Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1348/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Bəraət almış şəxs XX iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 1(103)-153/2025 nömrəli qərarından xüsusi ittihamçı X6 nümayəndəsi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məmmədova Miranə Gəray qızı 15 iyul 2002-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, məhkum olunmamış, subay, işləməyən, ünvan 1 kəndi ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayır.
2. Məmmədova Miranə Gəray qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 və onun nümayəndəsi Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 30 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. 3. 24 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun qərarına əsasən həmin şikayət ərizəsi toplanmış material ilə birlikdə ərazi aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Buna səbəb xüsusi ittiham qaydasınd a şikayətin verilməsinə əsas olmuş məlumatların yayıldığı “Mediatv.az” internet informasiya ehtiyatının Azərbaycan Respublikasında hüquqi ünvanının Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Vüqar Bədəlov 24 A ünvanı olmasıdır. “X11 LTD” MMC tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli sorğusuna cavab olaraq ünvanlanan məktubdan görünür ki, “Mediatv.az” informasiya portalının hüquqi ünvanının Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, V.Bədəlov 24 A ünvanı olması qeyd olunmuşdur.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-135/2024 saylı, 29 mart 2024-cü il tarixli qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Məmmədova Miranə Gəray qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə ci nayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayəti məhkəmənin icraatına qəbul edilmiş və iş məhkəmə baxışına verilmişdir.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (sədrlik edən hakim: X7) 12 sentyabr 2024cü il tarixli, 1(010)-135/2024 nömrəli hökmü ilə təqsirləndirilən şəxs Məmmədova Miranə Gəray qızının əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkib əlaməti olmadığına görə ona bəraət verilməsi, xüsusi ittihamçı X9 və onun nümayəndəsi tərəfindən verilmiş mülki iddianın təmin edilməməsi hökm edilmişdir.
6. Hökmdən xüsusi ittihamçı X6 nümayəndəsi Müdafiəçi1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-135/2024 saylı, 12 sentyabr 2024-cü i l tarixli hökmünün ləğv edilməsini, Məmmədova Miranə Gəray qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən), X8 və X1 ibarət məhkəmə tərkibində) 23 yanvar 2025-ci il tarixli, 1(103)-153/2025 nömrəli qərarı ilə xüsusi ittihamçı X6 nümayəndəsi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məmmədova Miranə Gəray qızının CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 və onun nümayəndəsi Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdaf iəçi1 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin təmin edilməməsi, Məmmədova Miranə Gəray qızına CM-in 147.1 və 148-ci maddələri ilə bəraət verilməsi və mülki iddianın təmin edilməməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-135/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli hökmünün xüsusi ittihamçı X6 nümayəndəsi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 1(103)-153/2025 nömrəli qərarından xüsusi ittihamçı X6 nümayəndəsi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
9. Xüsusi ittihamçının nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində bir sıra qanunvericilik aktlarına, cinayət işi materiallarındakı sübutlara və aşağı instansiya məhkəmələrinin gəldikləri qənaətə istinadlar edilərək, şikayətin dəlilləri qismində xüsusi ittiham qaydasında şikayət ərizəsində və apellyasiya şikayətində göstərilən məsələlər qeyd edilərək, şikayətdə göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 1(103)-153/2025 nömrəli qərarının ləğv edilməsini, işin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə qarşı etiraz verilməm işdir.
11. Qərardan bəraət almış şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən bəraət almış şəxs Məmmədova Miranə Gəray qızı kassasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanu niliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilm əsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Xüsusi ittihamçının nümayəndəsi kassasiya şikayətində birinci instansiya məhkəməsinin sübutları düzgün tədqiq edib-qiymətləndirmədən, o cümlədən ittiham tərəfinin təqdim etdiyi sübutların tədqiqindən əsassız olaraq imtina etməklə Məmmədova Miranə Gəray qızına qarşı xüsusi ittiham qaydasında şikayətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkiblərinin olmaması haqqında nəticəyə gəlib, ona əsassız və qanun suz olaraq bəraət verdiyini, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə həmin qanunsuz və əsassız hökmün dəyişdirilmədən saxlanıldığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya məhkəməsində baxılmağa təyin edilməsi barədə tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər.
18. Odur ki, məhkəmə kollegiyası xüsusi ittihamçının nümayəndəsinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 1(103)153/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.
20. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir.
21. Azərbaycan Respublikası Cinayət-Prosessul Məcəllənin 42.1-ci maddəsində cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, şəxsin cinayətin törədilməsinə aidiyyatının olmaması və təqsirliliyinin sübuta yetirilməməsi bəraətin əsasları kimi göstərilmişdir.
22. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
23. Cinayət mühakimə icraatında sübutların qiy mətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
24. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağ ı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
25. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).
26. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).
27. Cinayət-Prosessual Qanunun 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri əsaslandırıcı hissəsində göstərsin.
28. Xüsusi ittihamçının nümayəndəsinin kassasiya şikayətində Məmmədova Miranə Gəray qızına Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə bəraət verilməsinin mübahisələndirilməsinə həsr olunmuş dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların t ətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
29. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.
30. Odur ki, kassasiya kollegiyası kassasiya müraciətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (Məmmədova Miranə Gəray qızına Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə əsassız olaraq bəraət verilməsinə dair iddiaların) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və kassasiya müraciətinin müəllifinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilmə z.
31. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya müraciəti müəllifinin iddialarının əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, baxılmış sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri g özlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.
32. Məhkəmələr hesab etmişdir ki, “Mediatv.az” saytında xüsusi ittihamçı X9 barəsində olan paylaşımın Məmmədova Miranə Gəray qızı tərəfindən edilməsi faktı öz təsdiqini tapmamışdır. Xüsusi ittiham qaydasında şikayət üzrə aparılmış araşdırma nəticəsində cinayətin subyektinin Miranə Məmmədova olması, həmçinin onun tərəfindən obyektiv cəhətin əlamətlərinin olması xüsusi ittihamçı tərəfindən mötəbər dəlillərlə sübuta yetirilməmişdir. Qeyd edilənlərdən çıxış edərək Məmmədova Miranə Gəray qızının əməllərində Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində göstərilən cinayətin subyektinə və obyektiv cəhətinə aid zəruri hallar müəyyən olunmaması haqqında qənaət ə gəlmişlər.
33. Bu və digər hallar yekun məhkəmə aktlarında ətraflı təsvir edilib hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ittiham tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya müraciətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, nə sübutları yenidən təsvir etmək, nə də ki, bu sübutlar əsasında müəyyən olunmuş faktiki halları şübhə altına almaq üçün əsas görmür.
34. X6 (ona isnad edilən cinayət tərkiblərinin subyektinin və obyekti cəhətinin zəruri əlamətlərinin mövcudluğunu inkar edən) dəlilləri kifayət qədər təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin Məmmədova Miranə Gəray qızına Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə cinayət-prosessual qanunun 42.1.2-ci maddəsində göstərilən əsasla (əməlində cinayət tərkibinin olmamasına görə) bəraət verməsi, apellyasiya instansiyası məhkəməsinin isə bu nəticə ilə razılaşması cinayət prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir.
35. Belə olan halda, Məmmədova Miranə Gəray qızına bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmü və həmin hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktları kimi qiymətl əndirilə bilməz.
36. Odur ki, məhkəmə kollegiyası baxılan işdə bəraət hökmünün ləğvinə səbəb ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-cı maddəsində göstərilən hallardan hər hansı birini, o cümlədən xüsusi ittihamçının nümayəndəsinin kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən pozuntuları müəyyən etmir və bu səbəbdən həmin müraciətlərin təmin edilməsini mümkün saymır.
37. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair bəraət almış şəxs Məmmədova Miranə Gəray qızının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məmmədova Miranə Gəray qızının barəsində olan 23 yanvar 2025ci il tarixli, 1(103)-153 /2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 1(103)-153/2025 nömrəli qərarı xüsusi ittihamçı X6 nümayəndəsi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.