Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-135/2022 27.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Bakı Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2021-ci il tarixli, 1(103)287/2021 nömrəli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 xx xxxx 1965-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ailəli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 10 may 2019-cu il tarixli ittiham aktına görə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 12 iyun 2019-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 və Təqsirləndirilən şəx s cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 və Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 şərikli biznes fəaliyyəti ilə məşğul olub sement, boya və digər tikinti məhsullarının satışını təşkil etməklə birgə qazanc əldə edəcəklərinə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs5 məxsus 50000 (əlli min) manat pulu 2013-cü ilin may ayında “Muğan Bank” Xəzər filialının yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanda alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa Məhkum1 və öz növbəsində Təqsirləndirilən şəxs təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 şərikli biznes fəaliyyəti ilə məşğul olub sement, boya və digər tikinti məhsullarının satışını təşkil etməklə birgə qazanc əldə edəcəklərinə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs4 məxsus pulları vahid niyyətlə əhatə olunmuş qəsdlə - 2013-cü il yanvar ayının sonunda 60000 (altmış min) manat və 30000 (otuz min) manat məbləğində pulu, 28 yanvar 2013-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 15692 (on beş min altı yüz doxsan iki) manat təşkil edən 20000 (iyirmi min) ABŞ dolları məbləğində pulu, 03 fevral 2013-cü ildə 20000 (iyirmi mi n) manat məbləğində pulu, 2013-cü ilin fevral ayı ərzində müvafiq olaraq 16000 (on altı min) manat, 11000 (on bir min manat) manat, 9000 (doqquz min) manat və 12000 (on iki min) manat məbləğlərdə pulu, 2013-cü ilin fevral ayı ərzində həmin dövrün məzənnəsi ilə 1963 (bir min doqquz yüz altmış üç) manat təşkil edən 2500 (iki min beş yüz) ABŞ dolları məbləğində pulu, həmin dövrün məzənnəsi ilə 3533 (üç min beş yüz otuz üç) manat təşkil edən 4500 (dörd min beş yüz) ABŞ dolları məbləğində pulu, həmin dövrün məzənnəsi ilə 23547 (iyirmi üç min beş yüz qırx yeddi) manat təşkil edən 30000 (otuz min) ABŞ dolları məbləğində pulu, 2013-cü ilin mart ayı ərzində müvafiq olaraq 4000 (dörd min) manat, 24000 (iyirmi dörd min) manat, 30000 (otuz min) manat, 6000 (altı min) manat məbləğlərdə pulu, həmçinin 2 013-cü ilin mart ayı ərzində həmin dövrün məzənnəsi ilə 9420 (doqquz min dörd yüz iyirmi) manat təşkil edən 12000 (on iki min manat) ABŞ dolları məbləğində pulu, həmin dövrün məzənnəsi ilə 2983 (iki min doqquz yüz səksən üç) manat təşkil edən 3800 (üç min səkkiz yüz) ABŞ dolları məbləğində pulu, həmin dövrün məzənnəsi ilə 942 (doqquz yüz qırx iki) manat təşkil edən 1200 (bir min iki yüz) ABŞ dolları məbləğində pulu, 2013-cü ilin aprel ayı ərzində 2700 (iki min yeddi yüz) manat və 8000 (səkkiz min) manat məbləğlərdə pulu, həmçinin 2013-cü ilin aprel ayı ərzində həmin dövrün məzənnəsi ilə 1648 (bir min altı yüz qırx səkkiz) manat təşkil edən 2100 (iki min yüz) ABŞ dolları məbləğində pulu, həmin dövrün məzənnəsi ilə 9809 (doqquz min səkkiz yüz doqquz) manat təşkil edən 12500 (on iki min beş y üz) ABŞ dolları məbləğində pulu, 2013-cü ilin may ayı ərzində müvafiq olaraq 5000 (beş min) manat, 7000 (yeddi min) manat, 16000 (on altı min) manat, 6700 (altı min yeddi yüz) manat məbləğlərdə pulu, 2013-cü ilin iyun ayında isə 14000 (on dörd min) manat pulu,- ümumilikdə 350937 (üç yüz əlli min doqquz yüz otuz yeddi) manat məbləğində pulu sonuncunun ofisinin yerləşdiyi ünvan 3 ünvanda alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Məhkum1 həmin əmələ görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş Təqsirləndirilən şəxs ilə birlikdə təkrarən, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqs ədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 şərikli biznes fəaliyyəti ilə məşğul olub sement, boya və digər tikinti məhsullarının satışını təşkil etməklə birgə qazanc əldə edəcəklərinə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 məxsus pulları vahid niyyətlə əhatə olunmuş qəsdlə 26 dekabr 2012-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 78480 (yetmiş səkkiz min dörd yüz səksən) manat təşkil edən 100000 (yüz min) ABŞ dolları məbləğində pulu, 10 yanvar 2013-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 75341 (yetmiş beş min üç yüz qırx bir) manat təşkil edən 96000 (doxsan altı min) ABŞ dolları məbləğində pulu və 08 avqust 2013-cü il tarixdə 100000 (yüz min) manat məbləğində pulu,ümumilikdə 253821 (iki yüz əlli üç min səkkiz yüz iyirmi bir) manat məbləğində pulu sonuncunun y aşadığı ünvan 5 ünvanda alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Məhkum1 və həmin əmələ görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2- ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş Təqsirləndirilən şəxs ilə birlikdə təkrarən, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Zərərçəkmiş şəxs1 tanışlarının yüksək vəzifəyə təyin olunacağını, həmin şəxs vəzifəyə təyin olunduqdan sonra Zərərçəkmiş şəxs1 vəzifəyə təyin etdirəcəklərini, bu məqsədlə ona maddi köməklik göstərilməsinin vacib olmasını və vəzifəyə təyin olunandan sonra verilən pulların onlar tərəfindən qaytarılacağını yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 məxsus pulları vahid niyyətlə əhatə olunmuş qəsdlə 16 iyun 2013-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 50999 (əlli min doqquz yüz doxsan doqquz) manat təşkil edən 65000 (altmış beş min) ABŞ dolları məbləğində pulu, 25 iyun 2013-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 54915 (əlli dörd min doqquz yüz on beş) manat təşkil edən 70000 (yetmiş min) ABŞ dolları məbləğində pulu, 22 avqust 2013cü il tarixdə həmin dövrün məzənnəsi ilə 78430 (yetmiş səkkiz min dörd yüz otuz) manat təşkil edən 100000 (yüz min) ABŞ dolları məbləğində pulu, 03 sentyabr 2013-cü il tarixdə 64000 (altmış dörd min) manat məbləğində pulu, 09 sentyabr 2013-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 25886 (iyirmi beş min səkkiz yüz səksən altı) manat təşkil edən 33000 (otuz üç m in) ABŞ dolları məbləğində pulu və 19 oktyabr 2013-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 227447 (iki yüz iyirmi yeddi min dörd yüz yeddi) manat təşkil edən 290000 (iki yüz doxsan min) ABŞ dolları məbləğində pulu - ümumilikdə 501677 (beş yüz bir min altı yüz yetmiş yeddi) manat pulu sonuncunun yaşadığı ünvan 6 ünvanda alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa Məhkum1 və öz növbəsində Təqsirləndirilən şəxs təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 şərikli biznes fəaliyyəti ilə məşğul olub sement, boya və digər tikinti məhsullarının satışını təşkil etməklə birgə qazanc əldə edəcəklərinə yalan vəd verib aldadaraq Z ərərçəkmiş şəxs2 məxsus pulları vahid niyyətlə əhatə olunmuş qəsdlə,- 2014-cü ilin yanvar ayının əvvəlində həmin dövrün məzənnəsi ilə 39225 (otuz doqquz min iki yüz iyirmi beş) təşkil edən 50000 (əlli min) ABŞ dolları məbləğində pulu, 2014-cü ilin yanvar ayının ortasında həmin dövrün məzənnəsi ilə 23535 (iyirmi üç min beş yüz otuz beş) manat təşkil edən 30000 (otuz min) ABŞ dolları məbləğində pulu, 2014-cü ilin fevral ayının əvvəlində həmin dövrün məzənnəsi ilə 15690 (on beş min altı yüz doxsan) manat təşkil edən 20000 (iyirmi min) ABŞ dolları məbləğində pulu, 2015-ci il aprel ayının sonunda həmin dövrün məzənnəsi ilə 42148 (qırx iki min yüz qırx səkkiz) manat təşkil edən 40000 (qırx min) ABŞ dolları məbləğində pulu, 2015-ci ilin may ayının əvvəlində həmin dövrün məzənnəsi ilə 31494 (otuz bir min dörd yüz doxsan dörd) manat təşkil edən 30000 (otuz min) ABŞ dolları məbləğində pulu,- ümumilikdə 152092 (yüz əlli iki min doxsan iki) manat pulu Abşeron rayonu «Xırdalan» dairəsinin yaxınlığında alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa Məhkum1 və öz növbəsində Təqsirləndirilən şəxs təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 şərikli biznes fəaliyyəti ilə məşğul olub sement, boya və digər tikinti məhsullarının satışını təşkil etməklə birgə qazanc əldə edəcəklərinə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs3 məxsus 55000 (əlli beş min) manat pulu 22 sentyabr 2015-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, R.İsmayılov 1a ünvanda ələ keçirərək Zərərçəkmiş şəxs3 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 1(101)-83/2020 nömrəli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin Türkiyə Respublikasında tutulduğu 27 iyul 2018-cu il tarixdən hesablanması hökm edilmiş, həmçinin hökmlə digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir.
7. Hökmdən məhkum edilmiş şəxs Məhkum1 Məhərrəm oğlu apellyasiya şikayəti verərək b irinci instansiya məhkəməsinin qərarının ədalətsiz olduğunu, ona etmədiyi əmələ görə qeyri-adekvat cəza təyin edildiyini, həmçinin cinayət qanunu normasının düzgün tətbiq edilmədiyini qeyd edib və ilk dəfə cinayət törətməsinin yüngünləşdirici hal kimi nəzərə alınmadığını bildirib, Bağı Ağır Cinayətlər Məhkəməsinin hökmün ləğv edilməsini xahiş etmişdir.
8. Hökmdən digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək işinə yenidən baxılaraq ona təyin edilmiş cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsini xahiş etmişdir.
9. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Məmişov Bəylər Sahib oğlu apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin28 iyul 2020-ci il tarixli hökmünü ləğv etməklə Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıx arılmasını xahiş etmişdir.
10. Hökmdən Zərərçəkmiş şəxs4 apellyasiya şikayəti verərək, Azərbaycan Respublikası CM-nin 64 və 65-ci maddəsini əsas götürməklə, Məhkum1 və Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-83/2020 nömrəli, 28 iyul 2020-ci il tarixli hökmünün dəyişdirilməsi və ona elan olunmuş ittiham üzrə maddənin sanksiyasında nəzərdə tutulan ən ağır cəzanın təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2020-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs1 müdafiəçisi Nümayəndə1 da apellyasiya şikayəti verərək cinayət işində və hökmdə şərh edilmiş, eyni zamanda məhkəmə baxışında təqdim olunmuş cəzanı ağırlaşdıran halları birlikdə nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 64 və 65-ci maddəsini əsa s götürməklə, Məhkum1 və Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 83/2020 nömrəli, 28 iyul 2020-ci il tarixli hökmünün dəyişdirilməsi, elan olunmuş ittiham üzrə maddənin sanksiyasında nəzərdə tutulan ən ağır cəzanın təyin olunması barədə qərar qəbul edilməsini, eyni zamanda həmin qərarda Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın məbləği düzgün müəyyən edilərək təqsirləndirilən şəxs Məhkum1 və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xeyrinə 742165 ABŞ dolları pulun, tutma gününə manatın məzənnəsi ilə tutulmasının müəyyən edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2021-ci il tarixli, 1(103)-287/2021 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum1 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2020-ci il tarixli hökmü məhkum edilmiş şəxslər Məhkum1 və Təqsirləndirilən şəxs, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Məmişov Bəylər Sahib oğlu, Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili Nümayəndə1 və Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2021-ci il tarixli qərarından Məhkum1 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar
14. Məhkum1 kassasiya şikayətini belə əsaslandırmışdır ki, cinayət xarakteri olmayan, yalnız mülki öhdəlik münasibətlərindən irəli gələn biznes əlaqələri sifariş nət icəsində dələduzluq cinayəti kimi təqdim edilib. Qeyd etmişdir ki, onun barəsində çıxarılmış hökm tamamilə qanunsuz və əsassızdır. Onun dələduzluq cinayət əməlini törətməkdə ittiham olunmağı qəbuledilməzdir. İşin faktiki halları onun heç bir cinayət əməli törətmədiyinə, hətta ümumilikdə ortada bir cinayətin olmamasına dəlalət edir. Məhkəmə kollegiyasından ona bəraət verilməsini xahiş edir.
15. Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1 kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsinin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. III. Hüquqi məsələlər
16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərb aycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
17. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
18. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya in stansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
20. Məhkum1 kassasiya şikayətində əməlində cinayət tərkibinin olmadığını qeyd edərək ona bəra ət verilməsini xahiş edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
21. Odur ki, məhkəmə kollegiyası Məhkum1 kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2021-ci il tarixli, 1(103)-287/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
22. Məhkum1 ona hökmlə istinad edilə n (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.
23. Məhkum1 qeyd olunan əməli törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu, o cümlədən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunması haq qında nəticəyə gəlmişdir.
24. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum1 hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi dispozisiyasından və Azərbaycan Respublikası CM-nin ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Azərbaycan Respublikası CM-nin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırmasını istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-ni n 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
25. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum1 əməlinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün ə sas görmür. Sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi öz nəticələrini əsaslandırmaqla həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutlar üzərində qurulmuş həmin nəticələrə dair yeni təsvir və şərh verilməsinə zərurət görmür.
26. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
27. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum1 verdiyi kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2021-ci il tarixli, 1(103)-287/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2021-ci il tarixli, 1(103)287/2021 nömrəli qərarı onun tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.