Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1349/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X9 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2024-cü il tarixli 1(103)-2364/2024 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fərid Namazov (sədrlik edən və məruzəçi), Əhməd Quliyev və Telman Hüseynov) 23 sentyabr 2024-cü il tarixli, 1(101)984/2024 nömrəli hökmü ilə, 06 aprel 2001-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonr a CPM-in) 42.1.14 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə X10 təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, ittiham aktından görünür ki, Yusif Hüseynzadə 29 iyul 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Qurd Qapısı adlanan ərazidə yerləşən qəbiristanlığın yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib, özündə saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə, saat 13:45-də “X19” şirkətinin mühafizəçiləri tərəfindən şirkətin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəq ədi-Xırdalan yolu, İ Mədəndə yerləşən “Həkəri” kafesinin qarşısındakı inzibati ərazisində iki nəfər şübhəli şəxsin saxlanılmasına dair Binəqədi rayon polis idarəsinin 43-cü Polis bölməsinə daxil olmuş məlumat əsasında qeyd olunan əraziyə gələn həmin bölmənin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 3 ünvanında yerləşən 43-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş, həmin polis bölməsində onun üzərinə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Yusif Hüseynzadənin əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 5,497 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Zamin İbrahimov ( sədrlik edən və məruzəçi), Qədim Babayev və Murad Məmmədov) 03 dekabr 2024-cü il tarixli 1(103)-2364/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(101)-984/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2024-cü il tarixli 1(103)-2364/2024 nömrəli qərarının ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəmə kollegiyasının qərarı əsassızdır. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahid ifadələrindən görünür ki, X10 qanunvericiliyin tələblərinə uyğun saxlanılmış, ona qarşı hər hansı qanunsuzluğa yol verilməsi halları aşkar edilməmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı şahid ifadələrinin sübut kimi mötəbərliyi şübhə doğurmamış və həmin sübutlar törədilmiş cinayəti təsdiq etmişlər. X1, tutulması, üzərində şəxsi axtarış və götürmə aparılması tam qanuni aparılmış, ona qarşı qanunsuzluğun olması nə ibtidai istintaq zamanı, nə də məhkəmə zamanı öz təsdiqini tapmamışdır. Həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən X2 qanunsuz olmadığını bildirmişdir və törətdiyi cinayət əməlini etiraf etmişdir. Həmçinin o, məhkəmə iclasında bildirmişdir ki, polis bölməsində ona psixi və fiziki təzyiqlər edildikdən sonra o, 5 qramdan çox psixotrop maddə metamfetamin təqdim edib üzərində daşıdı ğını etiraf etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X10 xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirildikdən sonra ilkin tibbi müayinə zamanı bədənində xəsarət aşkarlanmamış, sol saidin ön səthində və sağ ayağın üzərində köhnə çapıq toxuma müşahidə edilmişdir. Göründüyü kimi, Y.E.Hüseynzadə məhkəmədə vermiş olduğu ifadəsi, yəni ona fiziki təzyiq olunması həqiqətə uyğun deyil və öz təsdiqini tapmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 30 iyun 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan müəyyən olunur ki, Yusif Hüseynzadənin üzərində 1 bükümdə təmiz çəkisi 5,497 qram psixotrop maddə metafetaminə bənzər kütlələr o lmuşdur. Ən nəhayət, tədqiq olunan həmin protokolun məzmunundan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti videoçəkiliş aparılmaqla həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən bir ədəd DVD-R formatlı disk protokola əlavə edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, X4 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmuş, lakin birinci instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsi nəticəsində ona əsassız olaraq bəraət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə həmin hökm qanunsuz olaraq qüvvədə saxlanmışdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İstintaq orqanı X6 Azər baycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə ittiham elan etmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərmişdir. İstintaq orqanı X5 elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə onun özünün istintaqın ilkin mərhələsində verdiyi ifadələrini, şəxsi axtarışda və baxışda iştirak etmiş polis əməkdaşları şahid X18 və X7 ifadələrini, üzərində şəxsi axtarış keçirilməsi haqqında 30 iyun 2023-cü il tarixli protokolu, telefon məlumatlarından çıxarışı, məhkəmə ekspertizasının rəyini təqdim etmişdir. Həmin sübutlardan görünür ki, X5 narkotik vasitənin hər hansı bir konkret şəxsdən alması və ya həmin narkotik vasitənin hər hansı bir konkret şəxsə satması halları müəyyən edilməmişdir. E.Y.Hüseynzadəyə qarşı irəli sürülmüş ittiham yalnız maddi sübuta, yəni onun üzərində narkotik vasitənin aşkar edilməsi faktına əsaslanır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Birinci instansiya məhkəmə si istintaq orqanı tərəfindən təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişdir ki, E.Y.Hüseynzadənin təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı sübutların əldə edilməsi zamanı səhvlərə yol verilmiş və ittiham qeyri-mötəbər sübutlarla əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya protestinə əsasən işə baxarkən sübutları təkrarən araşdırıb və belə nəticəyə gəlmişdir ki, ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər və ziddiyyətli sübutları təşkil etmişdir. Kassasiya protestində isə qeyd edilmişdir ki, məhkəmənin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, sübutlar məhkəmə tərəfindən düzgü n qiymətləndirilməmiş, X6 elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən cinayət-prosessual qanunun aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətlənd irilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilmə sində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İşdən göründüyü kimi birinci instansiya məhkəməsi X6 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad e tmişdir. Apellyasiya instansiyası məhkəməsi isə nəticəyə gəlmişdir ki, X5 üzərində narkotik vasitənin aşkar edilməsi mötəbər sübutlarla təsdiq olunmur, işin halları isə narkotik vasitənin aşkar edilməsi faktının şübhə altına almasına əsas verir. Məhkəmə kollegiyası cinayət işində olan materialları nəzərdən keçirərək, apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq belə nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını təşkil edən sübutlar həm ziddiyyətlidir, həm qanun tələblərinin pozulması ilə əldə edilmiş, həm də iş üzrə müəyyən edilmiş hallar həmin sübutların mötəbərliyinə kifayət qədər şübhə doğurur. Belə ki, istintaq orqanı Elçin Hüseynzadənin təqsirliyini əsaslandırmaq üçün onun ibtidai i stintaq zamanı verdiyi etirafedici ifadələrə və üzərində şəxsi axtarış aparılması barədə tərtib edilmiş protokola istinad etmişdir. Yuxarıda qeyd edilən istintaq hərəkətlərindən sonra onların əsasında digər sübutlar toplanmış, o cümlədən şahid polis əməkdaşları dindirilmiş, məhkəmə-kimyəvi və narkoloji ekspertizaları keçirilmiş və cinayət işi baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, Elçin Hüseynzadə ibtidai istintaq zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirini etiraf edərək, şəxsi axtarış zamanı üzərində aşkar edilmiş psixotrop maddə metafetaminin ona məxsus olduğunu bildirmişdir. Lakin məhkəmə baxışı zamanı o, bu ifadəni təsdiq etməmiş, həmin etirafedici ifadəni polis əməkdaşları tərəfindən fiziki zorakılıqla – döyü lmə nəticəsində verdiyini bildirmişdir. Məhkəmə iclasında Y.E.Hüseynzadə ifadə vermişdir ki, o, 30 iyun 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədəndə yerləşən “X19” şirkətinə məxsus ərazidə dostu X13 ilə birgə satmaq üçün dəmir yığarkən həmin şirkətin mühafizəçiləri işarə edərək onları çağırdıqdan sonra yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra həmin mühafizəçilərin rəisi də gəlmiş, sonuncu da özünü təqdim etdikdən sonra mühafizəçilər hər ikisinin üstünü yoxlayıb, əllərində olan dəmirlərlə fotoşəkillərini çəkmişlər. O və dostu Nahid Məmmədova izahatları alındıqdan sonra buraxılacağı izah edilmişdir. Ardınca həmin yerə 2 nəfər mülki geyimdə olan polis əməkdaşı gəlib həmin mühafizəçilərin yanında onun və Nahid Məmmədovun üzəri nə baxış və axtarış keçirdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə getməli olmalarını bildirib həmin polis bölməsinə aparılmışlar. Həmin polis bölməsində ona psixi və fiziki təzyiqlər edildikdən sonra hər birinə, yəni ona və Nahid Məmmədova 5 qramdan çox psixotrop maddə metamfetamin təqdim edib üzərində daşıdıqlarını etiraf etmələrini tələb etmişlər. Birinci instansiya məhkəməsi Yusif Hüseynzadənin ifadəsində göstərilən xüsusatların həqiqətə uyğun olub-olmamasını yoxlayarkən bir sıra sübutlar toplamış və onları cinayət prosesi tərəflərinin iştirakları ilə məhkəmə istintaqında tədqiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş “X19” şirkətinin mühafizə xidmətinin əməkdaşları X8 və X3 ifadələrində bildirmişlər ki, Yusif Hüseynzadə 30 iyun 2023-cü il tarixdə saat 10–11 radələrində saxlanılmış, bu barədə polisə məlumat verilmişdir. Təxminən 30–40 dəqiqə sonra Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43cü Polis Bölməsindən iki nəfər mülki geyimli polis əməkdaşı “Kia Optima” markalı avtomobillə hadisə yerinə gəlmiş, polis əməkdaşları orada Yusif Hüseynzadənin üzərində axtarış aparmış, ciblərini yoxlamış, üzərində qeyri-qanuni heç bir şey aşkar edilməmiş və onu polis bölməsinə aparmışlar. Cinayət işinə əlavə edilmiş “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Yusif Hüseynzadənin “X19” şirkətinin ərazisindən metal məmulatları oğurlamağa cəhd etməsi barədə ərizə ilə əlaqədar 30 iyun 2023-cü il tarixdə saat 13:50dən saat 14:15-dək 43-cü Polis Bölməsinin təhqiqatçısı həmin əraziyə baxış keçirilmişdir. Göründ üyü kimi Yusif Hüseynzadə “X19” şirkətinin ərazisində saxlanıldıqdan sonra polis əməkdaşları onun üzərinə baxış keçirmiş, ciblərini yoxlamış, lakin hər hansı qanunla qadağan edilmiş əşya və ya maddə aşkar edilməmişdir. Bununla əlaqədar məhkəmələr əsaslı olaraq qeyd etmişlər ki, Yusif Hüseynzadənin üzərinə polis əməkdaşları tərəfindən baxış keçirildikdən və cibləri yoxlanıldıqdan sonra həmin gün polisin nəzarəti altında olan Yusif Hüseynzadənin şalvarının sağ cibindən psixotrop maddənin aşkar edilməsi faktı şübhə doğurur və Yusif Hüseynzadənin iddialarının əsaslı olduğunu göstərir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya məhkəmələri yuxarıda qeyd edilən sübutlara qiymət verib əsaslı olaraq nəticəyə gəlmişdir ki, həmin sübutlar Y.E.Hüseynzadənin ibtidai istintaq zamanı verd iyi ifadələrin mötəbərliyinə əsaslı şübhə doğurur. Yuxarıda qeyd edildiyi kimi ittihamın əsası Y.E.Hüseynzadənin üzərində narkotik vasitənin aşkar edilməsi faktı təşkil edir. Cinayət işinin materiallarından görünür ki, cinayət məsuliyyətinə səbəb olan narkotik vasitə təhqiqatçı tərəfindən Y.E.Hüseynzadənin üzərində şəxsi axtarış aparılması zamanı aşkar edilmiş və götürülmüşdür. Həmin fakt cinayət işində olan Y.E.Hüseynzadənin üzərində şəxsi axtarış və götürmə haqqında aparılması barədə 30 iyun 2023-cü il tarixli protokolla təsdiq olunur. Y.E.Hüseynzadənin üzərində şəxsi axtarış aparılması barədə 30 iyun 2023-cü il tarixli protokol da məhkəmələr tərəfindən mümkün və mötəbər sübut kimi qəbul edilməmişdir. Məhkəmə kollegiyası Y.E.Hüseynzadəyə qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən “Şəxsi axtarış və götürmə haqqında” 30 iyun 2023-cü il tarixli protokolun mötəbərliyini və mümkünlüyünü müzakirə edərək aşağıdakıları nəzərə alır. Y.E.Hüseynzadənin üzərində şəxsi axtarış cinayət işi başlanılmadan onun şübhəli şəxs qismində tutulması ilə əlaqədar keçirilmişdir. Azərbaycan Respublikası CPM-in 92.3.1-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Azərbaycan Respublikası CPM-in 86.2.3-ci maddəsinə əsasən təhqiqatçı şəxsin tutulduğu andan müdafiəçinin yardımından istifadə hüququnu təmin etməlidir. Həmin Məcəllənin 90.6-cı maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə v ə üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalıdır. Həmçinin CPM-in 90.7.2-ci maddəsinə əsasən şübhəli şəxs tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 92.6-cı maddəsinə əsasən cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. Cinayət işinin materiallarından görünür ki, tutularkən Y.E.Hüseynzadə ona dövlət hesabına müdafiəçinin təyin edilməsini xahiş etmiş və təhqiqatçının qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. İşə əlavə edilmiş sənədlərdən həmçinin görünür ki, 30 iyun 2023-cü il tarixdə 11 saylı Vəkil Bürosunun vəkili X21 Hüseynzadəyə təqdim edilmiş, sonunc u hüquqlarının Vahid Məmmədov tərəfindən müdafiə edilməsinə etiraz etməmiş, Yusif Hüseynzadə müdafiəçinin iştirakı ilə tutulmuşdur. Cinayət işinin 26-cı səhifəsində olan protokoldan görünür ki, Yusif Hüseynzadənin üzərinə şəxsi axtarış keçiriləcəyi barədə müdafiəçi Vahid Məmmədova məlumat verilmiş, o, iştirak etməyəcəyini və iştirakı olmadan Yusif Hüseynzadənin üzərinə şəxsi axtarış keçirilməsini bildirmişdir. Ümumiyyətlə, müdafiəçinin müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina etməsi qanuni olmamış, şəxsi axtarış və götürmə istintaq hərəkəti Azərbaycan Respublikası qanunverciliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə zidd olmuş, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbu l edilib ittihamın əsasına qoyulması da yolverilməz olmuşdur. Yuxarıda göstərilən işin hallarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, şübhəli şəxsin iştirakı ilə həmin gün ərzində ardıcıl şəkildə həyata keçirilmiş digər prosessual hərəkətlərdə müdafiəçinin iştirakı təmin olunduğu halda, onun iştirakı zəruri olduğu bir mərhələdə – konkret olaraq şəxsi axtarış zamanı – müdafiəçinin iştirak etməməsi, həm qanunun tələblərinin kobud şəkildə pozulması, həm də həmin prosessual hərəkətin obyektivliyini və etibarlılığını şübhə altına alan hal kimi qiymətləndirilməlidir. Göründüyü kimi Yusif Hüseynzadənin üzərində axtarış aparıldığı zaman müdafiəçinin iştirakı məcburi olmuş, lakin təhqiqatçı tərəfindən qanunun norma larının tələblərinə zidd olaraq şübhəli şəxsin üzərində şəxsi axtarışı müdafiəçinin iştirakı olmadan, yəni müdafiə hüququnun pozulması ilə keçirmişdir. Azərbaycan Respublikası 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bundan başqa, cinayət işinin materiallarında olan 30 iyun 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan, “Şəxsi axtarış və gö türmə aparılması haqqında” qərar və protokoldan görünür ki, X4 tutulması haqqında qərar həmin tarixdə, saat 16:00-da qəbul edilmiş, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin isə saat 16:50 dəqiqədən saat 16:58 dəqiqəyədək davam etməsi göstərilmişdir. Məhkəmə bir halı qeyd edir ki, vaxtla bağlı kompüterdə yazılmış yazı nəzərdən keçirildikdə həmin yazıya qara rəngli diyircəkli qələmlə düzəliş edilməsi müəyyən olunur. Göründüyü kimi, məhkəmə cinayət işinin materialları və təqsirləndirilən şəxs Yusif Hüseynzadənin məhkəmə baxışı zamanı verdiyi ifadəsini təhlil edib belə nəticəyə gəlir ki, şəxsi axtarış və götürmə istintaq hərəkətinin saat 16:50-də başlanması nəzərə alındığı təqdirdə, Yusif Hüseynzadənin polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq polis bölm əsinə gətirildiyi vaxtdan, yəni saat 11 radələrindən onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilənədək 5 saatdan çox vaxt keçmişdir. Təqsirləndirilən şəxsin 5 saatdan artıq müddətdə tamamilə polisin nəzarəti altında olması və onunla ilkin istintaq hərəkətlərinin, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinin 30 iyun 2023-cü il tarixdə, saat 16:50 radələrində aparılması işin mübahisəsiz halı kimi məhkəmə tərəfindən qəbul edilmişdir. Bu hal işdə olan sübutlarla tam təsdiq olunur. “Sakit Zayidov Azərbaycana qarşı” Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axt arış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçinin tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması, bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliliyini ciddi şübhələr altına alır. Belə olan halda, həmin zaman kəsiyində baş vermiş hadisələrin təhlilinin aparılması oxşar işlər üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks etdirilmiş “əldə edilmiş sübutların saxlanılan şəxslərin polisin nəzarəti altında saxlandığı müddətdə üzərinə yerləşdirilməsinin mümkünlüyü və bu hallara dair haqlı şübhəyə əsa s yaranıbyaranmaması ilə bağlı” mövqeyi baxımından zəruridir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsin ə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azə rbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X5 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törətməsi sübuta yetmir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, X5 təqsirinin s übuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Avropa İnsan Hüquqları Məhkəməsinin presidentlərinə və Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X11 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2024cü il tarixli 1(103)-2364/2024 nömrəli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2024-cü il tarixli 1(103)-2364/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1349/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1349/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver