Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-135/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxxxxx 1982-ci ildə Qazax rayonu Kosalar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 3 uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 2631.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından məhkum və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Hacıyev Şahin Şaiq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qazax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünə əsasən (hakim Nemət Musayev) Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən h ökmündən məhkum və onun müdafiəçisi, habelə zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən), T.A.Muxtarov və Ş.Q.Rzaquliyev) apellyasiya şikayətləri təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum xx xxxxxx 2018-cı il tarixdə saat 19:20 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nömrə nişanı olmayan "QAZ53" markalı yük avtomobili ilə Qazax-Kosalar avtomobil yolunun 6-cı kilometrliyində Kosalar kəndi istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməyi yolun sağ ehtiyat hissəsində hərəkətdə olan piyada-Qazax rayonu, Kosalar kənd sakini, xx.xx.1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurub sonuncuya müştərək travma, ağır dərəcəli travmatik şok, qaraciyərin, mədəaltı vəzin, nazik bağırsaq müsariqəsinin, yoğun bağırsağın zədələnməsi, daxili qanaxma ilə müşayiət olunan qarnın küt travması, qapalıkəllə beyin travması, 1,2,3-cü bel fəqərələrinin sol transver çıxıntılarının xətti sınıqları, sağ gicgah sümüyünün almacıq çıxıntısının, stenoid sümüyünün, burun sümüyünün, sağ almacıq, əng sümüklərinin qapalı yerdəyişmiş sınıqları, üç ədəd kəsici dişin sınığı, sağ gicgah, sağ almacıq, sağ yanaq nahiyələrinin əzilmiş-cırılmış yaraları ilə nəticələnən, həyat üçün təhlükəli olan xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və Məhkum təyin edilmiş cəzanın CM-nin 70-ci maddəsini tətbiq etməklə şərti hesab edilməsi, yaxud CM-nin 62-ci maddəsini tətbiq etməklə ona islah işləri cəzasının təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifləri qeyd edirlər ki, məhkəmə Məhkum cəza təyin edərkən onun 2ci qrup əlil olması, himayəsində azyaşlı üç uşağının və xəstə valideynlərinin olmasını, ailənin yeganə qazanc gətirəni olması, iş və yaşayış yerindən müsbət xarakterizə olunmasını kifayət qədər nəzərə almamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apel lyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətind ə əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Kassasiya şikayətində məhkumun təqsirli olmasına dair müddəalar mübahisələndirilmədiyindən məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələ məhkuma təyin edilmiş cəzanın ağır olması, məhkəmə tərəfindən yüngülləşdirici halların nəzərə alınmaması ilə bağlıdır. Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsəni həll edərkən maddi hüquq normalarının, o cümlədən Azə rbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf etməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını zərərçəkmiş şəxsə üzrxahlıq etməsini, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almış və Azərbaycan Respublikası CMnin 62-ci maddəsinə əsasən CM-nin 263-1.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respubli kası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrıayrı yün gülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə kollegiyası törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini nəzərə alaraq Məhkum cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiya sının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törə dilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbi q edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi həmin iş üzrə cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəli r ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əs as mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu i il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-135/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-135/2020
22.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver