Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1351/2025 08.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov İlqar Xanlar oğlu və Qılıov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-304/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə b axaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum XXXXX tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 25 iyun 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 17 iyul 2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Bakı Şəhəri Xəta i Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 03 ay müddətə və Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək cəza çəkdiyinə baxmayaraq törətdiyi həmin cinayətə görə qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə məhkum yoldaşı olan Zərərçəkmiş şəxs maddi imkanının yaxşı olduğunu və onun Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan R espublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib cəzadan azad edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət etdiyini bildikdən sonra Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək cəzadan azad edilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib onu aldadaraq bu adla Zərərçəkmiş şəxs 06 dekabr 2022-ci il tarixdə 3.000 manat, 2022-ci ilin dekabr ayının əvvəllərində isə hissə-hissə 3.000 manat olmaqla ümumilikdə 6.000 manat məbləğində pulu ünvan 2 ünvanında yerləşən pul köçürmə terminalı vasitəsi ilə tanışı Şahid2 adına olan "xxxx" ASC-yə məxsus 416974******2026 nömrəli bank kartına göndərilməklə hissə-hissə ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 6.000 manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-418/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)1265/2022 nömrəli, 23 avqust 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə üzərində qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqd an məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 dekabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, mülki iddia, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsi üzrə cinayət qanunu normasının düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etmişdir.
7. Hökmdən həmçinin Zərərçəkmiş şəxs apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 178.3.1-ci maddəsinə tövsif etməklə təyin olunmuş cəzanı 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına qaldırılması, eləcə də Şahid1 da barəsində Azərbaycan Respublikası CM-nin 178.3.1-ci maddəsi ilə cin ayət təqibinin başlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-304/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısının apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-418/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1265/2022 nömrəli, 23 avqust 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 (dörd) il 07 (yeddi) ay 04 (dörd) gün hissəsi ona yeni hökm lə təyin olunan 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, üzərində qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 06 noyabr 2024-cü il tarixdən hesablanması qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətində qeyd edilir ki, zərərçəkmiş şəxsə qarşı törədilmiş dələduzluq əməlində məhkum edilmiş şəxs Məhkum ilə yanaşı eləcə də onun anası olan Şahid1 iştirak etdiyindən, onlar bir qrup şəxs təşkil etməklə Azərbaycan Res publikası CM-nin 178.3.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidirlər. Məhkəmələr tərəfindən qrup təşkil etməklə törədilən cinayət iştirakçılarına düzgün qiymət vermədiyindən, düzgün istintaq aparılmadığından, qrupun digər üzvləri cinayət məsuliyyətinə cəlb edilmədiyindən, habelə Məhkum barədə düzgün cəza təyin edilmədiyindən apellyasiya instansiyası məhkəməsiin qərarı ləğv edilməli, iş yeni apellyasiya baxışına təyin edilməlidir. Göstərilənlərə əsasən Məhkum ilə yanaşı digər şəxslərin də Azərbaycan Respublikası CM-nin 178.3.1-ci maddəsi ilə cinayət məsuliyyətində cəlb edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-304/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xa hiş edilir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsasla r (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Zərərçəkmiş şəxs kassasiya şikayətində Məhkum əməlində daha ağır cinayətin tərkibinin olduğunu, ona yüngül cəza təyin edildiyini, cinayəti törədən şəxslərin dairəsi tam şəkildə müəyyən edilmədiyindən cinayət təqibinin subyektləri olmayan şəxslərin əsassız olaraq cinayət məsuliyyətindən kənar qaldığını, həmin şəxslərin əməllərində Azərbaycan Respublikası CM-nin 178.3.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olduğunu iddia edib xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əla qələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-304/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
18. İlk öncə məhkəmə kollegiyası cinayət təqibinin subyektləri olmayan şəxslərin əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmədiklərini, onların əməllərində Azərbaycan Respublikası CM-nin 178.3.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olduğuna dair kassasiya şikayətinin dəlillərinə münasibətinin bildirilməsini zəruri hesab edir.
19. Baxılan cinayət işinin materia llarından müəyyən edilir ki, cinayət təqibi orqanı tərəfindən Məhkum Azərbaycan Rspublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsi barədə ittiham irəli sürülmüşdür.
20. Məhkəmə baxışının hədlərinə dair Azərbaycan Respublikası CPM-nin 318.1 və 318.2-ci maddələrinin ümumi məzmununa görə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər.
21. Hazırki cinayət işinin materiallarından görünür ki, baxılan kassasiya şikayətinin dəlilləri olaraq irəli sürülən eyni məsələlər ilk dəfə apellyasiya şikayətinin dəlilləri qismində zərərçəkmiş şəxs tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında qaldırılmışdır. Zərərçəkmiş şəxs həmi n məsələləri ibtidai istintaq dövründə qaldırmamış, eləcə də cinayəti törədən şəxslərin dairəsinin tam şəkildə müəyyən edilmədiyi, cinayət təqibinin subyektləri olmayan şəxslərin əsassız olaraq cinayət məsuliyyətindən kənar qalmaları və təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu, müvafiq olaraq cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə yazılı vəsatəti məhkəmə araşdırması zamanı da təqdim etməmişdir.
22. Qanunverici tərəfindən məhkəmə baxışının hədlərinə qoyulan məhdudiyyət isə hazırki mərhələdə kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin kassasiya şikayətinə əsasən təqsirkarın əməlində ona qarşı irəli sürülmüş və aşağı məhkəmələrdə baxılmış ittihamla müqayisədə daha ağır cinayəti n tərkibinin olub-olmaması kimi məsələnin araşdırılmasına yol vermir.
23. Bununla yanaşı, həmin norma apellyasiya instansiyası məhkəməsinin qərarının qeyd olunan əsasla (təqsirkarın əməlində daha ağır cinayətin əlamətlərinin olması dəlili ilə) ləğv edilməsinin, şəxsin əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olub-olmamasının aşağı instansiya məhkəməsində araşdırılması üçün işin yeni apellyasiya baxışına qaytarılmasının qarşısını alır.
24. Cinayət-Prosessual Məcəlləsinin istər apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışına, istərsə də ilkin baxışa aid normalarında məhkumun əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olması kimi əsasdan irəli gələn (işin daha ağır ittihamın irəli sürülməsi üç ün apellyasiya instansiyası məhkəməsindən birbaşa ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və yaxud son nəticədə həmin məqsədlə prokurora qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə) qərarların qəbul edilməsi imkanının nəzərdə tutulmaması da məhkəmə kollegiyasının yuxarıda təsvir olunmuş qənaətində haqlı olduğunu göstərir (Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsi daha ağır ittihamın irəli sürülməsi məqsədilə işin prokurora qaytarılması məsələsinin həlli üçün cinayət işinin apellyasiya icraatının ilkin baxış mərhələsindən birinci instansiya məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsi imkanını müstəsna olaraq Azərbaycan Respublikası Baş Prokurorunun, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının prokurorunun apellyasiya protestlərinə münasibətdə nəzərdə tutmuşdur).
25. Məhkəmə kollegiyası onu da qeyd edir ki, baxılan cinayət işində dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmiş, apellyasiya instansiyası məhkəməsində baxış predmetini birinci instansiya məhkəməsinin cəza təyini zamanı buraxdığı maddi hüquq normaların pozuntusu ilə bağlı verilən apellyasiya protesti təşkil etmişdir.
26. Zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə təsvir edilənlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə də əsaslanır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhində qəbul edildiyi kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini n 318-ci maddəsinin mənasına görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, məhkəmə öz təşəbbüsü ilə ittihamın ağırlaşdırılmasına dair qərar qəbul edə bilməz. Cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 31 oktyabr 2022-ci il).
27. Odur ki, istinad edilən prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası kassasiya şikayətinə bu hissədə münasibətini bildir ərək hesab edir ki, cinayət təqibi orqanı təkcə Məhkum qarşı ittiham irəli sürdüyündən, məhkəmələr tərəfindən nəinki cinayət təqibinin subyekti olmayan kənar şəxslərə, hətta, məhkumun özünə qarşı irəli sürülməyən ittihama baxılması yolverilməzdir, müvafiq olaraq kassasiya şikayəti həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.
28. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş cəzanın yüngül olması ilə bağlı zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin bu məsələyə aid mövqeyi ilə də razılaşır və hesab edir ki, məhkəmənin həmin hissədə qəbul etdiyi qərar əlaqəli maddi və prosessual cinayət-hüquqi normalara uyğundur.
29. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzala ndırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlər inə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkıldə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında həmçinin qeyd edilir ki, qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğul amışdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarları).
31. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
32. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cina yət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
33. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
34. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində təsbit olunmuş, bu Məcəllənin 61.2-ci maddəsinə görə həmin Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində sadalanmış halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağı rlaşdıran hal kimi nəzərə alına bilməz.
35. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
36. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
37. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər.
38. Azərbayc an Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq m übahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
39. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyə nlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.
40. Kassasiya müraciətində irəli sürülmüş dəlillər istinad edilən maddi və prosessual cinayət-hüquqi tələblərlə müqayisədə nəzərdən keçirildikdə müəyyən olunur ki, onlar Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.
41. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməli - Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmiş, həmin maddənin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılm ası və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
42. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar olaraq törətdiyi əməli etiraf edərək, əməlindən səmimi peşman olmasını, ailəli olması və himayəsində üç azyaşlı uşağının olmasını, cəzasını ağırlaşdıran hallar olaraq əməlində cinayətlərin residivinin olmasını nəzərə alıb təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsinin sanksiyasının həddində residivə görə müəyyən edilmiş həddən az olmayan 02 (iki) il 06 (altı) ay müddətə cəza təyin etmiş, lakin həmin cəzanı hökmlərin məcmusu qaydasında qismən birləşdirərkən maddi hüquq normaların tələblərini pozaraq, əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilmiş hissəsini nəzərə almamışdır.
43. Qeyd edilən pozuntu apellyasiya instansiyası məhkəməsi tərəfindən aradan qaldırılmaqla, məhkuma təyin edilmiş cəza əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsi ilə qismən birləşdirilmiş və qəti olaraq ona hökmlərin məcmusu üzrə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
44. Məhkum daha ağır cəzanın təyin edilməsi üçün əsas müəyyən etməyən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyin edilməsinə dair mövqeyi ilə razılaşaraq hesab edir ki, bu hissədə gəlinən nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərb aycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir.
45. Baxılan cinayət işi üzrə yekun nəticəyə gələrkən məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı mad dələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
46. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
47. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-304/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs tərəfindən ver ilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-304/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.