Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1357/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Ələsgər Əli İskəndər oğlu Novruzov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin və məhkum Etiram Heybət ğolu Hüseynovun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Elxan Süleymanov, hakimlər Xamməd Nuriyev və Aqil Musayevdən ibarət tərkibdə) 1(099)-301/2020 nömrəli 18 sentyabr 2020-ci il tarixli hökmü ilə 15 iyul 1966-cı ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, CM-in 234.4.1 və 234.4.3-c ü maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 09 mart 2020-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X5 da təqsirli bilinib məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, X1 İslam Respublikasında olan digər şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, Azərbaycan Respublikasında satışını təşkil etmə barədə qabaqcadan razılaşmaqla əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, eyni zamanda Azərbaycan Respublikasının gömrük nəzarətindən kənar və ya gizli olaraq qaçaqmalçılıq yolu ilə keçirilməli olan narkotik vasitlər i Azərbaycan Respublikası ərazisində qəbul etməyi qabaqcadan vəd etmiş, qrupun İran İslam Respublikasındakı üzvü 07 mart 2020-ci il tarixdə Kamran Hüseynovla mobil telefonunu «whatsapp» proqramı vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitələri gətirəcəyi barədə xəbərdar etmiş, bundan sonra isə ümumi cinayətkar niyyətə uyğun olaraq 01 ədəd üzəri yapışqanlı lentlə bağlanmış, qara rəngli polietilen torbada 3685 qram təmiz çəkidə-külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 03 ədəd üzəri yapışqanlı lentlə bağlanmış, qara rəngli polietilen torbada ayrı- ayrılıqda təmiz çəkiləri 1115 qr; 1295 qr; 980 qr - ümumi təmiz çəkisi - 3390 qram olan, külli miqdarda eyni tərkibli narkotik vasitə tiryəki əldə edərək istintaqla müəyyən edilməmiş vaxtda qaçaqmalçılıq yolu ilə Azərba ycan Respublikasına keçirməklə Astara şəhəri istiqamətində Xəzər dənizinin sahilində yerdə olan beton dairənin içində gizlədərək 09 mart 2020-ci il tarixdə saat 07 radələrində mobil telefon vasitəsi ilə əlaqə saxlamaqla Kamran Hüseynovu bu barədə məlumatlandırmışdır. Bundan sonra Kamran Hüseynov həmyerlisi və aralarında dostluq münasibətləri olan Məhkum ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb görüşərək ona İran İslam Respublikasında olan tanışı tərəfindən narkotik vasitələr göndərildiyini bildirməklə sonuncuya məxsus “Mercedes-Benz C-class” markalı, **-BV-*** qeydiyyat nişanlı avtomobil ilə Astara şəhəri istiqamətində Xəzər dənizinin sahilinə gedərək narkotik vasitələri götürmələrini təklif etmiş və onlar bu barədə razılaşaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə 09 mart 2020-ci il tarixdə saat 08 radələrində Məhkum idarə etdiyi avtomobil ilə Xəzər dənizinin sahilinə gedərək narkotik vasitələrin gizlədildiyi yerdə hər ikisi avtomobildən düşməklə ətrafı bir qədər müşahidə edib təhlükəsizliyə əmin olduqdan sonra 01 ədəd üzəri yapışqanlı lentlə bağlanmış, qara rəngli polietilen torbada 3685 qram təmiz çəkidə-külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 03 ədəd üzəri yapışqanlı lentlə bağlanmış, qara rəngli polietilen torbada ayrı- ayrılıqda təmiz çəkiləri 1115 qr; 1295 qr; 980 qr - ümumi təmiz çəkisi-3390 qram olan, külli miqdarda eyni tərkibli narkotik vasitə tiryəki dənizin sahilində yerdə olan beton dairənin içindən götürməklə birgə əldə edib avtomobilə minməklə həmin yeri tərk edərkən onların cinayət əməlləri barədə əvvəlcədən məlumat almaqla həmin ərazidə əməliyyat-axtarış tədbirləri həyata keçirərək onları videoçəkilişdən istifadə etməklə müşahidə edən Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışlar. Onlar avtomobilin qapılarını kilidləməklə və pəncərə şüşələrini bağlamaqla hadisə yerindən qaçmağa cəhd göstərsələr də, polis əməkdaşları tərəfindən buna imkan verilməməklə Lənkəran Xətt Polis Şöbəsinə aparılmış və onlarda göstərilən narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Rafiq Cəfərov, hakimlər Elşad Əliyev və Kamil Bəşirovdan ibarət tərkibdə) 1 (106)110/2021 nömrəli 15 mart 2021-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası həddinədək azaldılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Ədalət Muradov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Dövlət ittihamçısı verdiyi kassasiya protestində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2021-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yenidən baxılması üçün apellyasiya instansi yasına qaytarılması barədə qərar qəbul edilsin. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırır ki, məhkəmə kollegiyasının həmin qərarı Məhkum cəza təyininə dair hissədə əsassız olduğundan ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmadan Məhkum cəza təyin edərkən cinayət qanununun qeyd olunan normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də onun şəxsiyyətinə əhəmiyyət verilməmiş, məhkəmə təmi z çəkisi 3685 qram olan külli miqdarda narkotik vasitə heroini və ümumi təmiz çəkisi-3390 qram olan, külli miqdarda narkotik vasitə tiryəki qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşıma cinayətini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən, törətmiş olduğu cinayət əməlləri başa çatmış olmaqla ağır cinayətlər kateqoriyasına aid olan, birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını əsassız olaraq 9 il müddətə endirmiş, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail o lunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxatrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, onun külli miqdarı 2 qramdan və 19-cu bəndinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün tiryəkin şəxsi istehlak miqdarınd an artıq miqdar daxil olmaqla yuxarı həddi 0,5 qram, onun külli miqdarı 50 qramdan başlanır. İş materiallarından göründüyü kimi, Məhkum əldə edərək üzərində saxladığı və daşıdığı narkotik vasitələr olan heroinini çəkisi 3685 qram, tiryəkin isə ümumi təmiz çəkisi 3390 qram olmaqla külli miqdar təşkil edir ki, bu da həmin cinayəti törədən şəxsin əməlinin yüksək ictimai təhlükəliliyinə dəlalət edən əsas hallardan biridir. Məhkəmə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını azaldarkən, onun tərəfindən törədilən CM-in 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, konkret müəyyən insan, fərdin sağlamlığı olmasını, cinayətin ağır cinayətl ər kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayət olmasını, Məhkum bir qrup şəxslə qabaqcadan əlbir olub satış məqsədi ilə qanunsuz olaraq əldə edilən narkotik vasitə heroin üçün müəyyən edilmiş külli miqdardan 1842,5 dəfədən çox, 3685 qram çəkidə olmasını, tiryək üçün isə müəyyən edilmiş külli miqdarından 67,8 dəfədən çox, 3.390 qram çəkidə olmasını, bu halın özözlüyündə Məhkum tərəfindən törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla onun şəxsiyyətini xarakterizə etməsini, bir sözlə cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almamış, sadalanan bütün bu halların məcmusunun Məhkum təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhz layiqli yuxarıda həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirməsi nə baxmayaraq apellyasiya instansiya məhkəməsi əsassız və cinayət qanunvericiliyinin tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyyələrinə zidd olaraq yüngül cəza təyin etmişdir. Qeyd edilməlidir ki, narkotik vasitənin 1-2 dəfə istifadəsi ondan fiziki və psixi asılılıq yaratmaqla şəxsin narkomanlıq kimi ağır və sağalması çətin olan xəstəliyə düçar olmasına səbəb olur. Məhkum aşkar olunmuş narkotik vasitənin miqdarı isə minlərlə insanı bu cür təhlükə qarşısında qoymuşdur. Bundan başqa, məhkəmə Məhkum cəza təyin edərkən, onu da əsas gətirmişdir ki, birinci instansiya məhkəməsi onun cəzasını yüngülləşdirən halları tam araşdırmamışdır. Apelyasiya instansiyası məhkəməsi isə Məhkum cəzasını yüngülləşdirən hallar kimi, onun 1966-cı il təvəllüdlü olmasını, yaşadığı yer üzr ə müsbət xarakterizə olunmasını və əvvəllər məhkum olumamasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq, yüngüllüyünə görə ona ədalətsiz cəza təyin etmişdir. Belə ki, məhkəmə kollegiyası yekun qərarında qeyd etmişdir ki, iş materiallarından müəyyən olunur ki, Məhkum əvvəllər məhkum olunmaması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması və 55 yaşı olmasını birinci instansiya məhkəməsi tərəfindən nəzərə almadığından, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş cəza onun üçün ağır olmuşdur. Lakin sadalanan yüngülləşdirən hallar apelyasiya instansiya məhkəməsi tərəfindən qanunun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən, onun əvvəllə r məhkum olunmamasını, yəni ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almasında haqlı olmamışdır. Hazırkı cinayət işi üzrə isə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin qəsd etdiyi ictimai münasibətlərdən, təqsirinin formasından, əməlin törədilmə forma və üsullarından, habelə ictimai təhlükəlilik dərəcəsindən görünür ki, o, bu cinayəti hadisələrin təsadüfi axarı zəminində törətməmiş, planlı şəkildə birbaşa qəsdlə törətmişdir. Məhkəmə Məhkum əvvəllər məhkum olunmamasını, yəni ilk dəfə cinayət törətməsini cəza təyini zamanı yüngülləşdirən hallardan biri kimi göstərsə də, nəzərə almamışdır ki, CM-in 14.1-ci maddəsinə görə, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi c inayət sayılır. Yəni qeyd olunan maddənin məzmunundan da, anlaşıldığı kimi, cinayət Qanunvericiliyi cəza təhdidi altında qadağan olunmuş istənilən ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyin təqsirli olaraq törədilməsini ilk dəfə törədilməsindən asılı olmayaraq cinayət hesab edir. Buna görə də, məhkəmə Etiram Hüsynovun ilk dəfə cinayət törətməsini yüngülləşdirici hal kimi hökmün təsviri-əsaslandırıcı hissəsində qeyd etsə də, həmin hissədə hökmün obyektiviyini təmin edə bilməmişdir. İş materialları ilə təsdiq olunduğu kimi, Məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır deyil, ağır cinayət əməlini törətmiş və bu heç də hadisələrin təsadüfi axarı zəminində baş verməmiş, o, bu cinayəti hadisələrin təsadüfi axarı zəminində törətməmiş, planlı şəkildə birbaşa qəsdlə törətmişdir. Bunda n əlavə, məhkəmə Məhkum yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, onun hansı cəhətlərinə görə müsbət xarakterizə olunmasını və bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində götərməmişdir. Halbuki, şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasına əməl olunmasının nəticəsidir. Həmçinin, müsbət xasiyyətlənmə şəxsin müsbət davranışının göstəricisi ola bildiyi halda, məhkumun davranışı narkotik vasitələrin qanunsuz dövriyyəsi cinayətini törətməkdən ibarət olmuşdur. Lakin məhkəmə CM-in 59.2-ci maddəsinin tələbini pozaraq onun h ansı cəhətlərinə görə müsbət səciyyələnməsini və bu halların konkret olaraq nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını, müsbət xarakterizə olunmada cəzanı yüngülləşdirməyə imkan verən amilin nə olmasını, nəyə görə bu halı cəzanı yüngülləşdirən hal kimi nəzərə almasının motivlərini və belə bir nəticəyə gəlməsinin səbəblərini qərarda göstərməmiş və əsaslandırmamışdır. Buna görə də qeyd olunan hal əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul edilmişdir. Göründüyü kimi, məhkəmə qərarda heç bir əsaslandırma aparmadan qeyd edilən halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi geyd etmiş, lakin həmin halların hansı səbəbdən cəzanı yüngülləşdirən hal olmasını belə əsaslandırmamışdır. CM-in 59.2ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Beləliklə də, məhkəmə yüngülləşdirici halların məcmusunu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarını və iş üzrə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını təqsirləndirilən şəxs Məhkum təqsirli bilindiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş cəza növünü müəyyən edərkən nəzərə almış və hesab etmişdir ki, qanunla nəzərdə tutulmuş daha yüngül cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Lakin, məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları düzgün müəyyən etməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, əsassız olaraq ona törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı yüngülləşdirməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz yekun qərarı ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm ona, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış olmuşdur. Məhkəmə bütün bunları nəzərə almayaraq Məhkum yüngüllüyünə görə açıq aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Sadalananlardan göründüyü kimi, apelyasiya instansiya məhkəməsi Məhkum tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, törədilməsi halına, hadisənin baş vermə səbəbi və şəraitinə, cinayət əməlinin nəticələrinə uyğun olmayan qənaətə gələrək yüngül cəza təyin etmiş, həmin hissədə hökmü əsaslandırmamış, qeyd olunan halları və Məhkum şəxsiyyətini, onun tərəfindən törədilən cinayətin başa çatmış cinayət olmaqla ağır cinayətlər kateqoriyasına aid edilməsini, eləcə də bu cür əməli, yəni külli miqdardan 1842,5 dəfədən çox olan narkotik vasitə heroini və külli miqdardan 67,8 dəfədən çox olan narkotik vasitə tiryəki qabaqcadan əlbir olub bir qrup şəxs halında qanunsuz olaraq əldə et mə və saxlama cinayət əməlini törədən Məhkum yüngül cəza təyin etməklə, onun islah olunmasının mümkün olmamasını nəzərə almamaqla ona açıq-aydın yüngüllüyünə görə ədalətsiz cəza təyin etmiş, cəza təyin edərkən cinayət qanununun normalarını düzgün tətbiq etməmiş, bu zaman cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3 maddələrinin tələblərini pozmuş, Konstitusiya Məhkəməsinin məcburi olan şərhini və Ali Məhkəmənin tövsiyyələrini nəzərə almamış, apelyasiya instansiya məhkəməsi də bu əsassız və qanunsuz nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbayc an Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai- təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddə sinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1ci maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi qərarın əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək təqsirləndirilən şəxs Məhkum himayəsində azyaşlı uşağının olmasını, ilk dəfə məhkum olunmasını, yaşayış yeri üzrə müsb ət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb, habelə narkotik vasitənin əldə edilməsində cinayətin digər iştirakçısı Kamran Hüseynovun rolu və iştirakçılığın dərəcəsinin Məhkum nisbətən çox olmasına baxmayaraq birinci instansiya məhkəməsinin işin bu halı nəzərə almadan onların hər ikisi eyni həddə cəzaya, yəni 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etməsini əsaslı hesab etməyərək, Məhkum təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası (5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunan 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasını 9 (doqquz) il həddinədək endirmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi Məhkum təyin edəcək cəzanın müddətini müəyyən edərk ən əsaslı olaraq onun himayəsində azyaşlı uşağının olmasını, məhkumun şəxsiyyətini və onun cinayət törədilməsində rolu və iştirakının dərəcəsini nəzərə almış və Məhkum təqsirli bilindiyi maddələrində müəyyən edilmiş sanksiyanın həddində 9 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edərkən məhz həmin cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə almışdır. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmaması barədə dəlili əsaslı hesab etmir. Məhkuma təyin edilmiş cəzanın müddəti törədildiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və onun şəxsiyyətinə uyğun gəlir və bu əlamətə görə həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın əd alətsiz və cinayətin ağırlığına uyğun olmayan cəza hesab oluna bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi Məhkum cəza təyin edərkən qanun normalarına, yuxarıda göstərilən Ali Məhkəmə Plenumunun tövsiyələrinə düzgün əməl etmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 15 mart 2021-ci il tarixli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqındakı 15 mart 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1357/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1357/2021
14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver