Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1355/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şirva n Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 09 iyun 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Aqil Musayev, hakimlər Nizami Quliyev və Xamməd Nuriyevdən ibarət tərkibdə) 1(099)226/2019 nömrəli, 25 oktyabr 2019-cu il tarixli hökmü ilə xx xxxx 1985-ci il tarixdə Sabirabad rayonu, Yolçubəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Sabirabad rayonu, Yolçubəyli kəndində qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 14 may 2011-ci il tarixdə saat 22 radələrində Ukrayna Respublikası Kiyev şəhəri, Pobeda prospekti 142 ünvanında yerləşən “Daçnaya” avtostansiyasının ictimai nəqliyyat dayanacağında olarkən özünə məxsus avtomobillə həmin əraziyə gəlmiş bibisi oğlu X3 ilə sonuncuya olan borcunu ödəməməsi səbəbindən şəxsi münasibətlər zəminində mübahisə edərkən İlfan Bağırovun ondan təkidlə borcunu tələb etməsinə görə əsəbiləşərək qisas almaq məqsədilə qəsdən sağlamlığına ağır zərər vurmaq qərarına gəlmiş, bu məqsədlə İlfan Bağırova həmin dayanacağın yaxınlığında olmuş mətbuat yayımı köşkünün arxa tərəfində olarkən i stintaqa məlum olmayan mənbədən əldə edib, üzərində gəzdirdiyi kəsici-deşici xassələrə malik alətlə qəsdən iki dəfə zərbə vurması nəticəsində sağ qabırğa qövsü nahiyəsində orta körpücük xətti üzrə orta xətdən 6,3 sm. sağda və 114 sm. hündürlükdə Vİ qabırğa arasından döş qəfəsinə, qarın boşluğuna nüfuz edən, qaraciyərin sağ payını zədələyən yara kanalı ilə müşayiət olunan, həyat üçün təhlükəli olduğuna görə sağlamlığa ağır zərər vurmaya aid bir ədəd və sol çiynin yuxarı 1/3-nin xarici səthində delta şəkilli nahiyədə yerləşən, iri qan damarlarını zədələməyən, yumşaq toxumalarda küt bitən sağlamlığa yüngül zərərvurmaya aid bir ədəd xəsarət yetirməklə sonuncunun sağlamlığına qəsdən ağır zərər vurmuş və hadisə yerini tərk etmişdir. İlfan Bağırov qohumları tərəfindən hadisə yerindən 10 nömrəli K iyev şəhər Kliniki xəstəxanasına aparıldıqdan sonra orada müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, göstərilən sağlamlığa ağır zərərvurmaya aid olan xəsarətin təsirindən yaranmış qaraciyəri zədələyən, döş və qarın boşluqlarına nüfuz edən deşicikəsici yara səbəbindən Məhkum ehtiyatsızlığından 17 may 2011-ci il tarixdə saat 04 radələrində həmin xəstəxanada ölmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Etibar Camalov, hakimlər Elşad Əliyev və Kamil Bəşirovdan ibarət tərkibdə) 1(106)-89/2020 nömrəli, 09 iyun 2020-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəmə sinin bu hökmündən narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Lənkəran Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilsin və Məhkum barəsində cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qərəzli və ədalətsizdir. Belə ki, İlkin Mehdiyevin verdiyi ifadələrdə və Sabirabad rayon prokurorluğuna ünvanladığı 26 oktyabr 2018-ci il tarixli ərizəsində hadisəni görmədiyini, Mişa adlı şəxsin hədə-qorxu gəlməsi səbəbindən belə ifadə verdiyini bildirmişdir. Həmin izahat və ifadələrdən də görünür ki, 2011-2019-cu illər ərzində İlkin Mehdiyev bir-bi rindən fərqli və ziddiyyətli ifadələr vermişdir. Hər dəfəsində də ifadəsini dəyişmiş, “yeni faktlarla bəzəyərək”, ittihama lazım olan səpkidə formalaşdırmışdır. 2011ci ildə baş vermiş hadisənin bütün detallarını yeddi-səkkiz ildən sonra belə dəqiqliyi ilə yadda saxlaması, hətta yenilərini də əlavə etməsi, ilkin izahat və ifadələrində bu faktlara toxunmaması əlbəttə ki, onun mötəbərliyinə şübhə doğurmaya bilməz. Apellyasiya instansiyası məhkəməsi də bu faktları araşdırmadan birinci instansiya məhkəməsini mövqeyini təsdiqləmişdir. Məhkəmə araşdırması zamanı ittiham tərəfi müdafiə etdiyi şəxsin ittiham verildiyi əməlin törətməsini israr edərkən, bunu təsdiq edən, verilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutları təqdim etməmişdir. Cinayət işinin materiallarında ol an “Hadisə yerinə baxış keçirilməsi haqqında” 18 və 24 may 2011-ci il tarixli protokollarından müəyyən olur ki, qeyd olunan tarixdə Kiyev şəhəri Pobeda prospekti, 142 ünvanında yerləşən “Avtostansiya Daçnaya” ictimai nəqliyyat dayanacağının yanındakı əraziyə baxış keçirilmiş və baxış zamanı ərazidən hər-hansı dava-dalaş və qan izi aşkar olunmamışdır. Zərərçəkmiş şəxsin hərəkətlərindən, şahid ifadələrindən məlum olur ki, İlfan Bağırov hadisənin təşəbbüskarı olmuş və müdafiə etdiyi şəxsi münaqişəyə sövq etmişdir. Məhkum İlfan Bağırova pul borcunun olması heç də sonuncuya bu özbaşınalığı etməyə əsas vermirdi. Mərhum bu məsələni sivil yolla, məhkəməyə müraciət edərək həll edə bilərdi. Belə ki, İlfan Bağırov dava-dalaş salmaq üçün Məhkum iş yerinə hazırlıqlı gəlmiş, özü ilə bita və bıçaq götü rmüşdür. Məhkum orada olmadığı bildikdə belə, zəng edib sonuncunu oraya çağırmış, hətta bir saatdan çox müddət ərzində Qasımın gəlməsini gözləmişdir. Qasım oraya gəldikdə isə İlfan münaqişə yaradaraq, əvvəl bita, daha sonra isə bıçaqla sonuncuya hücum etmişdir. Bununla da müdafiə etdiyim şəxsi özünü müdafiə etmək zərurəti qarşısında qoymuşdur. Şahid ifadələrindən məlum olur ki, İlfan Qasımı bıçaqlamaq istəyəndə sonuncu bıçağı onun əlindən almağa çalışmış və bu zaman hər ikisi yerə yıxılmışlar. İlfan Bağırov məhz həmin vaxt əlindəki bıçaqdan xəsarət alması istisna olunmur. Məhkuma verilmiş ittiham sübuta yetirilməmişdir. Belə ki, istər ibtidai araşdırma, istərsə də məhkəmə istintaqı zamanı Məhkum İlfan Bağırova qəsdən sağlamlığına ağır xəsarət yetirmək istəməsi sübuta yetirilməmiş, hadisə t əsadüf axarı zəminində, ehtiyatsızlıqdan, məhz mərhum İlfan Bağırovun qanuna və əxlaqa zidd hərəkəti nəticəsində baş vermişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini və proses iştirakçılarının çıxışlarını dövlət ittihamçısı Rəsul Abbasovun çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini müvafiq olaraq hök m və qərarda göstərmişdir. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili məhkəmələrdə işə baxılarkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, Məhku m təqsirinin sübuta yetirilməməsi və nəticədə onun əsassız olaraq məhkumun edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittihamda təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları ilə, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayis əli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmaması, digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. İşdən görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, onun CM-in 126.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi birinci instansiyası məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş v ə iş materiallarında olan sübutlarla tam təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 126.3cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində tam sübuta yetirilmiş və barəsində cinayət işinin icraatına xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci madd əsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsində məhkumun apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və ob yektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə; 416.1.11-ci maddəsinə əsasən məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq, ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstəri lmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinə baxaraq kassasiya şikayətinin dəlillərinin əsasını təşkil edən məsələlərlə bağlı, yəni məhkumun cinayət törədilməsinə aidiyyəti olması və onun cinayət törətməkdə təqsirinin sübuta yetirilməsi məsələlləri obyektiv araşdırmış və buna dair nəticəni öz qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 09 iyun 2020-ci il tarixli qərarının Məhkum aid hissədə dəyişdirilmədən saxla nılması qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 09 iyun 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1355/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1355/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver