kiçik ölçülü əzici-vurucu-deşici xassəyə malik so yuq silah hesab edilən üzüyü barmağına taxaraq üzərində gəzdirmiş, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin şərtlərini pozaraq istintaqdan gizləndiyi üçün barəsində tutulma və axtarış elan edilməsi haqqında 13 aprel 2021-ci il tarixli qərara əsasən Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 20 may 2021-ci il tarixdə, saat 21:40-də Mingəçevir şəhəri, A.Şaiq küçəsində yerləşən “Əsgər” kafesində tutulduqdan sonra Mingəçevir ŞPŞ-yə gətirilib müvəqqəti saxlama yerinə təhvil verilərkən müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən üzəri yoxlanıldığı zaman bir ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində, təm iz çəkisi 0,301 qram, bir ədəd baş hissəsi kəsilmiş şüşə lampanın içərisində təmiz çəkisi 0,078 qram, bir ədəd baş hissəsi kəsilmiş şüşə lampanın içərisində təmiz çəkisi 0,057 qram olmaqla ümumi təmiz çəkisi 0,436 qram olan psixotrop maddə - metamfetamin boynundan asılı vəziyyətdə olan qara rəngli dəri materialından hazırlanmış əl çantasının içərisindən, 1 ədəd kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən kastet (beşbarmaq) əynində olan qara rəngli cins şalvarın qabaq cibindən aşkar edilərək, habelə 1 ədəd kustar üsulla hazırlanmış kiçik ölçülü əzici-vurucu-deşici xassəyə malik soyuq silah hesab edilən üzük barmağından çıxarılaraq götürülmüş və istintaqa təqdim olunmuşdur.
5. Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-9/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 228.4, 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 228.4-ci maddəsi ilə 6 (altı) ay, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay, Azərbaycan Respublikası CM-nin 228.4, 234.1 və 234.2-ci maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar toplanılmaqla 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, ibtidai istintaq dövründə həbsdə saxlanıldığı 03 gün müddətin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla üzərində 3 (üç) il 11 (on bir) ay 27 (iyirm i yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəzanın Samux Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 3000 (üç min) manat hissəsi ilə tamamilə birləşdirilməklə qəti olaraq 3 (üç) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə və 3000 (üç min) manat məbləğində cərimə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, çəza çəkmə müddətinin əvvəlinin 20 may 2021-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib barəsində olan cinayət işinin obyektiv araşdırılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırmışdır ki, onun Azərbaycan Respublikası CM-nin 228.4, 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsiri heç bir sübuta əsaslanmamışdır.
7. Həmin hökmdən həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verib hökmün ləgv edilməsini və yeni bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırmışdır ki, Məhkum verilmiş ittihamın narkotik vasitələrin satışına dair hissəsinin heç bir sübuti əsası yoxdur, yalnız ehtimallardan ibarətdir. Həmin ittiham istintaq zamanı cinayət işinin materialları ilə sübuta yetirilməmiş, heç bir ə saslı, təkzib olunmaz dəlillərlə təsdiq olunmamışdır. Aparılmış məhkəmə prosesində də ittiham tərəfi Məhkum göstərilən ittiham üzrə təqsirliliyini sübuta yetirə bilməmişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-477/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-9/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eynidir, müdafiəçi onları təkrarlamaqla, Məhkum t əqsirliliyin sübuta yetirilmədiyini iddia edib sonuncuya bəraət verilməsi barədə qərar qəbul edilməsi xahiş edir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasi ya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbayca n Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Kassasiya şikayətində Məhkum təqsirliliyinin sübuta yetirilmədiyi iddia edilməklə, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir.
17. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkil də Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-477/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
18. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
19. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
20. Məhkəmə kollegiyası kassasiya şikayətində təsvi r edilən, Məhkum və onun müdafiəçisi Müdafiəçi birinci instansiya məhkəməsinin hökmündən ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərində istinad edilənlərlə eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, həmin şikayətlərin araşdırması nəticəsində apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarında bu dəlillərə bütövlükdə müvafiq əsaslandırma təmin edilməklə cavab verilmişdir.
21. Kassasiya şikayətlərinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır.
22. Hazırkı kassasiya şikayətində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin yekun qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prose ssual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətlərində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan heç biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.
23. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
24. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiya sı məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, proses iştirakçılarına müdafiəsinin əlverişli qaydada təşkil etmələri və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim etmələri üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.
25. Qeyd olunanlar həmçini n apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi ilə ehtiva olunan hər hansı pozuntuya yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün digər əsasların olmadığını təsdiqləyir.
26. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)477/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasi ya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-477/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qərarı Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.