Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1356/2024 14.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi XXX10nun vəkili Müdafiəçi2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mah iyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran Ağır Cinayətlər Məhkməsinin 18 avqust 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim M.V.Məmmədov, hakimlər N.H.Məmmədov və C.Ş.Səfərlidən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxxxx 1978-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan1-də qeydiyyatda olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 12 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.İ.Əlyev, hakimlər M.Ə.Bağırov və İ.H.Əhmədovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkməsinin 18 avqust 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma barədə razılaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqə sinə girərək, bu məqsədlə, ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun digər üzvü tərəfindən istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə edilib daşınmaqla XX15 yolunun X5 şəhərindən keçən hissəsində, yolun X6 rayonu istiqamətində sol tərəfindəki köhnə tikililərdən birində gizlədilmiş külli miqdarda narkotik vasitə olan heroini 12 mart 2023-cü il tarixdə, saat 04 radələrində qanunsuz saxlanıldığı yuxarıda göstərilən ünvandan satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq yerini dəyişməklə daşıyarkən XXX5nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı aünvan3ndə saxlanılaraq ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əlindəki qara rəngli polietilen torba bağlamadakı 5 ədəd üzəri yapışqanlı lentlə bağlanmış polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkisi - 1200,0 qram, 1100,0 qram, 1100,0 qram, 1040,0 qram, 600,0 qram, ümumi çəkisi – 5040 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərini pozmuş, o cümlədən Məhkum ibtidai istintaq zamanı qanunsuz təsir etmə yolu ilə alınmış etirafedici ifadələrdən, eləcə də qanunsuz keçirilən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarının ziddinə olaraq məhkəmə nəzarəti qaydasında yoxlanılmay an əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş, guya Məhkum götürülmüş predmet kimi rəsmiləşdirilmiş narkotik vasitədən sübut kimi istifadə etmiş, Məhkum satış məqsədi ilə narkotik vasitə əldə etməsini, daşımasını, onun İİR-nın vətəndaşı ilə əlbirliyini təsdiq edən heç bir sübut olmadığı, məhkəmədə baxılmış sübutlarla Məhkum ittihamda göstərilən yerdə deyil, başqa məkanda saxlanıldığı təsdiq olunduğu halda Məhkum əsassız və qanunsuz olaraq törətmədiyi cinayətdə - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilib ağır cəzaya məhkum etmişdir. Kassasiya şikayətinin müəllifi hesab edir ki, həmin pozuntuları aradan qaldırmayan, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsi də eyni pozuntula ra yol vermişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessua l Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum təqsirliliyi müəyyən olunmadığı və əməlində cinayətin tərkibi olmadığı halda, əsassız və qanunsuz olaraq barəsində ittiham hökmünün çıxarıldığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan ka ssasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş əməli törətməsi, yəni qabaqcadan əlbir olduğu bir qrup şəxsin tərkibində qanunsuz olaraq satış məqsədi ilə 5040 qram - külli miqdarda heroin narkotik vasitəsini əldə edib üzərində saxlaması və yerini dəyişməklə daşıması, həmin əmələ görə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmi ş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətində irəli sürdüyü - onun Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə iddiası apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə bu iddianın və onun əsaslandırılması üçün müdafiə tərəfinin gətirdiyi dəlillərin məhkəmədə baxılmış bütün sübutların məcmusu ilə yəni, o cümlədən Məhkum ibtidai istintaqın gedişində şəxsi axtarış, şübhəli və təqsirləndirilən şəxs qsimində dindirmə, ifadələrin yerində yoxlanılması zamanı müdafiəçisinin iştirakı ilə verdiyi məlumatlarda İİRda olan şəxsin tapşırığı ilə sonuncunun dediyi XXX25ndə yerləşən kö hnə tikilidən (iranlının onun mobil telefonuna göndərdiyi məkana əsasən) narkotik vasitəni götürüb 500 manat müqabilində iranlının müəyyən etdiyi şəxsə çatdırmalı olduğunu, məhz bu tapşırığın icrası ilə əlaqədar özünə məxsus, lakin gecə vaxtı idarə edə bilmədiyi üçün tanışı Rəşadın idarə etdiyi “XXX35” markalı avtomobildə XXX25nə gedib əvvəlcədən qoyulmuş yerdən narkotik vasitəni götürdüyünü, lakin polislər tərəfindən saxlanıldığını və XXX45-nə gətirildikdən sonra narkotik vasitənin ondan götürülməsinin rəsmiləşdirildiyini etiraf etməsi, şahidlər Şahid2, Şahid3, Şahid6, Şahid5 və Şahid4 ifadələri, istintaq hərəkətlərinin protokolları, məhkəmə ekspertizalarının rəyləri, cinayət işində olan başqa materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Eynilə, apelyasiya instansiyası məh kəməsi müdafiə tərəfinin Məhkum ibtidai istintaqda etirafedici ifadələri polis əməkdaşları tərəfindən tətbiq edilən zorakılığın təsiri altında verməsi barədə iddiasının əsassız olduğunu müəyyən etmiş və bu zaman xüsusilə ona istinad etmişdir ki, həmin məsələ Salyan Rayon Prokurorluğunda araşdırılmış və Məhkum polis tərəfindən zor tətbiq edilmədiyindən 25 aprel 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda onun əsasına qoyulmuş hallar, yəni Məhkum o, istintaq təcridxanasına qəbul edilərkən aşkar olunmuş xəsarətlərin polis əməkdaşları tərəfindən zor tətbiq edilməsi nəticəsində deyil, qaçmağa cəhd göstərərkən yıxılması nəticəsində yaranması həmin qərarda istinad olunmuş, hökmdə və apellyasiya insta nsiyası məhkəməsinin qərarında təhlil edilən sübutlarla uyğunluq təşkil etdiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu məsələ üzrə qənaəti ilə razılaşmamaq üçün əsas tapmır. Belə ki, məhkəmədə dindirilmiş, Məhkum cinayət başında yaxalayan polis əməkdaşları Şahid2, Şahid3, Şahid6, Şahid5, Şahid4 Məhkum yaxalamaq istəyərkən onun əlindəki mobil telefonu sındıraraq qaçmağa cəhd göstərdiyini, lakin ayağı ilişib yıxıldığını və bu zaman xəsarətlər aldığını göstərmişlər. Bu halları (mobil telefonunu sındırdığını və qaçmağa cəhd göstərərkən yıxılıb xəsarətlər aldığını) Məhkum özü də ibtidai istintaqda verdiyi etirafedici ifadələrində təsdiq etmiş, o cümlədən mobil telefonunu sındırmasını İİR-nın vətəndaşı ilə narkotik vasitə ilə bağlı əlaqələrinin polisin əlinə keçməsini i stəməməsi ilə izah etmişdir. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda götərilən və işin digər faktiki hallarından irəli gələn qənaətinə görə ittihamda təsvir edilən narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət hadisəsi və Məhkum hərəkətlərində həmin cinayətin tərkibi ilə ehtiva olunan bütün zəruri əlamətlər, o cümlədən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və külli miqdarda narkotik vasitəyə münasibətdə törədilməsi kimi tövsifedici əlamətlər mövcud olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiyası məhkəməsində CPM-in 143 -146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, maddi və prosessual hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin işin faktiki halları, Məhkum əməlinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi, onun bu maddələr ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Birinci və apellyasiya instansiyası məhkəmələrinin cəzanın təyini məsələsi üzrə də hər hansı pozuntuya yol verdikləri müəyyən edilmir. Belə ki, birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.4.1, 2 34.4.3-cü maddələri ilə 9 (doquz) il 6 (altı) ay (bu maddələrinin sanksiyasında alternativsiz nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən - 12 ildən 2 il 6 ay az) müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apelyasiya instansiyası məhkəməsi isə həmin cəzanı dəyişdirilmədən saxlamaqla iş üzrə müəyyən edilmiş Məhkum himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olması kim cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almışlar, nəticədə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin edilmişdir. Təsvir olunanlardan, ümumiyyətlə cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanuni və əsaslıdır, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.1-416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilməmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və məhkum edilmiş şəxsin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafi əçi2 tərəfindən verimiş kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 7 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 7 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1356/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1356/2024
14.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver