Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1356/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2019cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2019-cu il tarixli hökmü ilə (hakimlər Abdullayev Mehdixan Ədil oğlu (sədrlik edən və məruzəçi), Abdullayev X95 Qismət oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Xətai Rayon Məhkəməsinin 28 iyul 2016-cı il tarixli hökm ü ilə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2016-cı il tarixli qərarı ilə Xətai Rayon Məhkəməsinin 28 iyul 2016-cı il tarixli hökmü dəyişdirilərək CM-nin 70.1, 70.3-cü maddələrinə əsasən CM-nin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, heç yerdə işləməyən, ünvan 1-də qeydiyyatda olan və yaşamış, CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 32.5, 206.3.2-ci maddələri ilə 6 (altı) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 71.5-ci maddəsinə əsasən Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2016-cı il tarixli qərarı ilə barəsində tətbiq edilmiş şərti məhkum etmə ləğv olunmuş və CM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq ona qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə həmçinin X15 CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə və X18 CM-nin 177.2.2, 178.2.4, 234.1, 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək müxtəlif cəzalara məhku m edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, satış məqsədi ilə külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 28 fevral 2018-ci il tarixdə Bakı şəhərində X15, X18, X16, X14 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 01 mart 2018-ci il tarixdə X7 idarə etdiyi avtomobillə Biləsuvar Gömrük İdarəsinin qarşısına getdikdən sonra X22 avtomobili dayanacaqda saxlayar aq həmin gün X16 və X14 ilə birlikdə piyada xətti ilə İran İslam Respublikasına getmiş, 04 mart 2018-ci il tarixdə X14 qrupun İran İslam Respublikasındakı istintaqla müəyyən edilməmiş üzvlərindən Məhkum çatdırılması üçün 2 bükümdə, külli miqdarda ümumi təmiz çəkisi 49,583 qram təşkil edən metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq əldə etmiş və cinsiyyət orqanında gizlətmək üçün X11 vermiş, sonuncu 2 bükümdə, külli miqdarda ümumi təmiz çəkisi 49,583 qram təşkil edən metamfetamin psixotrop maddəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək cinsiyyət orqanında yerləşdirib saxlamış, daşımış və Azərbaycan Respublikasına gətirib Məhkum çatdırılması üçün 04 mart 2018-ci il tarixdə saat 17 radələrində İran İslam Respublikasından Azərbaycan Respublik asına gələrkən Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuşdur. Hökmdən məhkum X23 və onun müdafiəçisi Bağırova Janna Mirzə qızı tərəfindən ayrı-ayrılıqda, məhkum X22in müdafiəçisi Məmmədli Ənnağı Əbdül oğlu və Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Soltanov Fuad Kamil oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 27 dekabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm məhkum X22ə münasibətdə dəyişdirilmişdir, hökm qalan hissədə, o cümlədən Məhkum aid hissədə dəyişdirilmə dən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2019-cu il tarixli qərarından məhkum X22 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Nəsirov İnqilab Maşallah oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə) 05 avqust 2020-ci il tarixli qərarı ilə həmin kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2019-cu il tarixli qərarı məhkum X22ə aid hissədə dəyişdirilmiş, qərar qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma orqanı tərəfindən, həm də ki işə məhkəmələrdə baxılarkən işin faktiki hallarına düzgün qiymət verilməmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 143-146-cı maddələrinin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, nəticədə ona qarşı CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız ittiham irəli sürülmüş və o, əsassız olaraq həmin ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Məhkum bildirir ki, o, həmin maddələrlə özünü təqsirli bilmir və hesab edir ki, onun barəsində qəbul edilmiş yekun məhkəmə a ktları qərəzli və qanunsuzdur. Göstərilənlərə əsaslanaraq Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ona bəraət verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum həmin şikayətinin əsas dəlili ondan ibarətdir ki, ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərin ə görə isə,kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11.məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası məhkumun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki yekun məhkəmə aktlarını cinayət işinin materialları ilə əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraqmüraciətin dəlillərindən asılı olmayaraqyalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarı lmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlah iyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdı rma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsindətətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr in müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüqu qi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığınınşərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apell yasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzr ə digər məhkumlar X22in, X23in və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum satış məqsədi ilə külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respubli kasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 28 fevral 2018-ci il tarixdə Bakı şəhərində X15, X18, X16, X14 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 01 mart 2018-ci il tarixdə X7 idarə etdiyi avtomobillə Biləsuvar Gömrük İdarəsinin qarşısına getdikdən sonra X22 avtomobili dayanacaqda saxlayaraq həmin gün X16 və X14 ilə birlikdə piyada xətti ilə İran İslam Respublikasına getmiş, 04 mart 2018-ci il tarixdə X14 qrupun İran İslam Respublikasındakı istintaqla müəyyən edilməmiş üzvlərindən Məhkum çatdırılması üçün 2 bükümdə, külli miqdarda ümumi təmiz çəkisi 49,583 qram təşkil edən metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq əldə etmiş və cinsiyyət orqanında gizlətmək üçün X11 vermiş, sonuncu 2 bükümdə, külli miqdarda ümumi təmiz çəkisi 49,583 qram təşkil edən metamfetamin psixotrop maddəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək cinsiyyət orqanında yerləşdirib saxlamış, daşımış və Azərbaycan Respublikasına gətirib Məhkum çatdırılması üçün 04 mart 2018-ci il tarixdə saat 17 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuşdur. Məhkəmə kollegiyası işin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, məhkəmə iclasınd a isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. Belə ki, Məhkum heç bir təsir və təzyiq göstərilmədən ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və 21 may 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, onun narkotik vasitələrin satışını təşkil etmək məqsədi olmamışdır. Narkotik vasitələrdən yalnız marixuanadan 2008-ci ilədək istifadə etmiş, daha sonra tərgitmiş, həmin vaxtdan istifadə etməmişdir. 2017-ci ilin sonunda məclislərin birində ümumi tanışlarının vasitəsilə X14 ilə tanış olmuşdur. Həmin vaxtdan etibarən X88 ilə yaxın münasibətdə olmuşdur. X88 gözündə ciddi problemlər olduğunü uzun müddət tan ıdığı X15 ilə müzakirə edərkən X31 gedib-gəldiyini bilərək növbəti dəfə getdikdə müalicə məqsədilə X24nı da özü ilə aparacağını xahiş etmişdir. 27 fevral 2018-ci il tarixdə əvvəllər tanıdığı narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmuş X18 ona zəng vuraraq, yaşadığı qızın qalması üçün yerinin olmadığını bildirərək, həmin qızın X24nın yaşadığı evdə qala bilibbilməməsi ilə maraqlanmışdır. O, isə öz növbəsində X24 icazə alaraq X91ə qızın X66 ə birlikdə bir qədər müddət yaşaya biləcəyini bildirmişdir. 28 fevral 2018-ci il tarixdə X91 və X95 ilə birlikdə X12 rayonunda yaşadığı evə gələrək X95nı onlarla tanış etmişdir. Həmin vaxt X22 də oraya gəlmiş, X95 və X91lə tanış olmuşdur. O getdikdən sonra X1, X2 və X3 X4nin yaşadığı evdə qalaraq orada X77 özü ilə gətirdiyi narkotik vasitələrdən ist ifadə etmişlər və İrandan külli miqdarda narkotik vasitələrin gətirilməsi barədə sövdələşmişlər. 01 mart 2018-ci il tarixdə o, X66 yaşadığı evə gedəndə ona bu barədə məlumatı X66 vermiş, o isə əsəbləşərək, X66 bunu etməməyi tapşırmış və yalnız gözünün müalicəsi məqsədilə İrana gedəcəyini bildirmişdir. Daha sonra X22 idarə etdiyi “VAZ-21014” markalı avtomobillə X66 yaşadığı ünvana gedərək X24 və X95nı avtomobilə mindirərək İran İslam Respublikasına getmək məqsədilə Biləsuvar rayonuna aparmışdır. O, X66 tapşırmışdır ki, İran İslam Respublikasına keçəndən sonra əvvəllər tanıdığı Həsən adlı şəxsə müraciət etsin, Həsən də öz növbəsində X66 göz həkiminə aparsın. Bu barədə o, X13 iştirakı ilə telefon vasitəsilə danışmışdır. X39 Respublikasına keçəndən sonra o, X66 ilə telefon əlaqəsi yarada bil məmiş, X95 isə X96 ilə X66in telefonu vasitəsilə əlaqə saxlamışdır. Sonra ona məlum olmuşdur ki, X38 Respublikasına keçəndən sonra X66 və X76 özünün tanıdığı X adlı şəxsin evinə aparmışdır. Orada X98 həmin evdən külli miqdarda narkotik vasitə oğurlayaraq qaçmış, ev sahibləri isə buna görə qəzəblənərək, X24 və X95m girov saxlamaq istəmişlər. Bu barədə X24 ona telefon vasitəsilə bildirmiş, o isə telefonu X adlı şəxsə ötürməsini tələb edərək, Xdən qadınları gömrük keçid məntəqəsinə gətirməsini tələb etmiş, əks halda İranda yaşayan tanışları vasitəsilə bu barədə polisə məlumat verəcəyini bildirmişdir. X qorxaraq onun tələbinə əsasən qadınları Biləsuvar şəhərindəki “Qoşa təpə” gömrük postunun qarşısına düşürərək, ona bu barədə məlumat vermiş və təkidlə X22in vurduğu ziyanı aradan qaldırılması m əqsədilə X95 və X24ya narkotik vasitə verdiyini, onun isə həmin narkotik vasitəni Bakı şəhərində satdıqdan sonra əldə edilən pulu İrana göndərilməsini xahiş etmişdir. O razılaşaraq X narkotik vasitəni X95ya ötürməsini demiş və X adlı şəxsdən qadınların sərhədyanı mehmanxanaların birinə yerləşdirilməsini xahiş etmişdir. Daha sonra X qayıdaraq X95 ilə görüşüb verilən meyvə səbətində narkotik vasitə yerləşdirərək daxili orqanında gizlədib keçirməsini xahiş etmişdir. Bu barədə X24 ona məlumat verdikdə, o, X66 narahat olmamasını bildirərək, keçirəcəkləri narkotik vasitəni satmayacağını, sadəcə X onların girov saxlamaq istədiyinə görə daha da çox ziyan vurmaq məqsədilə X66, X87 və X88 özlərinin az-az istifadəsi üçün saxlayacağını bildirmişdir. Göstərilən dövrdə şübhəli və təqsirləndirilən şəxs q ismində dindirilmiş məhkumlar X22 və X23 də Məhkum ifadələrinə analoji olan ifadələr vermişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxslər ibtidai araşdırma zamanı verdikləri ifadələrindən imtina edərək həmin ifadələrdə göstərdiklərini inkar etsələr də məhkəmə onların sonuncu ifadələrinə tənqidi yanaşmış və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrə üstünlük vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin bu hərəkəti qanuni olmuş, çünki digər sübutlarla yanaşı məhkumların ibtidai araşdırma zamanı verdikləri ifadələrin qanunsuz yolla əldə edilməsi, yəni ibtidai aradırma orqanı tərəfindən CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə sübutların əldə edilməsi halı iş materialları ilə müəyyən edilmir. CPM-nin 125.2-ci maddəsinə əsasən isə, yalnız aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatını n aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 125.2.4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; 125.2.5. cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; 125.2.6. cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.2.8. sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəx sdən alındıqda; 125.2.9. məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; 125.2.10. müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. X16 ibtidai istintaq zamanı 06 mart 2018-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ilin fevral ayının 26-da əvvəllər tanıdığı, qeyrirəsmi olaraq ər-arvad münasibətində olduğu X95 adlı şəxs ona zəng edərək işi olduğunu bildirib, Xgilə qonaq çağırmış, onunla razılaşmış və X95 bir neçə saat sonra X974ın maşını ilə onu götürməyə gəlmiş, onunla birlikdə Suraxanı qəsəbəsində X974ın yaşadığı evə gəlmişdir. X974ı bir neçə il öncədən tanımışdır. Oraya gəldikdə X95 söhbətinin uzun olacağını, ona görə də qalmasını bildirmiş, sonradan həmin mənzilin X974ın qeyri-rəsmi ni kahda olduğu X66 adlı şəxsin evi olduğunu öyrənmişdir. X974 X66nin gözünü müalicə etdirmək üçün İrana gedəcəyini bildirmiş, onlara İrana getməkdə məqsədlərinin X66nin gözünü müalicə etdirmək, yoxsa bu bəhanə ilə narkotik vasitə gətirmək olduğunu soruşmuşdur. Onlar X66nin gözünü müalicə etdirəcəyini və geri qayıdarkən özü ilə birlikdə narkotik vasitə gətirəcəyini bildirmiş, X95 ona X66 ilə birlikdə İrana getməyi, orada X66yə köməklik etməyi, geri qayıdarkən gömrükdə diqqət çəkməmək üçün ona yardım etməsini tapşırmışdır. X95lə razılaşıb gecəni X95lə birlikdə orada keçirmiş, evdə olarkən X974ın telefonuna “whatsapla” zəng gəlmiş, X974 videogörüntü vasitəsilə iranlı bir şəxslə danışmış, iranlı X974dan gəlib-gəlməyəcəyini soruşmuş, X974 da qızların hazır olduğunu bildirmişdir. Ertəsi gün X95 X adlı bir nəfərlə gələrək onun da onlarla İrana gedəcəyini, narkotik vasitəni nisyə alacaqlarına görə X99ın orada girov qalacağını bildirmiş, bundan sonra onlar birlikdə X974ın dalınca onun yaşadığı evə getmişlər. Məhkum axşam radələrində X95lə birlikdə qayıtmışdır. Sonra X99 adlı şəxs də oraya gəlmiş, X gəldikdən sonra 28 fevral 2018-ci il tarixdə gecə səhərə qədər İrana getmələri, orada kimlərin qarşılayacağı, harada qalacaqları barədə söhbətlər aparılmış, səhər tezdən X99ın avtomobili ilə onun evinə getmiş, orada X yol tədarükü gördükdən sonra 01 mart 2018-ci il tarixdə özü və X66 Xın avtomobili ilə Biləsuvar Gömrük İdarəsinin qarşısına gəlmişlər. Piyada xətti ilə gömrük nəzarəti nəyata keçirilən salona daxil olmuş, pasport qeydiyyatından keçərkən X66ni bir müddət saxlayıb sorğu-sual etm işlər. Təxminən yarım saat sonra X66 də gəlmiş, onlar İran tərəfə keçdikdən sonra gömrüyün qarşısında onları bir nəfər iranlı qarşılamış, həmin şəxs Xnı tanımış, bir avtomobilə minib Ərdəbil şəhərinə, həmin şəxsin evinə getmişlər. İranlının adı X69 olmuş, həmin gün orada gecələdikdən sonra ertəsi gün X44 narkotik vasitə almaq üçün evdən çıxmış və axşam radələrində geri qayıtmışdır. X planın dəyişdiyini və alacaqları narkotik vasitəni X66 yox, onun gömrükdən keçirəcəyini bildirmiş, səbəbini soruşanda X İrana gələrkən X66ni saxlayıb sorğu-sual etdiklərinə görə narkotik vasitəni onun apara bilməyəcəyini demişdir. Bu barədə X974la telefonla danışmış, X974 da X dediklərini bildirmiş və eyni zamanda, narkotik vasitəni Bakıya gətirdikdən sonra ona da pul verəcəyini bildirmiş, pula ehtiyacı olduğu na görə razılaşmışdır. X69 geri qayıtdıqdan sonra onlara lazım olan narkotik vasitəni gecə saatlarında alacağını və onları səhər tezdən yola salacağını bildirmiş, gecə saatlarında X69 dediyinə görə 70 qram “kakos” və 150 qram “şüşə” narkotik vasitəsi gətirmiş, X99 həmin narkotik vasitələrdən istifadə etmiş və kefiyyətinin yaxşı olduğunu demişdir. Sabahı gün yola çıxmağa razılaşmışlar. Gecəni yatıb səhər qalxarkən X99ın artıq qaçıb getdiyini öyrənmiş, X66 X974la əlaqə, saxlayaraq X99ın qaçdığını və X69in narkotik vasitə vermək istəmədiyini bildirmişdir. X974 X69ə onlara heç nə verməməyi və geri qayıtmalarına kömək etməyi xahiş etmişdir. X69 taksi tutaraq onları yolun yarısına qədər aparmış və orada başqa taksi tutaraq gömrüyə getmələrini tapşırmışdır. İran İslam Respublikasının Biləsuvar şə hərinə gələndə orada onları bir nəfər iranlı qarşılamış, gömrüyün artıq bağlandığını bildirib gecəni qalmaq üçün onları yaxınlıqdakı otellərdən birinə aparmış, həmin iranlının adı X12 olmuş və həmin şəxs də X974ın tanışı olmuşdur. X974 onlara narkotik vasitəni X12ın verəcəyini demiş, gecə oteldə olarkən X974 zəng edərək, X12ın otelin qarşısında olduğunu və narkotik vasitəni ondan götürməsini bildirmiş, aşağı düşdükdə onu oteldən buraxmamışlar. Buna görə X12la ertəsi gün görüşməli olmuş, səhər 9 radələrində həmin iranlı otelin yanına gəlmiş və birlikdə bir evə getmişlər. Orada iranlı narkotik vasitə gətirərək, onu X66yə vermiş, X66 onu yanına çağıraraq iki ədəd bağlama verib ondan onları gömrükdən keçirməsini bildirmiş, onunla razılaşıb iki bağlamanı götürmüş, həmin bağlamaların içərisind ə “şüşə” olmuş, içərisində "şüşə”olan bağlamaları cinsiyyət orqanında gizlətmişdir. Bundan sonra həmin iranlı öz avtomobili ilə onları İran gömrüyünün qarşısına gətirmiş, ondan ayrılaraq İran gömrüyünü keçib saat 17 radələrində “Qoşa Təpə gömrük postunun gömrük nəzarəti zonasına daxil olmuşlar. Gömrüyə daxil olmazdan əvvəl X66 ona diqqət çəkməmələri üçün ayrılıqda keçmələrini bildirmiş və ona gömrüyü ondan əvvəl keçməsini tapşırmışdır. Gömrük nəzarətindən keçmək üçün əl yüklərini orada olan rentgen qurğusuna qoymuş, gömrük əməkdaşı sorğu-sual apararaq, üzərində və əl yüklərində yoxlama aparacağını bildirmişdir. Yoxlama zamanı qorxduğu üçün ağlamağa başlamış, gömrük əməkdaşları onun davranışından şübhələndiyi üçün onu hal şahidlərinin iştirakı ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına apar mış, orada həkim müayinəsi zamanı cinsiyyət orqanında gizlətdiyi iki ədəd bağlamanın aşkar ediləcəyini başa düşdüyü üçün özü həmin bağlamaları çıxarıb gömrük əməkdaşına vermiş, bundan sonra aşkar edilmiş iki ədəd bağlamaya baxış keçirilmiş və həmin bağlamalarda metamfetamin psixotrop maddəsi olduğu müəyyən edilmiş, bu barədə protokol tərtib edilmiş, həmin protokolu imzalamışdır. İrandan narkotik vasitə əldə edərək ölkə ərazisinə gətirməyi X974 ona təklif etmiş, X974gildə olarkən sonuncu İrandan narkotik vasitə gətirmək lazım olduğunu demiş, lakin narkotik vasitəni X66 gətirməli və özü ancaq X66nin yanında olmalı idi. Belə razılaşmanın olmasına baxmayaraq sonradan, yəni İranda olarkən plan dəyişmiş və X974 telefonda ona narkotik vasitəni özünün gətirməsini demiş, X974 onunla söhbət edən zam an X95 də yanlarında olmuş və onun da onların İrana narkotik vasitə gətirmək üçün getmələri barədə məlumatı olmuşdur. X974ın narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğunu bilir, eyni zamanda, özü də narktik vasitə istifadə ədir. X18 narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmuşdur. Eyni zamanda, onlar İrana gedərkən X95 narkotik vasitə gətirəcəkləri halda yaxşı pul qazanacaqlarını demişdir. X14 təqsirləndirilən şəxs qismində dindirlərkən göstərmişdir ki, fevral ayının 26-da X974 X95 adlı dostu ilə onlarda olarkən X95 öz tanışı X92 adlı qızın ev problemi olduğunu bildirmiş, X974 bunu eşitdikdən sonra ondan X92nin 2-3 gün evində qala bilibbilməyəcəyini soruşduqda onunla razılaşmışdır. X95 X974ın maşını ilə X92ni gətirmiş, oturub söhbət etməyə başlamışlar. Söhbət zamanı o, gözünü müalicə etdirmək üçün İrana gedəcəyi barədə danışarkən X974 X92nin onunla birlikdə gedəcəyini, gələrkən narkotik vasitə də gətirəcəyini, gedərkən dostu X99ın da onlarla gedəcəyini bildirmişdir. Onların təklifi ilə razılaşmışdır. 28 fevral 2018-ci il tarixdə axşam saatlarında X99 onlara gəlmiş, X99 gəldikdən sonra gecə İrana getmələri, orada onları kimlərin qarşılayacağı, harada qalacaqları barədə danışılmışdır. Səhər, yəni 01 mart 2018-ci il tarixdə X92 ilə X99ın avtomobilində Biləsuvar Gömrük İdarəsinin qarşısına gəlmişlər. Gömrük nəzarətində pasport qeydiyyatından keçərkən onu bir müddət saxlayıb sorğu-sual etmişlər. İran tərəfə keçdikdən sonra birlikdə gömrük məntəqəsinin qarşısında onları gözləyən iranlının yanına getmişlər. Həmin şəxs X99ın tanışı X69 adlı şəxs olmuşdur. Sonra avtomo bilə minib X69in evinə getmiş, gecəni orada qalmışlar. Ertəsi gün X69 narkotik vasitə almaq üçün evdən çıxmış və axşam radələrində geri qayıtmış, hələ narkotik vasitə tapa bilmədiyini bildirmişdir. Məcbur qalıb həmin axşamı X69in evində qalmışlar. Səhəri gün onlar X99ın artıq getdiyini öyrənmiş, X69 X99ın qaçdığını bildikdən sonra onları girov saxlayacağını bildirmişdir. O, yəni X71 Məhkumla əlaqə saxlayaraq X99ın qaçdığını və X69in narkotik vasitə müqabilində onları girov saxlamaq istədiyini bildirmişdir. X974 X69ə onların geri qayıtmalarına kömək etməyi xahiş etmiş və bu barədə razılığa gəlmiş, bundan sonra X69 taksi tutaraq onları yolun yarısına qədər aparmış və orada onları başqa taksiyə mindirərək yola salıb özü isə geri qayıtmışdır. Taksi ilə İran İslam Respublikasının Biləsuvar şəhə rinə gəldikdə onları X974ın tanışı olan X12ın qardaşı Güloğlan adlı İranlı qarşılamışdır. O, gömrük məntəqəsinin artıq bağlandığını bildirdikdən sonra gecəni qalmaqdan ötrü onları yaxınlıqda yerləşən otellərdən birinə aparmışdır. Oteldə olarkən X974 zəng edib ona meyvənin içərisində onlara narkotik vasitə gətirəcəklərini və həmin narkotik vasitəni götürməsini demişdir. X92 narkotik götürmək üçün aşağı düşmüş, lakin oteldən buraxmadıqlarına görə geri qayıtmışdır. Bundan sonra Məhkum növbəti gün gəlib onları oteldən götürəcəklərini və narkotik vasitəni də həmin gün verəcəklərini bildirmişdir. Ertəsi gün üç nəfər iranlı onları oteldən götürüb bir evə aparmış, həmin şəxsləri də X974 göndərmişdir. Evdə olarkən onlardan biri iki bükümdə narkotik vasitə gətirmiş, X92 narkotik vasitəni götürüb t ualetə getmiş və orada iki ədəd bağlamada olan narkotik vasitəni cinsiyyət orqanına yerləşdirmişdir. Bundan sonra həmin iranlılardan biri öz avtomobili ilə onları İranın gömrük məntəqəsinin qarşısına gətirmiş, X92 birinci olaraq məntəqədən keçmiş, həmin məntəqəni sonra “Qoşa Təpə" gömrük postunun piyada xəttinə daxil olub, pasport nəzarətindən keçmiş və gömrük nəzarəti zonasına daxil olmuş, orada olan gömrük orqanının əməkdaşı şifahi sorğu-sual apararaq üzərində və əl yükündə qanunla qadağan edilmiş hər hansı predmetin olub-olmadığını soruşmuş, varsa könüllü təhvil verməsini təklif etmiş, o, da üzərində və əl yüklərində qanunla qadağan edilmiş hər hansı predmetin olmadığını bildirmiş, gömrük orqanının əməkdaşı üzərində şəxsi yoxlama aparmaq üçün onu yoxlama otağına aparıb orada hal şahidlə rinin iştirakı ilə üzərinə baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir. Bundan sonra gömrük orqanının əməkdaşları X92ni Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparmış, yolda həmin əməkdaşlardan biri yoxlama zamanı X92nin cinsiyyət orqanından narkotik vasitə aşkar edildiyini bildirmişdir. Xəstəxanada həkim tərəfindən onun da daxili orqanları müayinə edilmiş, müayinə zamanı hər hansı qadağan edilmiş predmet aşkar edilməmişdir. X71 həmçinin göstərmişdir ki, X31nın narkotik vasitə gətirməsi barədə məlumatı evində olarkən X974ın X95lə bu barədə danışıqlarından eşitmişdir. X92 onunla söhbəti zamanı həmin narkotik vasitəni birlikdə yaşadığı X95 adlı şəxsin qazanc əldə etməsi üçün gətirəcəyini bildirmişdir. X69 adlı şəxsi İrana gedərkən görmüş, lakin X69in X 99 və X974ın tanışı olduğunu bilmiş, hətta X69 bir neçə dəfə onlarla videogörüntü vasitəsilə danışarkən özü də onunla danışmışdır. Cinayət işinin materiallarında olan 03 may 2018-ci il tarixli telefon məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, X4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 03 mart 2018-ci il tarixdən saat 19:37-dən 04 mart 2018-ci il tarixə saat 23:27yə kimi telefon danışıqları olmuşdur. 11 noyabr 2018-ci il tarixli vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, X1 dəfə 01 mart 2018-ci il tarixdə saat 15:28-də Biləsuvar sərhəd nəzarət məntəqəsində pasport nəzarətindən keçməklə Azərbaycan Respublikasının ərazisini tərk etmiş, 03 mart 2018-ci il tarixdə, saat 13:24-də Biləsuvar sərhəd nəzarət məntəqəsində pasport nəzarətindən keçməklə Azərbaycan Respublikasına geri qayıtmışdır. 11 noyabr 2018-ci il tarixdə, saat 14:05-də ölkəni tərk etmək istəyərkən saxlanılaraq Dövlət Gömrük Komitəsinə təhvil verilmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 06 aprel 2018-ci il tarixli rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində X16 barəsində... sözləri yazılmış, içərisində iki ədəd bükümdə ağ rəngli kristallik formada təmiz çəkisi ayrı-ayrılıqda 27,245 qram və 22,288 qram (ümumi 49,533 qram) maddələr dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamindir. Təqdim edilmiş maddələrin ilkin təmiz çəkisi ayrı-ayrılıqda 27,275 qram və 22,308 qram (ümumi 49,583 qram) müəyyən edilmişdir (05.03.2018-ci il tarixl i arayış № 5723). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahısı”nın 1-ci siyahılarına daxildir. 12 iyun 2019-cu il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Məhkum çətənə bitkisi preparatlarından istifadə etmə halları olmuşdur, lakin hal-hazırda onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxd ur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Sonradan, o cümlədən işə birinci instansiya məhkəməsində baxılarkən, məhkumların, o cümlədən Məhkum əvvəllər verdiyi ifadələrindən imtina etmələrinə və heç bir cinayət əməli törətmədiklərini bəyan etmələrinə baxmayaraq, məhkəmələr tamamilə haqlı olaraq məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla yanaşı həmçinin adları çəkilən təqsirləndirilən şəxslərin və şahidlərin ibtidai araşdırmanın ilkin mərhələsində verdikləri ifadələrinə də əsaslanmışlar. CPM-nin 28.5-ci maddəsinin tələbi ondan ibarətdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 146.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsinin tələblərinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Əvvələ məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, cinayət işinin materialları ilə istər ibtidai araşdırma zamanı sübutların toplanması, istərsə d ə həmin sübutların məhkəmə iclaslarında tədqiq edilməsi zamanı CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş hər hansı pozuntulara yol verilməsi müəyyən edilmir. Digər tərəfdən, CPM-nin 349.5-ci maddəsinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin, zərərçəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdiyi ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, b u ifadələr digər sübutlarla təsdiq edilsin və və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. İş materiallarından görünür ki, Məhkum ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun dindirilməsi zamanı CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmiş və həmin ifadələr digər sübutlarla, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, məhkəmə ekspertizalarının rəyləri ilə və başqa sübutlarla tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək hesab edir ki, işə baxan məhk əmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətlərin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməllərini CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişlər. Bu səbəbdən məhkəmə kollegiyası vurğulayır ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Məhkumun kassasiya şikayətində Məhkum həm təq sirli bilindiyi CM-nin ayrı-ayrı maddələri ilə, həm də cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaların həddindən artıq ağır olması mübahisələndirilmədiyindən və bu cəzanın yüngülləşdirilməsi barədə tələb irəli sürülmədiyindən, birinci instansiyası məhkəməsi isə adı çəkilən məhkumun barəsində cəza tədbiri seçərkən iş üzrə müəyyən olunmuş bütün halları nəzərə alaraq bu məsələnin həlli zamanı maddi hüquq normalarının – CM-nin 8, 41, 58 və 59-cu maddələrinin tətbiqində pozuntuya yol vermədiyindən, apellyasiya instansyası məhkəməsi də düzgün olaraq bununla razılaşdığından məhkəmə kollegiyası göstərilən məsələnin təkrarən müzakirə edilməsinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi və ya həmin cəzanın şərti olaraq tə tbiq edilməsi üçün əsaslar tapmır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib Məhkum kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və sonuncunun həmin şikayətin təmin edilməsi, dövlət ittihamçısı H.B.İmranovun isə kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 32,5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2019-cu il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə və Məhkum aid olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirlibilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə və Məhkum aid olan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1356/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1356/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver