Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1355/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib:İsazadə Elnur Nizami oğlu, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Məhkum iştirakları ilə, Cəlilabad rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 24 may 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Cəlilabad rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli hökmü ilə (sədrlik edən E.Ə.Əmirəliyev) Məhkum- 24.05.1958- ci il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmuş, Cəlilabad rayon Mərkəzi Xəstəxanasında həkim nevropotoloq işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həbs olunana kimi həmin ünvanda yaşamış, Azərbaycan Respublikası CM-178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəza, 05 sentyabr 2016-cı il tarixli hökm üzrə CM-in 178.2.2-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş qalmış 3000 manat cərimə cəzası ilə tam toplanmış və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzaları saxlanmışdır. Cəzaçəkmənin əvvəli 21 noyabr 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə tanışı X4 etibarından suiistifadə etməklə 2010-cu ilin yay aylarının sonlarında arvadı X2 2700 manat müqabilində əllilik dərəcəsi təyin edilməsinə köməklik göstərəcəyini vəd verib aldadaraq həmin məbləğin 1200 (bir min iki yüz) manatını 11 dekabr 2011-ci il tarixdə yaşadığı Cəlilabad şəhəri, ********* küçəsində yerləşən evin qarşısında, 1500 (bir min beş yüz) manatını isə 15 avqust 2013-cü il tarixdə eyni ünvanda görüşüb qəbul edərək, ümumilikdə 2700 (iki min yeddi yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə Cəlilabad şəhər sakini kimi tanıdığı X7 etibarından sui-istifadə etməklə 2014-cü ilin iyun ayında 2500 manat müqabilində xəstəliyi ilə bağlı əllilik dərəcəsi təyin edilməsinə köməklik göstərəcəyini vəd verib aldadaraq, 2014-cü ilin iyun ayının ortalarında işlədiyi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının polikilinika şöbəsində olan iş otağında görüşüb razılaşdıqları məbləğin 500 (beş yüz) manatını ələ keçirməklə təkrarən d ələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə Cəlilabad rayonu, Xanəgah kənd sakini kimi tanıdığı X3 etibarından sui-istifadə etməklə 2015-ci ilin əvvəllərində 1500 (bir min beş yüz) manat müqabilində xəstəliyi ilə əlaqədar əllilik dərəcəsi təyin edilməsinə köməklik göstərəcəyini vəd verib aldadaraq, qohumu X8 vasitəsi ilə göndərdiyi ona məxsus 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini 09 iyul 2015-ci il tarixdə Cəlilabad şəhəri H.Əliyev prospektində şəhər 1 saylı orta məktəbin qarşında qəbul edərək, həmin məbləğdə pul vəsaitini ələ keçirib təkrarən ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə Cəlilabad şəhər sakini kimi tanıdığı X5 etibarından sui-istifadə etməklə 2014-cu ilin may ayında 2350 (iki min üç yüz) manat müqabilində ona əllilik dərəcəsi təyin edilməsinə köməklik göstərəcəyini vəd verib aldadaraq həmin məbləğin 2200 (iki min iki yüz) manatını 2014-cü ilin iyul ayının ortalarında yaşadığı Cəlilabad şəhəri, ************ küçəsində yerləşən evin qarşısında, 150 (yüz əlli) manatını isə işlədiyi Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının polikilinika şöbəsində olan iş otağında görüşüb qəbul edərək, ümumilikdə 2350 (iki min üç yüz əlli) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələ rək bu məqsədlə tanışı X10 etibarından sui-istifadə etməklə 2014-cü ilin oktyabr ayında 3550 (üç min beş yüz əlli) manat müqabilində xəstəliklə bağlı özünə və qohumuna əllilik dərəcəsi təyin edilməsinə köməklik göstərəcəyini vəd verib aldadaraq, qardaşı X13 vasitəsi ilə göndərdiyi 2000 (iki min) manatı 14 oktyabr 2014-cü il tarixdə yaşadığı Cəlilabad şəhəri, ************ küçəsində yerləşən evin həyətində, 50 (əlli) manatını 17 oktyabr 2014-cü il tarixdə işlədiyi Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının polikilinika şöbəsində olan iş otağında, 5 gün sonra qardaşı X13 vasitəsi ilə göndərdiyi 1500 (min beş yüz) manatını isə yaşadığı evin həyətində görüşüb qəbul edərək, ümumilikdə 3550 (üç min büş yüz əlli) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən ziyan vurmaqla dələduzluq etmişdir. B undan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə tanışı X4 etibarından sui-istifadə etməklə 2014-cü ilin iyul ayında oğlu İ6 3000 manat müqabilində tələbə kimi Cəlilabad tibb kollecinə götürülməsinə köməklik göstərəcəyini vəd verib aldadaraq həmin məbləğin 2000 (iki min) manatını 11 iyul 2014-cü il tarixdə yaşadığı Cəlilabad şəhəri, ************ küçəsində yerləşən evin qarşısında, 1000 (bir min) manatını isə 10 yanvar 2015-ci il tarixdə eyni ünvanda görüşüb qəbul edərək, ümumilikdə 3000 manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə Cəlila bad rayonu, Ç6 kənd sakini kimi tanıdığı X11 etibarından sui-istifadə etməklə 2015-ci ilin sentyabr ayının sonlarında 2000 (iki min) manat müqabilində ona əllilik dərəcəsi təyin edilməsinə köməklik göstərəcəyini vəd verib aldadaraq, 28 sentyabr 2015-ci il tarixdə yaşadığı Cəlilabad şəhəri, ********* küçəsində yerləşən evin qarşısında sonuncu ilə görüşüb razılaşdıqları 2000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə Cəlilabad rayonu, *********** kənd sakini kimi tanıdığı X9 etibarından sui-istifadə etməklə 2015-ci ilin noyabr ayında 1400 (bir min dörd yüz) manat pul müqabilində bacısı qızının təqaüdə çıxm asına köməklik göstərəcəyini vəd verib aldadaraq 2015-ci ilin noyabr ayında işlədiyi Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının polikilinika şöbəsində olan iş otağında sonuncu ilə görüşüb razılaşdıqları 1400 (bir min dörd yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: E.Ə.Camalov (sədrlik edən və məruzəçi), Ə.Ə.Novruzov və R.M.Cəfərovdan ibarət tərkibdə) 24 may 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli hökmü CPM-nin 397.2-ci maddəsinə əsasən dəyişdirilərək hökmün müəyyən etdi hissəsindən “Məhkum təkrarən aldatma və etibarda n sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə Cəlilabad şəhər sakini kimi tanıdığı X7 etibarından sui-istifadə etməklə 2014-cü ilin iyun ayında 2500 manat müqabilində xəstəliyi ilə bağlı əllilik dərəcəsi təyin edilməsinə köməklik göstərəcəyini vəd verib aldadaraq, 2014-cü ilin iyun ayının ortalarında işlədiyi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının polikilinika şöbəsində olan iş otağında görüşüb razılaşdıqları məbləğin 500 (beş yüz) manatını ələ keçirməklə təkrarən dələduzluq etməsinə” dair müddəalar xaric olunmuşdur. Məhkum məhkəməyədək icraata qədər 29.09.2017-ci il tarixdən 01.10.2017-ci il tarixədək 3 (gün) müddətinə ibtidai həbsdə saxlanıldığı müddət ona CM-nin 178.2.2-ci maddəsi ilə təyin olunmuş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmış və üzərində 3 (üç) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. CM-in 66.5-ci maddəsinə əsasən həmin cəza ona Cəlilabad rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalmış 3000 manat cərimə cəzası ilə tam toplanılaraq Məhkum üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 27 (ivirmi veddi) gün müddətə azadlıqdan məhrumetmə və 3000 (üç min) manat cərimə cəzası saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qərar çıxarılarkən “AR Cinayət Məcəlləsinə dəyişikliklə r edilməsi haqqında “ Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli qanunun müddəları düzgün tətbiq edilməmişdir. Tərəfindən hər bir epizod üzrə dəymiş ziyanın məbləği 5000 manatdan aşağı olduğundan CM-nin 178.1-ci maddəsinin tərkibini yaradır. Yeni qanuna əsasən Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsinin sanksiyası dəyişilərək böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına keçirilmişdir. Böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə məhkəmə hökmü hadisənin baş verdiyi gündən 2 il sonra qüvvəyə minərsə, həmin cinayət üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə icraata xitam verilməlidir. Buna görə də Şirvan Apellyasiya Məhkəməsinin 24 may 2018-ci il tarixli qərarının ləğv edilərək cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən CM-nin 178.2.2 -ci maddəsinin icraatına xitam verərək dərhal cəzadan azad olmağını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib məhkumun kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya pro testinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin dəlilləri üzrə cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq aşağıdakı nəticələrə gəlmişdir. Məhkum kassasiya şikayəti ndə göstərilmişdir ki, qərar çıxarılarkən “AR Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında “ Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli qanunun müddəları düzgün tətbiq edilməmişdir. Tərəfindən hər bir epizod üzrə dəymiş ziyanın məbləği 5000 manatdan aşağı olduğundan CM-nin 178.1-ci maddəsinin tərkibini yaradır. Yeni qanuna əsasən Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsinin sanksiyası dəyişilərək böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına keçirilmişdir. Böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə məhkəmə hökmü hadisənin baş verdiyi gündən 2 il sonra qüvvəyə minərsə, həmin cinayət üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə icraata xitam verilməlidir. Cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkum elan edilmiş ittihamın m əzmununa görə o ardığıl olaraq 8 epizod üzrə 8 nəfərə qarşı dələduzluq cinayətləri törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.61.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilmişdir:
1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2018-ci il tarixli qərarından müəyyən edilir ki, “Məhkum təkrarən aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin əml akını ələ keçirmək qərarına gələrək bu məqsədlə Cəlilabad şəhər sakini kimi tanıdığı X7 etibarından sui-istifadə etməklə 2014-cü ilin iyun ayında 2500 manat müqabilində xəstəliyi ilə bağlı əllilik dərəcəsi təyin edilməsinə köməklik göstərəcəyini vəd verib aldadaraq, 2014-cü ilin iyun ayının ortalarında işlədiyi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının polikilinika şöbəsində olan iş otağında görüşüb razılaşdıqları məbləğin 500 (beş yüz) manatını ələ keçirməklə təkrarən dələduzluq etməsinə” dair müddəalar xaric olunmuşdur. Digər epizodlar üzrə Məhkum törətdiyi dələduzluq cinayətləri ilə zərərçəkmiş şəxslərə vurulmuş zərər 500 manatdan yuxarıdır. Məhkumn xeyli miqdar zərər vurmaqla dələduzluq cinayəti üzrə ittiham verilməmişdir. Lakin, Məhkum 7 epizod üzrə dələduzluq cinayət əməllərini təkrar t örətməsi Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəində nəzərdə tutulmuş cinayət əməlinin tərkibini yaratdığından düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Göstərilənlərlə əsasən Məhkum cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə tövsif edilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır və ona görə də təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət prosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya ş ikayətinin təmin edilməsi və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı madəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2018-ci il tarixli qərarı məhk umun kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.