Məhkəmə qərarları › İş №1(102)-135/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-135/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-135/2024 15.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X3 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X3 və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş şəxs, Bəraət almış şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası C M-in və ya CM-in) 128-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2023-cü il tarixli, 1(103)-995/2023 nömrəli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Bəraət almış şəxs Təqsirləndirilən şəxs xx.xx.1997-ci ildə Rusiya Federasiyasının Krasnoyarsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmam ış, Nərimanov rayonu, ***-**** K-tikilisi, Ə.Əliyev küçəsi, giriş 2, ev 26, mənzil 705 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayır.

2. Bəraət almış şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 04 dekabr 2021-ci il tarixdə günorta saatlarında ünvan 3 ünvanında yaşadığı evdə anası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı arxa tərəfdən yaxınlaşaraq əvvəlcə əlləri ilə sonuncunun boğazı və ağız hissəsindən sıxmaqla boyun nahiyəsinin qançırı ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarətə aid olduğu üçün dərəcəsi təyin edilməyən, daha sonra sağ əlinin yumruğu ilə bir neçə dəfə Zərərçəkmiş şəxs sifətinin sağ hissəsinə, o cümlədən gözü, sifət və burun nahiyələrindən qəsdən vur araq ona burun nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətə aid olduğu üçün dərəcəsi təyin edilməyən, habelə sağ gözü ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözün bayır bucağının qançırı, sağ almacıq nahiyəsinin dərialtı hematoması ilə nəticələnən, dərəcələrinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim X7) 24 fevral 2023-cü il tarixli, 1(008)-58/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə bəraət verilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqınd a iltizam qətimkan tədbirinin ləğv edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının izah edilməsi, cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldığından hökmün qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna göndərilməsi müəyyən edilmişdir.

4. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət məhkəmə tərkibində) 25 aprel 2023-cü il tarixli, 1(103)995/2023 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə bəraət verilməsinə dair 1(008)58/2023 nömrəli, 24 fevral 2023-cü il tarixli hökmünün apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin Apellyasiya ins tansiyası məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti və Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya protestinin, kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı kassasiya protestində cinayət işi materiallarında öz əksini tapan sübutlar siyahısına və bir sıra qanunvericilik aktlarına istinadlar edərək, protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edərkən sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və bunun nəticəsi olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə Təqsirlənd irilən şəxs əsassız bəraət vermişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2023-cü il tarixli, 1(103)-995/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.

8. Zərərçəkmiş şəxs kassasiya şikayətinin dəlilləri qismində zərərçəkmiş şəxs qismində barəsində olan işə ədalətli baxılmadığını qeyd edərək, məhkəmə kollegiyasından Təqsirləndirilən şəxs bir il müddətinə azadlıqdan məhrum edilməsini xahiş etmişdir.

9. Qərardan bəraət almış şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir.

10. Kassasiya protestinə və zərərçəkmiş şəxsin kas sasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs kassasiya protestinin dəlillərinə etiraz edərək, kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən bəraət almış şəxs Təqsirləndirilən şəxs kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya ins tansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Dövlət ittihamçısı kassasiya protestində, həmçinin zərərçəkmiş şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə Təqsirləndirilən şəxs əsassız bəraət verildiyini iddia edərək, xahişlərini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsasla əlaqələndirmişdir.

19. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və zərərçəkmiş şəxsin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxı mından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlər ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2023-cü il tarixli, 1(103)-995/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

21. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsində əməldə cinayət tərkibinin olmaması bəraətin əsaslarından biri kimi göstərilmişdir.

22. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hal larla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

23. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yol verilməzdir (maddə 33.4).

24. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

25. CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).

26. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

27. CPM-in 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.

28. Kassasiya protestində və kassasiya şikayətində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu norm alarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

29. Belə ki, iş üzrə tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində ittiham edilmişdir.

30. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı araşdırılan sübutlara əsasən ittiham aktında göstərilən hadisənin törədilməsinə dair Zərərçəkmiş şəxs və Şahid ziddiyyətli ifadələri mövcud olmuşdur. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zamanova (Mahmudova) Mərziyə Valeh qızı xx.xx.2021-ci il tarixdə yaşadıqları Zabrat qəsəbəsi, X.Vəliyev küçəsi ev 10B ünvanında yerləşən evdə axşam namazından sonra saat 7-yə qalmış oğlu Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət yetirildiyini bildirsə də, məhkəməyədək ibtidiai istintaq zamanı ifadəsində qeyd edilən cinayət hadisəsinin xx.xx.2021-ci il tarixdə saat 15:30 radələrində törədildiyini bildirməklə cinayət hadisəsi ilə bağlı kəskin ziddiyyət təşkil edən ifadə vermişdir ki, irəli sürülən ittihamda da hadisənin məhz günorta saatlarında baş verməsi qeyd edilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı proses iştirakçılarının iştirakı ilə video fayla baxış keçirilərkən, eləcə də 102 Xidmətinə məlumatın daxil olma vaxtından mübahisənin xx.xx.2021-ci il tarixdə saat 17-18 radələrində baş verməsi müəyyən edilmişdir.

31. Həmçinin, birinci instansiya məhkəməsi ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Şahid məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində, hadisə baş verən gün, yəni xx.xx.2021-ci il tarixdə hadisə yerində olmadığını, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisənin şahidi olma dığını, hadisə barədə xx.xx.2021-ci il tarixdə Rafael adlı istintaqa məlum olmayan şəxs tərəfindən ona məlumat verildiyini bildirmişdir. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş Şahid ifadəsi təqsirləndirilən şəxsin ona ittiham olunmuş əməli törətməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

32. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, zərərçəkən Zərərçəkmiş şəxs ifadələri həm özüözlüyündə ziddiyyətli, həm də artıq cinayət işi materiallarda mövcud olan digər sübutlarla uzlaşmadığından, həmin ifadələrin obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edilməsi istisna olunur. Hər bir halda sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətm əsini təsdiq edən nöqtəyə çatmalı, əksi isə təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən yararlanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilənin bir cinayətdən cəzalandırılmasının təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsidir. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq onun ittihamın əsasını təşkil edə bilməz. Cəza məhkumiyyəti araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edilərək çatılan ehtimalı qənaətə deyil, dəqiq və açıq bir isbata söykənməli və bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Hazırkı işdə isə ibtidai araşdırma orqanı tə rəfində əldə edilmiş və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Müəyyən olunmuş bu ziddiyyət ittihamın sübuta yetirilməsində kifayət qədər əsaslı şübhələr yaratmaqla həmin şübhələrin aradan qaldırılması üçün hər hansı bir digər sübut məhkəmə tərəfindən müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs, şahidlər L.Ə.Zamanova, Ə.V.Zamanov və V.Ə.Zamanovun həm təhqiqat və istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr oxşar olmaqla ziddiyətli olmamış, həmin ifadələrdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub xəsarət yetirməsinə dair hər hansı xüsusat göstərilməmişdir.

33. Göründüyü kimi, birinci instansiya məhkəməsi hökmdə iş üzrə toplanmış sübutları oby ektiv müqayisə edib, onların məcmusu əsasında müəyyən etdiyi halları, xüsusilə də Zərərçəkmiş şəxs xəsarətlərin nə vaxt və kim tərəfindən yetirilməsinin mübahisə doğuran hal olduğunu, həmin hal üzrə ziddiyyətli və şübhəli məqamların olmasını nəzərə alıb, belə vəziyyətdə sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olmasına dair Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə, cinayət mühakimə icraatının prinsiplərinə, o cümlədən təqsirsizlik prezumpsiyasına tam uyğun olaraq – təqsirliliyinin sübuta yetirilməməsi və Təqsirləndirilən şəxs Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında nətic əyə gəlmişdir.

34. Belə olan halda həmin hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarı da əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

35. Odur ki, məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya protestində və kassasiya şikayətində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə qərarının ləğv edilməsini və həmin müraciətin təmin edilməsini mümkün hesab etmir.

36. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2023-cü il ta rixli, 1(103)-995/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2023-cü il tarixli, 1(103)-995/2023 nömrəli qərarı Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar