Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1354/2023 19.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum1 müdafiəçisi Müdafiəçi4 və Məhkum2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 1(106)-80/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Hüseyno v Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli 1(099)-238/2022 nömrəli hökmü ilə (sədrlik edən hakim C.C.Nəbiyev, hakimlər C.Ş.Səfərli və M.V.Məmmədovdan ibarət məhkəmə tərkibi) xx xxxx 1993-cü ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonunun Əliağalı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 22 A, mənzil 26-da yaşayan, hazırda cəza çəkən Məhkum1 Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsi rli bilinərək 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmış, həmçinin Milli Məclisinin "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərarının 2.3 və 13-cü bəndlərinə əsasən Məhkum1 Hacıqabul Rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli, 1(071)81/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 263- 1.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəza sını çəkməkdən azad edilmişdir. xx xxxxxx 1991-ci ildə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Xaçmaz rayonunun Niyazova kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2023-cü il tarixli qərarı ilə (sədrli k edən və məruzəçi hakim İ.H.Əhmədov, hakimlər M.Ə.Bağırov və E.İ.Əliyevdən ibarət məhkəmə tərkibi) məhkum edilmiş şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya protesti ilə əlaqədar Məhkum1 və Məhkum2 Cavnşir oğluna cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə əsas cəzası 6 (altı) il müddətə qədər artırılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 27 yanvar 2023-cü il tarixdən hesablanmış, hə mçinin Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə əsas cəzası 5 (beş) ilə qədər artırılmış, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 27 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və Məhkum1 müdafiəçisi tərəfindən isə kassasiya şikayəti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə Məhkum1 Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıdakı şəraitdə törətmişlər. M əhkum1 12 sentyabr 2021-ci ildə, saat 11-00 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan özünə məxsus, etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Tofaş Şahin minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobili Hacıqabul-Horadiz yolu ilə Horadiz qəsəbəsi istiqamətində 60 km\saat sürətlə hərəkət etdirərkən həmin yolun Sabirabad rayonu ərazisindən keçən 38,9-cu kilometrliyində həmin Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69- cu maddəsinin 7-ci hissəsinin 1 -ci bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi i lə digər hərəkət iştrakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, 1.1 üfüqi nişanlama xəttini (bütöv ağ xətti) kəsib keçməməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və ehtiyatsızlıqdan qarşı yola çıxmış və yenidən öz yoluna qayıdan zaman qarşı yoldan ona görə onun yoluna keçmiş və 90 km\saat sürətlə hərəkətdə olan Məhkum2 idarə etdiyi VAZ-21065 minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə VAZ- 21065 minik markalı avtomobildə sərnişin olan X8 yetirilən anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq hadisə yerində ölmüş, eyni zamanda VAZ-21065 minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum2, həmçinin Tofaş Şahin mi nik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişinləri Məhkum1 və Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurulmuş, o cümlədən Məhkum2 məxsus VAZ-21065 minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olaraq 4730 manat məbləğində ziyan dəymişdir. Məhkum2 12 sentyabr 2021-ci ildə, saat 11-00 radələrində özünə məxsus, etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan VAZ-21065 minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili Hacıqabul-Horadiz yolu ilə Hacıqabul istiqamətində 90 km\saat sürətlə hərəkət etdirərkən həmin yolun Sabirabad rayonu ərazisindən keçən 38,9-cu kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsin in 1 -ci bəndinin tələblərini pozmuş, yəni sürücü hərəkəti üçün təhlükə gördükdə nəqiliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, 1.1 üfüqi nişanlama xəttini (bütöv ağ xətti) kəsib keçməməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və qarşı yolda hərəkətdə olan Məhkum1 idarə etdiyi Tofaş Şahin minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin onun yoluna çıxdığını görüb avtomobili qarşı yola, yəni həmin avtomobilin yoluna çıxarmış və Tofaş Şahin minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil öz yoluna qayıdan zaman Tofaş Şahin minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin yolunda həmin avtomobillə toqquşmuş və nəticədə ehtiyatsızlıqdan VAZ-21065 minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi olan X8 yetirilən anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq hadisə yerində ölmüş, eyni zamanda Tofaş Şahin minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum1, həmçinin sərnişinlər Məhkum1 və Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurulmuş, o cümlədən Məhkum1 məxsus Tofaş Şahin minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olaraq 6435 manat məbləğində ziyan dəymişdir. Kassasiya şikayətinin, kassasiya protestinin və etirazın dəlilləri: Məhkum1 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutlar Azərbaycan Respublikası Cinayət-Proses sual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinin ziddinə olaraq tədqiq edilib-qiymətləndirilmiş, düzgün olmayaraq Hacıqabul Rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli 1(071 )-81/2018 saylı hökmü ilə təyin edilmiş cəzanın icrası müddətinin keçməməsinə istinad etməklə Məhkum1 yol nəqliyyat hadisəsi zamanı avtomobili idarə edərkən belə hüquqa malik olmayan şəxs kimi qiymətləndirmiş və işin həqiqi halları ilə uzlaşmayan bu xüsusatdan çıxış etməklə sonuncunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi təqsirli bilinib ağır cəzaya məhkum edilmişdir. Müdafiəçi4 Məhkum1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin tərkib əlamətləri olmadığı üçün Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2023-cü il tarixli q ərarını dəyişdirərək, onun əməlinin CMnin 263.2-ci maddəsinə tövsif etməklə, CM-in 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməsini xahiş edir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi Məhkum2 birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə əsas cəzası 5 (beş) ilə qədər artırsa da, məhkəmə Məhkum2 şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan, cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət etməyən həddindən artıq yüngül cəza təyin etmiş, bununla da apellyasiya məhkəməsi tərəfindən cinayət qanununun cəzanın təyin edilməsi məsələlərini tənzimləyə n normalarının tələbləri pozulmuşdur. Kassasiya protestində xüsusilə ona istinad olunur ki, Məhkum2, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, əməlini etiraf edərək peşman olması, müsbət xarakterizə olunması, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmaması məhkəmələr tərəfindən əsassız olaraq cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2023-cü il tarixli qərarını ləğv edilməsini və işin apelyasiya instansiya məhkəməsində yenidən baxılmasını xahiş edir. Məhkum2 dövlət ittihamçıs ının kassasiya protestinə qarşı etirazında həmin protestin əsassız olduğunu qeyd edərək, onun təmin olunmamasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının a pellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətində məhkumun əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif olunduğunu, nəticədə onun əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi Məhkum1 əməlinin Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə tövsif edilməsi və ona CM-in 263.2-ci maddəsi ilə yü ngül cəzanın təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Dövlət ittihamçısı kassasiya protestində Məhkum2 məsuliyyəti yüngülləşdirən hallar əsassız olaraq nəzərə alınmaqla, şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Res publikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2023-cü il tarixli qərarın qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İlk növbədə məhkəmə kollegiyası, Müdafiəçi4 hazırki qərarın “Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri” bölməsində təsvir edilmiş dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenu munun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələrində tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmiş hallar Məhkum1 əməlini Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilməsini istisna etməklə, həmin əməlin Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsifini labüd etmişdir. Belə ki, baxılan işin aspektində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş avtomobili idarə edən şəxs tərəf indən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarının pozulması cinayətlərini fərqləndirən cəhət birincinin (CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsidir. Müdafiəçi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş 05 mart 2022-ci il tarixli 311-161-1222 saylı məktuba istinad edərək hazırkı yol nəqliyyat hadisəsi baş verən zaman X5 27 aprel 2018-ci il tarixdən 27 aprel 2028-ci il tarixədək "BC” kateqoriyalı AE 920203 saylı sürücülük vəsiqəsini olduğuna, belə olan halda 12 sentyabr 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Məhkum1 nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi qiymətləndirl məsinin əsasız olduğunu iddia edir. Lakin məhkəmələrin istinad etmiş olduqları cinayət işi materiallarında olan "Məhkumluq haqqında” tələbnamədən və Hacıqabul rayon məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Məhkum1 Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə təqsirli (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 02 iyun 2016-cı tarixdə yol nəqliyyat hadisəsi törətmiş) bilinərək iki il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hökmün icrası Ağdam rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Qeyd olunan hökmün icrası barədə göstəriş Ağdam Rayon icra və probasiya şöbəsinə 27 sentyabr 2018-ci tarixdə göndərilməsinə baxmayaraq Ağ dam rayon İcra və Probasiya şöbəsinin 30 dekabr 2021-ci il tarixli,254/2021 nömrəli arayışından görünür ki, təqsirləndirilən şəxs Məhkum1 barəsində olan Hacıqabul rayon məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli hökmü icra olunması üçün şöbəyə daxil olmamışdır (yəni hökm icraya yönəldilməmişdir). X6 Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Hacıqabul Rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli hökmün giriş, təsviri-əsaslandırıcı və nəticə hissəsində qeyd edilənlərə əsasən, Məhkum1 məhkəmə iclasında iştirak etməklə barəsində tətbiq edilmiş məhrumiyyətlərdən yəni, təyin edilmiş əsas və əlavə cəzalarının növ və hə ddindən, cəzasını hansı cəzaçəkmə müəssisəsində çəkməsindən, cəzaçəkmə müddətinin əvvəlinin hansı tarixdən hesablanmasından və bunun hansı qaydada həyata keçirilməsindən məlumatı olmuşdur. Digər tərəfdən Hacıqabul Rayon Məhkəməsinin yekun məhkəmə aktının çıxarıldı tarixlə Məhkum1 sürücülük vəsiqəsinin əldə etdiyi tarixləri müqayisə etdikdə, müəyyən olunur ki, Əli Baxşəliyevə sürücülük vəsiqəsini barəsində cinayət təqibi həyata keçirilən dövrdə (yekun məhkəmə aktı qəbul edilməmiş) əldə etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1 və 45.2-ci maddələrinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər, həmçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən fiziki şəxs nəqliyyat vasitələrini idarəetmə hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: _ şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — sürücülük vəsiqəsi dəyişdirilənədək; _ şəxs tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa — Azərbaycan Respublikas ının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan müddətin qurtarmasınadək; _ şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki qüsurlar müəyyən edilərsə — xəstəlik müalicə olunanadək və ya fiziki qüsur aradan qaldırılanadək. Hacıqabul Rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli hökmü ilə Əli Baxşəliyevə əsas cəza olaraq 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğundan hökmlə müəyyən edilmiş əlavə cəza müddəti əsas cəzanın çəkildiyi bütün müddətə, həmçinin əlavə cəza üçün müəyyən edilmiş müddəti əhatə edir. Başqa sözlə desək 2 il müddətə təyin edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının axımının əvvəli sonuncunun ona təyin edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkib qurtardıqd an sonra başlanır. Həmçinin Hacıqabul Rayon Məhkəməsinin hökmü ilə Əli Baxşəliyevin təqsirli bilindiyi cinayət əməl CM-nin 15.2-ci maddəsinə əsasən az ağır cinayət kimi təsbit edilmişdir ki, belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80.1.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən yeddi il müddətdə icra edilmədiyi halda məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur. Yuxarıda qeyd olunan halların fonunda müəyyən olunur ki, Əli Baxşəliyev məhkəmə hökmü ilə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunduğu bildiyi vəziyyətdə, hökmlə ona təyin olunmuş əsas və əlavə cəza müddətlərini nəzərə almayaraq yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsi idarə edərək yol hərəkətinin qaydalarını kobud surətdə pozmuş və yeni cinayətin törəd ilməsinə səbəb olmuşdur. Digər tərəfdən hazırkı cinayət işi üzrə yol nəqliyyat hadisəsinin baş verdiyi tarixə Əli Baxşəliyevdə sürücülük vəsiqəsinin olması heçdə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş məhrumiyyəti aradan qaldıran və ya hökmün icrası ilə bağlı hüquqi nəticələrə təsir edən xususat kimi qəbul edilə bilməz. Belə olan halda, məhkəmələrin Əli Baxşəliyevin öz hərəkətlərinə (sürücülük vəsiqəsi olduğundan nəqliyyat vasitəsini idarə etmək hüququ şəxs kimi qəbul edilməsi ilə bağlı) subyektiv münasibətindən deyil hazırkı işin obyektiv hallarından çıxış edərək, onu nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi qəbul etmələri və onun əməlinin müvafiq olaraq Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsini tövsif etmələri sübutlara, işin faktiki hallarına və cinay ət qanununa əsaslanmayan nəticə kimi qiymətləndirilə bilməz. Müdafiəçinin məhkuma təyin olunmuş cəzanın törədilmiş cinayətə uyğun olmaması barədə mövqeyini, onun hərəkətlərində Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində deyil, 263.2-ci maddəsində göstərilən cinayətin tərkibinin olması haqqında dəlillə əsaslandığından, bu dəlilin əsassız olduğu isə kassasiya baxışı zamanı müəyyən edildiyindən, kassasiya şikayətində irəli sürülən X6 cəzasının yüngülləşdirilməsinə dair tələb də əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən, həm də onu nəzərə alır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən məhkumun şəxsiyyətinə aid olan və cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmamasını cəzanın təyin edilməsində əhəmiyyətli olan – Cinayət Məcəlləsinin 58.3-cü maddəsi nin təsbit etdiyi bütün halları (o cümlədən cinayətlərin xarakterini və ictimai təhülkəlilik dərəcəsini, törədilmə hallarını) tarazlaşdırılmış şəkildə nəzərə almış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl etmiş və ədalət prinsipini (maddə 8) pozmamışdır. Qeyd olunanlar kassasiya şikayətinin baxılması nəticəsində Azərbaycan Respublikası CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntuların müəyyən olunmadığını, müvafiq olaraq apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığlını göstərir. Dövlət ittihamçısının Məhkum2 barəsində birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş (4 il 6 ay), apellyasiya məhkəməsinin 5 ilə qədər artırdığı azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin olunmaqla, yüngül olmasına həsr olunmuş kassasiya protestinə istinad edilmiş dəlillərə gəldikdə, kollegiya bu müraciətlə də razılaşmaq üçün əsas tapmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58. 3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər y aradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyriməqbul hesab edilə bilər. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPMin 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olm asına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin apellyasiya məhkəməsi tərəfindən Məhkum2 təyin olunmuş cəzanın açıq-aydın yüngül olması barədə nəticəyə gəlmək üçün əsas vermədikləri müəyyən olunur. Belə ki, Məhkum2 Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən ehtiy atsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozma cinayəti Cinayət Məcəlləsinin 15.3cü maddəsində az ağır cinayət kimi təsbit edilmiş təqsirin ehtiyatsızlıq formasında törədilən əməldir. Həmin maddənin sanksiyasında əsas cəza kimi 2 (iki) ildən 6 (altı) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və əlavə cəza kimi 3 (üç) ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası nəzərə tutulmuşdur. Məhkum2 isə CM-in 263.2-ci maddəsi ilə 2 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, yəni sanksiyada müəyyən edilmiş azadlıqdan məhrum etmənin aşağı həddindən 3 (üç) il çox, yuxarı həddən 1 (bir) il az cəza təyin edilmişdir (eynilə əlavə cəza nın da müddəti sanksiyada göstərilən yuxarı həddən 06 ay azdır). Məhkum2 təqsirli bilindiyi cinayətin törədilmə hallarından görünür ki, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilən nəticəyə (zərərçəkən şəxsin ölməsinə) səbəb olmuş yol-nəqliyyat hadisəsi Məhkum2 cinayətkarcasına etinasızlığı ilə yanaşı yol hərəkətinin digər iştirakçısını olan X6 qarşılıqlı təqsiri nəticəsində baş vermişdir. Baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Məhkum2 ailəlidir, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur, törətdiyi cinayəti etiraf edib əməlinə görə peşmandır, həmçinin avtomobilində ölmüş Elşən Ağayev onun dostu olmuşdur. Qeyd olunan hallardan birinci instansiya məhkəməsi tərəfindən cəzanı y üngülləşdirən hallar kimi qiymətləndirilmiş, apellyasiya instansiyası məhkəməsi də bununla razılaşmışdır. Təqsirkar şəxsin peşmançılığını ifadə etməsi əməlinə tənqidi münasibətini ifadə etməklə, gercəkdən də onu müsbət cəhətdən xarakterizə edən haldır. Şəxsin ilk dəfə ehtiyatsızlıqdan cinayət məsuliyyətinə cəlb olunması da onu əvvəllər məhkum olunmuş, kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlabatan əsasdır. İşdən görünür ki, Məhkum2 barəsində ibtidai istintaq dövründən azadlıqdan məhrum etmə ilə bağlı olamayan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, həmin tədbirin şərtlərini pozmamış, ibtidai istintaq orqanının, məhkəmələrin çağırışlarına vaxtlı-vaxtında gəlmişdir. Qeyd olunan hallar müvafiq subutlara əsaslanır. Həmçinin «Yol hərəkəti və nəqliyyat vasi tələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarın 21-cü bəndinə qeyd olunur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib- ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Yuxarıda qeyd olunduğu kimi Elşən Ağayev ölümünə səbəb olmuş yol nəqliyyat hadi səsinin baş verməsində Məhkum2 təqsiri olmaqla yanaşı yol hərəkətinin digər iştirakçısını olan X6 qarşılıqlı təqsiri olmuşdur ki, belə olan halda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeyindən çıxış edərək göstərilən bu hal Məhkum2 cəzasının yüngülləşdirilməsinə təsir edəcək əsaslı arqument kimi qəbul edilməlidir. Məhkəmələrin baxılan işdə cəzanı ağırlaşdıran halların olmamasına dair qənaətləri də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Kassasiya protestində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən hallar da CM-in 61-ci maddəsinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər. Kassasiya protestində göstərilən – Cinayət Məcəlləsinin 263.2-ci maddəsində təsbit edilən cinayətin obyektini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən hallar bu maddənin sanksiyası müəyyən olunarkən qanunvericinin nəzərə aldığı xüsusiyyətlərdir və onun tərəfindən həmin xüsusiyyətlərlə törədilmiş əməllərə görə nəinki 5 il müddətə azadlıqdan məhrum etmə cəzası, hətta bundan da az müddətə (2 il azadlıqdan məhrum etmədən və 1 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmədən başlayan) cəzanın təyin edilməsi mümkün görülmüşdür. Qeyd olunan halların fonunda (həmçinin, cinayətin törədilmə halları nəzərə alındıqda) Məhkum2 apellyasiya məhkəməsi tərəfindən təyin olunmuş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halın müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun, habelə kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin isə təmin edilməməsinə dair Məhkum2 və müdafiəçisi Müdafiəçi4 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 yanvar 2023cü il tarixli, 1(106)-80/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlunun kassasiya protesti, habelə Mə hkum1 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum2 və Məhkum1 barəsində olan 27 yanvar 2023-cü il tarixli, 1(106)-80/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1354/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1354/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver