Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1350/2025 18.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 13 fevral tarixli, 1(103)-147/2025 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin (X4) 2024-cü il 20 sentyabr tarixli, 1(008)-686/2024 nömrəli hökmü ilə, 19 may 1983-cü il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Xırdalan-Masazır şossesinin şimalı ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük sovxozu, nömrəsiz evdə yaşayan, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərb aycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən ona Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 2023-cü il 18 avqust tarixli, 1(008)-608/2023 saylı hökmü ilə təyin edilmiş 1 il 10 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 ay 18 gün hissəsi CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 5 ay 9 gün müddət hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə, təqsirləndirilən şəxsə qəti olaraq 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum istintaq müddəti zamanı 2024-cü il 6 ap rel tarixdən 8 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 2 il 1 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 2024-cü il 20 sentyabr tarixdən hesablanması, Məhkum barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin "həbs” qətimkan tədbirinə dəyişdirilməsi və hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum məhkəmə iclas zalından həbs edilməsi hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X10 Firdovsi oğlunun sədrliyi, X3 və X2 ibarət tərkibdə) 2025-ci il 13 fevral tarixli, 1(103)-147/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən Məhkum yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Məhkum özgə əmlakını gizli olaraq talama məqsədilə 5 aprel 2024-cü il tarixdə, saat 20 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən evin həyətyanı sahəsinə hasardan aşmaqla, qanunsuz olaraq daxil olub oradan ümumi dəyəri 150 manat olan, uzunluğu 1 metr 92 santimetr, eni 70 santimetr olan 1 ədəd dəmir qapını və hər birinin dəyəri 100 manat, ümumi dəyəri 400 manat olan, hər birinin uzunluğu 2 metr 45 santimetr, en i 70 santimetr olan 4 ədəd dəmir barmaqlığı (reşotka) gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs 550 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, cinayət işi ibtidai istintaq orqanı tərəfindən ciddi şəkildə saxtalaşdırılmış və birinci instansiya məhkəməsi tərəfindən iş ümumilikdə qərəzli şəkildə araşdırılmışdır. Buna görə də ilk növbədə xx.xx.2024-cü il tarixində tərəfindən apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması barədə vəsatət verilmiş və Bakı Apellyasiya Məhkəməsi yol verilmiş ciddi prosessual və hüquq pozuntuları qarşısında və zərərçəkmiş şəxsi dəvət edərək məhkəmə istintaqını keçirmədən onu d indirməyə cəhd etmiş və tərəfindən 2 dəfə etiraz edildikdən sonra məcbur qalaraq vəsatətini qismən təmin etmişdir. Lakin sonradan məhkəmənin bu mövqeyi yalnız formal xarakter daşımış və məhkəmə apellyasiya şikayətinin dəlillərinə və yekun məhkəmə çıxışında qeyd olunan xüsusatlara natamam münasibət bildirmiş, tərəfindən verilmiş bir çox vəsatətlər isə əsassız olaraq təmin edilməmişdir. Müdafiəçi bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi, kifayət qədər sübutlar olmadan əsassız olaraq belə qənaətə gəlmişdir ki, Məhkum Zərərçəkmiş şəxs məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən həyətyanı sahəyə hasardan aşmaqla qanunsuz olaraq daxil olaraq oradan oğurluq etmişdir. Halbuki, Məhkum həm istintaqın sonunda yekun ittiham elan olunarkən, həm bir inci instansiya, həm də apellyasiya instansiyasında məhkəmə iclaslarında özünü təqsirli bilmədiyini qeyd etmiş və Zərərçəkmiş şəxs məxsus olan həyətyanı sahəyə daxil olmadığını dəfələrlə bildirmiş və “oğurlanmış” hesab edilən dəmir məmulatlarını giriş-çıxışı sərbəst olan, təxminən 4 metr enində darvazası olmayan, bir tərəfi qamışlıqla əhatələnməklə açıq olan, bir tərəfi isə 2-3 daş hündürlüyündə hasarla əhatələnmiş, mühafizə olunmayan sahibsiz ərazidə tapıb götürdüyünü demişdir. Göründüyü kimi, Məhkum ilkin ifadəsi ilə sonrakı mövqeyi və məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında ziddiyyət mövcud olmuşdur. Lakin birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəni cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə xarakterli ifadə kimi qiymətlən dirmiş və sonuncunun sadəcə ilkin ifadəsinə üstünlük verməklə şəxsin təqsirliyinin sübuta yetirilməsi barədə əsassız qənaətə gəlmişdir. Bu xüsusat Bakı Apellyasiya Məhkəməsində məhkəmə istintaqı zamanı təsdiqini tapsa da, yekunda məhkəmə buna düzgün hüquqi qiymət verməmişdir. xx.xx.2025-cü il tarixində onun tərəfindən hazırkı iş üzrə təqsirləndirilən şəxs Məhkum xx.xx.2024-cü il tarixində saat 17:55-19:30 aralığında hərəkət trayektoriyası barədə məlumatların və xx.xx.2024-cü il saat 19:30-dan xx.xx.2024-cü il saat 00:00-dək harda olması barədə məlumatların təqdim edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinə vəkil sorğusu ünvanlanmışdır. Müvafiq qurum tərəfindən xx.xx.2025-ci il tarixində sorğuya cavab olaraq Məhkum hərəkət trayektoriyası və müvafiq tarixlərdə saxlanılma yeri barədə məlumatlar həm kağız daşıyıcı, həm də videodisk vasitəsilə təqdim olunmuşdur. Həmin materialların tədqiqi təqsirləndirilən şəxsin müvafiq dəmir məmulatlarını oğurluq hadisəsinin baş verdiyi iddia edilən yerdən deyil, həmin yerin arxa tərəfində yerləşən və giriş-çıxışı sərbəst olan ərazidən götürməsi faktı bir daha öz təsdiqini tapır. Eləcə də apellyasiya məhkəməsində icraat zamanı məhkəmə iclasında tərəfindən şahidlərə və təqsirləndirilən şəxsə hadisənin baş verdiyi ərazinin video və şəkilləri təqdim olunmuş və onlar da öz ifadələri ilə hadisənin həmin ərazidə baş verdiyini və həmin ərazinin qapısının olmadığını və giriş-çıxışın sərbəst olduğunu bir daha təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid3 ona verilmiş suallara cava b olaraq oğurlanmış hesab edilən dəmir məmulatların fermadan götürüldüyünü yalnız ehtimal etdiyini, Məhkum müvafiq həyətyanı sahəyə daxil olduğunu görmədiyini və onun dəmir məmulatları fermanın arxa tərəfindən, qapısı olmayan açıq ərazidən daşıdığının şahidi olduğunu bildirmişdir. Həmçinin Məhkəmə özü məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında Məhkum qapalı əraziyə daxil olmadığını, onun dəmir məmulatları açıq ərazidən götürdüyünü təsdiq etmişdir. Lakin bütün bunlara baxmayaraq Bakı Apellyasiya Məhkəməsi yekun məhkəmə qərarında əsassız şəkildə hadisə yerinə baxış keçirmədən dəmir məmulatların götürüldüyü açıq ərazinin hasarla əhatə olunması və həmin ərazinin Zərərçəkmiş şəxs qanuni sahibliyində olması qənaətinə gəlmişdir. Məhkəmə öz mövqeyini “Oğurluq, soyğunçuluq və quldurluğa dai r işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 20-ci bəndinə istinad edərək əsaslandırmış, anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aid olduğunu qeyd etmişdir. Bundan başqa cinayət işi materiallarında olan sənədlərdən məlum olur ki, təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq dövründə öz vəkili vasitəsilə polis əməkdaşları tərəfindən ona yetirilmiş bədən xəsarətlərinin araşdırılması barədə vəsatət vermişdir. Lakin b u vəsatət xəsarətlərin gizlədilməsi məqsədilə iş materiallarına 9 gün sonra əlavə olunmuşdur. Daha sonra isə polis əməkdaşları tərəfindən müvafiq vəsatətlə əlaqədar bədən xəsarətlərinin araşdırılması barədə ekspertizadan imtina məzmunlu saxta ərizə tərtib edilərək, Məhkum əvəzinə saxta imza atılmışdır. Məhkum həmin saxta ərizə ilə məhkəmə iclasında tanış olmuş və ərizənin onun tərəfindən imzalanmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən sənədlərə yerində baxış keçirilərək, sənədlərdəki imzalar arasında uyğunsuzluğun olduğu qeyd edilsə də, Məhkəmə həmin imzanın həqiqətən də Məhkum məxsus olmamasının müəyyən edilməsi ilə əlaqədar, həmçinin, sonuncuya polis əməkdaşları tərəfindən yetirilmiş bədən xəsarətlərinin araşdırılması məqsədilə ekspertiza təyin edilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Bu məsələ ilə bağlı da bütün ziddiyyətlərin aydınlaşdırılması məqsədilə müstəntiq X7 məhkəmə iclasına dəvət edilməsi və dindirilməsi barədə tərəfindən vəsatət verilmiş, bu vəsatət də əsassız olaraq Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin olunmasa da, bunun səbəbləri məhkəmə hökmündə qeyd edilməmişdir. Həmçinin qeyd etmək lazımdır ki, hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda təhqiqat üçün əhəmiyyət kəsb edən heç bir sübutun tapılmadığı qeyd edilmişdir. Lakin sonradan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 17 aprel 2024-cü il tarixli 313-11/2-4891/2024 nömrəli məktubda hadisə yerinə baxış zamanı tapılmış butulka üzərində Məhkum barmaq izlərinin olduğu qeyd olun muşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda qeyd edilməməsinə baxmayaraq üzərində Məhkum barmaq izlərinin olduğu və “müəmmalı” şəkildə ortaya çıxmış şüşə butulka sübut kimi qiymətləndirilmişdir. Bakı Apellyasiya Məhkəməsi isə hadisə yerinə baxış keçirilməsi haqqında protokolda göstərilmədiyi halda sonradan ortaya çıxmış, üzərində Pənahın barmaq izlərinin olduğu şüşə butulkanı niyə protokolda göstərilməməsi, hardan, kim tərəfindən, nə vaxt müəyyən edilməsi, cinayət işi materiallarına kim tərəfindən və nə vaxt əlavə edilməsi və bu kimi digər sualları cavabsız qoyaraq mötəbər və ittihamın əsasını təşkil edən sübut kimi qiymətləndirmiş öz qərarında həmin sübuta istinad etmişdir. Bu şüşə butulkanın Zərərçəkmiş şəxs məxsus olan həyətyanı sahədən götürülmə si heç bir sübutla təsdiq olunmur. Bununla bağlı xx.xx.2025ci il tarixində tərəfindən həmin sübutun yolverilməz olması ilə bağlı sübutların siyahısından çıxarılması barədə vəsatət verilmiş, Bakı Apellyasiya Məhkəməsi əsassız şəkildə bu vəsatəti təmin etməmişdir. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, ilkin təhqiqat hərəkəti sayılan hadisə yerinə baxış keçirilməsi zamanı əl izlərinin müəyyən edilmədiyi təqdirdə, sonradan belə bir sübutun (xüsusilə də əl izlərinə dair sübutun) müəyyən edilməsi heç bir halda bu sübutun şübhə altına alınması üçün əsas ola bilməz. Məhkəmənin bu cür məntiqsiz mülahizəsi heç cür anlaşılan deyil. Çünki müdafiə tərəfi olaraq onlar barmaq izlərinin Pənaha məxsus olmasını deyil, ümumilikdə barmaq izlərinin aşkar edildiyi şüşə butulkanın hadisə yerindən götürü lmədiyini, onun sonradan hansısa qanunsuz şəkildə əldə edilib, iş materiallarına əlavə edildiyini bildirmişlər, bu isə ümumilikdə sübutun ittihamın sübut edilməsində istifadə edilməsində mümkünsüz olduğuna və yolverilməz sübut kimi siyahıdan çıxarılmalı olmasına dəlalət edir. Diqqət yetirilməli olan digər bir məqam isə ondan ibarətdir ki, müvafiq iş üzrə oğurlanmış hesab edilən dəmir məmulatların qiyməti məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 iyun 2024-cü il tarixli, 9/3598 saylı rəyində real bazar qiymətindən fərqli olaraq süni şəkildə şişirdilmişdir. Belə ki, oğurlanmış hesab edilən 1 ədəd dəmir qapı və 4 ədəd dəmir barmaqlıqların 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 550 manat müəyyən edilmişdir. Bildirmişdir ki, ekspert t ərəfindən müvafiq dəmir məmulatlara baxış keçirilmədən və mövcud dəmir məmulatların real bazar qiymətinə dair heç bir əlavə məlumat təqdim edilmədən onların qiymətinə dair qərəzli və süni şəkildə şişirdilmiş rəy verilmişdir. Hansı ki, sadəcə elan saytlarında azacıq araşdırma aparmaqla asanlıqla müəyyən etmək olar ki, iş materiallarında qeyd olunan dəmir barmaqlıqlardan daha keyfiyyətli dəmir barmaqlıqların dəyəri 30-50 manat, daha keyfiyyətli dəmir qapıların dəyəri isə 50-100 manat aralığındadır. Beləliklə, bu dəmir məmulatların real bazar qiyməti ümumilikdə təxminən 250-350 manatdır. Müdafiəçi bildirmişdir ki, oğurlanmış hesab edilən 1 ədəd dəmir qapı və 4 ədəd dəmir barmaqlıqlar öz təşəbbüsü ilə Qiymətləndiricilər Palatasının üzvü olan mütəxəssislər tərəfindən qiymətləndirilmiş və müvafi q dəmir məmulatların bazar dəyəri 358 manat (üç yüz əlli səkkiz) olaraq müəyyən edilmişdir. Müvafiq dəmir məmulatlarının qiymətləndirilməsinə dair “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli rəyi Məhkəməyə təqdim edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi bu xüsusatı da nəzərə almamış və öz qərarında dəmir məmulatların qiymətləndirilməsinə dair 05 iyun 2024-cü il tarixli, 9/3598 saylı rəyin şübhə doğurmadığını qeyd etmişdir. Halbuki, “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli rəyini dəmir məmulatların qiymətləndirilməsinə dair 05 iyun 2024-cü il tarixli, 9/3598 saylı rəylə müqayisə etdikdə iki rəy arasında müvafiq dəmir məmulatların qiymətləndirilməsinə dair təxminən 200 manat məbləğində ciddi fərq olduğunu görə bilərik. Bu xüsusat isə əməlin tövs ifinə birbaşa təsir edir, belə ki, müvafiq dəmir məmulatların Məhkum tərəfindən giriş-çıxışı sərbəst olan və qapısı olmayan ərazidə tullantı formasında tapılması faktının sübut edilməsi müvafiq dəmir məmulatlarının qiymətinə birbaşa təsir edir. Belə olduğu halda həmin dəmir məmulatların qiymətinin 500 manatdan aşağı məbləğdə müəyyən edilməsi, təqsirləndirilən şəxsin həmin məmulatları mühafizə olunmayan açıq ərazidən götürməsi faktı sübut olunduğu üçün cinayət məsuliyyətinin mövcud olmamasına gətirib çıxaracaqdır. Yuxarıda qeyd edilən bütün xüsusatlar məhkəmə istintaqı zamanı şahid ifadələri və təqdim olunan digər əlavə sübutlarla tam təsdiqini tapmış, lakin apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara düzgün hüquqi qiymət verməmiş və qərəzli olaraq yalnış hüquqi nətic əyə gəlmişdir. Təkcə bir faktı qeyd etmək kifayət edir ki, məhkəmə istintaqı zamanı həm şahidlərin (polis əməkdaşları, gözətçi), həm zərərçəkənin ifadələri, həm də təqdim etdiyimiz əlavə sübutlarla Məhkum dəyəri 358 (üç yüz əlli səkkiz) manat olan dəmir məmulatları mühafizə olunmayan, açıq ərazidən götürməsi təstiq olunsa da, sədrlik edən tərəfindən məhkəmə iclası zamanı şahidləri bunun əksinə olaraq yönləndirmək cəhdləri, iclas protokollarında və yekun qərarda bu faktları təsdiq edən ifadələrin təhrif olunmaqla “yumşaq” şəkildə, ittihamı qoruyub saxlamağa yönəlmiş şəkildə təsvir olunması onun qərəzli olmasına, ittihamın qorunub saxlanmasında maraqlı olmasına dəlalət edir. Həmçinin məhkəmə hər şey çox sadə və aşkar olduğu halda, Məhkum dəmir məmulatları sanki mühafizə olunan ərazidən götür məsinə dair əsassız və qanunsuz mövqeyini əsaslandırmaq üçün hökmün 3 səhifədən çox hissəsini işin halları ilə heç bir şəkildə bağlılığı olmayan nəzəri mülahizələrə həsr etmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 13 fevral tarixli, 1(103)-147/2025 nömrəli qərarının ləğv edilməsini və məhkuma bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və müdafiəçi kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 13 fevral tarixli qərarının dəyişdirilmədən saxlanı lması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müə yyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi məhkumun əməlinin düzgün tövsif edilmədiyi ni, ona bəraət verilməli olduğunu mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələr i tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama əsasən o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Məhkum özgə əmlakını gizli olaraq talama məqsədilə 05 aprel 2024-cü il tarixdə, saat 20 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən evin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz olaraq daxil olub oradan ümumi dəyəri 150 manat olan, uzunluğu 1 metr 92 santimetr, eni 70 santimetr olan 01 ədəd dəmir qapını və hər birinin dəyəri 100 manat, ümumi dəyəri 400 manat olan, hər birinin uzunluğu 2 metr 45 santimetr, eni 70 santimetr olan 04 ədəd dəmir barmaqlığı (reşotka) gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 550 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Məhkum AR CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Eyni məzmunlu ittiham birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiya məhkəməsinin qərarında eynilə əks olunmuşdur. İttihamdan da görünür ki, Məhkum “yaşayış sahəsinə” qanunsuz daxil olmaqla bağlı ittiham irəli sürülmüşdür. Halbuki Məhkum barəsində olan 8 aprel 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, ona ittiham “h əyətyanı sahəyə” qanunsuz daxil olmaya görə elan olunmuşdur. Göründüyü kimi, ittiham aktında yanlış olaraq yazılmış “yaşayış sahəsi” məfhumu avtomatik olaraq əvvəl birinci instansiya məhkəməsinin hökmünə, sonra isə apellyasiya instansiya məhkəməsinin qərarına köçürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirli bilinərək məhkum edildiyi CM-in 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaqla törədildikdə ağırlaşdırıcı tövsifedici əlamətlə cinayət məsuliyyətinə səbəb olur. Hazırki işin hallarından görünür ki, Məhkum CM-in 177.2.3-cü maddəsi ilə ittiham, onun tərəfindən cinayət əməlinin başqa saxlanc yerinə daxil olmaqla törədildiyinə görə irəli sürülmüşdür. Tövsifedi ci əlamət kimi başqa saxlanc yeri anlayışı ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 20-ci bandinin 3-cü abzasına görə “Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir.” Qeyd edilən Plenum qərarında, saxlanc yerinin ən mühüm əlamətlərindən biri kimi mühafizə ilə təmin olunmaqla ətraf aləmdən təcrid olunmuş vəziyyətdə olması vurğulanmışdır. Darvazası olmayan və hər kəsin, heç bir maneə olmadan, sərbəst şəkildə, heç bir çətinliklə üzləşmədən daxil ola bildiyi sahənin saxlanc yeri kimi qiymətləndirilməsi saxlanc yerinin məram və məqsədinə zidd olmaqla, qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə “CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sah əsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş bi nalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələlərin düzgün həll edilməsi məqsədi ilə CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirilməsini zəruri hesab edir. Qeyd olunmalıdır ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən Qərarda ifadə edilmiş hüquqi mövqeyindən də görünür ki, saxlanc yerinin ətraf aləmdən tam təcrid edilməsi, hasarla və ya digər texniki vasitələrlə təchiz olunması, mühafizə ilə təmin olunması zəruridir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum gizli yolla taladığı əşyaları saxlanc yerinə qanunsuz daxil olmaqla törətməsinə dair ittiham tərəfinin və məhkəmələrin mövqeyi işin halları ilə üst -üstə düşmür. Eyni zamanda, müdafiə tərəfi məhkuma, ümumiyyətlə, bəraət verilməsini iddia etmişdir. Lakin məhkum tərəfindən sadə oğurluq cinayət əməlinin törədilməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş və məhkəmələr tərəfindən həmin sübutlar yoxlanılaraq qiymətləndirilmişdir. Məhkəmə kollegiya həmin sübutları hazırkı qərarda sadalamadan həmin qiymətləndirmə və məhkəmələri mövqeyi ilə razılaşır və hesab edir ki, həmin sübutların mötəbərliyini şübhə altına almaq üçün əsaslar mövcud deyil. Məhkum oğurluq cinayət əməlini saxlanc yerinə qanunsuz daxil olmaqla törətməsi təsdiq edilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, onun əməli CM-in 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməli, CM-in 58-ci və 67.1-ci maddələrini n müddəları nəzərə alınmaqla ona cəza təyin edilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı məhkumun müdafiəşinin kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasıya şikayəti qismən təmin edils in. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 13 fevral tarixli, 1(103)-147/2025 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 -ci maddəsi ilə 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Məhkum Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2023-cü il 18 avqust tarixli, 1(008)-608/2023 nömrəli hökmü ilə təyin edilmiş 1 il 10 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 ay 18 gün hissəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, 5 ay 9 gün müddət hazırkı qərarla təyin edilmiş cəzaya qismən birləşdirilməklə Məhkum qəti olaraq 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum ibtidai istintaq zamanı 6 aprel 2024-cü il tarixdən 8 aprel 2024-cü il tarixə kimi həbsdə olduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Məhkum üzərində 11 ay 28 gün müddətinə azadlıdan məhrum etmə cəzası saxlanılsın. Qərar, müdafiəçinin kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1350/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1350/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver