Məhkəmə qərarları › İş №1(102)-1357/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1357/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1357/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-657/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1996-cı il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olan, Cəlilabad şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 2. 22 fevral 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 17 mart 2022-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi t ərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi ilə qanunsuz olaraq iki ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 5,819 qram və 6,724 qram olmaqla, ümumi təmiz çəkisi 12,543 qram, yəni külli miqdar təşkil edən narkotik vasitə olan heroini əldə etmiş, üzərində saxlamış və daşımış, 10 noyabr 2021-ci il tarixdə Cəlilabad rayon polis şöbəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Green Store” marketinin yaxınlığında saxlanıldıqdan və şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol yan cibində olmuş göstərilən heroin və bir ədəd ele ktron tərəzi aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)262/2022 nömrəli, 24 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsində təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının Cəlilabad Rayon Məhkəməsinin 1(073)-46/2021 nömrəli, 18 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 1 (bir) ay 4 (dörd) gün hissəsinin iki gününün bir günə bərabər tutulmaqla 6 (altı) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə hökmlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 noyabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-657/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)262/2 022 nömrəli, 24 may 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində törədilən cinayət əməlinin səhv tövsif edilməsi iddia edilməklə, Məhkum əməlin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, bu maddənin sanksiyası həddində cəza təyin edilməsi yaxud ona bəraət verilməsi xahiş edilir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərba ycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiya sı məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum kassasiya şikayətində törətdiyi cinayət əməlinin tövsifini və ona təyin edilmiş cəzanı mübahisəl əndirməklə, eləcə də ona bəraət verilməli olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-657/2022 nömrəli, 25 oktyabr 2022-ci tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsind ə əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

18. Həmin Məcəllənin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli müna sibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir.

19. Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.

20. Yenə də həmin Məcəllənin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Re spublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata k eçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

24. Təsvir edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası baxılan kassasiya şikayətinin məhkum tərəfindən narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayət əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsaslı hesab edir.

25. Belə ki, ibtidai istintaq orqanı tərəfindən ilkin olaraq Məhkum barəsində 11 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılsa da, daha sonra onun əməli 12 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə yalnız aşkar olunaraq götür ülmüş narkotik vasitə heroinin təmiz çəkisinin 12,543 qram olmaqla şəxsi istehlak miqdardından artıq olması əsası ilə tövsif edilmiş, ona həmin maddə ilə təqsirləndirilməsinə dair ittiham elan edilərək, məhkəməyə göndərilmişdir.

26. Birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyini müəyyən edərkən, məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrinin iş üzrə sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, X8, Şahid3 və Şahid4 ifadələri, “Şəxsi axtarış keçirilməsi haqqında” 10 noyabr 2021-ci il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, məhkəmə fizik i-kimyəvi ekspertizasının 11 noyabr 2021-ci il tarixli, 19/1127 saylı rəyi, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Cəlilabad RPŞ-nin səlahiyyətli şəxsinin tərtib etdiyi 23 dekabr 2021-ci il tarixli raportu, ambulator məhkəmə-psixiatrik ekspertizasının 16 noyabr 2021-ci il tarixli, 2700 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin qalığı və bir ədəd elektron tərəzi, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilməsi qənaətinə gəlmişdir.

27. Həmin sübutların məcmusuna nəzər yetirildikdə müəyyən edilir ki, ibtidai istintaq orqanı Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın həlledici əsası kimi aşkar edilmiş narkotik vasitənin külli miqdar təşkil etməsi, bununla yanaşı üzərinə şəxsi axtarış və baxış keçirilərkən elektron tərəzinin aşkar edilməsini əsas götürməklə onun narkotik vasitələrinin satışı ilə məşğul olması qənaətinə gəlmişdir.

28. Cinayət işi materiallarında olan elektron tərəziyə baxış keçirilməsi haqqında 13 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Məhkum üzərindən aşkar edilmiş bir ədəd elektron tərəziyə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, elektron tərəzi boz rəngdədir və hazırda işlək vəziyyətdə deyil.

29. Cinayət işi materiallarında olan “Şəxsi axtarış və götürmə barədə” 10 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Məhkum barəsində axtarış və götürmə keçirilərkən, o, şifahi sorğu zamanı üzərindən aşkar olunmuş bir ədəd elektron tərəzinin istifadə etdiyi narkotik vasitənin ölçüsünü bilmək üçün üzərində gəzdirdiyini bildirmişdir.

30. Cinayət işinin materiallarından həmçinin müəyyən edilir ki, barəsində keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin aşkar olunmuşdur.

31. Yuxarıda göstərilənlərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxsin üzərinə baxış zamanı onda elektron tərəzi aşkar edilsə də, həmin tərəzi işlək vəziyyətdə, istifadəyə yararlı olmadığından, belə vəziyyətdə olan əşyanın narkotik vasitələrin satışına xidmət etməsi barədə məhkəmələrin gəldiyi qənaət məntiqi nəticə kimi əsaslı hesab edilə bilməz.

32. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, ibtidai istintaq orqanı tərəfindən axtarış və götürmə aparılan zaman Məhkum şəxsi istifadəsində olan 1 ədəd “Samsung” markalı sadə mobil telefon cihazı götürülsə də, 15 noyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan Məhkum şəxsi istifadəsində olan 1 ədəd “Samsung” markalı sadə mobil telefon cihazının zənglər və SMS-lər siyahısına baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən zəng və ya SMS aşkar edilmədiyi müəyyən olunur.

33. Cinayət işi materiallarında olan sübutlar əsasında Məhkum narkotik vasitələrin istifadəçisi olduğunu güman etmək olsa da, onun narkotik vasitənin satış məqsədilə, əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsini təsdiqləyən yetərli sübutları aşkar etmək olmur.

34. Belə şəraitdə, yəni Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamı təsdiqləyən hər hansı bir mötəbər sübut mövcud olmadığı halda, istintaq orqanı törədilən əməlinin hüquqi tövsifinə dair qənaətini yalnız məhkum edilmiş şəxsin üzərində aşkar edilmiş narkotik vasitənin miqdarı ilə əsaslandırmağa çalışmışdır.

35. Bununla belə, birinci instansiya məhkəməsi şəxsin əməlində narkotik vasitənin satışını təsdiqləyən hər hansı mötəbər sübut mövcud olmadığı halda Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə tam təqsirli bilmiş və apellyasiya instansiyası məhkəməsi bu mövqe ilə razılaşaraq səhv qənaətə gəlmişdir.

36. Nəticədə, birinci və apellyasiya instansiyaları məhkəmələri aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi barədə iş üçün əhəmiyyətli olan sübutları qanunamüvafiq qaydada qiymətləndirməyib, istintaq orqa nının mülahizələrə əsaslanmış ittihamı ilə razılaşıb, təqsirsizlik prezumpsiyasını rəhbər tutmadan əsaslandırılmamış yekun məhkəmə aktları qəbul edib, Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif etməklə məhz bu cinayətin törədilməsində onun təqsirini sübuta yetirilmiş hesab etmişlər

37. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət-prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik vasitənin külli miqdarda olması və ayrı-ayrı bükümlərdə olması şəxsin əm əlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyil, həmin narkotik maddənin satış məqsədi ilə əldə edilməsi hər bir fərdi halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə müqayisəli şəkildə qiymətləndirilməlidir ona görə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə görə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkətlər yalnız əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədlə həyata keçirildikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab e dilir.

38. Qanunun istinad edilən normasına izah verən, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formallaşması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarında da qeyd edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınma lıdır (“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı, §§ 8 və 9, 04 mart 2011-ci il).

39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququna görə də, narkotik vasitə və maddələrin qanunsuz dövriyyəsinin məhz satış məqsədilə həyata keçirilməsi iddia edilən işlərdə yerli məhkəmələrdən istintaq orqanının konkret olaraq hansı istintaq hərəkətlərini icra etdiyinin nəzərdən keçirilməsi tələb edilir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, § 130, 13 fevral 2020-ci il). Bu müqaildən olan cinayət işlərində əməliyyat-axtarış fəa liyyətini həyata keçirən orqan əməliyyat tədbirinin aparılmasına əsas yaradan səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayət törətməsi istiqamətində artıq müəyyən addım atdığını təsdiqləyən, əldəetmə mənbəsinin sonrakı mərhələdə yoxlanılması mümkün olan konkret və obyektiv məlumatların mövcud olduğunu nümayiş etmək imkanında olmalıdır (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). İstintaq hərəkətlərinin yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşması, nağd pul vəsaiti, narkotik vasitələrin qanunsuz satışının təşkilinə aid olan əşyalar, o cümlədən tərəzi və qablaşdırma materialları, alış-verişin iştirakçıları – narkotikin potensial təchizatçıları və ya alıcıları haqqında məlumat, bu qəbildən olan digər mötəbər sübutların aşkar edilməsi istiqamətində istintaqın istənilən mərhələsində heç bir praktiki addımın atılmaması məhkəmələr tərəfindən mütləq nəzərə alınmalıdır (Savalanlı və Digərləri Azərbaycana qarşı, № 54151/11, § 92, 15 dekabr 2022-ci il).

40. İstinad edilən maddi cinayət-hüquqi normalardan, məhkəmə təcrübəsini tənzimləyən Azərbaycan Respublikası Ali Məhkəməsinin tövsiyələrindən və Avropa Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, aparılmış istintaq nəticəsində narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsini təsdiqləyən hər hansı bir mötəbər sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarda olduğuna və işlək vəziyyətdə olmayan elektron tərəzinin aşkar olunduğuna görə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəz ərdə tutulan əməli törətdiyi əsasla cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə ziddir.

41. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, birinci instansiya məhkəməsində müdafiəçinin verdiyi vəsatət üzrə Məhkum barəsində tərtib edilmiş şəxsi işə baxış keçirilərkən kserosurətləri çıxarılaraq cinayət işinə əlavə edilmiş, sonuncunun 17 noyabr 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasında müayinə edilməsinə dair tərtib edilmiş akt, təcridxananın rəisinə yazdığı izahat və təcridxananın Cəlilabad rayon prokurorluğuna ünvanladığı məktubdan görünür ki, hə min tarixdə Məhkum təcridxananın tibbi-sanitar hissəsində müayinə edilərkən hər iki said və qarın nahiyələrində çoxlu sayda qərtməkli yaralar, sol gözaltı və sol kürək nahiyələrində sarımtıl bənövşəyi rəngli qançır aşkar edilmişdir.

42. Həmin xəsarətlərin yaranma səbəbi ilə bağlı material üzrə aparılmış araşdırma zamanı Məhkum bununla bağlı təcridxananın rəisinə yazdığı izahatında hər iki said və qarın nahiyələrindəki çoxlu sayda qərtməkli yaraları iş üzrə tutulmamışdan əvvəl əsəbiləşərək özü-özünə yetirməsi, sol gözaltı və sol kürək nahiyələrindəki qançırı isə iş üzrə tutulması zamanı aldığını göstərmiş, təcridxana bu barədə Cəlilabad rayon prokurorluğuna məlumat vermişdir. Buna görə də Cəlilabad rayon prokurorluğunda araşdırılması aparılmış 28C-22 nömrəli material üzrə qəbul edilmiş “Cin ayət işi başlanmasının rədd edilməsi haqqında” 27 fevral 2022-ci il tarixli qərar qəbul edilmişdir.

43. Bununla belə, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Məhkum polis əməkdaşı Şahid1 onun qarın nahiyəsinə bir neçə dəfə yumruqla zərbələr vurduğunu bildirmiş, daha sonra isə apellyasiya və kassasiya şikyətlərində fiziki və psixi zorakılığa məruz qaldığını iddia etmişdir.

44. Bu halla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun formalaşmış hüquqi mövqeyini xatırladaraq qeyd edir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında al ınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürd ükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” qərarı, № 1 5, § 25, 24 dekabr 2021-ci il).

45. Məhkəmə kollegiyası işgəncələrin qadağan olunmasını bəyan edən “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – “Konvensiya”) 3-cü maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş sübutların cinayət prosesində istifadəsinə dair Avropa Məhkəməsinin presedent hüququnun nəzərdən keçirilməsini də məqsədəmüvafiq sayır.

46. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, Konvensiya ilə təmin edilən əsas və mütləq hüquqlardan birinin pozulması nəticəsində əldə edilmiş sübutdan istifadə, hətta həmin sübut şəxsin məhkum edilməsində həlledici əhəmiyyət kəsb etməsə belə, həmişə icraatın ədalətliliyi ilə bağlı ciddi problemlər yaranmasına səbəb olur (Zliçiç Serbiyaya qarşı, № 73313/17, § 119, 26 yanvar 2021-ci il). 3-cü maddə nin pozulması nəticəsində əldə edilmiş ifadələrin cinayət prosesində istifadə edilməsi – rəftarın işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar kimi təsnifatından asılı olmayaraq – 6-cı maddənin pozulması ilə bütövlükdə icraatı avtomatik olaraq ədalətsiz edir (İbrahim və X2rşı [BP], № 50541/08 ə s., § 254, 13 sentyabr 2016-cı il). 3-cü maddə ilə qaldırılan şikayətin hətta qəbuledilməz hesab edilməsi, məhkəmələr tərəfindən Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan təminatlara riayət edilibedilmədiyi məsələ üzrə qərar qəbul edərkən pis rəftara məruz qalmaya dair iddianın nəzərə alınmasını istisna etmir (Aydın Çetinkaya Türkiyəyə qarşı, № 2082/05, § 104, 2 fevral 2016-cı il). Sübutun məhz pis rəftar nəticəsində əldə edildiyi barədə iddiaları araşdırarkən, cinayət işinə mahiyyəti üz rə baxan məhkəmədən təhqiqat orqanı tərəfindən əvvəllər araşdırılmış eyni faktlara və hallara yenidən qiymətləndirmək tələb oluna bilər. Lakin bu halda məhkəmənin vəzifəsi pis rəftarı icra edən şəxslərin fərdi cinayət məsuliyyətinə cəlb edilməsinə dair yox, tam, müstəqil və hərtərəfli yoxlama yolu ilə müvafiq sübutların mümkünlüyünü və etibarlılığını araşdırmaqdan ibarətdir. Pis rəftara məruz qalma nəticəsində əldə edilməsinə dair mötəbər iddiaların irəli sürülməsinə baxmayaraq, ifadənin sübut kimi qəbul edilməsi məhkəmə baxışının ədalətliliyinə dair ciddi şübhələrin yaranmasına səbəb olur (Belugin Rusiyaya qarşı, № 2991/06, § 74, 26 noyabr 2019-cu il).

47. Təsvir edilən ümumi prinsiplərə əsaslanaraq, Avropa Məhkəməsi Dursun Əliyev Azərbaycana qarşı iş üzrə qəbul etdiyi qərarında belə nəti cəyə gəlmişdir ki, prokurorun qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi qərarı yerli məhkəmələrə ərizəçinin təzyiq altında verdiyi iddia edilən özünün qismən etirafedici ilkin ifadələrinin sübut kimi istifadə edilməsinə qarşı etirazı üzrə araşdırma aparmaqdan imtina etmələrinə əsas vermirdi. Ərizəçinin pis rəftarla bağlı şikayətinə dair bu və ya digər formada tədqiqatın həyata keçirilməsi faktı özü-özlüyündə heç də həmin araşdırmanın həqiqətin müəyyən edilməsində səmərəli olduğunu təsdiqləmir. Bundan əlavə, ölkədaxili məhkəmələrdən iddia edilən pis rəftara görə təqsirkarların fərdi cinayət məsuliyyətinin araşdırması ərizəçiyə aid cinayət prosesində gözlənilməsə də, onlar (daxili məhkəmələr) ərizəçinin təqsirinin müəyyən edilməsi ilə bağlı sübutların mümkünlüyü və etibarlılığı üzrə tam, müstəqil və hərtərəfli araşdırma və qiymətləndirmə aparılması vəzifəsinin daşıyıcısı idilər. Bu öhdəlik təqsirsizlik prezumpsiyası prinsipindən və təqsirləndirilən şəxsin ona qarşı hər hansı sübuta etiraz etmək hüququndan irəli gəlirdi (Dursun Əliyev Azərbaycana qarşı, № 20216/14, § 141, 27 aprel 2023-cü il).

48. Hazırkı cinayət işinin hallarından da görünür ki, Məhkum bədənində fiziki zorakılığa məruz qalmasını təsdiqləyən müxtəlif izlərin aşkar edilməsi ilə bağlı Cəlilabad rayon prokurorluğunun “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 27 fevral 2022-ci il tarixli qərarı qəbul edilsə də, məhkəmələr məhkumun müvafiqdəlillərinə kifayət qədər diqqətlə yanaşmamış, sübutların mümkünlüyü və etibarlılığı üzrə tam, müstəqil və hərtərəfli araşdırma və qiymətləndirmə aparılma sı vəzifəsini yetərincə dolğun icra etməmişlər.

49. Bu məqamda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyəsini xatırladaraq qeyd edir ki, bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” qərarı, § 28).

50. Məhkəmə kollegiyasın ın fikrincə, Məhkum təcridxananın tibbi-sanitar hissəsində müayinə edilərkən onda hər iki said və qarın nahiyələrində çoxlu sayda qərtməkli yaralar, sol gözaltı və sol kürək nahiyələrində sarımtıl bənövşəyi rəngli qançırı xəsarətlərin aşkar edilməsi halı 17 noyabr 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasında müayinə edilməsinə dair tərtib edilmiş akt əsasında tam təsdiq edilmişdir.

51. Məhkum həmin xəsarətləri hansı şəraitdə və səbəbdən alması ilə bağlı ziddiyyətlər mövcuddur, bu ziddiyyətlər isə onun baş verdiyini iddia etdiyi halın – üstündən aşkar edilərək götürülən və iş üzrə əsas maddi sübut olan narkotik vasitənin ona qarşı tətbiq edilən fiziki və yaxud psixi zorakılığla əldə edildiyinin həqiqətə uyğun olduğunu istisna etmir.

52. Bütün təsvir edilənləri tamamlayaraq məhkəmə kolle giyası qeyd edir ki, Məhkum olunmasının əsasını təşkil etmiş həlledici sübutların mötəbərliyinə əsaslı şübhələr mövcud olduğundan, yaranan şübhələrin aradan qaldırılması üçün cinayətprosessual qanunvericiliyinin aşağıda göstərilən tələblərinə riayət olunmaqla sübutların yenidən təhlili aparılımalıdır.

53. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

54. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələblərindən görünür ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məc əllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.

55. Həmin Məcəllənin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

56. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.

57. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsində nəzərdə tutulmuş norma hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir.

58. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbi isə ondan ibarətdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

59. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutl arın kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

60. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 349.3-349.4-ci maddələrinin tələblərindən çıxış edərək onu da qeyd etməyi zəruri bilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və həmin hökm Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir.

61. Həmin Məcəllənin 349.5.1-349.5.3-cü maddələrinin ümumi məzmununa tələblərinə görə isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir.

62. Həmin Məcəllənin 351.2-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

63. Həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrinin ümumi məzmununa əsasən, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə və məhkəmə istintaqında tədqiq edilmiş mötəb ər və mümkün sübutlara əsaslanaraq sübuta yetirilmiş hesab edilə bilər.

64. Məhkəmə kollegiyası eləcə də qeyd edir ki, ittihamın həlli üçün cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna əsaslanmaqla qiymət verilməsini və sübutların bir-biri ilə müqayisəli şəkildə təhlil edilməsini tələb edən milli cinayət prosessual qanunvericiliyinin tələbləri Avropa Məhkəməsinin yanaşması ilə də uzlaşır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalətli məhkəmə araşdırmasının Konvensiyanın 6-cı maddəsinin müvafiq tələblərinə uyğun olduğu müəyyən edilərkən, hər hansı hal və yaxud hadisə ayrı-ayrılıqda əsas götürülməməli, məhkəmə prosesinin ümumi araşdırmasının nəzərdən keçirilməsi zəruridir (Fariz Əhmədov Azərbaycana qarşı, № 40321/07, § 53, 14 yanvar 2021-ci il).

65. Həmçinin, Avropa Məh kəməsinin presedent hüququ ilə müəyyən edilir ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).

66. Beləliklə, baxılan cinayət işinin materialları istinad edilən prosessual cinayəthüquqi normalarının tələbləri və Avropa Məhkəməsinin presedent hüququ baxımından təhlil edildikdə, Məhkum ona törədilməsi ittiham olunan Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirinin müəyyən edilməsinə təsir edən halların apellyasiya instansiya məhkəməsi tərəfindən məhkəmə baxışında tam tədqiq edilməməsi, nəticədə Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə riayət edilməməsi aşkar edilir. Şərh edilən məsələlər üzrə nəticələr işin hallarının obyektiv araşdırılmasına, müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslanmadığından, kassasiya şikayətində isə məhkəmənin gəldiyi nəticələri təkzib edə biləcək əsaslı dəlillər gətirildiyindən, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə nəticəsi əsaslı hesab edilə bilməz.

67. Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məh kəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.

68. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)657/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-657/2022 nömrəli, 25 oktyabr 2022 -ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar