Məhkəmə qərarları › İş №1(102)-1350/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1350/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1350/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi il ə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, hakimlər: X5 və X3 ibarət tərkibdə) 25 yanvar 2022-ci il tarixli hökmü ilə xx.xx.1977-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi işlə məşğul olan, himayəsində bir azyaşlı uşağı olan, Cəlilabad rayonu Zəhmətabad kəndində qeydiyyatda olan, Bakı şəhəri Səbail rayonu 20-ci sahə E.Əzizov küçəsi dalan 2, ev 12B-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan - 30 mart 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Qasımov Faiq Adil oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə) 29 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli hökmü məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 10,136 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, bir ədəd bükümdə təmiz çəkisi 14,384 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 30 mart 2021-ci il tarixdə saat 22:00 radələrində Yasamal RPİ-nin 26-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tə dbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış aparılarakən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən həmin narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüş, həmçinin onun məlumatı və ərizəsi əsasında həmin tarixdə saat 23:45 radələrində yaşadığı ünvan 1 ünvanda baxış keçirilən zaman evin həyətində sanitar qovşağının sağ tərəfində olan kərpiclə hörülmüş manqalın içərisində sol tərəfdə olan idman çantasının içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 33,587 qram tünd qəhvəyi rəngli maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 371,890 qram, 35,422 qram, 49,038 qram, 49,695 qram, ümumi təmiz çəki ləri 506,045 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 94 qram, 488 qram, 984 qram, ümumi təmiz çəkiləri 1566 qram olan külli miqdara kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərlərində “Methadone 40.. Faran” göstəriciləri olan 06 ədəd blisterdə ümumilikdə 60 ədəd üzərilərində “F\M40” yazısı həkk olunmuş dərman tabletlərinin tərkibində təsiredici maddəsinin miqdarı 2,4 qram olan külli miqdarda narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi ilkin iclasın qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli ittiham hökmünü və hazırlıq iclasının qərarını ləğv edilərək cina yət işinin həmin məhkəmənin hazırlıq iclası mərhələsinə göndərilməsi barədə qərar qəbul etməli idi. Belə ki, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs Məhkum müdafiə hüquqları təhqiqat və ibtidai istintaq oranları tərəfindən kobud surətdə pozulmuşdur. Həmin pozuntular barədə Bakı Apellyasiya Məhkəməsinin ilkin iclasında təqdim etdiyi vəsatətdə göstərilən dəlillər və qanun pozuntuları müzakirə edilməmiş, sədrlik edən hakim həmin dəlil və pozuntuları məhkəmə baxışında müzakirə ediləcəyini bildirsə də, sonradan müzakirəsindən yayınmışdır. Məhkəmnin ilkin iclasında müzakirə edilməli olan qeyd edilən məsələlər məhkəmə baxışında da müzakirə edilməmiş, vəsatəti nə 18 mart 2022-ci il tarixli ilkin iclasın qərarında, nə də 29 mart 2022-ci il tarixli yekun qərarında müzakirə edilməmişdir. Hal buki, hazırkı cinayət işi üzrə təhqiqat və istintaq aparılarkən müdafiə etdiyi təqsirləndirilən şəxs Məhkum müdafiə hüquqları kobud surətdə pozulmuşdur. Prosessual hərəkətlər Məhkum şəxsi axtarış və götürmə aparılanadək tərtib edilmişdir. Hələ axtarış aparılmadan, şübhəli şəxsi tutma qərarı və Protokolu olmadan Məmmədov Cavanşir müdafiəçi qismində dəvət edilmiş, Məhkum CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədən şəxs qismində müdafiəsi üçün əvvəlcədən 30 mart 2021-ci il tarixli 3938 saylı order tərtib edilmişdir. Məhkum üzərində axtarış və götürmə Protokolu 30 mart 2021-ci il tarixdə saat 22:50-dən 23:15-dək, yəni polis bölməsinə gətirildikdən təxminən 2 saat sonra, müdafiəçi dəvət edilərək təqdim edildikdən, əsas posessual hərəkətləri edildikdən sonra, özü də müd afiəçinin iştirakı ilə tərtib edilmiş, imzası ilə təsdiq olunmuşdur. Vəkil özünü əməliyyat-axtarış fəaliyyətinin subyekti kimi aparmışdır. Vəkil Məmmədov Cavanşir müdafiəçi vəzifəsini yerinə yetirmək əvəzinə qanunsuz prosessual sənədlərin tərtibində bilavasitə iştirak etmişdir O, əslində təhqiqat üçün "əlverişli" şəxs kimi Məhkum deyil, təhqiqatçının maraqlarına uyğun olaraq işə cəlb edilmişdir. Vəkil Məmmədov Cavanşir istintaqçıların da maraqlarına uyğun olduğundan qanunsuz müdafiəçi fəaliyyətini cinayət işi məhkəməyə göndərilənədək davam etdirmişdir. O, hələ hüquqi əsas yaranmadığı halda nə üçün müdafiəçi qismində cəlb edilməsinə, əməliyyat- axtarış fəaliyyətinin, təhqiqat və istintaqın ərazi aidiyyəti pozulmaqla aparılmasına etiraz bildirməmişdir. Cavanşir Məmmədovun müdafiəçi qismində cəlb edilməsi qanunsuz olmuşdur. Belə ki, O, şübhəli şəxsin müdafiəçisi kimi dəvət edilərkən Məhkum barəsində tutma qərarı, tutma protokolu olmamış, qətimkan tədbiri seçilməmişdir. Onun üzərində axtarış aparılaraq narkotik vasitələr və psixotrop maddələr aşkar olunmamışdır. Məhkum yaşadığı ünvan 1 ünvanda narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilərək götürülməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb edilə bilməz, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, narkotik vasitələrin və psixotrop maddələr Məhkum tərəfindən könüllü təhvil vermə kimi qiymətləndirilməlidir. Beləliklə, Məhkum sonradan sərəncam vermək imkanı olduğu halda (özü və digər şəxslər vasitəsilə) yaşadığı ünvandakı həyətdə ona məxsus başqa narkotik vasitələrin və psixotrop maddələri gizlətdiyini, onların gizlədildiyi yer barədə polis orqanına özü, könüllü olaraq, təklif olmadan öz izahatında bildirmiş, öz yazılı məlumatına əsasən aparılan axtarış zamanı narkotik vasitələrin və psixotrop maddələrin gizlədildiyi yeri göstərmiş, tapılmasına köməklik göstərmişdir. Ona görə də, bu epizod üzrə Məhkum cinayət məsuliyyətinə cəlb edərək cəzalandırmaq olmaz. Ona bəraət verilməlidir. İttiham hökmünə görə Məhkum istintaq məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 10,136 qram olan kustar üzulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, bir ədəd bükümdə xalis çəkisi 14.384 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 30 mart 2021-ci il tarixdə 22:00 radələrində Yasa mal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 26-cı PB-nin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən həmin narotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Həmin cinayət epizodu üzrə də Məhkum bəraət verilməlidir. Belə ki, yuxarıda qeyd olunan əməliyyat-axtarış tədbiri Yasamal rayon Polis İdarəsi 26-cı PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 "Əməliyyataxtarış tədbirinin həyata keçirilməsi barədə" 30 mart 2021-ci il tarixli qərarına əsasən həyata keçirilmidşir. Qərarın 30 mart 2021-ci il tarixdə tərtib edildiyi göstərilsə də, (vərəqə 7) qərarın qəbulu ü çün hüquqi əsas 26-cı PB-nin rəisi Faiq Bədəlovun 31 mart 2021-ci il tarixli əmri olmuşdur. Həmin əmrlə əməliyyat keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 həmin qrupa daxil edilmişdir. Şahid1 yalnız bundan sonra qeyd olunan "Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə" 30 mart 2021-ci il tarixli qərarı hazırlaya və əməliyyatın keçirilməsinə rəhbərlik edə bilərdi. İşin bu halı qərarın əməliyyat keçirildikdən sonra tərtib edildiyini, bu zaman rəisin əmri ilə uzlaşdırılmadığını sübut edir. Məhkum üzərində şəxsi axtarış və götürmə saxlanılaraq polis bölməsinə gətirildikdən 1 saat 50 dəqiqə keçdikdən sonra aparılmağa başlanmışdır. "Şəxsi axtarış və götürmə aparılması haqqında" Protokol 30 mart 2021-ci il tarixdə saat 22:50-də n 23:15-ədək tərtib edilmiş, axtarış zamanı Məhkum üzərində narkotik vasitələr və psixotrop madələr aşkar edilərək götürüldüyü göstərilmişdir. Təhqiqat orqanı şübhəli şəxsi tutma barədə Qərarı və Protokolu Məhkum üzərində faktiki olaraq narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək götürüldükdən sonra tərtib etmişdir. Bunu sonradan tərtib edilmiş "Şəxsi axtarış və götürmə aparılması haqqında" Protokol 30 mart 2021-ci il tarixli Protokolun məzmunundan da görmək mümkündür. Təhqiqat orqanı həmin protokolu əvvələ aid etməklə sonradan tərtib edərək qanuniliyinin təsdiq edilməsi üçün məhkəməyə təqdim olunmasından yayınmaq məqsədini güdmüşdür. Bunula da sübutun qanuni əsaslarla əldə edilməsinin təmin edilməsi barədə qanunvericiliyin tələblərini kobud surətdə pozmuş, 48 saat ərzində "Əm əliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə" 30 mart 2021-ci il tarixli qərara əsasən həyata keçirilmiş əməliyyat-axtarış fəaliyyətinin nəticəsini əks etdirən "Şəxsi axtarış və götürmə aparılması haqqında" Protokol qanunliyinin təsdiq edilməsi üçün məhkəmə nəzarətini həyata keçirən məhkəməyə təqdim edilməmişdir. Ona görə də, həmin Protokol əsasında Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsi və cəzalandırılması qanunsuzdur. Məhkum barəsində əməliyyat-axtarış fəaliyyəti tədbirlərinin görülməsi üçün əsas hesab edilmiş, cinayət işində olmayan, məhkəmə tərəfindən 26-cı Polis Bölməsindən dəfələrlə tələb edilsə də təqdim edilməyən, guya prokurorluğun əməliyyat tapşırığı kimi təqdim edilən əməliyyat tapşırığığının xəyali bir sənəd olması, Məhkum Səbail rayonunun ərazis ində yaşamasına baxmayaraq Yasmal rayon Pİ 26-cı PB-nin əməkdaşaları tərəfindən həmin rayonun müvafiq polis orqanı xəbərdar edilmədən və əməliyyata qeyd olunan orqanın nümayəndələrinin cəlb edilmədən həyata keçirilməsi əməliyyat-axtarış fəaliyyətinin qanuniliyini şübhə altına alır. Məhkum bədəninin müxtəlif nahiyyələrində çoxsaylı xəsarətlər ekspert rəyi ilə təsdiq olunmuşdur. Onun bədənində olan gözlə görünən xəsarətlərin yetirilməsi səbəbi təhqiqatçı və müstəntiqələr tərəfindən öz təşəbbüsləri ilə araşdırılmamışdır. Həmin xəsartləri barədə Məhkum özünün məlumatı əsasında sonradan məhkəmə tərəfindən, müayinə zamanı isə təcridxanada aşkar edilərək prokurorluğa məlumat verilmişdir. Məhkum həmin xəsarətlərin ona polis işçiləri tərəfindən cinayəti etiraf etməsi üçün yetirilməsi barədə məhkəmə də və prokurorluğa verdiyi ifadələrində göstərilmişdir. İşin həmin halları başqa sübutlarla təkzib edilməmişdir. Bu isə xəsarətlərin tututarkən deyil, işgəncə nəticəsində yetirilməsinə, cinayət işi üzrə sübutların qanuni əsaslarla əldə edilməsinə ciddi şübhələr yaradır. Məhkum tutulduqdan dərhal sonra tutulduğu və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat verilməməsi əməliyyat- axtarış fəaliyyəti subyektlərinin fəaliyyətində aşkarlığın və qanunçuluğun təmin edilməməsinə dəlalət edən haldır. Məhkum üzərində axtarışın aparılması barədə protokolun tutulduqdan dərhal sonra deyil, iki saata yaxın vaxt keçdikdən sonra tərtib edilməsi, cinayət işinə əlavə edilmiş prosessual sənədlərin tələb olunan qaydada qeydə alınmaması və ya ümumiyyətlə qeydə alınmaması sübutların qanuniliyinin təmin edilmədiyini, qanunlar pozulmaqla toplandığını təsdiq edir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2022-ci il tarixli ilkin iclasının qərarını və 29 mart 2022-ci il tarixli yekun qərarını ləğv edərək cinayət işini yenidən baxılmaq üçün həmin məhkəmənin ilkin iclası mərhələsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi bi rinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdırmış, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspert rəyi və işin digər obyektiv halları ilə tam təsdiq olunmuş, həmin sübutlara əsasən Məhkum ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Həmin sübutlara əsasən Məhkum ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş Məhkum əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, o cümlədən bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş: A xtarış və götürmənin aparılması haqqında protokoldan görünür ki, Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən 30 mart 2021 -ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı saat 22:00-da ünvan 4 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmiş Məhkum paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 02 aprel 2020-ci il tarixli qərara əsasən Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Məhkum barəsində şəxsi axtarış və götü rmə aparılmışdır. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı «İphone» markalı mobil telefon cihazı istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamışdır. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Məhkum Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıidığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etrnək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş dir. Şübhəli şəxs Məhkum bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Məhkum əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellafon bükümü təqdim edərək içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, bu narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 2021-ci ilin mart ayının ortalarında Cəlilabad rayonunda üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən 450 manata aldığını və satmaq və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini və 30 mart 2021-ci il tarixdə sa at 22:00-da ünvan 6 ünvanının qarşısında saxlanılaraq Yasamal RPl-nin 26-cı PB-nə gətirildiyini bildirmişdir. Məhkum təqdim etdiyi iki ədəd şəffaf sellafon bükümdə tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin və ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminin olması aşkar edilmişdir. Aşkar olunmuş iki ədəd sellafon bükümdəki narkotik vasitə heroinə bənzər maddə və psixotrop maddə metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 170 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Məhkum gödəkçəsinin sol çöl cibindən X4 məxsus şəxsiyyət vəsiqəsi və "SAİPA SAİNA” markalı, 99- PH-806 d.q.n-lı avto mobilin qeydiyyat şəhadətnaməsi aşkar edilərək götürülmüşdür. Cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir; Baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 8 ünvana baxış keçirilmişdir. Həmin ünvan ümumi həyətdə yerləşən üç otaqlı yaşayış sahəsindən ibarətdir. Həyətyanı sahənin sağ tərəfində sanitar qovşağın sol tərəfində saxlanc yeri və yaşayış sahəsinin, qarşıda həyətin giriş qapısının, arxa tərəfdə isə digər sakinlərə məxsus fərdi yaşayış evlərinin olması müşahidə edilir. Baxış keçirilərkən Məhkum sanitar qovşağın sağ tərəfində olan kərpiclə hörülmüş manqalın içərəsində, sol tərəfdə içərisində narkotik vasitə və psixotrop maddələr olan qara rəngli idman çantasını təqdim etmişdir. Həmin çanta açılarkən içərisində üç ədəd şəff af sellafona bükülmüş narkotik vasitə heroinin, dörd ədəd şəffaf sellafona bükülmüş psixotrop maddə metamfetaminin, bir ədəd şəffaf sellafona bükülmüş narkotik vasitə olan tiryəkin, hər birinin içərisində 10 ədəd olmaqla 6 ədəd narkotik vasitə olan metadonun, 1 ədəd qırmızı dəstəkli qayçının, bir qutu içərisi boş şəffaf sellafonun və bir ədəd "MH-200” markalı elektron tərəzi olması aşkar edilmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin çəkisi elektron tərəzi ilə ölçülərkən ümumi çəkisi 2135 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş içərisində narkotik vasitə və psixotrop maddələr olan 01 ədəd qara rəngli, idman çantası cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd qara rəngli sellafonda qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 170 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkum yaşadığı 12 b saylı mənzilə və saxlanc yerinə baxış keçirilən zaman cinayət təqibi üçün sübut əhəmiyyətinə malik ola biləcək digər hər hansı əşya və predmet aşkar edilməmişdir. Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində narkotik vasitələrin və psixotrop maddələr Məhkum tərəfindən könüllü təhvil vermə kimi qiymətləndirilməli olmasına dair göstərdiyi dəlilini müzakirə edərək aşağıdakıları qeyd edir: "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 19 iyun 2019-cu tarixli qərarında müəyyən edilmişdir ki, könüllü gəlib təqsirini boynuna alma şəxsin istintaq, təhqiqat və ya digər dövlət orqanına müəyyən təs ir və təzyiq tədbirlərinin nəticəsində deyil, könüllü gəlməsindən və törədilmiş və ya hazırlanan cinayət, yaxud da onda iştirakı barədə düzgün məlumat verməsindən ibarət olmalıdır. Bu mənada nəzərə almaq lazımdır ki, müəyyən təsir və təzyiq nəticəsində şəxsin öz təqsirini boynuna alması və şübhəli şəxs kimi saxlandığı zaman cinayət hadisəsini törətməkdə iştirak etməsini etiraf etməsi halları könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeyd hissəsinə əsasən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının al ınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. Lakin göründüyü kimi Məhkum bir ədəd bükümdə təmiz çəkisi 10,136 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, bir ədəd bükümdə təmiz çəkisi 14,384 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 30 mart 2021-ci il tarixdə saat 22:00 radələrində Yasamal RPİ-nin 26-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ ya n cibindən həmin narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, Məhkum əməlində narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil vermə əlaməti yoxdur və bu barədə apellyasiya instansiyası məhkəməsinini gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin apellyasiya şikayətinini dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayətində əməliyyat-axtarış tədbirinin Yasamal rayon Polis İdarəsi 26-cı PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 "Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə" 30 mart 2021-ci il tarixli qərarına əsasən həyata keçirilməsi, qərarın 30 mart 2021-ci il tarixdə tərtib edildiyi göstə rilsə də qərarın qəbulu üçün hüquqi əsas 26-cı PB-nin rəisi Faiq Bədəlovun 31 mart 2021-ci il tarixli 220-092-21 saylı Əmri olması ilə bağlı göstərdiyi dəlilinə dair apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən əmrin tarixinin fərqli göstərilməsini texniki səhv kimi qiymətləndirilməsini əsaslı hesab edir və qeyd edir ki, qeyd edilən texniki səhv aparılan əməliyyat-axtarış tədbirinini qanuniliyini şübhə altına almağa əsas olan hal kimi qiymətləndirilə bilməz. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri, Yasamal rayon prokurorluğunun müstəntiqi Tamerlan Sadıqovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 01 iyul 2021-ci il tarixli qərarından göründüyü kimi Məhkum döyülməsi faktı ilə əlaqədar müraciəti üzrə cinayə t işinin başlanılması rədd edilmişdir. Odur ki, məhkumun müdafiəçisinin kassasiya şikayətində qeyd etdiyi Məhkum döyülməsi faktı ilə əlaqədar xüsusatlar üzrə araşdırılma aparılmış və öz təsdiqini tapmamışdır. Kassasiya şikayətinin hazırki cinayət işi üzrə ibtidai araşdırma zamanı qanun pozuntularına yol verilməsi barədə dəlillərinə qiymət verərək kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – şahid ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılm asında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin məhkuma bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya şikayətinə əsasən ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası he sab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar