Məhkəmə qərarları › İş №1(102)-1349/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1349/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1349/2023 05.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Bəraət almış şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçilər - Abşeron rayon Vəkil Bürosunun vəkili Quliyev Elnur Ağalar oğlunun və “Kam andar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkili Məmmədov Nurlan Samir oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 240.3.2-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2023cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçiləri Məmmədov Nurlan Samir oğlu və Quliyev Elnur Ağalar oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 1(091)-21/2021 nömrəli (hakimlər: Əliyev Rafail Əyyub o ğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 6 dekabr 1964-cü il tarixdə Ağdam rayonunun Pərioğullar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, XXX işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 234.4.1-ci maddəsi ilə 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 240.3.2-ci maddəsi ilə 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CMin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Məhkum qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhru metmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 15 dekabr 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; xx xxxx 1995-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, XXX işləmiş, əvvəllər məhkum olunmamış, XXX-də qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 234.4.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəz asına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla ona qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, hökmün icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılması, sınaq müddətinin başlanğıcının hökm qanuni qüvvəyə mindiyi andan hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi hökm edilmişdir. Hökmdən Məhkum müdafiəçiləri İsmayılov Kənan Şəmsəddin oğlu və Quliyev Elnur Ağalar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibarət məhkəmə tərkibində) 24 fevral 2022-ci il tarixli 1(107)-10/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, habelə Məhkum müdafiəçiləri Quliyev Elnur Ağal ar oğlu və Məmmədov Nurlan Samir oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət məhkəmə tərkibində) 22 sentyabr 2022-ci il tarixli 1(102)-1272/2022 nömrəli qərarı ilə kassasiya protesti təmin edilməmiş, kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum və Təqsirləndirilən şəxs barəsində olan 24 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibarət məhkəmə tərkibində) 15 fevral 2023-cü il tarixli 1(107)-13/2023 nömrəli hökmü ilə Məhkum müdafiəçiləri İsmayılov Kənan Şəmsəddin oğlu və Quliyev Elnur Ağalar oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsi, onun Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qayd asında tələb etmək və kompensasiya almaq hüququ tanınması və ona izah edilməsi, Məhkum əməlinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilməsi, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 4 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplanmaqla Məhkum qəti olaraq 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çək mə müddətinin başlanğıcının 15 dekabr 2019-cu il tarixindən hesablanması hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti və Məhkum müdafiəçiləri Məmmədov Nurlan Samir oğlu və Quliyev Elnur Ağalar oğlu tərəfindən birgə kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İstintaq orqanının mövqeyinə görə Məhkum və Təqsirləndirilən şəxs əvvəlcədən razılaşıb qanunsuz olaraq psixotrop maddələri, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə əldə etmə, saxlama, daşıma və satma barədə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Məhkum 2019-cu ilin təxminən dekabr ayı nın əvvəllərində istintaqa məlum olmayan mənbədən və şəraitdə Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı»na daxil olan təsiredici maddəsinin təmiz çəkisi 0,09 qram təşkil edən 2 ədəd kasetdə ümumi 9 ampul psixotrop maddə «Relanium…Diazepamum 2 ml-lik», təsiredici maddəsinin təmiz çəkisi 0,2 qram təşkil edən 4 ədəd kasetdə ümumi 20 ampul psixotrop maddə «Diazepeks…Diazepam 2 ml-lik», təsiredici maddəsinin təmiz çəkisi 1.0 qram təşkil edən 1 ədəd blisterdə 10 ədəd tablet psixotrop maddə «Phenobarbital 100 (Fenobarbital)» dərman preparatlarını, eləcə də Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələri n və onların külli miqdarının siyahısı»na daxil olan külli miqdarda təmiz çəkisi 30 qram təşkil edən 10 ədəd blisterdə 100 kapsul narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən «Actopentin…Gabapentin 300 mql», külli miqdarda təmiz çəkisi 15 qram təşkil edən 5 ədəd blisterdə 50 kapsul narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən «Sirentin…Gabapentin…300 mql» dərman preparatlarını satış məqsədi ilə əldə edib arvadı X1 olmaqla fəaliyyətinə özünün gündəlik nəzarət etdiyi ünvan 3 ünvanında yerləşən «Sübhan» adlı aptekə daşımış, cinayətkar razılaşmaya əsasən qeyri-rəsmi əczaçı işləyən Təqsirləndirilən şəxs ilə birlikdə «Müdir otağı» sözü yazılmış otaqdakı rəfdə təsiredici maddəsinin təmiz çəkisi 10 qram təşkil edən 1 ədəd blisterdə ümumi 10 ədəd tablet psixotrop maddə «Phenobarbital 100 (Fenobarbital)» dərman preparatını, aptekin sanitar qovşağının yanında yerləşən dərman saxlanılması üçün nəzərdə tutulmuş otaqdakı rəfdə isə təsiredici maddəsinin təmiz çəkisi 0,09 qram təşkil edən 2 ədəd kasetdə ümumi 9 ampul psixotrop maddə «Relanium…Diazepamum 2 mllik» dərman preparatını, təsiredici maddəsinin təmiz çəkisi 0,2 qram təşkil edən 04 ədəd kasetdə ümumi 20 ampul psixotrop maddə «Diazepeks…Diazepam 2 ml-lik» dərman preparatını, külli miqdarda təmiz çəkisi 30 qram təşkil edən 10 ədəd blisterdə ümumi 100 kapsul güclü təsir edən «Actopentin…Gabapentin 300 mql» dərman preparatını, külli miqdarda təmiz çəkisi 15 qram təşkil edən 5 ədəd blisterdə ümumi 50 kapsul güclü təsir edən «Sirentin…Gabapentin…300 mql» dərman preparatını satış məqsədi ilə gizlədərək saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 dekabr 2019-cu il tarixdə saat 20:05-də qeyri-rəsmi əczaçı kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə ünvan 3 ünvanında yerləşən «Sübhan» adlı aptekə baxış keçirilərkən Təqsirləndirilən şəxs «Müdir otağı» sözü yazılmış otaqdakı rəfdə Məhkumla qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib daşımaqla saxladığı təsiredici maddəsinin təmiz çəkisi 10 qram təşkil edən 1 ədəd blisterdə ümumi 10 ədəd tablet psixotrop maddə «Phenobarbital 100 (Fenobarbital)» dərman preparatı, aptekin sanitar qovşağının yanında yerləşən dərman saxlanılması üçün nəzərdə tutulmuş otaqdakı rəfdən təsiredici maddəsinin təmiz çəkisi 0,09 qram təşkil edən 2 ədəd kasetdə ümumi 9 ampul psixotrop maddə «Relanium…Diazepamum 2 ml-lik» dərman preparatı, təsiredici maddəsinin təmiz çəkisi 0,2 qram təşkil edən 4 ədəd kasetdə ümumi 20 ampul psixotrop maddə «Diazepeks…Diazepam 2 ml-lik» dərman preparatı, külli miqdarda təmiz çəkisi 30 qram təşkil edən 10 ədəd blisterdə ümumi 100 kapsul güclü təsir edən «Actopentin…Gabapentin 300 mql» dərman preparatı, külli miqdarda təmiz çəkisi 15 qram təşkil edən 5 ədəd blisterdə ümumi 50 kapsul güclü təsir edən «Sirentin…Gabapentin…300 mql» dərman preparatı polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassa siya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, cinayət qanunvericiliyinin maddi və prosessual hüquq normalarının pozulması ilə qərara gəlinmişdir. Belə ki, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs həm öz əlyazısı ilə yazdığı izahatında, həm də müdafiəçinin iştirakı ilə 16 dekabr 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində göstərmişdir ki, “bir neçə gün əvvəl Məhkum aptekə gəlmiş və bir neçə dərman gətirmiş, həmin dərmanlar psixotrop maddələr və güclü təsir edən maddələr olmuş, təhsili əczaçılıqla bağlı olduğu üçün həmin dərmanları görən kimi tanımışdır. Həmin dərmanlar “relanium”, “diazepeks”, “fenobarbital”, “actopentin”, “sirentin” dərman preparatları olmuşdur, Məhkum həmin dərmanları aptekdə rəflərdə saxlamış və satmaq məqsədi ilə gətirdiyini bildirmişdir. Həmçinin o, həmin dərmanlan hər yoldan keçən adama satmayacaqlarını, yalnız həmin dərmanlara ehtiyacı olan insanlara satacaqlarını demişdir. O da aptekin sahibi olan Samirin bu sözlərinə etiraz etməmiş və razılaşmış, həmin dərmanları ehtiyacı olan adamlara satmağı fikirləşmişdir. 15 dekabr 2019-cu ildə polis əməkdaşları aptekə baxış keçirmiş, baxış keçirilən zaman o, aptekdə olan dərman şkaflarını açmış və həmin şkaflarda olan yuxarıda adları qeyd edilən maddələri onlara təqdim etmişdir. Lakin, istintaqın sonrakı mərhələlərində və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi izahat və ifadələrini təkzib etmiş və istintaq zamanı etiraf ifadəsini fiziki və psixi təsirə məruz qalması il ə əlaqələndirmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun DİO-nın istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsində Təqsirləndirilən şəxs saxlanıldığı gün döyülməsi, psixi təsirə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığı üçün 5 mart 2021-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Şahid5 və Şahid4 təqsirləndirilən şəxs Məhkum “Sübhan” adlı apteklə bağlılığına dair dediklərinə münasibətdə isə birinci instansiya məhkəməsi tamamilə haqlı olaraq həmin şəxslərin vaxtilə Məhkum nəzarəti altında işləmələrini, eyni zamanda Məhkum şəhər sakini olmasını və uzun müddət Mingəçevir şəhər Maliyyə İdarəsinin rəisi kimi şəhər əra zisində böyük nüfuza malik olmasını, eləcə də Şahid5 Təqsirləndirilən şəxsla əvvəlcədən tanışlığının olmasını və birlikdə aptekdə işləməsini nəzərə alaraq, həmin ifadələri təqsirləndirilən şəxslərin lehinə söylənilən, həmin şəxslərin bir növ müdafiəsinə hesablanmış ifadələr kimi qəbul etmişdir. Həmçinin həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı müdafiə tərəfi “Sübhan” aptekdə mövcud olan müşahidə kameralarının yaddaş qurğusunun polis əməkdaşları tərəfindən götürülməsi ilə bağlı, habelə həmin görüntülərdə əməliyyat axtarış tədbirinin cinayət prosessual qanunvericiliyinin tələblərinin pozulması ilə keçirilməsinin əks olunması bağlı qeyd etdiyi xüsusatlara gəldikdə isə onu qeyd etmək zəruridir ki, “Əməliyyat-axtarış tədbirinin qanuniliyinin yoxlanılması barədə” Mingəçevir Şəhə r Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qərarına əsasən Məhkum və Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirinin keçirilməsi barədə qəbul edilmiş 15 dekabr 2019-cu il tarixli qərar qanuni hesab edilmiş, müdafiə tərəfi həmin qərarı məhkəmə istintaqı zamanı mübahisələndirsə də, sözügedən qərardan şikayət verilməmişdir və qərar hazırda qüvvədədir. Bundan başqa, həm Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən, həm də Şəki Apellyasiya Məhkəməsinin qərarından dövlət ittihamçıları tərəfindən müvafiq olaraq apellyasiya və kassasiya protestləri verilməsinə baxmayaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmündə apellyasiya protestinə münasibət bildirilməmiş, protestin təmin edilib-edilməməsi ilə bağlı hər hansı qeyd göstərilməmiş, ancaq apellya siya şikayətinin dəlillərinə münasibət bildirilmiş, bununla da cinayət qanununun norması pozulmuşdur. Bundan başqa, məhkəmə Məhkum əməlini CM-nin 234.2-ci maddəsinə tövsif edərkən, hər hansı hüquqi əsaslandırma aparmadan, digər təqsirləndirilən şəxsə CM-nin 234.4.1-ci maddəsi ilə bəraət verilməsini əsas gətirmiş, Məhkum əvvəllər məhkum olunmamasını və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Məhkum müdafiəçiləri Məmmədov Nurlan Samir oğlu və Quliyev Elnur Ağalar oğlu kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, iş üzrə Ş əki Apellyasiya Məhkəməsinin hökmü prosessual hüquq normalarının kobudcasına pozulması və maddi hüquq normasının təfsirində və tətbiqində səhvə yol verildiyindən, həmçinin, tətbiq edilməli olan hüququn tətbiq edilməməsi nəticəsində iş üzrə düzgün olmayan, qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. DİN-in BMCMİ-nin əməliyyat müvəkilləri istintaq və məhkəmədə vermiş olduqları ifadələrində Məhkum 15 dekabr 2019-cu il tarixdə saxlayaraq Mingəçevir şəhərində Bakı şəhərinə gətirdiklərini bildirsələr də məhkəmə proseslərində Məhkum 16 dekabr 2019-cu il tarixədək hansı prosessual statusda saxlamaları barədə suallara heç bir cavab verə bilməmişlər. Çünki, cinayət işi üzrə bütün istintaq hərəkətləri-Samir Məmədovun şübhəli şəxs qismində tutulması, dindirilməsi, təqsirləndirilən şəxs qismində c əlb olunaraq ittiham elan edilməsi 16 dekabr 2019-cu il tarixdən başlayır. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündə və Şəki Apellyasiya Məhkəməsinin hökmündə isə həbsin əvvəli 15 dekabr 2019-cu il tarixdən hesablanmışdır. Beləliklə, hər iki məhkəmə qəbul etdikləri yekun qərarlarında dolayı yolla Məhkum qanunsuz saxlanılmasını etiraf etmişlər. Cinayət işinin materiallarından göründüyü kimi Səyyad Quliyev hal şahidi qismində cəlb edilmiş və ibtidai istintaq və hər iki instansiya məhkəməsi onun vermiş olduğu ifadəni mötəbər sübut kimi qəbul etmişdir. Halbuki, Səyyad Quliyev iş üzrə maraqlı şəxs olmuş, hətta bununla bağlı kifayət qədər şübhəli məqamların olması nəzərə alınaraq müvafiq vəsatətlər verilmiş, lakin məhkəmə əsassız olaraq həmin vəsatətləri təmin etməməklə bir daha cinayət işinin obyektiv araşdırılmasında maraqlı olmadığını dolayı yolla qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsində Səyyad Quliyev məhkəmədə ifadə verərkən Təqsirləndirilən şəxs onu tanıyaraq bir gün əvvəlcədən “Sübhan” aptekinə gəlməsini və ona resept təqdim edərək reseptdə olan dərmanların olub-olmamasını soruşduğunu bildirmişdir. Halbuki, məhkəmə aptekdə olan müşahidə kameralarının yaddaş qurğusunu müəyyən edib ona baxış keçirərdisə iş üzrə bir çox məqamlara-hal şahidi Səyyad Quliyevin bir gün öncədən “Sübhan” aptekində olub-olmamasına, satışı qadağan olunmuş preparatlarının aptekə kim tərəfindən gətirilməsinə, BMCMİ-nin neçə əməkdaşının aptekə daxil olmasına, satışı qadağan olunmuş dərman preparatlarının kim tərəfindən və haradan tapılmasına və iş üzrə mühüm əhəmiyyət kəsb edən məqaml ara aydınlıq gətirmiş olacaqdı. Lakin, çox təəssüf ki, məhkəmə qeyd olunan məqamların aydınlaşdırılmasında deyil, verilmiş saxta ittiham əsasında hökmün çıxarılmasında maraqlı olmuşdur. İbtidai istintaq zamanı yol verilmiş və məhkəmə tərəfindən göz yumulmuş ən böyük qanun pozuntularının biri ondan ibarət olmuşdur ki, BMCMİ-nin əməkdaşları tərəfindən “Sübhan” aptekdə axtarış aparılarkən video çəkiliş aparılmış, lakin həmin video çəkiliş cinayət işinin materiallarına əlavə olunmamışdır. Bununla bağlı apellyasiya instansiyasında sorğu verildi, lakin cavab olaraq aptekdən kameranın yaddaş qurğularının götürülmədiyi qeyd edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid3, Şahid2 və hal şahidi Səyyad Quliyev öz ifadələrində “Sübhan” aptekə baxış keçirilməsi z amanı videoçəkiliş aparıldığını bildirmişlər. “Sübhan” aptekində aparılmış əməliyyat-axtarış və ya baxış keçirilməsi zamanı aparılmış video görüntülərin Azərbaycan Respublikası DİN-nin BMCMİ-dən götürülməsi və həmin video görüntülərə baxış keçirilməsi ilə bağlı vəsatət də, təmin olunmamışdır. Hansı ki, həmin video görüntülər DİN tərəfindən sosial şəbəkələrdə qısa fraqmentlər olaraq yayımlanmışdır. Bütün bu qeyd olunanlar isə bir daha məhkəmə işə qeyri-obyektiv və qərəzli olaraq baxdığını sübut etmiş olur. Cinayət işi materiallarına əlavə edilmiş rəsmi sənədlərlə tam təsdiq olunur ki, “Sübhan” aptek X-ya məxsus olmaqla onun tərəfindən idarə edilmiş, Məhkum aptekin fəaliyyətində heç bir halda iştirak etməmiş, aptekə yalnız bəzən həyat yoldaşı X xanımı götürmək üçün gəlmiş, gələrkən də apteki n girişində Xxanımı gözləmiş və onunla birlikdə çıxıb getmişlər. «Sübhan» adlı aptekə Məhkum sahib olması və gündəlik fəaliyyətinə nəzarət etməsi ilə bağlı iş materiallarında yalnız Məhkum istintaqın ilkin mərhələsində verdiyi izahat və ifadələrdə qeyd olunmuşdur ki, yuxarıda qeyd edilən səbəblərdən həmin ifadələr sübut kimi istinad oluna bilməzdi. Lakin o, sonrakı ifadəsində isə bildirmişdir ki, həmin aptekə faktiki rəhbərliyi yoldaşı X həyata keçirmiş, özü isə aptekin fəaliyyəti ilə məşğul olmamışdır. Odur ki, qeyd olunanlara əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmünun Məhkum aid hissədə əsassız və qanunsuz olduğundan ləğv olunması və ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərba ycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestin dəlillərinin protestdə ətraflı göstərildiyini bildirib, verilmiş kassasiya protestinin təmin edilməsini və kassasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində bəraət almış şəxs Təqsirləndirilən şəxs çıxış edərək, kassasiya protestinin təmin edilməməsini, kassasiya şikayətinin isə təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçilər Məmmədov Nurlan Samir oğlu və Quliyev Elnur Ağalar oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, kassasiya şikayətini təmin edilməsini, kassasiya p rotestinin isə təmin olunmamasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla məhkumlar barəsində nəticəyə gəldiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Müdafiəçilər kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.3.2-ci maddələri ilə məhkum olunmasına dair hökm çıxardığını iddia edərək, mübahisələndirilən hökmün ləğv e dilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə) 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsus atları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsin də təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 240.3.2-ci maddələri ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsas lılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Qeyd edilənlərə əsasən müəyyən o lunur ki, dövlət ittihamçısı kassasiya protestində və müdafiə tərəfinin kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya protestinin və kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin f aktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələblərin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və ittiham tərəfinin kassasiya protestində, müdafiə tərəfinin isə kassasiya şikayətində məhkəmə qərarlarının mübahisələndirilməsi üçün gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Cinayət işinin materiallarında olan “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və maddi sübutların götürülməsi barədə” 15 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Mingəçevir şəhəri Müslüm Maqomayev küçəsində yerləşən «Sübhan» adlı aptekə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı həmin aptekdən təsiredici maddəsinin təmiz çəkisi 0,09 qram təşkil edən 02 ədəd kasetdə ümumi 09 ampul «Relanium…Diazepamum 2 ml-lik», təsiredici maddəsinin təmiz çəkisi 0,2 qram təşkil edən 04 ədəd kasetdə ümumi 20 ampul «Diazepeks…Diazepam 2 ml-lik», təsiredici maddəsinin təmiz çəkisi 10 qram təşkil edən 01 ədəd blisterdə ümumi 10 ədəd tablet «Phenobarbital 100 (Fenobarbital)» dərman preparatları və külli miqdarda təmiz çəkisi 30 qram təşkil edən 10 ədəd blisterdə ümumi 100 kapsul «Actopentin…Gabapentin 300 mql», külli miqdarda təmiz çəkisi 15 qram təşkil edən 5 ədəd blisterdə ümumi 50 kapsul «Sirentin…Gabapentin…300 mql» dərman preparatları aşkar edilib götürülmüşdür. Həmçinin, məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2019-cu il tarixli, 30895 nömrəli rəyindən görünür ki, təqdim olunmuş Relanium (Diazepam), Diazepeks (Diazepam); Phenobarbita (Fenobarbital) preparatları Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısına (Siyahı İİİ) daxildir; Actopentin...Gabapentin., Sirentin...Gabapentin preparatları Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir. Təqdim edilmiş dərman preparatlarının ümumi sayı, dərman formaları, təsiredici maddələrin çəkisi, son istifadə müddətləri, tədqiqatların aparılmasında istifadə olunan və qalıq miqdarları 1 saylı cədvəldə göstərilmişdir. Bu dərman vasitələri zavod texnologiyasına uyğun istehsal olunmuşdurlar, təsir maddələrinin aktivliyinə və qablaşdırmalar üzərilərindəki son istifadə müddəti göstəricilərinə əsasən istifadəyə yararlıdırl ar. O cümlədən, “Əməliyyat-axtarış tədbirinin qanuniliyinin yoxlanılması barədə” Mingəçevir Şəhər Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli, 5(051)63/2019 nömrəli qərarından görünür ki, Məhkum barəsində əməliyyat tədbirinin keçirilməsi barədə qəbul edilmiş 15 dekabr 2019-cu il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2020 tarixli məktubundan görünür ki, Mingəçevir şəhəri Müslüm Maqomayev küçəsində fəaliyyət göstərən “Sübhan” aptekinə psixotrop dərman preparatlarının satışı üçün xüsusi icazə verilməmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin “Sübhan” aptekinin X-ya məxsus olmaqla onun tərəfindən idarə edilməsi, təqsirləndirilən şəxs Məhkum həmin apteklə bir bağlılığının olmaması, oraya çox gec-gec gəlməsi, bu səbəbdən də Məhkum ittiham olunmuş cinayət əməlləri ilə bağlı onun heç bir təqsirliliyinin sübuta yetirilmədiyi barədə dəlillərinə münasibət bildirərək hesab edir ki, həmin aptekin Məhkum işlədiyi qurumun baş mühasibi X12 tərəfindən yoxlanılması, iş üzrə Şahid4 ibtidai istintaq zamanı qeyd etdikləri onu deməyə əsas verir ki, Məhkum “Sübhan” aptekinin fəaliyyəti və onun gəlirləri ilə yaxından maraqlanmış, beləliklə də faktiki həmin aptek üzrə nəzarəti həyata keçirmişdir. Bunun əksinə olaraq, iş üzrə dindirilmiş şahidlər Şahid5 və Şahid4 məhkəmə istintaqı zamanı dediklərinə münasibətdə isə kassasiya məhkəmə kollegiyası hesab edir ki, həmin şəxslərin vaxtilə Məhkum nəzarəti altında və onun arvadı X ilə birlikdə işləmələri, onlar la yaxın münasibətlərinin olması səbəbindən, o cümlədən onların birlikdə aptekdə işləməsini nəzərə alaraq göstərdikləri xüsusatlar cinayət işinin faktiki hallarına uyğun olmadığından apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq Məhkum müdafiə xarakteri daşıyaraq onu məsuliyyətdən yayındırmaq məqsədi kimi qiymətləndirilmiş və sübut kimi qəbul edilməmişdir. Kassasiya şikayətində göstərilmiş “müşahidə kameralarının görüntülərinə dair araşdırma aparılmaması” barədə dəlillərinə gəldikdə isə müəyyən olunur ki, həmin dəlillər də əsassızdır. Belə ki, apellyasiya məhkəməsi araşdırması zamanı qeyd edilən halın müəyyən edilməsi məqsədi ilə müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə kollegiyası tərəfindən əməliyyat keçirilərkən Mingəçevir şəhəri, M.Maqomayev prospektində yerləşən "Sübha n" adlı aptekdə quraşdırılmış müşahidə kameralarının yaddaş qurğusunun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən götürülüb – götürülməməsi, götürülmüşsə həmin qurğunun Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə sorğu verilmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş 8 fevral 2023-cü il tarixli ********* nömrəli sorğuya cavab məktubundan isə müəyyən olunur ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikasının CM-in 234.4.1 və 240.3.2-ci maddələri ilə istintaq edilmiş cinayət işi üzrə Mingəçevir şəhəri, M.Maqomayev prospektində yerləşən “Sübhan” adlı aptekdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı videoçəkil iş aparılmamış və həmin aptekə aid müşahidə kameraları götürülməmişdir. Qeyd edilənlənlərə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.3.2-ci maddələri ilə tövsif edilərək təqsirli bilinməsi onun özünün ifadəsi, şahidlərin ifadələri, habelə cinayət işinin materiallarında olan mötəbər digər sübutlarla tam təsdiqini tapmış, həmçinin cinayət-prosessual qanunun normalarının tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası həmçinin kassasiya protestinin dəlillərinə də qiymət verərək müəyyən edir ki, protestdə cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət t əşkil etmir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin razılaşmadığı), cinayət əməllərini törətməsini təsdiq edən sübutlar birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilməmiş, bir-biri ilə uzlaşmayan, mümkünlüyü və mötəbərliyi təkzib olunan sübutların məcmusuna istinad edilmiş, apellyasiya şikayətlərinə baxılması zamanı isə apellyasiya məhkəməsi müdafiə tərəfin şikayətlərinin dəlillərinə (onların üzərində qurulmuş iddialara) hüquqi qiymət verərək və CPM-nin 121, 323-cü maddələrin tələblərinə riayət edərək cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əh əmiyyətli ola biləcək halların araşdırılması məqsədilə qaldırılmış vəsatətlərə baxaraq müdafiə tərəfin hüquqlarının pozulmasına səbəb olan pozuntulara yol vermədiyi üçün kassasiya protesti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbayca n Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 240.3.2-ci maddələri ilə elan olunmuş ittiham yalnız mötəbərliyi və əsaslılığı şübhə doğuran sübutl ar üzərində qurulmuşdur ki, həmin sübutlar bir-birini tamamlamayan ehtimallarla və ziddiyyətlərlə müşaiyət olunmaqla Təqsirləndirilən şəxs təqsirli bilinməsi üçün kifayət etmir. Cinayət prosessual qanunvericiliyə görə hakim cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı olmadığından, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan yuxarıda qeyd olunan şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll etməklə tamamilə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs əməl üzrə təqsirliliyini sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericiliyin müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, sübutlar şübhəli və ziddiyyətlidir. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 240.3.2-ci maddələri ilə bəraət verilməsi cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittiham üzrə təqsirliliyi sübuta yetirilməsinə dair aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Məhkəmə kollegiyası kassasiya protestində göstərilmiş “Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmündə apellyasiya protestinə münasibət bildirilməməsi, bununla da cinayət qanununun norması pozulmasına” dair dəlilləri ni əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli 1(102)-1272/2022 nömrəli qərarı ilə kassasiya protesti əsassız hesab edilərək təmin edilməmişdir. Belə olduğu halda aşağı instansıya məhkəməsi tərəfindən apellyasiya protestinə təkrarən baxılmasına heç bir qanuni əsas qalmır. Apellyasiya məhkəməsinin hökmünü kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı və müdafiə tərəfi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərkən sübutların məcmusundan çıxış etməmiş, məhkəmənin deyil, məhz onların mövqeyi cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələbləri ilə uzlaşmır. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şüb hələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin yuxarıda göstərilən hər iki normasının həm məzmununa, həm də mənasına görə, ittihamın sübut edilməs ində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsində təsbit olunur ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsində göstərilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbay can Respublikası CPM-nin 125.2.1 və 125.2.7-ci maddələrində qeyd olunmuşdur ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya protestində və kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəs inin tələblərinə uyğun olaraq yoxlanılmış; şəxsə bəraət verilməsinə dair apellyasiya instansiya məhkəməsinin hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Azərbaycan Respublikası CM-nin 234.2 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyi, Təqsirləndirilən şəxs isə təqsirliliyinin sübuta yetirilməməsi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, bu barədə kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Məhkum müdafiəçiləri tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci mad dəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum müdafiəçiləri Məmmədov Nurlan Samir oğlu və Quliyev Elnur Ağalar oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 240.3.2-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2023cü il tarixli hökmü kassasiya protestinə və kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar