Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1353/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə Məhku m1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə, Məhkum2 CM-nin 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli qərarından Məhkum1 və Məhkum2 müdafiəçisi Əzizov Mirzə Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Ağayev Zeynal Qurban oğlu (sədrlik edən və məruzəçi), Məcidov Azad Əli Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) Məhkum1, xx xxxx 1978-ci il tarixdə İs mayıllı rayonunun Burovdal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanında yaşamış, qeydiyyatda olan, ünvan 2 ünvanında CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.4cü maddələri ilə 4 (dörd) il müddətə, CM-nin 310-cu maddəsi ilə 2 (iki) il müddətə, CMnin 32.4, 312.2-ci maddəsi ilə 6 (altı) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsndə çəkməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, və Məhkum2, xx xxxx 1993-cü il ta rixdə Salyan rayonunun Şikarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, 7 saylı MənzilKommunal Təsərrüfatı Birliyində fəhlə işləmiş, Salyan rayonunun Şəkərli kəndində qeydiyyatda olan, ünvan 3 ünvanında yaşamış, CM-nin 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.4-cü maddələri ilə 4 (dörd) il müddətə, CM-nin 32.4,312.2-ci maddəsi ilə 5 (beş) il müddətə, CM-nin 66.3-cü maddəsinin tələblərinə uyğun olaraq təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CMnin 70-ci maddəsinə əsasən h əmin cəza 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, CM-nin 310-cu maddəsi ilə isə onun barəsindəki cinayət təqibinə xitam verilmiş, sınaq müddəti ərzində onun üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulmuş, onun davranışı üzərində nəzarətin hayata keçirilməsi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cə hd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini vahid niyyətlə təhrik etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkra rən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən vahid niyyətlə təhrik etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmişdir. Belə ki, o özbaşına özünü Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edərək Məhkum2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, özü barəsində yaratdığı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə, 2020-ci ilin iyul ayının əvvəllərində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2017- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək azadlıqdan məhrum etmə cəzası 9 ilə endirilmiş qohumu X4 cəza müddətinin azaldılmasında köməklik göstərilməsi üçün 2020-ci ilin iyul ayının əvvəllərində Məhkum2 vasitəsi ilə özünə müraciət etmiş Şahid1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu, həmin münasibətlərdən istifadə edərək X4 barəsində təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını 2 il 4 ay müd dətində azaltmaq imkanına malik olmalarına dair yalan vəd edib həmin məsələnin müsbət həll olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyində işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar X4un xeyrinə edəcəyi hərəkətə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 11.000 (on bir min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla bildirib, Şahid1 özləri barəsində yaratdıqları inam və etibardan suiistifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 2020-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Şahid4 küçəsində Məhkum2 vasitəsi ilə 600 (altı yüz) manat, eyni niyyətlə 2020-ci ilin iyul ayının əvvəllərində Kürdəmir şəhərinin mərkəzi dairəsinin yaxınlığında yerləşən “Dost” kafesində 5.000 (beş min) manat, eyni niyyətlə 2020-ci ilin iyul ayının ortalarında ünvan 4 ünvanında Məhkum2 vasitəsi ilə 2.000 (iki min) manat məbləğində X4un arvadı Şahid2 məxsus pul vəsaitini Şahid1 aldıqdan sonra, 2020ci ilin noyabr ayının əvvəllərində Şahid2 yaşadığı ünvan 5 ünvanında X4un məsələnin müsbət həlli üçün sonuncuya hüquqi yardımın göstərilməsi ilə bağlı əlavə olaraq 500 (beş yüz) manat məbləğində pul vəsaitinin vəkilə verilməsi zərurətinin yarandığı aldatmaqla bildirib, özləri barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək Şahid2 ilə razılaşıb, həmin adla 2020-ci ilin noyabr ayının əvvəllərində ünvan 5 ünvanında Şahid2 500 (beş yüz) manat məbləğində pul vəsaitini alaraq, aldıqları pul vəsaitlərini qabaqcadan əlbir olduğu Məhkum2 ilə aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə yolu ilə Şahid2 məxsus cəmi 8.100 (səkkiz min bir yüz) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar X4un xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə Şahid2 və Şahid1 təhrik etmiş, sonuncular aldadıldıqlarını başa düşərək qalan pul vəsaitini verməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyi b Şahid2 məxsus qeyd olunan pul vəsaitini ələ keçirməyə nail olmayaraq, Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus cəmi 11.000 (on bir min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, həmin hərəkətləri ilə xüsusi xidmət orqanı qismində Dövlət Təhlükəsizliyi Xidmətini əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, özbaşına özünü Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim ed ərək, təkrarən aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə ünvan 6 ünvanda yerləşən yaşayış sahəsinin özəlləşdirilməsində köməklik göstərməsi üçün 2020-ci ilin iyul ayının əvvəllərində özünə müraciət etmiş Şahid1 Bakı şəhər İcra Hakimiyyətində yüksək vəzifədə işləyən şəxslə yaxın münasibətinin olduğunu bildirib, həmin münasibətlərdən istifadə edərək qeyd olunan yaşayış sahəsinin rəsmi qaydada sənədləşdərilməsini həyata keçirmək imkanına malik olmasına dair yalan vəd edib, qeyd olunan məsələnin müsbət həll olunması üçün Bakı şəhər İcra Hakimiyyətində işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 23.000 (iyirmi üç min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla bildirib, özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 26 iyul 2020ci il tarixdə ünvan 7 ünvanında yerləşən Bakı şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında 7.000 (yeddi min) manat, eyni niyyətlə, 2020-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Əziz Əliyev küçəsində yerləşən «Qoşa qala qapıları» adlanan ərazidə 5.000 (beş min) manat, eyni niyyətlə, 2020-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Nizami küçəsi ilə N.Rəfibəyli küçəsinin kəsişməsində yerləşən “Nərgiz” TM-nin yaxınlığında 1.800 (bir min səkkiz yüz) manat, eyni niyyətlə, 2020-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsində 1.700 (bir min yeddi yüz) manat pul vəsaitini Şahid1 şəxsən alıb, eyni niyyətlə 14 sentyabr 2020-ci il tarixdə özünün tapşırığı ilə cinayətdən xəbərsiz X6 adına "xxxx" Kommersiya Bankı ASC-yə aid 5243 **** **** **29 nömrəli plastik kartına ünvan 9 ünvanında yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə 500 (beş yüz) manat məbləğində pul vəsaitinin Şahid1 tərəfindən köçürülməsinə nail olub həmin pul vəsaitini Bakı şəhərinin ərazisində yerləşən bankomatdan nağdlaşdırıb çıxarmaqla, eyni niyyətlə, 2020-ci ilin sentyabr ayının ortalarında Səbail rayonu, Badamdar qəsəbəsi, İpək Yolu ünvanında yerləşən “Avtomobil” bazarının yanında tərəfindən göndərilmiş istintaqla şəxsiyyəti müəyyən edilməyən taksi sürücüsü vasitəsi ilə Şahid1 1.500 (bir min beş yüz) manat alıb, eyni niyyətlə, 21 sentyabr 2020-ci il tarixdə özünü n tapşırığı ilə cinayətdən xəbərsiz X6 adına "xxxx" Kommersiya Bankı ASC-yə aid 5243 **** **** **29 nömrəli plastik kartına ünvan 9 ünvanında yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə 500 (beş yüz) manat, 05 oktyabr 2020-ci il tarixdə özünün tapşırığı ilə cinayətdən xəbərsiz X6 adına olan "xxxx" Kommersiya Bankı ASC-yə aid həmin plastik karta ünvan 9 ünvanında yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə 500 (beş yüz) manat məbləğində pul vəsaitinin Şahid1 tərəfindən köçürülməsinə nail olub həmin pul vəsaitini Bakı şəhərinin ərazisində yerləşən bankomatdan nağdlaşdırıb çıxarmaqla, eyni niyyətlə, 12 noyabr 2020-ci il tarixdə özünün tapşırığı ilə cinayətdən xəbərsiz Şahid5 adına olan "xxxx" ASC-yə aid 5103 **** **** **04 nömrəli plastik kartına Bakı şəhəri, Neftçilər prospekti 77 ün vanında yerləşən A.Şaiq adına “Kukla” Teatrının yaxınlığında olan “Milliön” ödəmə terminalı vasitəsi ilə 1.500 (bir min yeddi yüz) manat məbləğində pul vəsaitinin Şahid1 tərəfindən köçürülməsinə nail olub həmin pul vəsaitini 12 noyabr 2020-ci il tarixdə ünvan 12 ünvanında yerləşən bankomatdan nağdlaşdırıb çıxarmaqla, eyni niyyətlə, 2020-ci ilin noyabr ayının ortalarında Qaradağ rayonu, Lökbatan dairəsinin yaxınlığında tərəfindən göndərilmiş istintaqla şəxsiyyəti müəyyən edilməyən sürücü vasitəsi ilə Şahid1 1.500 (bir min beş yüz) manat almaqla, həmçinin, eyni niyyətlə, 2020-ci ilin noyabr ayının sonlarında Daşınmaz Əmlak Xidmətində yüksək vəzifədə işləyən şəxslə yaxın münasibətlərinin olduğunu bildirib, həmin münasibətlərdən istifadə edərək qeyd olunan yaşayış sahəsinə dair çıxarış almaq i mkanına malik olmasına dair Şahid1 yalan vəd edib, qeyd olunan məsələnin müsbət həll olunması üçün Daşınmaz Əmlak Xidmətində işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 11.000 (on bir min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini sonuncuya aldatmaqla bildirib, özü barəsində yaratdığı inam və etibardan suiistifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 2020-ci ilin noyabr ayının 27- də özünün tapşırığı ilə cinayətdən xəbərsiz X6 adına olan "xxxx" Kommersiya Bankı ASC-yə aid 5243 **** **** **29 nömrəli plastik kartına Bakı şəhəri, Bül-bül prospekti 13 ünvanında yerləşən “Sahil” metrostansiyasının yaxınlığında olan “Milliön” ödəmə termi nalı vasitəsi ilə 10.800 (on min səkkiz yüz) manat məbləğində pul vəsaitinin Şahid1 tərəfindən köçürülməsinə nail olub həmin pul vəsaitini Bakı şəhərinin ərazisində yerləşən bankomatdan nağdlaşdırıb çıxarmaqla, ümumilikdə qeyd edilən qaydada Şahid1 məxsus cəmi 32.300 (otuz iki min üç yüz) manat məbləğində pul vəsaitini ələ keçirib, şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya xeyli miqdarda ziyan vurmaqla aldatma və etibardan sui-istifadə etmə yolu ilə əmlakını vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə vahid niyyətlə sonuncunu təkrarən təhrik etmiş, həmin hərəkətləri ilə xüsusi xidmət orqanı qismində Dö vlət Təhlükəsizliyi Xidmətini əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri vahid niyyətlə törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, özbaşına özünü Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edərək, təkrarən aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə X2 əlillik qrupu ilə bağlı müavinətin düzəldilməsində köməklik göstərilməsi üçün 2020-ci ilin iyul ayında cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə özünə müraciət etmiş Şahid3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu, həmin münasibətlərdən istifadə edərək, X2ya müavinətin verilməsini təmin etmək imkanına malik olmasına dair yalan vəd edib, həmin məsələnin müsbət həll olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar X2nın xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla bildirib, özü barəsində yaratdığı inam və etibardan suiistifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla xx.xx.2020-ci il tarixdə özünün tapşırığı ilə cinayətdən xəbərsiz X6 adına olan "xxxx" Kommersiya Bankı ASC-yə aid 5243 **** **** **29 nömrəli plastik kartına ünvan 9 ünvanında yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə 1.000 (bir min) manat məbləğində pul vəsaitinin cinayətdən xəbərsiz Şahid1 tərəfindən köçürülməsinə nail olduqdan sonra, eyni niyyətlə, guya X2nın tibbi müayinədən keçirilməsi üçün əlavə olaraq ƏƏSMN-da yüksək vəzifədə işləyən yaxın münasibətlərinin olduğunu şəxsə özü vasitəsi ilə 500 (beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu aldatmaqla 20 noyabr 2020-ci il tarixdə Şahid3 bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin adla, 20 noyabr 2020-ci il tarixdə özünün tapşırığı ilə cinayətdən xəbərsiz Şahid5 adına olan "xxxx"-ASC-yə aid 5103 **** **** **04 nömrəli plastik kartına Cəlilabad şəhərində yerləşən “Rəmzi” marketdə olan “Milliön” ödəmə terminalı vasitəsi ilə 5 00 (beş yüz) manat məbləğində pul vəsaitinin Şahid3 tərəfindən köçürməsinə nail olaraq, həmin pul vəsaitini 23 noyabr 2020-ci il tarixdə ünvan 12 ünvanında yerləşən bankomatdan nağdlaşdırıb çıxarmaqla, sonuncuya məxsus cəmi 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib, şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus əmlakı vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar X2nın xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə vahid niyyətlə Şahid3 və Şahid1 təkrarən təhrik etmiş, həmin hərəkətləri ilə xüsusi xidmət orqanı qismində Dövlət Təhlükəsizliyi Xidmətini əhali arasında nüfuzdan salınmaql a vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri vahid niyyətlə törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini vahid niyyətlə təhrik etmişdir. Belə ki, o, özbaşına özünü Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edən Məhkum1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, özü barəsində yaratdığı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə, 2020-ci ilin iyul ayının əvvəllərində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2017- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək azadlıqdan məhrum etmə cəzası 9 ilə endirilmiş qohumu X4 cəza müddətinin azaldılmasında köməklik göstərilməsi üçün 2020-ci ilin iyul ayının əvvəllərində özünə müraciət etmiş Şahid1 Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində işləyən kimi təqdim etdiyi tanışı Məhkum1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə guya yaxın münasibətlərinin olduğunu, həmin münasibətlərdən istifadə edərək X4 barəsində təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını 2 il 4 ay müddətində azaltmaq imkanına malik olmalarına dair yalan vəd edib, həmin məsələnin müsbət həll olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyində işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar X4un xeyrinə edəcəyi hərəkətə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 11.000 (on bir min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla bildirib, Şahid1 özləri barəsində yaratdıqları inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 2020-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Şahid4 küçəsində 600 (altı yüz) manat, eyni niyyətlə 2020-ci ilin iyul ayının əvvəllərində Kürdəmir şəhərinin mərkəzi dairəsinin yaxınlığında yerləşən “Dost” kafesində Məhkum1 vasitəsi ilə 5.000 (beş min) manat, eyni niyyətlə 2020-ci ilin iyul ayının ortalarında ünvan 4 ünvanında 2.000 (iki min) manat məbləğində X4un arvadı Şahid2 məxsus pul vəsaitini Şahid1 aldıqdan sonra, 2020-ci ilin noyabr ayının əvvəllərində Məhkum1 vasitəsi ilə Şahid2 yaşadığı ünvan 5 ünvanında X4un məsələnin müsbət hə lli üçün sonuncuya hüquqi yardımın göstərilməsi ilə bağlı əlavə olaraq 500 (beş yüz) manat məbləğində pul vəsaitinin vəkilə verilməsi zərurətinin yarandığı aldatmaqla bildirib, özləri barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək Şahid2 ilə razılaşıb, həmin adla 2020-ci ilin noyabr ayının əvvəllərində ünvan 5 ünvanında Şahid2 500 (beş yüz) manat məbləğində pul vəsaitini Məhkum1 vasitəsi ilə alaraq, aldıqları pul vəsaitlərini qabaqcadan əlbir olduğu sonuncu ilə aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə yolu ilə Şahid2 məxsus cəmi 8.100 (səkkiz min bir yüz) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar X4un xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə Şahid2 və Şahid1 təhrik etmiş, sonuncular aldadıldıqlarını başa düşərək qalan pul vəsaitini verməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Şahid2 məxsus qeyd olunan pul vəsaitini ələ keçirməyə nail olmayaraq, Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus cəmi 11.000 (on bir min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla dələdu zluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Hökmdən Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Mehrəliyev Vüsal Bəhram oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) 19 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti isə təmin edilərək Məhkum1 CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə və Məhkum2 CM-nin 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 no yabr 2021-ci il tarixli hökmü Məhkum2 aid hissədə dəyişdirilmiş və onun barəsində CM-nin 70-ci maddəsinə əsasən şərti məhkum etmənin tətbiq olunmasına dair müddəalar və bununla bağlı göstərişlər hökmdən xaric edilmiş, adı çəkilən məhkuma cinayətlərin məcmusu üzrə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasınının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli qərarından Məhkum1 və Məhkum2 müdafiəçisi M.M.Əzizov ayrı-ayrılıqda kassasiya şikayətləri verərək Məhkum1 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilmədiyini göstərərək barəsində ədalətli qərarın qəbul edilməsini, müdafiəçi M.M.Əzizov isə hüquqlarını müdafiə etdiyi şəxsin barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini və ona təyin olunmuş cəzanın 2 (iki) il sınaq müddəti ilə şərti hesab olunması haqda qərarın qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum1 kassasiya şikayətini belə əsaslandırmışdır ki, o, ittiham olunduğu cinayət əməllərinin heç birini törətməməsinə baxmayaraq, əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmiş, məhkəmələr isə düzgün baxmayaraq sübutları qanuna müvafiq qaydada araşdırmayıb onlara düzgün qiymət verməmiş, tətbiq edilməli olan cinayət qanununun normaları da düzgün tətbiq olunmamış, nəticə də o, qanunsuz və əsassız olaraq məhkum olunmuş, onun hüquqları isə kobud şəkildə pozulmuşdur. Kassasiya şikayətində bu haqda göstərilən dəlillərə əsaslanaraq Məhkum1 onun həmin şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətində işin müəyyə n olunmuş faktiki hallarına, CM-nin 8, 41, 58 və 70-ci maddələrinə istinad edərək apellyasiya instansiyası məhkəməsinin qərarını Məhkum2 aid hissədə ədalətsiz hesab edən müdafiəçi M.M.Əzizov öz şikayətini onunla əsaslandırmışdır ki, həmin məhkəmə hüquqlarını müdafiə etdiyi şəxsin haqqında şərti məhkum etmənin tətbiq edilməsi haqqında müddəaları hökmdən xaric edərkən nəzərə almamışdır ki, Məhkum2 ilk dəffə cinayət məsulyyətinə cəlb olunmuş, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir, himayəsində iki azyaşlı uşaqları var, onun cəzasını ağırlaşdıran hallar isə iş üzrə müəyyən edilməmişdir. Qeyd olunanlara əsaslanaraq müdafiəçi onun kassasya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətlərinə məhkəmə baxışı iclasının keçiriləcəyi yeri və vaxtı bar ədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq Məhkum2 məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, müdafiəçi M.M.Əzizov isə naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq dövlət ittihamçısının və Məhkum1 rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya şikayətlərinə Məhkum2 və onun müdafiəçisi M.M.Əzizovun iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə i clasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum1 kassasiya şikayətindən göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, onun ittiham olunduğu cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr təqdim olunmuş sübutları tədqiq etməkdən imtina edərək araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Müdafiəçi M.M.Əzizovun kassasiya şikayətinin məzmununa görə isə, apellyasiya instansiyası məhkəməsi Məhkum2 aid olan cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almadan onun haqqında həddindən artıq ağır olan cəza tə dbiri seçmişdir. Bununla da, Məhkum1 apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.1, 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində, müdafiəçi M.M.Əzizov isə həmin qərarın dəyişdirilməli olması barədə tələbini CPM-nin 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.1, 416.1.2, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiq indən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.21. məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası müdafiəçisi Məhkum1 və müdafiəçi M.M.Əzizovun şikayətlərini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum1 və Məhkum2 məhkum olunmalarına dair cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, ka ssasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildi rməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apel lyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsi yələrinə əsaslanaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından Məhkum1 və müdafiəçi M.M.Əzizov tərəfindən verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbi t edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 63-cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunverici lik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Büununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cnayətk ar qəsdlərdən qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çək işmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün is tər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddin i və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, CPM-nin ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə t utulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri t əkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-c i maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələrində tələb olunduğu kimi, məhkəmənin yekun qəra rı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cə za tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmu ş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin mü əyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında öz hüquq mövqeyini müəyyənləşdirərkən eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzər ində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara u yğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslar ından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Şərh edilən beynəlxalq və milli qanunvericiliyin normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və həm Məhkum1, həm də Məhkum2 CM-nin müxtəlif maddələri ilə təqsirli bilinmələri ilə razılaşaraq hökmü bu hissədə dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin ye kun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, cinayət-hüquq nəzəriyyəsində talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər əməllərdən, o cümlədən mülki-hüquqi xarakterli pozuntulardan ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektini və obyektiv cəhətini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: - özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün, yaxud da digər şəxslərin nəfinə keçirilməsi; - götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; - bunların əvəzsiz olması; - cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; - mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: - birbaşa qəsd; - tamah məqsədi Talama cinayətlərindən sayılan dələduzluq CM-nin 178.1-ci maddəsinin dispozisiyasında et ibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərinin ümumi əlamətlərini xarakterizə edən əlamətlərə görə aldadan, etibardan sui-istifadə edən, yəni dələduzluq cinayətinin törədilməsində ittiham olunan şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, (əməl əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin, digər talama cinayətlərində olduğu kimi, əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununvericiliyində maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən, şəxsdə əmlakı sahibliyinə keçirdiyi vaxt (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyəti olmayıbsa, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda, şəxsin belə hərəkət etməsi CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (m üqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Eyni mövqedən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında da çıxış etmişdir. Həmin Qərarın 1-5-ci bəndlərində Plenum məhkəmələrə izah etmişdir ki, CM-nin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsind ə nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlər in təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyy ətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Bundan başqa, qərarda məhkəmələrin nəzərinə çatdı rılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayətin başa çatma anı təqsirkarın əmlaka dair mülkiyyət hüququnun, habelə həmin əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alındığı an hesab edilir (məsələn, daşınmaz əmlaka dair mülkiyyət hüququnun müvafiq orqanlar tərəfindən qeydiyyata alındığı, bu hüququn tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi, əmlakın alqı-satqısına dair əqdin bağlandığı an və sair). Ali Məhkəmənin Plenumu həmçinin qeyd etmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Plenum Qərarının 24-cü bəndində göstərilmişdir ki, məhkəmə təcrübəsinə görə, bir sıra hallarda dələduzluq cinayəti təqsirkar tərəfindən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə törədilir. Məhkəmələrə izah edilsin ki, təqsirkarın belə hərəkəti aldatmanın üsulu kimi çıxış etdiyinə görə onun əməlinin əlavə olaraq CM-nin 310-cu maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Lakin özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar dələduzluq cinayətini törədən şəxs özgənin əmlakını (əmlaka olan hüququnu) ələ keçirməklə yanaşı, fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan digər hərəkətlər də törətdikdə onun əməli cinayətlərin məcmusu üzrə CM-nin 178 və 310-cu maddələri ilə tövsif edilir. Daha sonra təhlil edilən qərarın 34-cü bəndlərində məhkəmələrə izah edilmişdir ki, CM-nin 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzlu q (CM-nin 178.2.1-ci maddəsi) hesab edilir. Həmin Qərarın 36-cı bəndində isə məhkəmələrin diqqəti dələduzluq cinayətlərinə dair işlərə baxarkən bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilərək izah edilmişdir ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şə xs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikd ə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Məhkum1 və Məhkum2 barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi, Məhkum1 kassasiya şikayətində göstərdiklərinin əksinə olaraq təqdim olunan sübutları araşdırmaqla, yəni sübutların tədqiqindən imtina etməməklə və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun (onunla yanaşı həm də Məhkum2) hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət əməllərini törətmələri barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə həm Məhkum1, həm də Məhkum2 təqsirli olmalarına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin həm sübutların tədqiqi, h əm də onların qiymətləndirilməsi ilə bağlı gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Məhkum1 kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, həm Məhkum1, həm də Məhkum2 təqsirliliklərinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum1 ibtidai araşdırma zamanı, Məhkum2 isə həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında verdiyi ifadələrlə yanaşı, çoxsaylı şahidlərin ifadələri, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Məhkum1 kassasiya şikayətində məhkəmənin həmin sübutların tədqiq edilməsindən imtina etməsini iddia etsə də, işə məhkəmə baxışını əks etdirən məhkəmə iclası protokolundan belə pozuntuya yol verilməsi müəyyən edilmir, yəni birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmış, məhkəmə iclasında qaldırılmış bütün vəsatətlər üzrə qanuni və əsaslandırılmış qərarlar qəbul etmiş, çıxardığı hökmdə isə araşdırdığı bütün sübutlara həm ayrı-ayrılıqda, həm də məcmu şəklində qanuna müvafiq qaydada qiymət vermişdir. Cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin məhkəmə iclasında bu qaydada, yəni cinayət mühakimə icraatının şərtlərinə və prinsiplərinə uyğun olaraq işə baxılması təmin edildiyindən, apellyasiya instansiyası məhkəməsində artıq araşd ırılmış sübutların təkrarən tədqiq edilməsinə ehtiyac olmamış və işə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxılmış, lakin bununla belə birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərinə cavab verilməsi üçün həmin məhkəmə də bu sübutlara əsaslanmaqla şikayətin və protestin dəlillərinə qanuna müvafiq qaydada cavab vermişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən natamamlığa və qeyri-obyektivliyə yol verilməsini müəyyən etmir və belə qənaətə gəlir ki, bununla bağlı Məhkum1 kassasiya şikayətinin dəlilləri tamamilə əsassızdır və həmin dəlillər qəbul edilən sayıla bilməz. Eyni zamanda araşdırılmış sübutların hazırki qərarda təkrarən təsvir edilməsinə zərurət görməyən məhkəmə kollegiyası həmin sübutlar əsasında işin müəyyən edilmiş faktiki hallarının başqa cür müəyyən edilməsi, o cümlədən Məhkum1 təqsirli bilindiyi əməlləri törətməməsi barədə nəticəyə gəlmək üçün heç bir əsas görmür. İş materiallarından göründüyü kimi, Məhkum1 ona istinad olunan əməlləri törətməsi haqda həm sonuncunun hüquqlarının hər hansı şəkildə pozulmasına yol verməyən ibtidai araşdırma orqanının, həm də məhkəmələrin gəldikləri nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan i stifadə etməmiş, iş üzrə məhkum olunmuş şəxslərin, şahidlərin dindirilmələri, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, məhkum olunmuş şəxslərlə yanaşı cinayət prosesinin digər iştirakçılarının da hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıq ların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli qərarının Məhkum1 aid hissədə ləğv edilməsi və onun barəsindəki cinayət işinin icraatına xitam verilməsi üçün bəraətverici, yəni CPM-nin 42-ci maddəsində təsbit edilmiş əsasları, habelə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416.1.1, 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində göstərilən pozuntulardan hər hansı biri müəy yən edilmir. Məhkum2 barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə və cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olan işin digər hallarına uyğun olmaması, apellyasiya instansiyası məhkəməsi tərəfindən onun barəsində tətbiq edilmiş şərti məhkum etmənin əsassız olaraq ləğv edilməsi ilə bağlı müdafiəçi M.M.Əzizovun dəlillərinə və bu dəlillər üzərində qurulmuş tələbə (hüquqlarını müdafiə etdiyi şəxsin barəsində CMnin 70-ci maddəsinin tətbiq edilməsi və ona təyin olunmuş cəzanı iki il sınaq müddəti ilə şərti hesab edilməsi haqda tələb) cavab olaraq məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, CM-nin 70.1-ci maddəsində təsbit edilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qanunun bu normalarının mənasına görə, azadlıqdan mərum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. İş materiallarından göründüyü kimi, faktları araşdıran və sübutları tədqiq edən apellyasiya instansiyası məhkəmələri işə baxarkən Məhkum2 cəza çəkmədən islah oluna biləcəyini təsdiq edə n heç bir sübut əldə etməmiş və düzgün olaraq ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında hökmü dəyişdirərək bu haqda müddəaları həmin hökmdən xaric etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngüllə şdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. İş materiallarından göründüyü kimi, faktları araşdıran və sübutları tədqiq edən istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələri işə baxarkən Məhkum2 cəza çəkmədən islah oluna biləcəyini təsdiq edən heç bir sübut əldə etməmiş və buna görə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında hökmü qüvvədə saxlamaqdan imtina etmişdir. Öz nəticəsini isə apellyasiya instan siyası məhkəməsi belə əsaslandırmışdır ki, Məhkum2 törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi onun cəza çəkmədən islah olunmasını istisna edir, birinci instansiyası məhkəməsinin istinad etdiyi (eynilə kassasiya şikayətində göstərilən) hallar ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi üçün əsas vermir və hazırda da məhkəmə bunun üçün hər hansı bir halı müəyyən etmir. Məhkəmə bu nəticəsini əsaslandırarkən həmçinin Məhkum2 CM-nin 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini bir qrup şəxs halında törətməsini CM-nin 61.1.3-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almış və bütün qeyd olunanların məcmusuna qiymət verərək Məhkum2 barəsində şərti məhkum etmənin tətbiqinin həm də cəzanın məqsədlərinin təmin etməmə sini qeyd edərək bu haqda müddəaları və bununla bağlı göstərişləri hökmdən xaric etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və onun əsaslandırılması ilə razılaşan məhkəmə kollegiyası da müdafiəçi M.M.Əzizovun kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və Məhkum2 təin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi üçün əsaslar görməyərək həmin şikayətin də təmin edilməməsini mümkün bilir. CPM-nin 419-cu maddəsinin tələblərinə uyğun olaraq kassasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq Məhkum1 və Məhkum2 törətdikləri cinayət əməllərinə maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayan məhkəmə kollegiyası qeyd edir ki, istər ibtidai araşdırma orqanı, istərsə də məhkəmələr tərəfindən bu məsələ onların qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girməklə qrup şəklində özgə əmlakını ələ keçirtmək məqsədilə Şahid2 əmlakını dələduzluq yolu ilə ələ keçirmələri və nəticədə ona xeyli miqdarda ziyan vurma əməllərini həm CM-nin 178.2.1, 178.2.4, həm də CM-nin 29, 178.2.1 və 29, 178.2.1 və 29, 178.2.4-cü maddələri ilə tövsif edərkən cinayət qanunu normalarının tətbiqində səhvə yol vermişlər. Belə ki, bu epizodla bağlı Məhkum1 və Məhkum2, hər birisinə qarşı irəli sürülmüş ittihamdan və bu ittiham üzrə apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hökmdən görünür ki, Məhkum1 və Məhkum2 CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə yanaşı həm də CM-nin 29, 178.2.1 və 29, 178.2.1 və 29, 178.2.4-cü maddələri təqsirli bilinərək məhkum olunmuşlar ona görə ki, Məhkum1 özbaşına özünü Azərbaycan Respublikasının Döv lət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edib Məhkum2la cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə, 2020-ci ilin iyul ayının əvvəllərində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2017- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 dekabr 2017-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 9 ilədək endirilmiş qohumu X4 cəza müddətinin azaldılmasında köməklik göstərilməsi üçün 2020-ci ilin iyul ayı nın əvvəllərində Məhkum2 vasitəsi ilə onlara müraciət etmiş Şahid1 Məhkum1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu, həmin münasibətlərdən istifadə edərək X4a təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin 2 il 4 ayadək azaltmaq imkanına malik olmalarına dair yalan vəd edib həmin məsələnin müsbət həll olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyində işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar X4un xeyrinə edəcəkləri hərəkətə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 11.000 (on bir min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla bildirib, Şahid1 özləri barəsində yaratdıqları inam və etibardan sui-istifadə edərək on unla razılaşmaqla sövdələşib, həmin adla 2020-ci ilin iyul ayının əvvəllərindən 2020-ci ilin noyabr ayının əvvəllərinədək Şahid2 məxsus cəmi 8.100 (səkkiz min bir yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar X4un xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsini Şahid2 və Şahid1 təhrik etmiş, sonuncular aldadıldıqlarını başa düşərək qalan pul vəsaitini verməkdən imtina etdiklərinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməllərini öz iradələrindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Şahid2 məxsus qeyd olunan pul vəsaitini ələ keçirməyə nail olmayaraq, Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus cəmi 11.000 (on bir min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişlər. Bu ittihamın qısa mahiyyəti ondan ibarətdir ki, Məhkum1 və M.İ.X15 cəzasının müddətinin azaldılmasında köməklik göstərəcəkləri adı altında 11.000 manat məbəlğində pulu vəzifəli şəxsə (şəxslərə) rüşvət vermək lazım olduğunu bildirərək sonradan Şahid2 bu məbləğdə deyl, cəmisi 8.100 manat məbləğində pulunu ona xeyli ziyan vurmaqla dələduzluq yolu ələ keçirmiş, 11.000 manat məbləğində pulun eyni yolla ələ keçirilməsinə isə cəhd etmişlər. Məhkəmə kollegiyası hesab edir, Məhkum1 və Məhkum2 bu əməllərini həm başa çatmış, həm də b aşa çatmayan cinayət kmi qiymətləndirib həmin əməlləri yuxarıda göstərilən qaydada tövsif edən ibtidai araşdırma orqanı və məhkəmələr cinayət qanunu normalarını düzgün tətbiq etməməklə yanaşı həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında əksini tapmış izahı da nəzərə almamışlar. Bununla bağlı, məhkəmə kollegiyası əvvəla cinayət işinin materiallarına müraciət edərək qeyd edir ki, həmin iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadələrinə əsasən, 2020-ci ilin iyul ayının əvvəllərində Salyan şəhərində olan zaman xalası qızı Şahid2 qəsdən adam öldürdüyünə görə barəsində azadlıqdan məhrum etmə cəzası təyin olunmuş əri X4un azad olunmasında köməklik göstərə biləcək adam axtardı ğını ona deyib ondan bu məsələdə kömək edə biləcək tanışının olub-olmamasını soruşmuşdur. X4 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və həmin vaxt sonuncunun cəza çəkməsinin sonuna təxminən 5 il 6 ay qalmışdır. Qohumunun xahişi ilə bağlı o, iş yoldaşı Məhkum2la danışdıqda, sonuncu onun yanında 2020-ci ilin iyul ayının əvvəllərində Məhkum1 zəng edərək X4un məsələsi barədə məlumat vermiş, Məhkum1 isə Məhkum2 iki dəfə ayrılıqda məhkəməyə müraciət olunacağını və ilk dəfə X4un cəzasının azaldılacağını, ikinci dəfə isə sonuncunun ümumiyyətlə azadlığa buraxılacağını vəd etmiş, onun bu məsələni vəzifədə işləyən şəxslər vasitəsi ilə həll edəcəyini bildirmişdir. X4un azadlığa çıxması və hər iki məhkəmədə müsbət nəticənin əldə olunması üçün Məhkum1 ümumilikdə 32000 manat məbləğind ə pul vəsaitinin özü vasitəsi ilə Ədliyyə Nazirliyində işləyən vəzifəli şəxslərə verilməli olduğunu qeyd etmişdir. O, bu barədə xalası qızı Şahid2 ilə danışdıqda, sonuncu 32000 manat məbləğində pul vəsaitinin olmadığını bildirmiş və o, bu haqda Məhkum2 vasitəsi ilə Məhkum1 dedikdə, sonuncu X4a təyin olunmuş cəzanın 2 il 4 ay müddətinin azaldılmasına da kömək edə biləcəyini vəd edərək bunun üçün 11.000 manat pul vermək lazım olduğunu əlavə etmişdir. O, yenidən Şahid2 ilə danışdıqda, sonuncu ərinin məsələsi ilə bağlı 11.000 manat məbləğində pul ödəməyə razı olmuşdur. Sonra Məhkum2 Məhkum1 ilkin olaraq X4 barəsində istintaq olunan cinayət işi üzrə qəbul olunmuş məhkəmə hökmünü və 5600 manat məbləğində pul verilməsini istədiyini bildirmişdir. Həmin vaxt Məhkum2 5000 manat pulun Məhkum1 çatacağ ını, 600 manat məbləğində pulun isə X4un işində sonuncu ilə birlikdə köməklik göstərməsi müqabilində özünə götürəcəyini demiş və 2020-ci ilin iyul ayının əvvəllərində Salyan şəhərində Şahid2 yaşadığı evdə, sonuncudan 5600 manat məbləğində pul götürmüşdür. Sonra, 2020-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Şahid4 küçəsində X4un məsələsində Məhkum1lə birlikdə köməklik göstərdiyindən Məhkum2 600 manat pul vermişdir. Həmçinin, Məhkum2 Bakıdan gedən hərbi təyinatlı raketlərdə nasazlığın yarandığını, bu məsələni araşdırması üçün Məhkum1 Kürdəmir rayonuna getdiyini demiş və sonuncu ilə görüşmək üçün həmin rayona getməli olduqlarını əlavə etmişdir. 2020-ci ilin iyul ayının əvvəllərində qohumu X9 və Məhkum2 ilə birlikdə Kürdəmir şəhərinin mərkəzi dairəsinin yaxınlığında yerləş ən “Dost” kafesində Məhkum1 ilə görüşmüş, həmin zaman Məhkum1 X4 barəsində qarşı tərəfdən şikayət olmadığından, sonuncunun məsələsini rahat həll olunacağını demiş, həmçinin görüşdə o, X9 və Məhkum2 yanında X4un məsələsi ilə bağlı Ədliyyə Nazirliyinin əməkdaşına çatdırması üçün Məhkum1 5000 manat pul vermişdir. Bununla yanaşı, həmin görüş zamanı yaşadığı, lakin rəsmi qaydada çıxarışı alınmamış Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsində yerləşən mənzilini sənədləşdirmək istədiyini Məhkum1 bildirmiş və sonuncu bu məsələ ilə maraqlanacağını cavab olaraq qeyd etmişdir. Sonra 2020-ci ilin iyul ayının oralarında ünvan 4 ünvanında Şahid2 məxsus 2000 manat pulu X4un məsələsi ilə bağlı Məhkum2 vasitəsi ilə Məhkum1 göndərmişdir. Sonradan Məhkum1 2000 manat vəsaitdən ona yalnız 1300 manat pu l çatdığını bildirmişdir. Bununla yanaşı, 2020-ci ilin noyabr ayının əvvəllərində Məhkum1 vəkil adı ilə Şahid2 yaşadığı evə gedib, X4un işinin məhkəmədə həll olunması üçün 500 manat pul almışdır. Belə ki, o, Şahid2 Məhkum1 şəklini göstərdikdə, xalası qızı sonuncuya 500 manat pul verdiyini bildirmiş, lakin Məhkum1 bunu inkar edərək, vəkilin həmin pulu götürdüyünü qeyd etmişdir. Məhkum1 X4un məsələsində hər hansı bir hərəkət etmədiyindən və yalanları ifşa oldunduğundan, Şahid2 daha Məhkum1 verməsi üçün ona pul verməmişdir. X4un məsələsi ilə bağlı verilmiş cəmisi 8.100 manat məbləğində pul vəsaitləri Şahid2 məxsus olmuşdur. Qeyd olunan epizod S.Şahid1 ifadələri ilə öz məzmununa görə eynilik təşkil edən ifadələri həmçinin birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismindən dindir ilmiş Şahid2 da vermişdir. Bu ifadələrin digər sübutlarla birgə təhlilindən belə nəticə hasil olur ki, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə S.Şahid1 vasitəsilə və bilavasitə Şahid2 məhkum olunmuş ərinə təyin olunmuş cəzanın müddətinin azaldılmasında köməklik edə biləcəkləri adı altında sonuncuya bunun üçün 11.000 manat məbləğində, yəni CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən xeyli miqdarda pul vermək lazım olduğunu bildirsələr də, son nəticədə Şahid2 məxsus cəmisi 8.100 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmiş, bununla da ona xeyli miqdarda ziyan vurmuşlar. Məhkəmə kollegiyası hesab edir ki, bu halda Məhkum1 və Məhkum2 törətdiyi bu əməllərinin həm başa çatmamış cinayət, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə, həm də başa çatmış cinayət, yəni yenə də xeyli miqdarda ziyan vurmaqla dələduzluq kimi qiymətləndirilməsi və bir əməlin həm CM-nin 29,178.2.1, 29.178.2.4-cü maddələri ilə, həm də CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilməsi əsassızdır, çünki qanunun mənasına görə, bu kimi hallarda əməl yalnız başa çatmış kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, törədilmiş dələduzluq əməli yalnız həmin cinayəti törətməyə cəhd kimi o, halda qimyətləndirilə bilər ki, təqsirkar zərər çəkmiş şəxsin xeyli və ya külli miqdarda əmlakını ələ keçirmək niyyəti izləyərək buna müvafiq hərəkətlər etmiş olsun, məsələn yalançı vədlər versin, lakin onun iradəsindən asılı olmayan səbəblərə görə zərər çəkmişin xeyli və ya külli miqd arlarda əmlakını deyil, bundan az məbləğlərdə əmlakını ələ keçirmiş olsun. Məsələyə bu mövqedən həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında da yanaşmışdır. Belə ki, həmin Qərarın 33-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə, xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yen ə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. Buna görə, məhkəmə kollegiyası şərh edilənlərdən çıxış edərək hesab edir ki, Məhkum1 və Məhkum2 barələrindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli qərarında dəyişiklik edilərək, onların hər birisinin CM-nin 29, 178.2.1 və 29, 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair müddəalar həmin qərardan və onunla bağlı olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmündən xaric edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin ed ilməsi haqqında Məhkum1, həmin şikayətlərin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, lakin Məhkum1 və Məhkum2 barələrindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli qərarında dəyişiklik edilərək, onların hər birisinin CM-nin 29, 178.2.1 və 29, 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair müddəalar həmin qərardan və onunla bağlı olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmündən xaric edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya şikayətlərinə münasibətdə qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası C inayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum1 Xudabaxış oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli qərarında dəyişiklik edilərək qərardan və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci i ta rixli hökmündən Məhkum1 və Məhkum2, hər birisinin CM-nin 29, 178.2.1 və 29, 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair müddəalar xaric edilsin, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya şikayətlərinə münasibətdə qalan hissədə isə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1353/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1353/2022
01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver