Məhkəmə qərarları › İş №1(102)-135/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-135/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-135/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Həsənova İlhamə Zakir qızının iştirakları ilə xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli hökmündən məhkumun müdafiəçisi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Həsənova İlhamə Zakir qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: Ə.İ.Məmmədov (sədrlik edən), T.Q.Hüseynov və F.A.Qəribov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 13 aprel 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli hökmü ilə (11 may 2022-ci il tarixli anlaşılmağlığın aradan qaldırılmasına dair qərar nəzərə alınmaqla) (hakimlər: E.E.Rəhimov (sədrlik edən), F.A.Qasımov və K.H.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli hökmü ləğv edilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 13 aprel 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: İttiham aktına əsasən, Məhkum təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 10,533 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Az ərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 aprel 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 12:35-də ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumilikdə 10,533 qram çəkidə eyni tərkibli psixotrop maddə metamfetamin əynindəki qara rəngli gödəkcənin sol iç cibindən 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,719 qram, 3,374 qram və 3,440 qram olmaqla aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli hökmünün ləğv edilməsi və Məhkum bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Belə ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası CPM-nin 125.1, 21.3, 138.2, 33.2, 33.3, 145.1-ci maddələrinin tələbləri pozulmuşdur. Müdafiəçinin fikrincə, apellyasiya instansiyası məhkəməsi Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilərkən mötəbər sübutlara deyil, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasından şübhələnmələrinə dair verdikləri ifadələrinə və özünün mülahizələrinə əsaslanmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayəti nin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi İ.Həsənovanın, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin hökmü ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni q üvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Verilmiş şikayətdə Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir, cinayət işinin bəraətverici əsaslarla xitam edilməsi xahiş olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə g örə “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.3. külli miqdarda törədildikdə — beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norma sı tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəs inə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tə dqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətl əri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığın ı nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cin ayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Kassasiya şikayətində göstərilən dəlillərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmamış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət etməklə Məhkum 13 aprel 2021-ci il tarixdə tutularkən üzərində aşkar edilmiş külli miqdarda psixotro p maddələrə görə verilmiş ittihamlar üzrə sübutlara məhkəmələr tərəfindən qiymət verilərkən cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə riayət olunubolunmamasına münasibət bildirməyi zəruri hesab edir. İbtidai araşdırma orqanının gəldiyi nəticəyə görə: - Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 10,533 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 aprel 2021-ci il tarixdə keçiril miş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 12:35-də ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumilikdə 10,533 qram çəkidə eyni tərkibli psixotrop maddə metamfetamin əynindəki qara rəngli gödəkcənin sol iç cibindən 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,719 qram, 3,374 qram və 3,440 qram olmaqla aşkar edilərək götürülmüşdür.” İbtidai araşdırma orqanının və apellyasiya instansiya məhkəməsinin işin hallarında şərh olunan gəldikləri nəticəyə görə Məhkum 13 aprel 2021-ci il tarixdə saat 12:35 radələrində Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 54 ünvanının yaxınlığında tutulub, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Məhkum tutulması zamanı aparılmış sənədləşmələrdən görünür ki, onun cinayət prosessual qanunvericiliyi ilə nəzərdə tutulan hüquqlarının təmin edilib-edilməməsi məhkəmələr tərəfindən araşdırılmamışdır. Belə ki: -Cinayət işinin 1-ci cild 8-ci vərəqəsində olan BMCMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 xx.xx.2021-ci il tarixli raportundan görünür ki, Məhkum həmin gün saat 12:35-də Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 54 ünvanının yaxınlığında saxlanılmış və əməliyyat qrupunun üzvlərinin iştirakı ilə Baş İdarəyə gətirilmişdir. Cinayət işinin 1-ci cild 16-cı vərəqəsində olan protokoldan görünür ki, Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X1müdafiəçi kim i təqdim olunmuş, sonuncu da həmin vəkilin onun hüquqlarını müdafiə etməsinə etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 25-ci vərəqəsində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2021-ci ildə saat 14-30-dən saat 14-46-dək Məhkum üstündə BMCMİ-nin Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X11 tərəfindən müdafiəçinin və DİN-nin BMCMİ əməliyyat müvəkkillərinin polis kapitanı Şahid1 və polis leytenantı X11 iştirakları ilə axtarış aparılmış, əynində olan qara gödəkcəsinin sol iç cibindən 3 ədəd sellofan bükümü, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən “İphone” markalı mobil telefonu, əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən “Sobranie” markalı siqaret qutusu və əynində olan göy rəngli cins şalv arının sağ yan cibindən 47 manat pul aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 1-ci cild 89-cu vərəqəsində olan Məhkum məxsus “İphone” markalı mobil telefona baxış keçirilməsi haqqında 15 aprel 2021-ci il tarixli protokoldan görünür ki, həmin mobil telefonda, zənglər siyahısında, SMS-lər siyahısında istintaq marağı kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 123-cü vərəqəsində olan "xxxx" MMC-dən daxil olmuş 5 may 2021-ci il tarixli, 9282 saylı məktuba əlavə olunmuş 1 ədəd özündə telefon danışıqları barədə məlumatları əks edən CD diskə baxış keçirilməsi haqqında 12 may 2021-ci il tarixli protokoldan görünür ki, CD diskdə olan Məhkum istifadəsində olmuş ***-***-**-** və ***-*****-** saylı mobil nömrəsinin məlumatlarında və SMS mətnlərinə istintaq marağı kəsb edən hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Cinayət işinin 1-ci cild 126-ci vərəqəsində olan məhkəmə-narkoloji ekspertizasının 3 may 2021-ci il tarixli, 1358 nömrəli rəyindən görünür ki, Məhkum müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış və o, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, lakin ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülümüşdür. İstintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabda qeyd olunmuşdur ki, tapşırıqla əlaqədar şöbənin cinayət-axtarış bölməsində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Məhkum narkotik vasitələri və psixotrop maddələrin satışı ilə bağlı məlumat daxil olsa da, həmin şəxslərin əhat ə dairəsini, analoji cinayət əməllərini, əlbir olduğu şəxsləri, habelə onun cinayət əməllərində şahid olmuş şəxsləri müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsində ona CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, bir neçə dəfə qurudulmuş marixuanadan istifadə etmişdir. Daha sonra metamfetaminin təsirinin daha güclü olduğunu eşidib ondan da istifadə etmək qərarına gəlmişdir. 12 aprel 2020-ci il tarixdə iş axtarmaq məqsədilə evdən çıxmış və gün ərzində iş tapa bilməmiş, bundan sonra tanımadığı şəxsdən 100 manat müqabilində 3 bükümdə təxminən 10 qram çəkidə metamfetamin almışdır. Növbəti gün, yəni 13 aprel 2021-ci il tarixdə yenə iş axtarmaq məqsədilə evdən çıxmış, bir müddət sonra mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və onu DİN-in BMCMİ-yə aparmışlar, orada videoçəkilişlə üzərinə baxış keçirilən zaman o, üzərindəki 3 büküm psixotrop maddəni könüllü olaraq çıxarıb təqdim etmişdir. Birinci instansiya məhkəməsinin istintaqı zamanı isə Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və heç kəsə satmamışdır. O,tutulduğu gün sevdiyi qızı gözəllik salonuna ötürmüşdür. Sonra isə o, taksi sifariş vermişdir. Taksi onu ünvan 3 nənəsi gilə aparmalı imiş. Köhnə “Oazis” restoranının, indiki “Bravo” marketin yanında yol polisi içində onun olduğu taksi maşınını saxlamışdır. O da maşından düşmüşdür. “Banditizmin” əməkdaşları i sə onu düşdüyü taksi maşınına zorla oturdaraq özləri də həmin maşına minmişlər. Yol boyu polis əməkdaşları onu döyə-döyə “Banditizmə” aparmışlar. Orada ona demişlər ki, “sən külli miqdarda narkotiklə “içəri” getməlisən”. Sonra ona demişlər ki, “sən sifarişlə içəri getməlisən”. O, əvvəlcə bununla razılaşmamış və polislərə demişdir ki, “mənim narkotik vasitələrlə heç bir əlaqəm yoxdur”. Sonra orada olan polislər ona işgəncə vermişlər. İşgəncələrin nəticəsində o, məcbur olub polislərin dedikləri kimi ifadə vermiş və ona aid olmayan narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. İttiham aktında yazılanların heç biri həqiqət deyildir. O, ona verilmiş ittihamla razılaşmadığı üçün Bakı İstintaq Təcridxanasında özünü bir neçə dəfə öldürməyə cəhd etmişdir. Lakin təcridxananın rəisi onunla p rofilaktik danışıqlar apararaq məhkəmənin ədalətinə inanmağını bildirmişdir. O da təcridxananın rəisinə inanaraq özünü öldürməkdən əl çəkmişdir. Təqsirləndirilən şəxs Məhkum ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələrlə, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsinin arasında kəskin fərqlər mövcuddur. Bu fərqlər həm aşkar edilmiş narkotik vasitələrin Məhkum məxsus olubolmaması ilə bağlıdır, həm də onun polis işçiləri tərəfindən tutulma şəraitinin iş materiallarında sənədləşdirilmiş vəziyyətinin gerçəkliyi əks etdirib-etdirməməsi ilə bağlıdır. Ona görə də məhkəmələr tərəfindən təqsirləndirilən şəxs Məhkum məhkəmə baxışı zamanı verdiyi ifadəsində irəli sürdüyü dəlillərin yoxlanılması üçün istintaq hərəkətlərinin aparılması zəruri idi. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum məhkəmədə verdiyi ifadəsinin yoxlanılması məqsədi ilə heç bir tədbir görülmədən onun ibtidai araşdırma zamanı verdiyi qismən etiraf edici ifadəsi və əməliyyatı keçirmiş polis əməkdaşlarının dindirilməsi ilə kifayətlənilərək onun əməlini Azərbaycan Respublikası CMin 234.1-ci maddəsinə tövsif edərək ittiham hökmü çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsinin baxışı zamanı Məhkum ifadələrində sevdiyi qız kimi təqdim etdiyi və həmin gün onunla birlikdə olmuş X6 müdafiə tərəfinin vəsatəti əsasında müəyyən edilərək dindirilmişdir. Şahid E.Quluzadə göstərmişdir ki, Məhkum tutulan gün onlar birlikdə olmuşlar, h əmin gün saat 13:00-da o (yəni Elnarə Quluzadə) gözəllik salonunda kosmetoloqun yanında olmalı idi. Saat 12:30-da o, evdə namazını qılmış, sonra isə Məhkumla birlikdə evdən çıxıb piyada gözəllik salonuna getmişlər. Anar onun telefonundan taksi sifariş vermiş, saat təxminən ikiyə işləmiş (yəni 13:00-dan sonra) onu gözəllik salonuna ötürdükdən sonra onlar ayrılmışlar. Apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin vəsatəti əsasında taksi sürücüsünün müəyyən edilib dindirilməsini zəruri hesab etsə də, sürücünün müəyyən edilib dindirilməsini təmin etməmiş, əsassız olaraq məhkəmə istintaqını tamamlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin özünün araşdırılmasını zəruri hesab etdiyi xüsusatları yoxlamadan, habelə iş üzrə hərtərəfli, tam və obyektiv a raşdırılmanın təmin edilməsi üçün aşağıda qeyd olunan hərəkətləri yerinə yetirilmədən gəldiyi nəticəni əsaslı hesab etmək olmaz. Belə ki: -Əməliyyat orqanının sənədləşmələrindən görünür ki, Məhkum xx.xx.2021-ci il tarixdə saat 12:35-də Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 54 ünvanının yaxınlığında saxlanılmış və əməliyyat qrupunun üzvlərinin iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs Məhkum və şahid Elnarə Quluzadənin ifadələrindən görünür ki, Məhkum xx.xx.2021-ci il tarixdə saat 12:35-də evdə olmuş, sonra isə saat 13:00-a qədər olan dövrdə Elnarə Quluzadəni gözəllik salonuna ötürmüşdür. Cinayət işinin 1-ci cild 25-ci vərəqəsində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” pro tokoldan görünür ki, xx.xx.2021-ci ildə saat 14-30-dən saat 14-46-dək Məhkum üstündə BMCMİ-nin Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X12 tərəfindən müdafiəçinin və DİN-nin BMCMİ əməliyyat müvəkkillərinin polis kapitanı Şahid1 və polis leytenantı X11 iştirakları ilə axtarış aparılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, əməliyyat orqanının sənədləşmələrində qeyd edilən vaxtın (saat 12:35) gerçəkliyi əks etdirib-etdirməməsi aydınlaşdırılmalı və həmin vaxtın gerçəkliyi əks etdirdiyi təqdirdə, Məhkum tutulduqdan sonra 2 saat ərzində harada saxlanması və axtarışın 2 saat sonra keçirilməsinin səbəbləri araşdırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası xatırladır ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı” işi üzrə Qərarında aşağıd akıları qeyd etmişdir: “65. Məhkəmə təkrar edir ki, cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v.Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008)).

66. Hazırkı işin hallarına gəlincə Məhkəmə ilk öncədən qeyd edir ki, ərizəçinin əvvəldən təqsirləndirildiyi üç cinayətdən ikisi üzrə ittiham sonradan bir çox maddi və prosessu al hüquq normalarının pozulması ilə əlaqədar yerli məhkəmələr tərəfindən rədd edilmiş və ərizəçi sonda qanunsuz narkotik saxlamağa görə məhkum edilmişdir. Onun barəsində ittiham hökmü yalnız maddi sübuta, yəni polis tərəfindən 2005-ci il 17 martda həyata keçirilmiş axtarış nəticəsində onun üzərində və avtomobilində tapılmış narkotik maddəyə əsasən çıxarılmışdır.

67. Belə olan halda Məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbədə, sübutun mötəbərliyini təkzib etmək və ölkə daxili proseslərdə ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdıracaq (bax: yuxarıda qeyd edilmiş “Bıkov” işi, 90-cı bənd və “Lisica Xorvatiyaya qarşı” (Lisica v. Croatia, no. 20100/06, §§ 51-54, 25 February 2010)).

68. Birinci sualla bağlı Məhkəmə hesab edir ki, bir sıra çatışmazlıqlar mövcuddur.

69. Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi...

70. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olması nı güman etməyə əsas verən heç bir dəlil yoxdur. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın deyil.

73. İkinci məsələyə gəlincə, Məhkəmə qeyd edir ki, ərizəçi onun üzərində və avtomobilində tapılmış maddi sübutun mötəbərliyi məsələsini istər cinayət prosesinin başlanğıcında, istərsə də bütün məhkəmələrdə keçirilmiş proseslərdə qaldırmışdır. Lakin bu məsələyə ölkə məhkəmələri adekvat şəkildə baxmamışdır. Belə ki, onların qərarlarında bu məsələyə toxunulmamışdır.

74. Məhkəmə bununla bağlı qeyd edir ki, ərizəçinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsini son olaraq müəyyən etmiş Apellyasiya Məhkəməsinin 2006-cı il 22 dekabr tarixli qərarı ərizəçinin əleyhinə N.V. və H.M.-nin ifadələri kimi digər sübutların istifadə edilməsini istisna etmiş, lakin 2005-ci il 17 mart tarixində həyata keçirilmiş axtarış zamanı əldə edilmiş sübutlardan istifadə məsələsinə toxunmamışdır. Ali Məhkəmənin ərizəçinin üzərində və avtomobilində axtarışın hansı səbəbdən həbs yerində dərhal həyata keçirilmədiyini araşdırmağı apelyasiya məhkəməsindən xahiş etməsinə baxmayaraq Apellyasiya Məhkəməsi 2006-cı il 22 dekabr tarixli qərarında bu məsələyə toxunmamışdır.

75. Hər bir halda ərizəçinin sübutun mötəbərliyi və ondan ölkə məhkəmələri tərəfindən istifadə edilməsi ilə bağlı şikayətlərinə ölkə məhkəmələri tərəfindən onun barəsində sözü gedən bu sübut əsasında ittiham hökmü çıxarılan zaman baxılmamasının səbəblərinə ölkə məhkəmələri və ya Hökumət tərəfindən hər hans ı izah verilməmişdir. Buna görə də Məhkəmə ərizəçiyə sübutun mötəbərliyini təkzib etməsi və ondan ölkə məhkəmələrində istifadəyə etiraz etməsi üçün imkan yaradılmadığı nəticəsinə gəlməyə bilməz. Belə ki, onun bununla bağlı şikayətlərini ölkə məhkəmələri heç bir səbəb göstərmədən araşdırmamışlar.

76. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir.

77. Beləl iklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir.” -Şahid Elnarə Quluzadənin telefonun danışıq cədvəli götürülməklə Məhkum taksi sifariş edib-etməməsi dəqiqləşdirilməlidir. Həmin məsələnin dəqiqləşdirilməsi həm şahid kimi taksi sürücüsünün müəyyən edilib dindirilməsi, həm də Məhkum tutulması vaxtına dair əməliyyat orqanının tərtib etdiyi sənədlərin gerçəkliyi əks etdirib-etdirməməsi üçün zəruridir. -İş materiallarından görünür ki, müdafiə tərəfi Məhkum ifadəsində adı çəkilən taksi sürücüsünün müəyyən edilməsi üçün tədbirlər görülmüş, lakin taksi sürücüsü müdafiə tərəfinin təklifi ilə məhkəməyə gəlməkdən imtina etmişdir. Lakin məhkəmə həmin şəxsin məhkəməyə şahid qismində gətirilməsi üçün heç bir tədbir görməmişdir. Ona görə də, həmin şahidin məhkəməyə gətirilib dindi rilməsi üçün zəruri tədbirlər görülməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyası məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hökmünü ləğv edərək onun əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə kollegiyası apelyasiya protestinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi şahid ifadələri əsasında Məhkum satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini və onun psixotrop maddələrin satışı ilə məşğul olmasını müəyyən etməyin mümkün olmadığını qeyd etsə də, iş üzrə şahidlər birinci instansiya məhkəməsində şahid qismində dindirilm iş Şahid1 və Şahid2 ifadələrində onlara daxil olmuş əməliyyat məlumatında Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, eləcə də satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək üzərində saxlaması və daşıması barədə olmasını təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası CM-in 234.4.3- cü maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli cinayət olmaqla, satış məqsədilə narkotik vasitə və ya psixotrop maddəni əldə edildiyi, saxlanıldığı, daşıdığı andan başa çatmış hesab edilməsini nəzərə almamış, işin faktiki hallarına uyğun olmayan, özünün mülahizələrinə əsaslanan dəlillər gətirməklə Məhkum əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməklə düzgün nə ticəyə gəlməmişdir.... İşin hallarından aydın müəyyən olunur ki, 13 aprel 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 12:35-də ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumilikdə 10,533 qram çəkidə eyni tərkibli psixotrop maddə metamfetamin əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,719 qram, 3,374 qram və 3,440 qram olmaqla aşkar edilərək götürülmüş, bununla da psixotrop maddələrin qanunsuz yayılmasının qarşısı alınmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 2 8 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqs ədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə protokolu, o cümlədən iş üzrə keçirilmiş 14 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkə mə Ekspertizası Mərkəzinin 6/1445 nömrəli rəyindən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Məhkum aşkar edilmiş metamfetamin 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,719 qram, 3,374 qram, 3,440 qram, ümumi təmiz çəkisi 10,533 qram olmaqla çəkilib xırda bükülülərdə olmuşdur ki, həmin xüsusat əldə edilmiş psixotrop maddənin məhz satış məqsədi ilə əldə edildiyini bir daha təsdiq edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqda rına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci və 2-ci siyahı, narkotik vasitələr və psixotrop maddələr)» əsasən, metamfetamin psixotrop maddəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkum aşkar edilərək götürülmüş psixotrop maddə eyni tərkibli ayrı-ayrılıqda təmiz çəkiləri 3,719 qram, 3,374 qram və 3,440 qram çəkidə, ümumilikdə 10,533 qram olmaqla külli miqdar təşkil edir. Eyni zamanda işdən göründüyü kimi, iş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən, Məhkum müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, müayinə zamanı Məhkum Məhhərəm oğlu narkomaniya xəstəliyindən əzab çəkmədiyi, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaması müəyyən edilmişdir. Təqsirləndirilən Məhkum narkotik vasitələrin istifadəçisi olmadığı halda, 10,533 qram çəkidə, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq, həm də ayrı-ayrı bükümlərdə olmaqla psixotrop maddə metamfetamini əldə edib üzərində saxlaması digər sübutlarla birgə Məhkum psixotrop maddəni məhz satış məqsədi ilə əldə etdiyini bir daha təsdiq edir.” Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin kifayət qədər araşdırma aparmadan, təqsirləndirilən şəxsin tutulması, onun üzərində axtarışın aparılması zamanı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasını, şəxsin qanunla qorunan hüquqlarının təmin edilib-edilməməsini araşdırmadan gəldiyi həmin nəticəni əsaslı hesab etmək olmaz. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərini pozaraq cinayət təqibi üzrə toplanmış süb utları tam, hərtərəfli və obyektiv yoxlamamışlar. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur ki: “14. Əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakç ılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-in 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır.

15. Məhkəmələr əlavə sübutların tədqiq edilməsinə dair vəsatətlər üzrə nəticəyə gələrkən belə vəsatətlərin rədd edilməsi haqqında qərarlarda gəldikləri nəticələrin motivlərinin göstərilməsini vacib hesab edən Avropa Məhkəməsinin mövqeyini də nəzərdən qaçırmamalıdırlar. Konkret olaraq, əlavə şahidin dindirilməsi barədə müdafiə tərəfinin vəsatətinin rədd edilməsinə dair şikayətl ərlə əlaqədar olaraq, Avropa Məhkəməsi “Murtazaliyeva Rusiyaya qarşı” [BP] (Murtazaliyeva v. Russia [GC], № 36658/05, 18 dekabr 2018-ci il, § 158) işi üzrə qəbul etdiyi qərarında müvafiq qaydanı müəyyən etmişdir. Həmin qaydaya görə, bu növdən şikayətlərə baxarkən, aşağıda göstərilən üç pilləli testlə müəyyən edilən məsələlər mütləq araşdırılmalıdır: 1) müdafiə tərəfinin əlavə şahidin dindirilməsi barədə vəsatətinin kifayət qədər əsaslandırılmış və ittihamın mahiyyətinə aid olub-olmaması; 2) işə mahiyyəti üzrə baxan məhkəmənin dindirilməsi təklif olunan əlavə şahidin verə biləcək ifadənin işin mahiyyətinə aid olub-olmamasını araşdırıb, vəsatətin rədd edilməsi haqqında qərarı kifayət qədər əsaslandırması; 3) əlavə şahidin dindirilməsi barədə vəsatətin rədd edilməsi haqqında qərarın məhkəmə p rosesinin ədalətli nəticə ilə yekunlaşmasına mənfi təsir göstərib-göstərməməsi. Birinci suala münasibətdə Avropa Məhkəməsi müəyyən etmişdir ki, vəsatətdə əlavə şahidin verəcəyi ifadənin obyektiv baxımdan həqiqətin müəyyən edilməsinə, məhkəmə baxışının nəticələrinə, müdafiənin güclənməsinə, təqsirləndirilən şəxsin alibisinin müəyyən edilməsinə, onun bəraət almasına və s. bu kimi məsələlərə necə və nə dərəcədə təsir edə biləcəyi haqda məlumat öz əksini tapmalıdır. İkinci suala cavab verərkən ilk növbədə nəzərə alınmalıdır ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndi müdafiə tərəfinin təklif etdiyi hər bir əlavə şahidin dindirilməsini tələb etmir, onun məqsədi tərəflərin bərabərliyinin təmin edilməsidir. Buna görə, müdafiə tərəfi məhkəmə qarşısında kifayət qədər əsas landırılmış vəsatət qaldırdıqda, belə vəsatətə ətraflı münasibət bildirmək məhkəmənin vəzifəsidir. Vəsatətlə bağlı qəbul edilmiş hər bir qərarda vəsatətin məzmununun işin halları ilə müqayisədə qiymətləndirilməsi öz əksini tapmalı, qiymətləndirmənin həddi və dərəcəsi vəsatətdə göstərilən əsaslara mütənasib olmalıdır. Müvafiq olaraq, müdafiə tərəfi vəsatətdə tutarlı əsaslar göstərdikdə, onun rədd edilməsi barədə qərar qəbul edən məhkəmə ciddi və ətraflı əsaslara istinad etməlidir. Üçüncü suala münasibətdə Avropa Məhkəməsi müəyyən etmişdir ki, əlavə şahidin dindirilməsinə dair vəsatətin rədd edilməsi haqqında məhkəmə qərarına qiymət verilərkən, hər bir işdə mütləq qaydada belə qərarın ədalətli yekun məhkəmə qərarının qəbul edilməsinə təsiri nəzərdən keçirilməlidir. Bu məqsədlə təqsirləndiril ən şəxsin vəkillə təmsil edilib-edilməməsi, müdafiəsini səmərəli şəkildə qurmağa, əleyhinə ifadə vermiş şahidlərin dindirilməsində və əleyhinə istifadə edilən sübutların qiymətləndirməsində iştirak etməyə, əleyhinə ifadə vermiş şahidlərə suallar verməyə, öz xeyrinə sübut və baş vermiş hadisələr haqqında öz fərziyyəsini bildirməyə imkanlarının olub-olmaması, təqsirin digər, o cümlədən ittiham tərəfinin şahidlərinin yetərli ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, əməliyyat-axtarış materialları və s. sübutlarla təsdiq edilib-edilməməsi nəzərə alınmalıdır.

27. Şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müva fiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər.

28. Məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhk əməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təsfir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən irəli gələn araşdırmaları yerinə yetirməmişlər. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyil dir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutlar ın məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin ü zərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli hökmü ləğv edilməli və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli hökmü ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar