Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-135/2019 05.02.2019 ALİ MƏHKƏMƏ İş № 1(102) 135/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 05 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X45 oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2017-ci il tarixli qərarından Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli hökmü ilə (hakimlər: Bayramov Mayıl Abbas oğlu (sədrlik edən), Orucov Azər Kəlpəli oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə) xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəlki məhkumluqları ödənilmiş, orta təhsilli, “Socar” yanacaqdoldurma məntəqəsində bağban işləmiş, ünvan 1-da qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası C M-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən müdafiəçilər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 15 dekabr 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2017-ci il tarixli qərarından müdafiəçisi kassasiya şikayəti verərək qərarın ləğv edilib cinayət işini yeni apellyasiya baxışına təy in edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs 18.04.2016-cı il tarixdə saat 2 radələrində ünvan2 saylı binanın qarşısındakı həyətdə gəzərkən ondan siqaret istəmiş əvvəllər tanımadığı X2 olmadığını bildirdikdə sonuncu ondan siqaret almaq üçün pul tələb etmiş, rədd cavabı aldıqda isə onun əlindəki yarımçıq siqaretin ona verməsini istəmişdir. Təqsirləndirilən şəxs çəkdiyi siqareti də ona verməkdən imtina etdikdə X5 onu dartıb almağa çalışmışdır. Siqaret yerə düşmüşdür. Onlar arasında baş vermiş mübahisə zamanı X55 İsmayılovun boynundan tutub sıxaraq ona boynunun sol yan səthinin qançırı kimi dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs X5in əlindən çıxaraq yumruqla onun sifət nahiyyəsinə zərbə vur ub sonuncunun başın alın nahiyəsində (solda qaşüstü nahiyədə) və sol yanaqda sıyrıqlarla nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aralarında yaranmış qərəzli şəxsi münasibətlər zəminində X18 qəsdən sağlamlığına ağır zərər vurmaq məqsədi ilə üstündə olan, açılıb-qatlanan bıçaqla bir dəfə zərbə vurub onun sağlamlığına döş qəfəsinin ön səthində yerləşmiş və sağ plevra boşluğuna işləyərək sağ ağ ciyəri zədələmiş, bir ədəd deşilmiş-kəsilmiş yara ilə nəticələnən ağır zərən vurmaya aid xəsarət yetirmiş və hadisə yerindən qaçmışdır. Zərərçəkmiş şəxs X5 ehtiyatsızlıqdan ölümünə səbəb olan aldığı (döş qəfəsinin ön səthində ortada yerləşən və sağ plevra boşluğuna işləyərək sağ ağ ciyəri zədələyən) və ölümlə səbəbli əlaqəli olan bir ədəd deşilmiş-kə silmiş yara xəsarətindən baş vermiş qanitirmə nəticəsində 18 aprel 2016-cı il tarixdə saat 18:00-da Kliniki tibbi mərkəzin reanimasiya şöbəsində ölmüşdür. Nəticədə Təqsirləndirilən şəxs X1 ehtiyatsızlıqdan ölümünə səbəb olan qəsdən ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqına verdiyi izahatları məhkəmə gedişatında nəzərə alınmamışdır. Halbuki, qeyd edilən izahatlar tam olaraq məhkum Təqsirləndirilən şəxs əməlində bəraətverici əsaslara malikdir. İş üzrə zərərçəkmiş şəxs X21 18 aprel 2016-cı il tarixdə bıçaq xəsarətinin məhz Təqsirləndirilən şəxs tərəlindən yetirilməsini təsdiq edən birbaşa sübut iş materiallarında mövcud deyildir və belə bir sübut istintaq orqan ı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs CM-nin 126.3-cü maddəsi ilə ittiham elan edərkən, eləcə də məhkəmə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxararkən, ilk növbədə, cinayət hadisəsinin onun tərəfindən törədilməsi haqqında istintaq orqanına vermiş olduğu ifadələrinə əsaslanmışdır. Lakin Təqsirləndirilən şəxs istintaqın sonrakı gedişində, həmçinin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində cinayət hadisəsinin onun tərəfindən törədilmədiyini söyləmiş və iş üzrə özünü təqsirli bilməmişdir. Cinayət işinin materiallarında hadisənin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiqləyən birbaşa sübutlar yoxdur. İş üzrə dindirilmiş heç bir şahid Təqsirləndirilən şəxs mübahisə zəminində X5i bıçaqla vurmasını gördüyünü söyləməm işdir. İbtidai araşdırma gedişində keçirilmiş müxtəlif ekspertizaların rəylərində də hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədildiyinə söyləməyə əsas verən hər hansı bir hal mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya ka ssasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktl arın müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlillərində göstərilir ki, Cinayət işinin materiallarında hadisənin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiqləyən birbaşa sübutlar yoxdur. İş üzrə dindirilmiş heç bir şahid Təqsirləndirilən şəxs mübahisə zəminində X5i bıçaqla vurmasını gördüyünü söyləməmişdir. İbtidai araşdırma gedişində keçirilmiş müxtəlif ekspertizaların rəylərində də hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədildiyinə söyləməyə əsas verən hər hansı bir hal mövcud deyildir. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində ifadəsində göstərmişdir ki, 17 aprel 2016-cı il tarixdə bütün ailə üzvləri ilə birlikdə qardaşı X7un toy mərasimində olmuşdur. Başqa sözlə, saat 18-dən 9-cu mikrorayonda yerləşən “Sonalar Sonası” şadlıq evində olmuşdur. Toy qurtarana kimi xeyli miqdarda araq, viski, çaxır və şampan içmişdir. Toy mərasimi saat 24:00 radələrində qurtarıb. Toyda aktiv şəkildə iştirak etdi. Toy zamanı qonaqlarla, bəy-gəlinlə çoxlu sayda foto və video çəkiliş aparılıb. Saat 00:00 radələrində toy mərasimi qurtarıb və camaat dağılışmışdı. Orada o, anası, qardaşı, gəlin və xalası X12 qalmışdı. Toy mərasimi ilə əlaqədar ödənişi etdikdən, evə çatası yemək və içkiləri maşına yerləşdirdikdən sonra 18.04.2016-cı il tarixdə saat 1 radələrində şadlıq sarayından çıxdılar. Saat 01:15 radələrində evə çataraq anası ilə maşından düşdü. Qardaşı, gəlin və xa lası isə qardaşının evinə getdilər. Evdə anası ilə qonaq otağında oturub toya salınan zərflərə baxaraq onları dəftərə köçürtdü. Sonra isə xərclər və yığılan vəsaitin təhlillərini apardılar. Saat 3 radələrində telefonundan “Facebook” sosial şəbəkəsinə daxil olub dostu X7n göndərdiyi ismarıca cavab yazdı. Toydan çıxıb evə gələndən sonra küçəyə, bayıra çixmadı. Saat 04:00 radələrində öz otağına keçib paltarını soyunaraq yatdı. Səhər saat 1112 radələrində yuxudan oyanıb anasını taksi ilə qardaşıgilə yola saldı. Özü isə məhlədə yerləşən “City” adlanan internet kluba düşdü və oradan X2ın işlətdiyi çayxanaya getdi. 21.04.2016-cı il tarixdə saat 14-15 radələrində 18-ci polis bölməsinin əməkdaşı X9 ona yaxınlaşdı və qolundan tutaraq onu saxladı. Bu zaman bölmənin digər əməkdaşları X4 və X2 da onu t utaraq maşına mindirib 18-ci polis bölməsinə gətirdilər. Orada polis əməkdaşı 17 aprel 2016-cı il tarixdə onun harada olmağını soruşdu. Həmin gün qardaşının toy mərasimində olduğunu dedikdə həmin şəxs sifətindən bir şillə vuraraq dedi ki, «mənə fırıldaq gəlmə, əlimizdə sübut var». Sonra ona kamera görüntüsü göstərdilər. Görüntüyə baxıb orada olan şəxsin o olmadığını bildirdi. Bundan sonra ona işgəncə verdilər. İşgəncələrə dözə bilmədiyi üçün X5ə bıçaqla xəsarət yetirməsini boynuna götürdü. Əslində isə həmin cinayət əməlini o törətməmişdi. 18.04.2016-cı il tarixli, gecə saat 02:14 radələrini və hadisə yerini göstərən videogörüntüdəki şəxs o deyil. Bu onun doğma qardaşı X7dur. Həmin yerdə qardaşı X7 bir gün əvvəl olmuşdur. Həmin videogörüntülər 18.04.2016-cı il tarixdə deyil, toydan 1 gün əv vəl, 17.04.2016-cı il tarixdə saat 02:14 radələrində çəkilmişdir. Qardaşı X7 ona çox oxşadığına görə kamera görüntülərindəki şəxsi ona oxşadırlar. O, bir daha qeyd edir ki, mərhum X5i bıçaqla vurmamış və ona qarşı heç bir cinayət əməli törətməmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadə arasında ziddiyyət yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilərək tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs həmin ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, 17 aprel 2016-cı il tarixdə saat 24:00 radələrində toy mərasimi qurtardıqdan sonra anası ilə qardaşına məxsus ağ rəngli, **-EX-*** nömrəli avtomaşınla öz evlərinə gəldi. Evdə darıxdığı üçün gəzmək qərarına gəlib saat 1-2 radələrində evdən çıxıb aşağı düşdü. Artıq paltarını dəyişərək əyninə tünd rəngli cins şalvar, yaşıl, göy, ağ rəngli damaları olan uzunqol köynək, göy rəngli qolsuz jilet və makasin tipli ayaqqabı geyindi. Məhlədən çıxıb gəzə-gəzə oxuduğu 39 saylı məktəbin yanı ilə gələrək məhlələrin arasında gəzişməyə başladı. ünvan 17 arxasında olan məhləyə gəlib orada olan xeyir-şər evinin arxasından, zibil yeşikləri tərəfindən firlandıqda bir nəfər orta yaşlı, qarasaç, orta bədən quruluşlu, orta boylu, əynində qara rəngli şalvar və qara rəngli gödəkçə olan şəxs onu səsləyərək siqaret istədi. Ona siqareti olmadığını bildirdikdə həmin şəxs (adını sonradan eşitdiyi X5) ondan siqaret almaq üçün pul istədi. Ona pulunun da olmadığını dedikdə Hafis dedi ki, «onda ver əlindəki siqaretin qalanını çəkim ». Ona “get işinlə məşğul ol” dedikdə həmin şəxs ona yaxınlaşdı və əlindən tutub çəkdiyi siqareti götürmək istədi. Siqareti ona verməkdən imtina etdikdə siqaret əlindən yerə düşdüyündən ona «sən neynirsən» dedikdə aralarında narazılıq yarandı. Tutaşaraq dalaşmağa başladılar. Bu zaman həmin şəxs əli ilə boğazından tutub onu boğmaq istədikdə əlindən çıxıb onu itələyərək yumruqla başına bir dəfə zərbə vurdu. Belindəki dəstəyi qırmızı rəngli olan, əllə açılıb-bağlanan bıçağı çıxarıb açaraq onun bədəninin sağ tərəfinə bir zərbə vurdu. Dərhal geriləyərək bıçağı orada olan zibil yeşiklərinin yanına atıb məhlənin içi ilə evi tərəfə qaçdı. Bıçağı atan zaman bıçaq zibil yeşiklərinin yanında olan daşa dəyərək səs elədi. Həmin şəxs isə bədənini tutaraq yerə oturub dedi “sən neynədin? məni vurdun?”. On un sözünə fikir verməyib oradan uzaqlaşdı. Binanın sonuna çatdıqdan sonra fikirləşdi ki, birdən nəsə köməklik lazım olar. Ona görə də geri qayıtdı. Ora çatdıqda səs eşidib həmin şəxsi vurduğu yerə yaxınlaşmadı. Əksinə binanın yol tərəfdən olan girişi tərəfə keçərək binanın yanı ilə bir qədər məhləyə doğru irəlilədi. Orada iki nəfərin danışığını eşitsə də, gözü zəif olduğundan heç kimi görmədi. Təxminən bir dəqiqədən sonra isə geri qayıdaraq gəldiyi yolla evə getdi. Evə çatanda artıq saat 3 radələri idi və bu barədə anasına heç bir məlumat vermədi. X22 əvvəldən tanımamış və onunla heç bir münasibəti olmamışdır. 18 aprel 2016-ci il tarixdə içkili olduğundan və istintaq zamanı adını bildiyi X8in ona əl-qol atmasından əsəbiləşib onunla dalaşmışdır. Bu zaman bıçağı çıxarıb onu vurmuşdur. X9 ifa dəsində göstərmişdir ki, 2014-cü ildən “Confetti Lounge” restoranında aşbaz işləyir. 17 aprel 2016-cı il tarixdə saat 20 radələrində işə başladı. Saat 04-05 radələrində mətbəxin məhləyə baxan tərəfindən, məhlədə gözətçi işləyən X4in pəncərəyə yaxınlaşıb onu səslədiyini eşitdi. Pəncərəyə yaxınlaşdıqda X4 ona burada adam vurulduğunu bildirdi. Həmin zaman administrator X6ə yaxınlaşıb X4in dediklərini ona bildirdi. X6 rəhbərlikdən iş vaxtı onlara çölə çıxmağa icazə verilmədiyini dedi. Ona görə pəncərəyə yaxınlaşıb onlara çölə çıxmağa icazə olmadığını bildirdi. X4 də çıxıb getdi. Səhər saat 6 radələrində növbəni təhvil verib getdi. Bir neçə gündən sonra işdə olarkən eşitdi ki, 17 aprel 2016-cı il tarixdə X4in dediyi X8 adlı şəxs ölüb. X10 ifadəsində göstərmişdir ki, 1986-cı ildən 1 nömrəli kömə kçi Təcili tibbi yardım stansiyasında səyyar həkim işləyir. 18 aprel 2016-cı il tarixdə səhər növbəsində idi. Onunla yanaşı tibb bacısı X16 və sürücü X2 da növbədə idi. Saat 9-10 radələrində mərkəzdən ünvan 2 saylı ünvanın həyətində naməlum bir kişinin halının pis olması barədə çağırış daxil oldu. X42 və sürücü ilə birlikdə hadisə yerinə getdi. Qeyd olunan həyətə çatdıqda adını bilmədiyi təxminən 55 yaşlarında bir kişinin həyətdə olan ağacların altındakı oturacağın yanında halsız və bir böyrü üstə uzanıqlı vəziyyətdə olmasını gördü. Həmin zaman onun əynində qara rəngli pencək, göy rəngli cins şalvar, qaramtıl rəngli köynək və tünd yaşıl rəngli yun jaket var idi. Həmin şəxsi, adını sonradan bildiyi X5i arxası üstə çevirdikdə onun sol gözünün üstündə, qaşından yuxarıda qanamış vəziyyətdə o lan sıyrıq gördü. Bundan əlavə jaketində qan ləkələri və yuxarı tərəfdə deşilmiş yerin olmasını gördü. Onun sağ döş qəfəsində deşilmiş-kəsilmiş yara olmasını görüb həmin yaranın bıçaq yarası olmasını başa düşdü. Orada olan polis əməkdaşları ilə köməkləşib onu qaldırmaq istəsələr də həmin şəxs yeriyə bilmədiyi üçün onu xərəyə uzadaraq təcili tibbi maşınınla Kliniki tibbi mərkəzə çatdırdılar. X8 xeyli qan itirdiyinə görə halı olmadığına görə yolda suallara cavab verə bilmədi. X6 ifadəsində göstərmişdir ki, 18 aprel 2016-cı il tarixdə 18-ci Polis bölməsində olarkən saat 08:54-də Ə.Rəcəbli küçəsi, ev 9 ünvanında yaşayan X12 ona zəng vurub məhlədəki ağacların altında olan oturacaqda bir şəxsin oturduğunu və oturacağın altında qan olduğunu bildirdi. Bu xəbəri eşidən kimi dərhal növbətçi hissənin avtopatrul maşınının sürücüsü X4 ilə birlikdə həmin ünvana getdi. Məhləyə çatdıqda gördü ki,ünvan 3binanın qarşısında, ağacların altında 50-60 yaş arası bir kişi sağ ayağını sol ayağının üstünə keçirib oturubdu. Həmin zaman onun əynində qara rəngli pencək, göy rəngli cins şalvar, qaramtıl rəngli köynək və tünd yaşıl rəngli yun jaket var idi. Adını və soyadını sonradan bildiyi X5ə yaxınlaşdıqda onun sol gözünün üstündə, qaşından yuxarıda qanamış vəziyyətdə sıyrıq gördü. Sonra həmin şəxsin oturduğu oturacaqla üzbəüz olan oturacaqda qan ləkəsinin olduğunu görüb məhlədə gözətçi işləyən və oradakı xeyir-şər evinin mətbəxində yaşayan X4dən həmin şəxsin kim olmasını və nə baş verməsini soruşduq. X4 həmin şəxsin X5 olduğunu dedi. O, X8in hər gün bu məhləyə gələrək X13ın qarşısında gözətçilik edib tüfeyli həyat tərzi keçirərək hər gün spirtli içki qəbul etdiyini də bildirdi. Bu vaxt X8 arxaya oturduğu üçün pencəyinin qabağı açıldı və gördü ki, onun jaketinin yuxarı sağ tərəfində deşik var. Ona yaxınlaşıb onun kimin vurmasını soruşduqda X8 yıxıldığını dedi. Onun jaketini yuxarı qaldırdıqda sağ sinə nahiyəsində deşilmiş xəsarət olduğunu və qanın jaketə hopduğunu gördü. Dərhal X9ə təcili tibbi yardıma zəng vurmağı tapşırdı. Özü isə bölmənin rəis müavininə zəng vurub bu barədə məlumat verdi. Onun yarasını bıçaq yarasına oxşatdığı üçün yenidən X8ə yaxınlaşıb bir daha onu kimin vurmasını soruşduqda o, yenidən yıxıldığını bildirdi. Sonra X4i yanına çağırıb dedi ki, sən ona yaxınlaş və soruş gör onu kim vurub. X4 də ona yaxınlaşıb onu kimin vurmasını soruşduqda X8 ona da yıxıldığını bildir di. Bir neçə dəqiqədən sonra bölmənin əməliyyat müvəkkili, polis kapitanı X9 hadisə yerinə gəldi və ona hadisə barədə məlumat verdi. Bir azdan təcili tibbi yardım həkimləri gələrək X8in yarasına baxıb bıçaq yarası olduğunu bildirdilər. X47 X8in qolundan tutub onu təcili tibbi yardım maşınının qapısına qədər gətirdi. X8i xərəyə uzadıb maşına qoydular və Kliniki tibbi mərkəzə apardılar. X12 ifadəsində göstərmişdir ki, 18 aprel 2016-cı il tarixdə səhər saat 9 radələrində bölmədə idi. Saat 09:00-da iclasa girən zaman bölmə rəisi dedi ki, ünvan 2nömrəli binanın qarşısında yaralı vəziyyətdə kimsə var. Təcili ora get. Həmin məhləyə çatdıqda gördü ki, binanın qarşısındakı ağacların altında olan oturacaqda 50-60 yaş arası bir kişi var. Onun əynində boz-qara rəngli pencək, göy rəngli cins şalvar, qa ramtıl rəngli köynək və tünd yaşıl rəngli yun jaket var idi. O, içkili idi. Həmin şəxsə yaxınlaşdıqda onun sol gözünün üstündə sıyrıq gördü. Digər polis əməkdaşı X3 həmin şəxsin əvvəllər ünvan 2 ünvanında yaşamış X8 adlı şəxs olduğunu, sonradan isə Lökbatan qəsəbəsinə köçdüyünü dedi. O, eyni zamanda X8in müntəzəm olaraq hər gün bu məhləyə gələrək X13ın qarşısında gözətçilik edərək hər gün spirtli içki qəbul etdiyini bildirdi. X38 sağ döş nahiyəsində bıçaq yarasının da olduğunu dedi. Ona yaxınlaşıb onu kimin vurmasını soruşduqda X8 yıxıldığını bildirdi. Bir azdan təcili tibbi yardım həkimləri də gəldilər. Onlar X8in yarasına baxıb bıçaq yarası olduğunu təsdiq etdilər. X39 qolundan tutub onu təcili tibbi yardım maşınına gətirdilər. Onu xərəyə uzadıb maşına qoyaraq Kliniki tibbi mərkəzə apard ılar. Biz isə hadisə yerində qaldıq. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, 18 aprel 2016-cı il tarixdə saat 5 radələrində F.X.Xoyski küçəsindəki 132 nömrəli binanın qarşısında, ağacların altında adını sonradan bildiyi X8i oturacaqda sağ ayağını sol ayağının üstünə keçirib tünd rəngli pencəyini başına çəkib əyilərək oturmuş vəziyyətdə gördü. Bundan əlavə yerdə qan ləkələri də gördü. Ona yaxınlaşaraq “ay qardaş sənə nə olub?” deyə soruşduqda X8 cavab vermədi. Sonra ətrafda olan kağız parçalarını yığaraq qan ləkələrinə dəymədən oradan çıxıb getdi. Bir neçə gündən sonra isə X3 bıçaqla vurduğunu və xəstəxanaya aparıldıqdan sonra öldüyünü eşitdi. X4 ifadəsində göstərmişdir ki, 18 aprel 2016-cı il tarixdə səhər növbəsində idi. X57 və sürücü X2 da növbəd ə idi. Saat 09-10 radələrində mərkəzdən ünvan 2 saylı ünvanın həyətində naməlum bir kişinin halının pis olması barədə çağırış daxil oldu. Dərhal həkim və sürücü ilə birlikdə hadisə yerinə getdilər. Qeyd olunan həyətə çatdıqda adını bilmədiyi 55 yaşlarında bir kişinin həyətdə olan ağacların altındakı oturacağın yanında halsız və bir böyrü üstə uzanıqlı vəziyyətdə olmasını gördü. Həmin zaman onun əynində qara rəngli pencək, göy rəngli cins şalvar, qaramtıl rəngli köynək və tünd yaşıl rəngli yun jaket var idi. O, içkili idi. Həmin şəxsi arxası üstə çevirdikdə onun sol gözünün üstündə, qanamış vəziyyətdə olan sıyrıq, jaketində isə qan ləkələri var idi. Jaketi qaldırdıqda isə onun sağ döş qəfəsində deşilmiş-kəsilmiş yara olmasını görüb həmin yaranın bıçaq yarası olmasını başa düşdü. Həsən həkim orada olan polis əməkdaşları ilə köməkləşib onu qaldırmaq istəsələr də, həmin şəxs yeriyə bilmədiyi üçün onu xərəyə uzatdılar. Sonra isə onu Kliniki tibbi mərkəzə çatdırdılar. Yolda ondan hadisə barədə soruşdular. Lakin o, xeyli qan itirdiyinə görə halı olmadığından cavab verə bilmədi. Onu xəstəxanaya təhvil verdikdən sonra oradan getdilər. X5 ifadəsində göstərmişdir ki, 1993-cü ildən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 9, mənzil 34-də yaşayır. X22 qeyd olunan ünvanda yaşadığı vaxtdan tanıyır. O, sonradan başqa ünvana köçsə də tez-tez məhləyə gəlib-gedirdi. Son zamanlar X8 Ə.Rəcəbli küçəsində yerləşən “Confetti” restoranının və X13ın qarşısında gözətçi işləyirdi. X8i 18 aprel 2016-ci il tarixdə, səhər saat 4 radələrində gördü. Belə ki, təzyiqi olduğu üçün saat 4-də yuxudan oyandı və mətbəxə keçib çayın altını yandırdıqda həyətdən qışqırıq səsi eşitdi. Pəncərəni açdıqda X8in qarnını tutaraq məhlədə gözətçi işləyən X4in qaldığı otağın qapısının cəftəsindən sallanıb “X4 qurban olum aç qapını” deyə yalvardığını gördü. X4 isə qapını açmadı. Təxminən 15-20 dəqiqə sonra yenidən həyətdən X8in səsini eşitdi. Mətbəxə keçib pəncərəyə yaxınlaşdıqda X8in X4in qaldığı otağın sağ tərəfində olan su borusunun yanında oturaraq yenidən ona içəri buraxması üçün yalvardığını, lakin X4in onu içəri buraxmadığını gördü. Onlara fikir verməyib içəri keçərək yatdı və saat 07:10 radələrində yuxudan oyandı. Saat 08:50-də evdən çıxdıqda həyətdə qonşu Əjdəri görüb ona X4in, həyətdə səs-küy salmalarından bezdiyini dedi. Əjdər gecə saatlarında X8i kiminsə həyətdə bıçaqla vurduğunu və xəstə xanaya aparıldığını bildirdi. Axşam saatlarında qayıtdıqda qonşulardan X8in xəstəxanada öldüyünü eşitdi. Şahid (zərərçəkmiş şəxsin hüquqi varisi) X19 ifadəsində göstərmişdir ki, mərhum X36 qardaşıdır. 18 aprel 2016-cı il tarixdə, saat 12 radələrində X8in istifadəsində olan ******-**-** mobil nömrəsindən ona ***-***-**-** mobil nömrəyə zəng gəldi. Telefonu açdıqda tanımadığı bir şəxs telefona cavab verib X8in qardaşı olub-olmamasını soruşdu. X8in qardaşı olduğunu bildirdikdə həmin şəxs onun Kliniki tibbi mərkəzə gəlməsini xahiş etdi. Xəbəri eşidən kimi dərhal xəstəxanaya getdi Ora çatdıqda məlum oldu ki, X8 əvvəl yaşadıqları məhlədən bıçaq yarası ilə xəstəxanaya aparılıb və xəstəxanaya çatandan sonra ölübdür. X7 ifadəsində göstərmişdir ki, X22 uşaq vaxtlarından tanıyır. Sonuncu dəfə X8i 18 aprel 2016-ci il tarixdə, səhər saat 05:30 radələrində gördü. Belə ki, hər gün saat 05-06 radələrində yuxudan oyanıb eyvana çıxaraq siqaret çəkirdi. X8i məhlədə olan xeyir-şər evinin qarşısındakı oturacaqda oturduğunu gördü. X8 onu görən kimi səsləyərək “Natiq siqaretin var?” dedikdə ona siqareti olmadığını bildirdi. Sonra X8 oturacaqda uzandı. O, isə siqaretini çəkib içəri keçdi. X8in hərəkətlərindən içkili olması hiss olunurdu. Günorta radələrində evə gələn zaman qonşuların deməsindən bildi ki, axşam kimsə X8i bıçaqla vurub. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma mərhələsində müdafiəçisinin iştirakı ilə verdiyi 22.04.2016-cı il tarixli ifadələrində göstərdiyi xüsusuatlar, o cümlədən: “17 aprel 2016-cı il tarixdə qardaşının toy mər asimində araq, viski, çaxır və şampan içməsini, saat 24:00 radələrində toy qurtardıqdan və evə gəldikdən sonra gəzmək qərarına gəlməsi, paltarını dəyişərək əyninə tünd rəngli cins şalvar, yaşıl, göy, ağ rəngli damaları olan uzunqol köynək, göy rəngli qolsuz jilet və makasin tipli ayaqqabı geyinməsi, saat 1-2 radələrində evdən çıxıb aşağı düşməsi, oxuduğu 39 saylı məktəbin yanı ilə gələrək məhlələrin arasında gəzişməyə başlaması, ünvan 17 arxasında olan məhləyə gəlib orada olan xeyir-şər evinin arxasından firlandıqda bir nəfər orta yaşlı, qarasaç, orta bədən quruluşlu, orta boylu, əynində qara rəngli şalvar və qara rəngli gödəkçə olan şəxs onu səsləyərək siqaret istəməsi, əlindəki siqareti ona verməkdən imtina etdikdə aralarında narazılıq yaranması, tutaşaraq dalaşmaları, belindəki bıçağı ç ıxarıb açaraq onun bədəninin sağ tərəfinə bir zərbə vurması, həmin şəxsin isə bədənini tutaraq yerə oturub “sən neynədin, məni vurdun?” sözlərini deməsi, bıçağı oradaki zibil yeşiklərinin yanına atıb məhlənin içi ilə evi tərəfə qaçması, bir asdan geri qayıtdıqda yaralını həmin yerdə görməməsi, 18 aprel 2016-ci il tarixdə içkili olduğundan və adını sonradan bildiyi X8in ona əl-qol atmasından əsəbiləşdiyi üçün onunla dalaşması və buna görə bıçağı çıxarıb onu vurması” barədə verdiyi ifadələr cinayət hadisənin tarixiinə, vaxtına, yerinə, necə baş verməsinə, onun gedişatına və mexaniznminə tam uyğundur. Həmin hallar məhkəmə istintaqında şahid qismində dindirilmiş X29, X30, X23, X35, X24, X16, X19 və başqalarının ifadələri ilə də təsdiq olunmuşdur. Cinayət işinin materiallarında olan “şübhəli şə xsin ifadəsinin yerində yoxlanılması barədə” 22.04.2016-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsi hadisə yerində videoçəkilişlə yoxlanılan zaman ifadəsini hadisə yerində müdafiəçisinin iştirakı ilə sərbəst şəkildə təsdiq edərək törətmiş olduğu cinayət əməlini (17 aprel 2016-cı il tarixdə qardaşının toy mərasimində araq, viski, çaxır və şampan içməsini, saat 24:00 radələrində toy qurtardıqdan və evə gəldikdən sonra gəzmək qərarına gəlməsi, paltarını dəyişərək əyninə tünd rəngli cins şalvar, yaşıl, göy, ağ rəngli damaları olan uzunqol köynək, göy rəngli qolsuz jilet və makasin tipli ayaqqabı geyinməsi, saat 1-2 radələrində evdən çıxıb aşağı düşməsi, oxuduğu 39 saylı məktəbin yanı ilə gələrək məhlələrin arasında gəzişməyə başlaması, ünvan 17 arx asında olan məhləyə gəlib orada olan xeyir-şər evinin arxasından firlandıqda bir nəfər orta yaşlı, qarasaç, orta bədən quruluşlu, orta boylu, əynində qara rəngli şalvar və qara rəngli gödəkçə olan şəxs onu səsləyərək siqaret istəməsi, əlindəki siqareti ona verməkdən imtina etdikdə aralarında narazılıq yaranması, tutaşaraq dalaşmaları, belindəki bıçağı çıxarıb açaraq onun bədəninin sağ tərəfinə bir zərbə vurması, həmin şəxsin isə bədənini tutaraq yerə oturub “sən neynədin, məni vurdun?” sözlərini deməsi, bıçağı oradaki zibil yeşiklərinin yanına atıb məhlənin içi ilə evi tərəfə qaçması, bir asdan geri qayıtdıqda yaralını həmin yerdə görməməsini və s.” hadisə yerində əyani olaraq göstərmişdir. Bu barədə tərtib olunmuş 22.04.2016-ci il tarixli protokol çəkilmiş video və fotoşəkillər cinayət iş inin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan “Baxiş keçirilməsi və götürmə aparılması haqqında” 21.04.2016-ci il tarixli protokollardan görünür ki, ibtidai istintaq zamanı ünvan 1 ünvanında yerləşən X13ın Nərimanov filialının inzibati binasının həyətdə olan arxa qapı tərəfdə quraşdırılmış iki ədəd “Arxa bayır 1” və “Arxa bayır 2” müşahidə kameralarından görüntülər götürülmüşdür. Həmin görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, 18.04.2016-cı il tarixdə, saat 02:14:07-də orta boylu, arıq bədən quruluşlu, tünd rəngli cins şalvar, müxtəlif rəngləri olan damalı uzunqol köynək, göy rəngli qolsuz jilet və qara rəngli ayaqqabı geyinmiş bir nəfər şəxs əlləri cibində gələrək “Arxa bayır 2” müşahidə kamerasının altında dayanıb X5in yaralı vəziyyətdə tapılmış ünva n 3 evin qarşısındakı həyətə baxmış, onun baxdığı yerdə isə bir nəfər şəxs dala-qabağa hərəkət etmişdir. Görüntüyə düşmüş şəxs 15 saniyə həmin hərəkətdə olan şəxsə baxdıqdan sonra geriyə dönərək gəldiyi yolla qayıtmışdır. Həmin şəxsin müşahidə kamerasında görüntüyə düşdüyü vaxt ümumilikdə 18.04.2016-cı il tarixdə saat 02:14:07-dən 02:14:26-ya kimi olmuşdur (1-ci cild, səh. 75-81). Təqsirləndirilən şəxs isə ibtidai araşdırma mərhələsində verdiyi 22.04.2016-cı il tarixli lfadələrində hadisə günü əynində olan paltarları təsvir etməklə yanaşı, X5i vurduqdan sonra hadisə yerinə qayıtdıqda həmin yerdə iki nəfərin danışıq səsini eşitdiyini, məhlənin qarşısındakı həyətə boylandığını, gözü zəif olduğundan adamları görmədiyini və sairəni təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “eksper imental nümunələrin götürülməsi haqqında” 19.04.2016-ci il tarixli protokollardan görünür ki, ibtidai istintaq zamanı mərhum X18 dırnaq nümunələri kəsilərək götürülmüşdür. Şəxsiyyətin identifikasiyasının məhkəmə-tibbi ekspertizasının 8 iyul 2016-cı il tarixli 275-MTKŞ nömrəli rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş X13-ın Nərimanov filialının müşahidə kamerasından götürülmüş videogörüntüdə əks etdirən cavan kişi cinsli şəxs və ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs arasında ümumi qrup əlamətlər üzrə (onların bədən quruluşuna, konstitusiyasına, başın, sifətin, qulaqların formasına, sifətin cizgilərinə, başında, üzündə olan tük örtüyünün formasına, onun yerişinə və sairə) oxşarlıqlar müəyyən olunmuşdur. Təqdim edilmiş videoçəkilişdə əks etdirən cavan kişi cinsli şə xsin müşahidə kamerasında, fotoşəkillərdə və toy şənliyinin görüntüsündə eyni bir şəxsə, yəni Təqsirləndirilən şəxs məxsus olmasının mümkünlüyünü inkar etmək olmaz. Kompleks, məhkəmə-portret və şəxsiyyətin identifikasiyasının məhkəmə-tibbi ekspertizasının 22.08.2016-cı il tarixli 325-MTKŞ nömrəli rəyində aşağıdakılar təsdiq edilmişdir: -ekspertizaya təqdim edilmiş X13ın Nərimanov filialının müşahidə kamerasındankı görüntüdə əks olunan cavan kişi cinsli şəxsin üz cizgiləri aydın görünmədiyindən həmin şəxsin Təqsirləndirilən şəxs olub-olmadığı haqqında dəqiq fikir söyləmək mümkün deyil. lakin Təqsirləndirilən şəxs və videoçəkilişdə əks etdirən cavan kişi cinsli şəxsin arasında ümumi qrup əlamətlər (bədən quruluşuna, başın, qulaqların formasına) üzrə oxşarlıqları, həmçinin rentgen müayinəsini n nəticəsində aşkar edilmiş yaş həddini (24-26 yaş) nəzərə alaraq demək olar ki, təqdim edilmiş videoçəkilişdə əks olunan cavan kişi cinsli şəxsin Təqsirləndirilən şəxs məxsus olmasının mümkünlüyü istisna olunmur; -təqdim edilmiş videoçəkilişdə əks etdirən cavan kişi cinsli şəxsin müşahidə kamerasında, fotoşəkillərdə və toy şənliyinin görüntüsündə eyni bir şəxsə, yəni Təqsirləndirilən şəxs məxsus olmasının mümkünlüyü istisna olunmur; -X13ın Nərimanov filialının müşahidə kamerasında olan görüntüdəki paltarların tikiliş formasına görə demək olar ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarlar görüntüdəki şəxsin paltarları ilə oxşarlıq təşkil edir; -ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs yaşı rentgen müayinəsinə əsasən 24-26 yaşı ilə uyğun gəlir; - Ekspertiza ya təqdim edilmiş Təqsirləndirilən şəxs sol gözündə çəpgözlük var. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş ekspert X31 ifadəsində göstərdi ki, 22.08.2016-ci il tarixli 325-MTKŞ nömrəli rəy onun tərəfindən digər ekspertlə birlikdə verilmişdir. Məhkəmə - tibb eksperti kimi 14 illik iş stajına malikdir. Verilmiş rəy ilə təsdiq olunmuşdur ki, ekspertizaya təqdim edilmiş X13ın Nərimanov filialının müşahidə kamerasındakı görüntüdə əks olunan cavan kişi cinsli şəxs ilə videoçəkilişdə əks olunan cavan kişi cinsli şəxsin arasında ümumi qrup əlamətlər (bədən quruluşuna, başın, qulaqların formasına) üzrə oxşarlıqları, həmçinin rentgen müayinəsinin nəticəsində aşkar edilmiş yaş həddini (24-26 yaş) nəzərə alaraq demək olar ki, təqdim edilmiş videoçəkilişdə əks olunan cavan kişi cinsli şəx sin Təqsirləndirilən şəxs məxsus olmasının mümkünlüyü istisna olunmur. Təqdim edilmiş videoçəkilişdə əks etdirən cavan kişi cinsli şəxsin müşahidə kamerasında, fotoşəkillərdə və toy şənliyinin görüntüsündə eyni bir şəxsə, yəni Təqsirləndirilən şəxs məxsus olmasının mümkünlüyü də istisna olunmur. X13ın Nərimanov filialının müşahidə kamerasında olan görüntüdəki kişi cinsli şəxsin paltarlarının tikiliş formasına görə demək olar kı, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarlar görüntüdəki şəxsin paltarları ilə oxşarlıq təşkil edir. Təqsirləndirilən şəxs yaşı rentgen müayinəsi əsasəın 24-26 yaşı ilə uyğun gəlir. Təqsirləndirilən şəxs sol gözündə çəpgözlük var. Bundan başqa zahirən görünən hər hansı bir xəstəlik və fiziki çatmamazlıq aşkar olunmamışdı. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır. Evin böyük uşağıdır. X7 1990-cı ildə anadan olmuş, orta məktəbin 9-cu sinfini bitirmiş, gözündə çəplik olduğu üçün hərbi xidmətə də getməmişdir. Müxtəlif vaxtlarda dükanda satıcı, çayxanada çayçı, tikinti yerlərində fəhlə işləmişdir. Sonuncu dəfə Babək prospektində yerləşən “Socar” yanacaqdoldurma məntəqəsində bağban işləyirdi. 2011-ci ildə X7 6 ay müddətinə həbs olunmuş və sonra azad olunmuşdur. X7 heç bir psixi xəstəlikdən əziyyət çəkməmiş və bununla bağlı heç bir yerdə müalicə olmamışdır. Onun sağ gözündə anadangəlmə “katarakta” xəstəliyi olmuş və bununla bağlı o, 4-cü sinifdə oxuyarkən əməliyyat olunaraq müalicə almışdır. 7 aprel 2016-cı il tarixdə onun toy mərasimi idi. Bununla bağlı səhər saat 10 radələrində X7la evdən çıxıb hər biri öz bərbərinin yanına getdilər. Saat 13 radələrində evə gəldikdə artıq X7 da evdə idi. Sonra paltarlarını dəyişdilər. O, bəylik kostyumunu, X7 isə özünə məxsus boz rəngli kostyumu geyinib evdən çıxdılar. Toy şənliyinin olacağı 9-cu mikrorayonda yerləşən “Sonalar Sonası” şadlıq evinə getdilər. Saat 18 radələrində toy mərasimi başladı. X7 qardaşı kimi toyda yaxşı iştirak etdi. Saat 23:30 radələrində toy mərasimi qurtardı və qonaqlar dağılışdılar. Saat 1 radələrində özünə məxsus ağ rəngli, “Kia Optima” markalı, **-EX-*** dövlət nömrə nişanlı avtomaşınla yoldaşını, anasıı, X7ı və xalasıı götürüb şadlıq evindən çıxdı. Təxminən 30 dəqiqəyə məhləyə çatdı. X7 heç bir köməklik etmədən dərhal evə qalxdı. O isə anası ilə birlikdə maşı nda olan, toydan verilmiş yemək və içkiləri evə qaldırdı. X7 divandan “HP” markalı noutbook tipli kompyuteri açıb orada məşğul olmağa başladı. Saat 01:45-də oradan çıxaraq öz evinə getdi. Səhəri günü saat 13 radələrində X7la anası onlara gələrək yemək gətirdilər. Sonra X7 paltar şkafını açıb bildirdi ki, “bu nədi, bütün paltarları aparmısan, mənə heç nə qalmayıb”. 19 aprel 2016-cı il tarixdə də o şkafda olan köynəklərdən (X7 tutulan zaman əynində olanlarla bərabər) 3 dənəsini götürüb evə aparıb qoydu ki, X7 geyinsin. 18.04.2016-cı il tarixdə saat 02:14 radələrini göstərən videogörüntüdəki şəxs qardaşı X7 deyil. Bu onun görüntüləridir. Həmin videogörüntülər isə 18.04.2016-cı il tarixdə deyil, toydan 1 gün əvvəl, 17.04.2016-cı il tarixdə saat 02:14 radələrində çəkilmişdir. Məhkəmə X11 “18.04.2016-cı il tarixdə saat 02:14 radələrini göstərən videogörüntüdəki şəxsin qardaşı X7 deyil, onun görüntüləri olması, həmin videogörüntülərin 18.04.2016-cı il tarixdə deyil, toydan 1 gün əvvəl, 17.04.2016-cı il tarixdə saat 02:14 radələrində çəkilməsi və s.” barədə verdiyi ifadəsini həqiqətə uyğunolmayan və qardaşı Təqsirləndirilən şəxs mənafeyinin müdafiəsi üçün verilmiş yalan ifadə kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsində Həmin məsələ (videogörüntüdəki tarixin dəyişdirilməsinin mümkün olub-olmaması məsələsi) ilə bağlı məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, X13ın Nərimanov filialında quraşdırılmış müşahidə kameraları “Hikvision” markalı videokameralar olmaqla özlərinin lisenziyalı proqram təminatları olmaqla kameraların yaddaş ı həmin proqram təminatı vasitəsi ilə yazılır. Həmin proqram təminatı da sutka ərzində qeydə alınan görüntüləri həcmə uyğun olaraq 5-10 dəqiqə arasındakı müddətdə hissələrə bölərək yaddaşda saxlayır və həmin hissələrin üzərində görüntünün olduğu gün, ay, il, saat, saniyə və aniyə proqram təminatı tərəfindən qeyd olunur. Həmin tarix və saat başqa şəxs tərəfindən qeydə alınmır. Bundan əlavə həmin kameraların tənzimləmə menyusunda tarix və saatın görüntüyə əks olunması aktiv edilmədiyindən görüntülərdə yalnız kameraya verilmiş adlar əks olunub. Görüntünü “VLC” proqramı ilə açarkən isə hissələrin üzərindəki gün, ay, il, saat, saniyə və saniyənin ekranda görünərək bir neçə saniyə sonra itməsi barədə onu göstərə bilər ki, həmin yazı proqram təminatı tərəfindən görüntünün olduğu gün, ay, il, saat və saniyəni göstərir və proqramın öz xüsusiyyətinə görə videogörüntü açılarkən ekranda görsənir. Kamerada 18.04.2016-cı il tarixdə, saat 02:14:07-dən 02:14:26-ya kimi olan görüntülər əks olunmuşdur. Həmin tarixin-bir gün əvvəlki- 17.04.2016-cı il tarixi olması mümkün deyildir. Bundan əlavə, cinayət işinin materiallarında olan Məhkəmə-tibbi kriminalistik ekspertizasının 26 may 2017-ci il tarixli 153-MTKŞ nömrəli rəyi ilə aşağıdakı nəticələrə gəlinmişdir: -Təqsirləndirilən şəxs və X11 arasında ümumi qrup əlamətlər üzrə, onların bədən quruluşuna, konstitusiyasına, başın, sifətin formasına, sifətin bəzi xarici görkəm cizgilərinə (qaşları və gözlərinin bir-birinə nisbətdə yerləşməsinə, göz yarıqlarının yerləşmə vəziyyətinə, burnun əsas forması və ölçülərinə, çənə altının hündürlüyü, eni və k onturuna, ağzın forma və konturlarına, üzündə olan tük örtüyünün formasına) və hər iki şəxsin yerişinə görə oxşarlıqlar müəyyən olundu. Bununla yanaşı, onların arasında bəzi fərqlənmələr də müşahidə olundu: başında olan tük örtüyünə, qaşların, burnun əsasının vəziyyəti, qulaqların formasına, qulaq seyvanların yuxarı hissəsinin başdan aralanma dərəcəsinə, boyunun hündürlüyünə, eləcə də, Təqsirləndirilən şəxs sağ gözündə çəpgözlük olmasına görə; -ekspertizaya təqdim edilmiş «Atabank»ın Nərimanov filialının müşahidə kamerasındakı görüntüdə əks edilən cavan kişi cinsli şəxsin bədən quruluşu, anatomik parametrləri, həmçinin onun yerişi Təqsirləndirilən şəxs və X11 müvafiq əlamətləri ilə müqayisəli müayinəsi zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs və videoçəkilişdə əks edilən cavan kişi cinsli şəxsin arasında ümumi qrup əlamətlər üzrə oxşarlıqlar aşkar olundu (bədən quruluşuna, başın, sifətin, qulaqların formasına, qulaq seyvanlarının yuxarı hissəsinin başdan aralanma dərəcəsinə, sifətin cizgilərinə, başında və üzündə olan tük örtüyünün formasına görə). Eyni zamanda videoçəkilişdə əks edilən cavan kişi cinsli şəxs və X7un arasında yuxarıda qeyd edilən müvafiq ümumi qrup əlamətlər üzrə fərqlənmələr müşahidə olundu. -«Atabank»ın Nərimanov filialının müşahidə kamerasındaki 1894.2016-Cİ il, saat 02:14 radələrini əks edilən videogörüntüdə olan cavan kişi cinsli Təqsirləndirilən şəxs məxsus olmasının mümkünlüyü istisna olunmur. Həmin şəxsin X20 olması isə inandırıcı deyil. Qeyd olunan ekspertiza rəyləri ilə də Təqsirləndirilən şəxs hadisədən sonra təkrarən hadisə yerinə qayıtma sı barədə verdiyi ilkin ifadələri təsdiq olunur, əksinə hadisə yerində onun qardaşı X7un olması halları inkar olunur. İş materiallarından görünür ki, sübut əhəmiyyətinə malik olan məlumatların olmasını güman etməyə kifayət qədər əsaslar olması ilə bağlı Təqsirləndirilən şəxs və X18 istifadələrində olmuş mobil telefonlarla aparılmış danışıqların, həmin telefona daxil olan və çıxan mesajların açıqlamasının, habelə həmin telefonlarla aparılmış danışıqlar zamanı zəng edən və zəng olunan nömrələrin əhatə dairəsinə dair məlumatlar “Azercell” və «xxxx» MMC-dən götürülmüşdür. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və X18 tanışlıqları olmamış və nə hadisədən əvvəl, nə də ki, hadisədən sonra onların aralarında telefon danışıqları olmamışdır. Telefon əlaqələri zamanı Təqsirləndiril ən şəxs telefon cihazından siqnallar 17 aprel 2014-cü il tarixdə, saat 23:30-da 9-cu mikrorayon, 3245-ci məhəllə, Mir Cəlal küçəsində, 18 aprel 2016-cı il tarixdə, saat 00:27 və ondan sonrakı müddətlərdə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 və Həsənoğlu küçəsi, 18, 105 saylı pavilyonda olan antenlər vasitəsi ilə qəbul edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində 18.04.2016-cı il tarixdə saat 4 radələrində yatdığını bildirsə də «xxxx» MMC-dən götürülmüş məlumatlardan görünür ki, o, istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə 18 aprel 2016-cı il tarixdə, saat 00:27-də, 03:51-də, 04:54-də, 05:46-da, 07:07-də, 08:11-də, 08:26-da, 08:41-də, 08:56-da, 09:11-də, 10:24-də, 10:40-da, 11:17-də, 11:34-də, 11:55-də internet xidmətindən istifa də etmişdir. Bu xüsusatlar da Təqsirləndirilən şəxs həmin olduğu ifadələrinin özünü müdafiə xarakteri olmasını göstərir. Cinayət işinin materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 22.04.2016-cı il tarixli 349 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində sol göz ətrafının, boynun sol yan səthinin və sağ baldırın qançırları küt əşyanın (əşyaların) təsirindən törənməklə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Törənmə müddəti qərarda qeyd olunan 18.04.2016- cı il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Xəsarətlərin qarşılıqlı X4ə və özünü müdafiə xarakterli olub-olmamasının məhkəmə-tibbi morfoloji xüsusiyyətləri yoxdur. Qeyd olunan xəsarəti n öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gələ bilməsi inkar olunmur. Bundan əlavə, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Nərimanov Rayon Məhkəməsində keçirilən qapalı məhkəmə iclasının protokoluna keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən sonuncu məhkəmə iclasında müdafiəçinin iştirakı ilə çıxış edərək təqdimatda qeyd edilən cinayət əməlini törətdiyini bildirmişdir. Eyni zamanda ona qarşı polis əməkdaşları tərəfindən heç bir psixi və fiziki təzyiq göstərilmədiyini qeyd etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində videoçəkilişlə yoxlanılan zaman da ifadəsini hadisə yerində müdafiəçisinin iştirakı ilə sərbəst şəkildə təsdiq etmişdir. O, hər hansı təzyiq və işgəncəyə məruz qalmadığını bildirməklə yanaşı video və foto materiallarda onun işgəncəyə məruz qalması hallari müşahidə olunmamışdır. Bundan əlavə ekspert tərəfindən onun bədəni üzərində xəsarətlərin olub-olmaması ilə əlaqədar keçirilmiş baxış zamanı onun bədəni üzərində yetirilməsi ehtimal etməyə əsas verə biləcək xəsarətlər aşkar olunmamışdır. Barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Nərimanov Rayon Məhkəməsində keçirilmiş məhkəmə iclasında da Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona heç bir psixi və fizioloji təzyiq göstərilmədiyini bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə araşdırılmış və tədqiq olunmuş sübutların məcmusu ilə, o cümlədən birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci və apelyasiya instansiya məhkəmələri iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət hərəkətini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Bundan başqa, birinci və apelyasiya instansiya məhkəmələrinin məhkəmə baxışı və ibtidai istintaq zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların araşdırılmaması iş materialları ilə müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2017ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Təqsirləndirilən şəxs məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2017-ci il tarixli qərarı dəyişikliksiz saxlansın, kassasiya şikayəti təmin edilməsin
Məhkəmə qərarları › İş №1(102)-135/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-135/2019
05.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver