Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1352/2023 20.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müafiəçisi və mülki cavabdeh "xxxx" MMC-nin direktoru Məhkum nümayəndəsi Müdafiəçi11 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi və mülki cavabdeh "xxxx" MMC-nin direktoru Məhkum nümayəndəsi Müdafiəçi11 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Məhkum xx xxx 1979-cu ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı övladı olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamışdır.
2. Binəqədi Rayon Məhkəməsinin (hakim X7) 10 sentyabr 2021-ci il tarixli, 1(001)184/2021 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində göstərilmiş əməlləri törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhku m edilmişdir.
3. Hökmdən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2, Məhkum müdafiəçisi Müdafiəçi10, mülki cavabdeh "xxxx" MMC-nin direktoru Məhkum və zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs52, Zərərçəkmiş şəxs102, X5, Zərərçəkmiş şəxs116, Zərərçəkmiş şəxs46, Zərərçəkmiş şəxs51 və Zərərçəkmiş şəxs37 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim M.Zərərçəkmiş şəxs110, hakimlər R.A.Qaraqurbanlı və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) 01 mart 2022-ci il tarixli, 1(103)-126/2022 saylı qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 1(001)-184/2021 saylı hökmü zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs41, Zərərçəkmiş şəxs44 və Zərərçəkmiş şəxs51 mü lki iddialarına dair hissədə dəyişdirilmiş, həmin zərərçəkmiş şəxslərə (mülki iddiaçılara) aid hissədə mülki iddia üzrə icraata xitam verilmiş, Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2, Məhkum müdafiəçisi Müdafiəçi11, mülki cavabdeh "xxxx" MMC-nin direktoru Məhkum nümayəndəsi Müdafiəçi11, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs37, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs46 nümayəndəsi Müdafiəçi8, zərərçəkmiş şəxs (mülki iddiaçı) Nümayəndə1 nümayəndəsi Nümayəndə2, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs102 nümayəndəsi Nümayəndə2 və zərərçəkmiş şəxs X 5 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim T.L.Kazımov, hakimlər Ə.C.Seyidov və Ə.Ə.Novruzovdan ibarət tərkibdə) 11 yanvar 2023-cü il tarixli, 1(102)-18/2023 saylı qərarı ilə Məhkum müdafiəçisi və mülki cavabdeh "xxxx" MMC-nin direktoru Məhkum nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs46, Zərərçəkmiş şəxs37, X2 özləri tərəfindən, zərərçəkmiş şəxslər Nümayəndə1 və Zərərçəkmiş şəxs102 nümayəndələri tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli qərarından "xxxx" MMC-nin di rektoru Məhkum nümayəndəsi və Məhkum müdafiəçisi Müdafiəçi11 tərəfindən kassasiya şikayətləri verilmişdir. I. Kassasiya şikayətlərinin dəlilləri
8. Mülki cavabdehin nümayəndəsi kassasiya şikayətində qeyd edir ki, mülki iddia üzrə yalnız bir ekspertizanın keçirilmiş və bu ekspertiza rəyində boşluqların olması nəzərə alınmadan və əlavə ekspertiza təyin edilmədən mülki cavabdeh Məhkum üzərinə ittihamın əsasını təşkil edən məbləğdə cavabdehlik qoyulmuşdur. Beləliklə də, kassasiya şikayətinin müəllifi iddia edir ki, sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə qiymətləndirilmədiyindən mülki iddianın predmeti barədə düzgün qənaətə gəlinməmişdir. Mülki cavabdehin nümayəndəsi kassasiya şikayətində məhz bu əsasla Bakı Apellyasiya Məhkəməsinin 01 mart 2022-ci il tarixli qər arının ləğv edilməsini, "xxxx" MMC-nin direktoru Məhkum aid mülki iddiaya dair hissədə yenidən baxılması üçün işin apellyasiya instansiyasına qaytarılmasını məhkəmədən xahiş etmişdir.
9. Məhkumun müdafiəçisi kassasiya şikayətində şəxsin əməlində cinayət tərkibinin bütün əlamətlərinin olub-olmamasını mübahisələndirmiş, hadisənin iş vaxtından sonra baş verməsi və başqa şəxsin məsuliyyətsiz davranışının nəticəsi olması faktları vurğulanmışdır. Bundan əlavə, kassasiya şikayətinin müəllifi qeyd edir ki, şəxsə istinad edilən əməlin hansı ağır nəticələrə səbəb olması ittiham aktı və hökmdə açıqlanmamış, hansı meyar əsasında belə qiymətləndirmənin aparılması aydınlaşdırılmamışdır. Bu əsasla, məhkumun müdafiəçisi məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin 01 mart 2022-ci il tarixli qərarının ləğv edi lməsini, Məhkum əməlində ona istinad edilən ittiham üzrə cinayət tərkibinin əlamətləri mövcud olmadığından bəraət verilməsini xahiş etmişdir. II. Hüquqi məsələlər
10. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən e dir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxs Məhkum əməlində cinayət tərkibinin olmadığını nəzərə alaraq ona bəraət verilməli olduğunu iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPMnin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu ma ddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli, 1(103)-126/2022 saylı qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Məhkum ona ittihamla istinad edilən cinayət əməlini törətməsi apellyasiya instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.
17. Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin əlamətlərinin olmamasına dair hazırki kassasiya şikayətinin dəlilləri işə ape llyasiya instansiyası məhkəməsində baxılarkən ətraflı təhlil edilmiş, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə, toplanmış və tədqiq olunmuş digər mötəbər və təkzibedilməz sübutlarla müqayisədə əsassız olması haqqında nəticəyə gəlmişdir.
18. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
19. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi qənaəti işin hallarının obyektiv araşdırılmasına, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətini şübhə altına almaq üçün əsaslar görmür.
20. Sübutlar apellyasiya instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edildiyindən və apellyasiya instansiyası məhkəməsi öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.
21. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclasında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 1 45.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
22. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçinin kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 01 mart 2022-ci il tarixli, 1(103)-126/2022 saylı nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli, 1(103)-126/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. "xxxx" MMC-nin direktoru Məhkum nümayəndəsi və Məhkum müdafiəçisi Müdafiəçi11 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin.