Məhkəmə qərarları › İş №1(102)-1351/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1351/2022

22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1351/2022 22.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-571/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğunun D övlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 08 avqust 1995-ci il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Balakən rayonunun Qullar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamışdır. 2. 16 fevral 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri il ə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum özgənin əmlakını ələ keçirmək məqsədi ilə 27 sentyabr 2020-ci il tarixdə, saat 01 radələrində şəxsiyyətləri istintaqa məlum olmayan iki nəfər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 ünvanının yaxınlığında yerləşən nömrəsiz həyət evlərinin arasından prospektə çıxan yolla piyada gedən yetkinlik yaşına çatmayan xx xxxx 2004-cü il tarixdə anadan olmuş Zərərçəkmiş şəxs3 qarşısını kəsib hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək sağ qolunu sonuncunun boynuna saldıqda sol əlindəki silah qismində istifadə etd iyi düyməli bıçağı tətbiq etməklə oğlanın qarnına dirəyib sonuncunun bacısı Qanuni nümayəndə1 ilə faktiki nikah münasibətlərində olan Zərərçəkmiş şəxs1 yaşadığı evin yerini göstərməsini tələb etdikdən sonra birlikdə 50-60 metr addımlayaraq həmin ünvana çatmağa bir qədər qalanda yolun qaranlıq hissəsində Zərərçəkmiş şəxs3 şalvarının sağ cibində olan sonuncuya məxsus 37 manatı və Zərərçəkmiş şəxs1 məxsus 26 manatı, ümumilikdə 63 manatı ələ keçirməklə quldurluq etmişdir. Bundan başqa, Məhkum özgənin əmlakını ələ keçirmək məqsədi ilə 27 sentyabr 2020-ci il tarixdə, saat 01 radələrində şəxsiyyətləri istintaqa məlum olmayan iki nəfər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yetkinlik yaşına çatmayan xx xxxx 2004-cü il tarixdə anadan olmuş Zərərçəkmiş şəxs3 sonuncunun bacısı Qanuni nü mayəndə1 Əərimova qızı ilə faktiki nikah münasibətlərində olan Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 ünvanının yaxınlığındakı nömrəsiz həyət evinin yerini öyrənib Zərərçəkmiş şəxs3 ilə birlikdə həmin ünvana gəlmiş, Qanuni nümayəndə1 Əərimova qızı qardaşı Zərərçəkmiş şəxs3 evə çatmasını bildiyinə görə darvazanı açdıqda Məhkum həyətə daxil olaraq hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmiş, silah qismində istifadə etdiyi düyməli bıçağı tətbiq etməklə nümayiş etdirmiş, Qanuni nümayəndə1 Əərimova qızından evdən Zərərçəkmiş şəxs1 məxsus 1.200 manatı ələ keçirib göstərilən vaxt yanlarında olan Qanuni nümayəndə1 Əərimova qızının övladı azyaşlı xx xxxxxxx 2015-ci il tarixdə anadan olmuş Zərərçəkmiş şəxs4 paltarından tutaraq əlindəki bıçağı sonuncuya və Qanuni nümayəndə1 Əərimovana tuşlamış, polisə şikayət edəcəkləri halda uşağın başını kəsəcəyi ilə hədələməklə evi tərk etmiş, bununla da təkrarən quldurluq etmişdir.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-823/2021, 19 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Balakən Rayon Məhkəməsinin 2021-ci il 09 mart tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 08 ( səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 14 oktyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir.

5. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib hökmün sübutlara əsaslanmadığını qeyd etmiş və ona bəraət verilməsini xahiş etmişdir.

6. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib təqsirləndirilən şəxs Məhkum təqsirli bilindiyi maddələr üzrə və cinayətlərin məcmusu üzrə daha ağır qəti cəza təyin edilməklə hökmün dəyişdirilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 (103)-571/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qərarı ilə hər iki apellyasiya müraciəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-823/2021 nömrəli, 19 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti və Məhkum kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, etirazlar

9. Dövlət ittihamçısı kassasiya protestini apellyasiya instansiyası məhkəməsi qarşısında qaldırdığı eyni dəlillərlə əsaslandırmaqla məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın yüngüllüyünü mübahisələndirmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-571/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

10. Məhkum kassasiya şikayətində heç bir cinayət törətmədiyini və əsassız təqsirli bilinərək məhkum olduğunu əsas gətirərək, ona bəraət verilməsini istəmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-571/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir.

11. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər:

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən e dir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkə mələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Dövlət ittihamçısı kassasiya protestində Məhkum təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qayda sında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

17. Məhkum kassasiya şikayətində onun əməlində cinayət tərkibinin olmadığını qeyd etməklə ona bəraət verilməli olduğunu iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-571/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düz gün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

20. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcm u halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

21. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

22. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

23. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təq sirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

24. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

25. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

26. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edil ə bilər.

27. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 416.1.21ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılm amalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

28. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qü vvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.

29. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.

30. Belə ki, birinci instansiya məhkəməsi Məhkum cəzasını yüngülləşdirən hal kimi onun ailə vəziyyətini, ağırlaşdıran hal kimi isə cinayəti azyaşlı şəxsə qarşı törətməsini nəzərə almaqla Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələrinin sanksiyasında müəyyən edilmiş hədlər daxilində azadlıqdan məhrum et mə cəzasına məhkum etmiş və Cinayət Məcəlləsinin 66-cı maddəsinin tələblərinə riayət etməklə ona yekun cəza təyin etmişdir.

31. Cinayət işinin apellyasiya instansiyası məhkəməsində baxıldığı dövrdə müdafiə tərəfi zərərçəkmiş şəxslərin notarial qaydada təsdiq edilmiş ərizələrini təqdim edib onların Məhkum qarşı şikayət və tələblərinin olmadığını bildirdirmiş, lakin məhkəmə bu halı Məhkum cəzasını yüngülləşdirən hal kimi qəbul etsə də, birinci instansiya məhkəməsinin şəxsə qanuni, eləcə də ədalətli həddə cəza təyin edilməsi qənaətinə gəlib cəzanın azaldılmasını məqsədəmüvafiq hesab etməmişdir.

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, törətdiyi cinayət əməlinə görə Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş (apel lyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, yüngül cəza kimi qiymətləndirilə bilməz.

33. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsa sların olmadığını göstərir.

34. Məhkumun kassasiya şikayətinin onun əməlində cinayət tərkibinin əlamətlərinin olmaması səbəbi ilə ona bəraət verilməsinə dair dəlillərinə gəldikdə, məhkəmə kollegiyası şikayətin müəllifi ilə razılaşmaq üçün əsas görmür.

35. Belə ki, Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

36. Məhkum tərəfindən törətdiyi əməlin mübahisələndirilməsi üzrə dəlilləri onun verdiyi apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu və onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması barədə nəticəyə gəlmişdir. Həmin nəticəyə görə, Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsində özünü təqsirli bilməsə də, onun ittiham olunduğu əməli törətməsi zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5ci maddələrinin dispozisiyasından və Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində həmin Məcəllənin qeyd edilən maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

38. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olara q tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmununa uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticəsini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.

39. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirini təqdim etməyə və müvafiq surətdə müdafiəsini qurmağa bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haql ı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

40. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-571/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protes ti və Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(103)-571/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar