Məhkəmə qərarları › İş №1(102)-1353/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1353/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1353/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Babayeva Xeyransa Qubat qızının iştirakları ilə, Məhkum Azər baycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 1(099)346/2022 nömrəli (hakim – Əhmədov Vüqar İkram oğlunun sədrliyi ilə, hakimlər – Əliyev Bədəl Calal oğlu və Neymanov İslam Əkrəm oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1975-ci ildə Əli-Bayramlışəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbay can Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəli 08 yanvar 2022-ci il tarixdən hesablanmaqla 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Babayeva Xeyransa Qubat qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2023-cü il tarixli 1(106)-38/2023 nömrəli hökmü ilə (hakimlər: Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət məhkəmə tərkibində) apellyasiya şikayəti təmin edilmiş, Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum təqs irləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə külli miqdarda yəni 63.667 qram çəkidə narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədə n və vaxtda qanunsuz olaraq əldə edib, daşıyaraq saxlamış, həmin narkotik vasitə olan heroinin 61.047 qramı Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən 08 yanvar 2022-ci il tarixdə, saat 14 radələrində onun yaşadığı, ünvan 1 ünvanında yerləşən evə baxış keçirilərkən evdəki dolabdan bir ədəd sellofan kəsiyi bükümündə, 2,620 eynitərkibli qramı isə polis şöbəsində həmin gün saat 17 radələrində üzərinə şəxsi axtarış aparılan zaman başında olan papağın astar hissəsindən bir ədəd sellofan kəsiyi bükümündə aşkar olunaraq götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, cinayət qanunvericiliyinin maddi və prosessual h üquq normalarının pozulması ilə qərara gəlinmişdir. Məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyindən və bunun nəticəsi olaraq Məhkum əsassız olaraq bəraət verildiyindən, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin hökm qanunsuz olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə kollegiyası Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verərkən yalnız təqsirləndirilən şəxs Məhkum verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əs asa söykənməyən ziddiyyətli ifadələrinə, həmçinin onun məsuliyyətdən yayınmasında maraqlı şəxslər olan yaxın qohumları, anası Xnın və qızı Xnın ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmaqla, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə, Məhkum təqsirinin sübuta yetirilməməsi kimi işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, bununla da işin halları məhkəmə tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. İşin hallarından göründüyü kimi, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 63,667 qram çəkidə narkotik vasitə olan heroin əldə edib, həmin heroinin 61,047 qram hissəsini daşıy araq yaşadığı evin yataq otağında olan dolabın içərisində olmaqla, 2,620 qram hissəsini isə başında olan papağının astar hissəsində olmaqla üzərində qanunsuz olaraq daşımaqla saxlaması iş üzrə toplanmış bir-birini tamamlayan sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. İş materiallarında olan 08 yanvar 2022-ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan və əlavə edilmiş fotoçəkilişlərə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 09 yanvar 2022-ci il tarixli 18/22 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyinə, birinci və apelyasiya instansiya məhkəmələrində tədqiq edilmiş şahidlər Şahid1, Şahid3, Şahid2, Şahid4, Şahid5, İbrahim Qəhrəmanovun, Şahid6, Şahid7 və başqalarının ifadələri, şəxsi axtarış, evə baxış və götürmə protoko lları, digər istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, əməliyyat məlumatları və digər sübutlarla Məhkum ittiham olunan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlilləri nəzərə alaraq verilmiş kassasiya protestinin təmin edilməsini və Şirvan Apellyasiya Məhkəməsini n Cinayət Kollegiyasının 14 fevral 2023-cü il tarixli hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum və müdafiəçisi Babayeva Xeyransa Qubat qızı ayrı-ayrılıqda çıxış edərək, kassasiya protestinə etiraz etdiklərini bildirib, verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaql a Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsini n Cinayət Kollegiyasının 14 fevral 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəl lənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Məhkum birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o əvvəllər narkotik vasitə istifadə etsə də 2021-ci ilin dekabr ayından narkotik vasitə istifadə etməmiş, öz təşəbbüsü ilə Maştağada müalicə olunmuş, müalicədən sonra uşaqlarını görmək üçün evə gəlmişdir. İbtidai araşdırma zamanı da Məhkum eyni məzmunlu ifadə vermiş, üzərindən və evindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmadığını, onun papağından və evindəki dolabdan aşkar edilmiş narkotik vasitənin baxışda iştirak edən şəxslərin hər hansı biri tərəfindən, onun ehtimalına görə hal şahidlərinin biri tərəfindən yerləşdirildiyini göstərmişdir. Məhkum apellyasiya baxışı zamanı əlavə olaraq göstərmişdir ki, istintaq zamanı dəfələrlə döyülməsinə baxmayaraq polis əməkdaşlarının narkotik vasitələrin ona məxsus olmasını etiraf etməsi tələblərini yerinə yetirməmişdir. Apellyasiya icraatı zamanı dindirilmiş bəraət almış şəxs Məhkum on a, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid7 və Şahid6 ibtidai istintaq zamanı Məhkum üstünə və evinə baxış keçirilməsində iştirak etmiş hal şahidləri olmuşlar. Bu şəxslərdən biri olan Şahid7 məhkəməsindəki ifadəsində göstərmişdir ki, o Məhkum adlı şəxsin evinə baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı Yadigarın özünün yataq otağında olan tumbanın siyirməsinin içərisindən narkotik vasitə çıxsa da o həmin narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Hal şahidi olmuş Şahid6 da özünün də qeyd etdiyi kimi “əvvəllər tanımadığı Məhkum yaşadığı e və baxış keçirilməsində iştirak etməsinə” dair digər hal şahidi Şahid7la oxşar məzmunlu ifadə vermişdir. Həmçinin, Şahid7 digər hal şahidi Şahid6 tanıyıb tanımaması, əvvəllər oxşar işlər üzrə aparılmış axtarış prosessual hərəkətləri zamanı hal şahidi kimi iştirak edib-etməməsi barədə suala cavab verərkən göstərmişdir ki, Şahid6 Məhkum evində axtarış aparanadək əvvəllər tanımamış, çox əvvəllər bir neçə dəfə hal şahidi kimi iştirak etmişdir. Lakin, onlar əvvəllər polislə müəyyən əlaqələrdə olub, bir neçə dəfə şəxslərin üstünə baxış keçirilməsində iştirak edib. Belə ki, apellyasiya instansiyası məhkəməsində Şahid7 və Şahid6 başqa bu tipli işlər üzrə şahidlik və hal şahidliyi etməsi araşdırılmış və müəyyən edilmişdir ki, hal şahidlərinin hər ikisi, həm Şahid7, həm də Şahid6 Tərtər Rayon Məhkəm əsində Şirvan Apellyasiya Məhkəməsinin icraatında olmuş Şirvan şəhər sakini X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə məhkum edilməsinə ilə bağlı olan cinayət işinin ibtidai istintaqı zamanı aparılmış istintaq hərəkətində hal şahidləri qismində iştirak etmişdirlər ki, hal şahidləri kimi onların mütəmadi olaraq polisin dəvəti ilə bu tip işlər üzrə polis əməkdaşları ilə əməkdaşlıq etməsi müəyyən edilmişdir. Həmçinin bu hal şahidliyinin Şahid7 dediyi kimi çox əvvəllər yox, 2021-ci ilin aprel ayında olduğu müəyyən edilmişdir. Qeyd edilməlidir ki, Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 1(099)-346/2022 nömrəli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı müdafiəçi Xeyransa Babayevanın Lənkara n Ağır Cinayətlər Məhkəməsinə qeyd edilən şəxslərin hal şahidi kimi iştirak etdikləri cinayət işləri üzrə çıxarılmış hökmlərinin surətinin ona verilməsini xahiş etmişdir. Məhkəmədən müdafiəçiyə ünvanlanmış məktubdan görünür ki, vəkilə müvafiq məhkəmə hökmləri verilməsə də qeyd edilən şəxslərin narkotiklərlə bağlı cinayət işləri üzrə dəfələrlə hal şahidi kimi iştirak etməsi hallarının olması göstərilmişdir. Kassasiya məhkəmə kollegiyası göstərilən hallara qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikasının CPM-nin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılması nda iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Qeyd edilən maddədə göstərilmiş «marağı olmayan» məfhumunun məzmununa nə aid olması cinayət prosessual qanunvericilikdə açıqlanmır. Məhkəmə kollegiyası hesab edir ki, bu halda hal şahidinə etirazın əsaslarını əks etdirən CPM-nin 115-ci maddəsinə istinad edilməlidir. CPM-nin 115.2-ci maddəsində göstərilmişdir ki, hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. Göründüyü kimi prosessual qanunvericilik eyni bir şəxsin həm bir cinayət təqibi üzrə, həm də müxtəlif cinayət təqibləri üzrə həyata keçirilən istintaq hərəkətlərində hal şahidi kimi iştirakının mütəmadi xarakter daşamasını yol verilməz olmaqla etiraz üçün əsas kimi müəyyən edir. Belə ki, CPM-nin 115.4-cü maddəsinə göstərilmişdir ki, bu Məcəllənin 115.1 və 115.2-ci maddələrinin tələblərinə zidd hər hansı şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etibarsız hesab edilməsinə əsas ola bilər. Bu baxımdan məhkəmə kollegiyası bir mənalı şəkildə hesab edir ki, qeyd edilən maddədə göstərilən hal şahidinə etirazın əsasları, CPM-nin 94.1-ci maddəsinə əsasən hal şahidinin iştirakını marağı olan şəxs kimi istisna edən hallara da aiddir. Kassasiya məhkəmə kollegiyası belə olan halda apellyasiya məhkəməsinin Şahid7 və Şahid6 qeyd edilən işdə və buna oxşar işlərdə hal şahidləri kimi iştirak etmələrinə dair faktı onların cinayət prosesind ə marağı olması barədə gəldiyi qənaətlə razılaşır. Bu baxımdan məhkəmə kollegiyası bir mənalı şəkildə hesab edir ki, qeyd edilən maddədə göstərilən hal şahidlərinə etirazın əsasları, CPM-nin 94.1-ci maddəsinə əsasən hal şahidinin iştirakını marağı olan şəxs kimi istisna edən hallara da aiddir və bu baxımdan Şahid7 və Şahid6 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işinin ibtidai istintaqı zamanı istintaq hərəkətlərində hal şahidi qismində mütəmadi iştirakları baxılan iş üzrə olan 2022-ci il 8 yanvar tarixli «baxış keçirmə» protokolunun mötəbər sübut kimi qəbul edilməsini qeyri-mümkün edir. İstintaq orqanının ittiham üzrə istinad etdiyi sübutlardan biri də iş materiallarında əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar və həmin qərar əsasında Məhkum yaşadığı, ü nvan 1 ünvanındakı evinə baxış keçirilməsi haqqında baxış protokoludur. Lakin, Məhkum yaşadığı evdə baxış deyil, faktiki axtarış istintaq hərəkəti aparılmış, bununla isə Azərbaycan Respublikası CPM-in 243-cü və 244-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-in 243.1-ci maddəsinə əsasən axtarış və götürmə bir qayda olaraq məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə axtarış və götürmə haqqında qərarı müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olduqda çıxara bilər. Axtarış və götürmə bu Məcəllənin 177.2-177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır. Azərbaycan Respublikası CPM-in 177.3.1-ci maddəsinə əsasən yayşayış yerinə, xidməti və ya istehsalat bina larına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur. Azərbaycan Respublikası CPM-in 177.4.1-ci maddəsinə əsasən yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış, axtarış, və ya götürmə aparılması bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar və hallar olduqda aparıla bilər. Azərbaycan Respublikası CPM-in 243.3-cü maddəsinə əsasən isə müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan və yalnız şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini; şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, həbsdə n və ya azadlıqdan məhrum etmə yerlərindən qaçmış şəxsin yaşayış yerində gizləndiyini; yaşayış yerində insan meyitinin olmasını; yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər. Azərbaycan Respublikası CPM-in 243.4-cü maddəsinə əsasən Bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 243.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, habelə məhkəmənin qərarı olmadan axtarış və götürmə aparılmasının zəruriliyi və təxirə salına bilinməməsi əsasları nəzərə alınmaqla tərtib edilir. Baxılan işdə isə yuxarıda göstərilən əsaslar olmamış, yəni nə Məhkum şəxsiyyət və dövlət əleyhinə cinayət törətm iş, nə ağır cinayət törətdikdən sonra axtarış aparılan mənzildə gizlənmişdir, nə də həmin evdə insan həyatı üçün real təhlükə olmuşdur. Cinayət işinə əlavə olunmuş istintaq zamanı əməliyyat tapşırığına verilmiş 20 mart 2022-ci il tarixli cavabdan görünür ki, əməliyyat tapşığında qeyd edilmiş xüsusatlarla bağlı bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir:

1. Məhkum şəhər ərazisində mütəmadi olaraq narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin satışı ilə məşğuldur. Lakin, Məhkum konkret olaraq kimə, nə vaxt və hansı şəraitdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin satmasını müəyyən etmək mümkün olmamışdır. (Əsas: Agentura və digər mənbələrdən əldə edilmiş məlumatlar).

2. Məhkum məxsus yaşadığı evdən və üzərin dən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini haradan, kimdən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır.

3. Məhkum yaşadığı evdən və üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini satış məqsədilə əldə edib saxlamışdır. (Əsas: Agentura və digər mənbələrdən əldə edilmiş məlumatlar). Cinayət işinin materiallarına olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli 1350 saylı rəyindən görünür ki, müayinə zamanı Məhkum opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Lakin bu ekspert rəyinə əsasən, Məhkum elan olunmuş ittiham üzrə onun təqsirliliyinin sübuta yetirilməsi kimi qiymətləndirilməsi qəbul edilməzdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, göstərilənlərə, apellyasiya instansiyası məhkəməsinin bəraət hökmündə ətraflı şəkildə sadalananlara əsasən, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi olmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə və Avropa İnsan Hüquqları Məhkəməs inin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi cinayət və cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apelly asiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə hökmün qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin yuxarıda göstərilən normalarının həm məzmununa həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən “cina yət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”. Avropa İnsan Hüququları Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messe ge və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiy asına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin ə saslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hə r hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2023-cü il tarixli hökmü kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar