Məhkəmə qərarları › İş №1(102)-1358/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1358/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1358/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Nizami Quliyev (sədrlik edən və məruzəçi), Aqil Musayev və Müşfiq Məmmədov) 08 iyul 2022-ci il tarixli, 1(099)-407/2022 nömrəli hökmü ilə xx xxxxxx 1972-ci ildə Yardımlı rayonu, Mirimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Yardımlı rayonu, Mirimli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 32.5,206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılaraq ona qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum edilmişdir ona görə ki, o, satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Vahid” adlı şəxs və qeyriləri tərəfindən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə “Vahid” adlı şəxs İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitələri və psixotrop maddələri keçirib bu barədə Məhkum məlumat verdikdən sonra o, Yardımlı rayonu ərazisindən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 52049 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 300 ədəd həbdən ibarət narkotik vasitə metadon, 328,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda 2585 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib “Vahid” adlı şəxsi n və qeyrilərinin göstərişinə əsasən yaşadığı Yardımlı rayonu Mirimli kəndində yerləşən evə daşımaqla saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və həmin İdarənin Cənub bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən 27 avqust 2021-ci il tarixdə saat 17:00-da həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum yaşadığı Yardımlı rayonu, Mirimli kəndində yerləşən evdə saxlanılmaqla saat 17:13-dən etibarən özünün razılığı və iştirakı ilə yaşadığı evə baxış keçirilən zaman ot bükümlərinin yığıldığı tövlənin içərisində gizlətdiyi iki ədəd kisənin içərisindən 38 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 5840 qram, 4325 qram, 416 0 qram, 2765 qram, 1004 qram, 1014 qram, 974 qram, 1014 qram, 1050 qram, 1480 qram, 1004 qram, 1020 qram, 1184 qram, 1285 qram, 1495 qram, 1495 qram, 1025 qram, 1005 qram, 1005 qram, 1005 qram, 1005 qram, 1005 qram, 1010 qram, 510 qram, 1015 qram, 4150 qram, 1020 qram, 505 qram, 1025 qram, 940 qram, 770 qram, 510 qram, 515 qram, 1020 qram, 505 qram, 945 qram, 260 qram və 190 qram olmaqla ümumilikdə külli miqdarda 52049 qram çəkidə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroin, üzərində “Methadone 40” yazılan 30 ədəd blisterdə ümumi sayı 300 ədəd həbdən ibarət təsiredici maddənin ümumi miqdarı külli miqdarda 12 qram olan narkotik vasitə metadon, 01 ədəd bükümdə 328,9 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla ha zırlanmış narkotik vasitə olan qurudulmuş marixuana,12 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 235 qram, 530 qram, 200 qram, 200 qram, 200 qram, 100 qram, 100 qram, 100 qram, 100 qram, 170 qram, 525 qram və 125 qram olmaqla ümumilikdə külli miqdarda 2585 qram çəkidə ağ rəngli kristalşəkilli, xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi), Elşad Əliyev və Məhəmməd Bağırov) 21 dekabr 2022-ci il tarixli, 1(105)-246/2022 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 1(099)-407/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şik ayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayətləri verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarı ləğv edilməsi və ona CM-in 32.5,206.2-ci maddəsi üzrə bəraət verilməsi, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasının azaldılaraq həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətlərinin dəlillərini onunla əsaslandırmışdır ki, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2022-ci ü l(106)-777/2022 saylı Qərarının 3 (üçüncü) səhifəsinin 4(dördüncü) abzasından (yeni sətir) aydın müəyyən etmək olur ki, həmin qərar barəsində şikayət verdiyim Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 iyul 2022-d il tarixli l(099)-407/2022 saylı hökmündən həm əsaslılığına və digər hallarına görə heç də fərqli deyil. Qərarın "Hüquqi Məsələlər"ə dair olan hissəsindən görünür ki, məhkəmə kollegiyası şikayətə yazdığı əsaslara ümumi sözlərlə, yəni işdə olan şahid ifadələrinə, mənim ibtidai istintaq dövründə etirafedici ifadəmə istinad etmiş və cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən dəlilərə heç bir hüquqi qiymət verməmiş və qanunsuz qərar qəbul etmişdir. Onun həm ibtidai araşdırma müddətində, həm də 1-ci instansiya məhkəməsində İran vətəndaşı Vahid adlı şəxslə bağlı ifadələrimi nə 1-ci instansiya məhkəməsinin hakimləri, nə də apellyasiya məhkəməsinin işə baxan hakimləri işdə olan digər sübutlarla təhlil etməmiş, biri digərini tama mlayan sübutlara uyğun qiymətləndirməmişlər. Kassator qeyd etmişdir ki, məhkəmələr əməliyyat işçilərinin ifadələrinə istinad edilsə də, həmin əməliyyat işçilərinin ifadələri onun İran vətəndaşı Vahid adlı şəxslə cinayət əlaqəsinə girməyimi sübut etmir. Məhkəmənin əsas kimi götürdüyü digər hal isə qərarın 7d səhifəsinin, 6-cı abzasında qeyd edilmişdir ki, "1-ci instansiya məhkəməsində qeyd edilən bir ədəd DVD diskdə olan görüntülərə baxış keçirilmiş, həmin görüntülərdən də 27 avqust 2021-ci il tarixdə Məhkum məxsus tövləyə onun iştirakı ilə baxış keçirilməsi və onun külli miqdarda narkotik vasitələr və psixotrop maddə olan iki ədəd kisələri təqdim etməsi, habelə sorğu zamanı həmin kütlələri İran İslam Respublikasının vətəndaşı Vahid adlı şəxsin göndərməsi halları təsdiq olunmuşdur". Bununla bağlı bildirir ki, məhkəmənin bu barədə gəldiyi nəticə ehtimal və fərziyyədən başqa bir şey deyildir. Narkotik kütlələrinin İran İslam Respublikasının vətəndaşı Vahid adlı şəxsin göndərməsi hallarının təsdiq olunması nə ilə bağlı məhkəmənin gəldiyi nəticə ancaq sözdən ibarətdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxara q müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətlərinin dəlilləri Məhkum əməlində qaçaqmalçılıq cinayətinin yəni Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsinin tərkibinin olmaması, həmçinin təqsirli bilindiyi CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə və işin hallarına uyğun olmayan ağır cəza təyin edilməsi ilə əlaqədardır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhku m elan edilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma ilə bağlı ittiham, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün həmin sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirmişdir. Həmin sübutların mötəbərliyini şübhə altına alan hər hansı bir xüsusat müəyyən edilməmişdir. Kassasiya şikayətlərində məhkumun əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi mübahisələndiri lmir. Məhkəmə kollegiyası iş üzrə tədqiq edilmiş sübutları nəzərdən keçirib həmin sübutlar əsasında müəyyən edilmiş işin hallarını nəzərə alaraq kassasiya şikayətlərinin məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə yanaşı CM-in 32.5,206.2-ci maddəsi ilə tövsif edilməsi və onun həmin maddə ilə təqsirli bilinməsinin əsassız olması barədə dəlili ilə aşağıda göstərilən əsaslara görə razılaşmır. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə narkotik vasitəl ərin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarında göstərilmişdir ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-in 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və GM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedi ci əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Yuxarıda qeyd edilən qanun normalarından və Ali Mə hkəmənin Plenumunun qərarında verilmiş izahlardan görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün məhkəmə iclasında tədqiq edilmiş sübutlarla onun digər şəxsə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə narkotik vasitələrin gətirilməsində köməklik göstərməsi müəyyən edilməli, onlar arasında bu barədə razılaşma (əlbirlik) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsindən əvvəl baş tutmalıdır. Məhkəməyədək icraat zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadələrində Məhkum şəxsiyyəti məlum olmayan İİR-nın vətəndaşı kimi özünü təqdim etmiş Vahid adlı şəxslə əvvəlcədən İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitəni göndərməsi və həmin narkotik vasitəni Məhkum qəbul edib, Azərbaycan Respu blikasında 4000 manat müqabilində kiməsə çatdırmasını razılaşmışlar. Həmin razılaşmadan sonra Vahid adlı şəxs məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitəni İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına istintaqla müəyyən edilməyən şəxs vasitəsi ilə göndərmiş və həmin narkotik vasitəni Yardımlı rayonu ərazisinə qoydurmuş, Məhkum də satış məqsədi ilə həmin narkotik vasitəni götürərək yaşadığı evə apardıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılaraq qeyd edilən külli miqdarda narkotik vasitələr ondan götürülmüşdür. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr cinayət işi üzrə digər sübutlarla təsdiq olduğundan məhkəmələr əsaslı olaraq həmin ifadələri düzgün və həqiqətə uyğun kimi qiymətləndirmişdir. Beləliklə, cinayət işinin sübutları ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Məhkum şəxsiyyəti məlum olmayan İran vətəndaşı olan Vahid adlı şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş narkotik vasitəni əldə edib satışını təşkil etməsi ilə bağlı onunla əvvəlcədən razılaşmaqla, həmin narkotik maddələrin üzərində sərəncam verməyi qabaqcadan vəd etmiş və verilmiş vədlərə uyğun hərəkətlər etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə narkotik vasitələri gətirən şəxsə vəd verib onları qəbul etməsi və verilmiş vədlərə uyğun hərəkətlərin edilməsi, yəni qaçaqmalçılıq əməlinin törədilməsinə köməklik gö stərməsi təsdiq olunmuşdur. Məhkum əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı həmin Məcəllənin 32.5,206.2-ci maddəsi ilə tövsif edilməsi ilə əlaqədar qeyd edilməlidir ki, məhkəmələr bu nəticəyə gələrək Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarında verilmiş tövsiyələrə uyğun olaraq cinayət işinin hallarını düzgün qiymətləndirmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun Məhkum əməlləri Azərbaycan Respubl ikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və məhkumun əməlinin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni, əsaslı və işin faktiki hallarına uyğun olmuşdur. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin cinayət-prosessual normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göst ərmişlər. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Odur ki, kassasiya şikayətlərinin bu barədəki dəlili əsassızdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozu ntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkum kassasiya şikayətlərinin digər dəlili məhkəmələr tərəfindən ona təyin edilmiş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə tə qsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun himayəsində bi r nəfər yetkinlik yaşına çatmayan qızının olmasını və yaşayış yerindən müsbət səciyyələndirilməsini nəzərə alaraq, ona CM-in 32.5,206.2-ci maddəsi ilə 5(beş) müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Məhkum X2 təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 206.2-ci maddəsinin sanksiyasında 3 ildən 7 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qanunsuz əldə edilmiş və saxlanmış narkotik vasitələrin və psixotrop maddələrinin miqdarı baxımından Məhkum törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq birinci və apellyasiya instansiyası məhkəmələri t ərəfindən cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətlərinin cəzanın açıq-aşkar ədalətsiz və sərt olması barədə dəlillə razılaşmaq olmur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq kassasiya şikayətlərinin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar