Məhkəmə qərarları › İş №1(102)-1349/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1349/2019

12.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1349/2019 12.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxanoğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısıiştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2018-ci il tarixli hökmü ilə məhkum1nun Azərbaycan Respublikası CM-nin 240.3.2-ci m addəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 noyabr 2018-ci il tarixli qərarından məhkum məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən S.İ.Əliyev, hakimlər C.İ.Hüseynov və E.H.İsmayılovdan ibarət tərkibdə) 30 iyul 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1993-cü ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, məhkum1 Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvə li 28 dekabr 2017-ci ildən hesablanmışdır. Hökmdən məhkumun müdafiəçisi E.İsmayılov tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının (hakimlər: Mirzəyev Sahibxan Arzuman oğlu (sədrlik edən və məruzəçi), Qasımov Faiq Adil oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə) 01 noyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, məhkum1nun Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsi 240.3.2-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası 04 (dörd) ilə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 01 noyabr 2018-ci il tarixli qərarından məhkum məhkum1 kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, məhkum1 onda təqsirli bilinib məhkum edilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahılarının təsdiq edilməsi haqqında” 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanununun 1 nömrəli siyahısına daxil edilən güclü təsir edən təsiredici maddəsinin ümumi miqdarı 0,015 qram olmaqla hər biri 150 milli qramlıq 15 (on beş) ədəd güclü təsir edən “Preqabalin 150” dərman preparatını 01 (bir) ədəd konvalyutda, güclü təsir edən təsiredici maddəsinin ümumi miqdarı 22 qram olmaqla hər biri 200 milli qramlıq 110 (yüz on) ədəd külli miqdarda güclü təsir edən “T-dol 200” dərman preparatını 11 (on bir) ədəd konvalyutda, güclü təsir edən təsiredici maddəsinin ümumi miqdarı 24 qram olmaqla hər biri 200 milli qramlıq 120 (yüz iyirmi) ədəd külli miqdarda güclü təsir edən “T-dol 200 DS” dərman preparatını 12 (on iki) ədəd konvalyutda, güclü təsir edən təsiredici maddəsinin ümumi miqdarı 25,2 qram olmaqla hər biri 300 milli qramlıq 84 (səksən dörd) ədəd külli miqdarda güclü təsir edən “Galara 300 Preqabalin” dərman preparatını 14 (on dörd) ədəd konvalyutda, güclü təsir edən təsiredici maddəsinin ümumi miqdarı 10,5 qram olmaqla hər biri 150 milli qramlıq 70 (yetmiş) ədəd külli miqdarda güclü təsir edən “Preqasol 150 Preqabalin” dərman preparatını 07 (yeddi) ədəd konvalyutda əldə etmiş, ünvan 2 ünvanında yerləşən “Bizim Aptek”-ə daşıyaraq su turbalarının nəzarət qapağının arxasında gizlədərək saxlamış, 28 dekabr 2017-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayon Polis idarəsinin polis işçiləri tərəfindən “Bizim Aptek”-də axtarış keçirilən zaman güclü təsir edən təsiredici maddəsinin ümumi miqdarı 0,015 qram olmaqla hər biri 150 milli qramlıq 15 (on beş) ədəd güclü təsir edən “Preqabalin 150” dərman preparatını 01 (bir) ədəd konvalyutda, güclü təsir edən təsiredici maddəsinin ümumi miqdarı 22 qram olmaqla hər biri 200 milli qramlıq 110 (yüz on) ədəd külli miqdarda güclü təsir edən “T-dol 200” dərman preparatını 11 (on bir) ədəd konvalyutda, güclü təsir edən təsiredici maddəsinin ümumi miqdarı 24 qram olmaqla hər biri 200 milli qramlıq 120 (yüz iyirmi) ədəd külli miqdarda güclü təsir edən “T-dol 200 DS’’ dərman preparatını 12 (on iki) ədəd konvalyutda, güclü təsir edən təsiredici maddəsinin ümumi miqdarı 25,2 qram olmaqla hər biri 300 milli qramlıq 84 (səksən dörd) ədəd külli miqdarda güclü təsir edən “Galara 300 Preqabalin” dərman preparatını 14 (on dörd) ədəd konvalyutda, güclü təsir edən təsiredici maddəsinin ümumi miqdarı 10,5 qram olmaqla hər biri 150 milli qramlıq 70 (yetmiş) ədəd külli miqdarda güclü təsir edən “Preqasol 150 Preqabalin” dərman preparatını 07 (yeddi) ədəd konvalyutda dərman preparatları külli miqdarda aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum məhk um1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq düzgün aparılmamış, məhkəmələr tərəfindən əsassız və ədalətsiz qərar qəbul edilmişdir. Qərar qəbul edilərkən sübutlara düzgün qiymət verilməmiş, prosessual qanun pozuntularına yol verilmişdir. Belə ki, onun aptek işlətməsi, aptekdən hər hansı bir dərman satması, qeyd edilən dərman preparatlarını satması ümumiyyətlə sübuta yetirilməmiş, lakin ibtidai istintaq zamanı ehtimal əsasında belə bir nəticəyə gəlinmişdir. Qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 01 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və barəsində bəraət verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kas sasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə b ilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Şahid polis əməkdaşı X4 ifadəsində göstərmişdir ki, X11 üzərində aşkar edilmiş dərman preparatlarını 21 dekabr 2017-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, Statistika dairəsi yaxınlığında yerləşən “Bizim Aptek”-dən almasını göstərdiyi üçün əməliyyat qrupu yaradılmış və xidməti avtomaşına əyləşərək məhkum 1 bələdçiliyi ə 5s- şəhəri, ünvan 3 ünvanda olan “Bizim ApteK - qarşısına gəlmişlər. Həmin aptek açıq vəziyyətdə olmuş və aptekə daxil olmamışdan əvvəl ki nəfər hal şahidi dəvət olunmuş və onlara müstəntiq tərəfindən hüquq və vəzifələri izah olunduqdan sonra proses iştirakçıları aptekə daxil olmuşlar. Həmin vaxtı aptekdə iki nəfər cavan oğlan olmuş və onlar bildirmişlər ki, aptek hazırda işləmir. Həmin vaxtı müstəntiq tərəfindən gəlişinin məqsədi cavan oğlanlara izah olunduqdan sonra aptekə baxış keçirilmişdir. Baxış zamanı aptekdə plastikdən düzəldilmiş qapını açıb su turbalarına asılmış vəziyyətdə selofan torba aşkar edib həmin torbaya baxış keçirilən zaman dərman preparatları aşkar edilərək götürülmüşdür. Bundan başqa iş üçün əhəmiyyət kəsb edən digər əşya aşkar edilməmişdir. X1 da X2 eyni məzmunlu ifadə vermişdir. X2 ifadəsində göstərmişdir ki, təqsirləndiri lən şəxs Məhkum dostudur. O, Sumqayıt Tibb Kollecinin əzaçılıq fakültəsini bitirmiş və həmin vaxtdan müxtəlif apteklərdə əzaçı, sonra isə “Azermed” şirkətində tibbi nümayəndə işləmişdir. Hazırda isə “Təbabət optika” aptekinin müdiridir. 25 dekabr 2017-ci il tarixdə o, X1ın ad günü ilə əlaqədar ona zəng edərək təbrik etmiş, həmin vaxt X1 ona aptek işlətmək istədiyini, ona bu işdə köməklik etməyini xahiş etmiş, o da etiraz etməmişdir. O, optika işləri ilə məşğul olduğundan, eləcə də uzun müddət tibb nümayəndəsi işlədiyindən dərmanların təyinatları üzrə sıralama ilə düzgün yığa bilir. 28 dekabr 2017-ci il tarixdə, saat 11 radələrində o, X1a köməklik etmək üçün onun aptekinə gəlmiş və dəmanları yığmağa başlamışdır. Həmin vaxt X1 aptekdə tək olmuşdur. Təxminən 2-3 saat orada X1a kömək etmişdir. Həmin vaxt günorta saat 15-16 radələrində aptekə Nəsimi rayon Polis idarəsinin polis işçiləri gəlmişlər. Həmin vaxt polis işçiləri bildirmişlər ki, aptekdə qanunsuz olaraq müxtəlif dərmanlar satılır. Bundan sonra polis işçiləri müvafiq axtarış aparmış və orada müxtəlif güclü təsir edən dərmanlar aşkar etmişlər. Həmin vaxt polis işçiləri ilə olan sonradan adını Fuad bildiyi şəxs polis əməkdaşlarına bildirmişdir ki, aptekdən “Tramadol” dərmanı almışdır. Kollegiya hesab edir ki, məhkəmələr tərəfindən CPM-in 143-146-cı mаddələrinin tələblərinə əməl edilərək, məhkum X1 Abıyevin CM-in 240.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar apellyasiya instansiya məhkəməsinin iclas ında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmişdir. Məhkəmə belə nəticəyə gələrkən şahid ifadələrinə, maddi sübutlara, ekspert rəylərinə, və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Hazırki kassasiya şikayətində göstərilən bəraətlə bağlı dəlillər məhkumun müdafiəçisinin apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2018ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. məhkum1nun məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar