Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1358/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-in nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bak ı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 fevral 2025-ci il tarixli hökmündən Məhkum və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal Rayon Məhkəməsinin (sədrlik hakim Rəşad Cavadzadə) 05 noyabr 2024-cü il tarixli 1(004)-265/2024 nömrəli hökmü ilə xx xxxxx 1990-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli olmaqla himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci Mədən, 8-ci Korpus, ünvanında yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirliliyi süb uta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 42.1.4-cü maddəsinə əsasən bəraət verilmişdir. İşin halları: İstintaq orqanının mövqeyinə əsasən Məhkum edilmişdir ona görə ki, o, "xxxx" MMCyə məxsus “Oba Nizami 2” mağazasında adminstrator vəzifəsində işlədiyi müddətdə ona etibar edilmiş özgə əmlakının xeyli miqdarda olan hissəsini müxtəlif vaxtlarda öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamışdır. Belə ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin (VÖEN: **********) ünvan 3 ünvanında yerləşən, “OBA Nizami 2” filialında administrator vəzifəsində işlədiyi dövr ərzində öz qulluq mövqeyindən istifadə edərək əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə, eləcə də cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq edilmiş mağaza administratorunun vəzifə təlimatına əsasən anbarın və satış zalının təmiz, nizamlı və əskiksiz olmasına, kassa əməliyyatlarına, kassaların təhvil-təslim prosesində iştirak və əməliyyatların doğru aparılmasına nəzarət edilməsi, mal qəbulu əməliyyatlarının həyata keçirilməsi, mal qəbulu zaman baş verən problemlərin həlli üçün müvafiq strukturlara müraciət edilməsi, satış zamanı alınan məhsulların qaytarılma, dəyişdirilmə prosesinin doğru edilməsinə nəzarət edilməsi, mağazanın sayılması üçün lazımı tədbirlərin görülməsinin təşkil edilməsi, qəbul edilən məhsulların sayını, satışa yara rlığının yoxlanılması, mağaza büdcəsi, sifariş, xərclər, qalıq hesabatlarının, habelə işəgötürənə ziyan vurma hallarına yol verilməməsi və digər işlərin görülməsinin ona həvalə edilməsinə baxmayaraq tamah niyyətilə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını vahid niyyətlə mənimsəyərək talamaq məqsədilə həmin müddətdə mağazanın inventarında olan satış üçün tam maddi məsuliyyətinə götürdüyü 141.679,(8 (yüz qırx bir min alt yüz yetmiş doqquz manat səkkiz qəpik) manat dəyərində məişət və qida məhsullarının xeyli miqdar təşkil edən 10.039,72 (on min otuz doqquz manat yetmiş iki qəpik) manat dəyərində olan hissəsini müxtəlif vaxtlarda mağazadan çıxararaq kassaya mədaxil etmədən istintaqa məlum olmayan digər şəxslərə satmaqla əldə etdiyi həmin pul vəsaitini özünün şəxsi ehtiyaclarına sərf ed ərək ona etibar edilmiş "xxxx" MMC-nin “OBA Nizami 2” filialına məxsus 10.039,72 (on min otuz doqquz manat yetmiş iki qəpik) dəyərində özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Zamin İbrahimov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Murad Məmmədov) 11 fevral 2025-ci il tarixli 1(103)-305/2025 nömrəli hökmü ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli 1(004)-265/2024 nömrəli hökmü ləğv edilmiş, Məhkum CM-in 314.1-ci maddəsi ilə təqsirli bilinmiş, CM-in 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməmiş, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin cavabdeh Məhkum qarşı cinayət nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi barədə mülki iddiası baxılmamış saxlanılmışdır. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-i tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 fevral 2025-ci il tarixli, 1(103)-305/2025 nömrəli hökmünün ləğv edilməsi və barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 fevral 2025-ci il tarixli, 1(103)-305/2025 nömrəli hökmünün ləğv edilməsini və Məhkum Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə t əqsirli bilinməklə barəsində ittiham hökmü çıxarılmasını və mülki iddianın təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, heç bir təqsiri olmadan barəsində ittiham hökmü çıxarılmış və bu səbəbdən onun və ailəsinin maddi və mənəvi olaraq ağır iztirab və əzab çəkməklərinə səbəb olmuşdur. Təqsirsizlik prezumpsiyasına əsasən mağazada yaranan əskikliklərlə bağlı onun səhlənkarlıq etməyi müvafiq videogörüntülərlə, şahid ifadələri və başqa sübutlarla təsdiq edilməlidir. Əgər onun səhlənkarlıq əməlini törətməyi ilə bağlı heç bir sübut yoxdursa onda onun həmin maddə ilə təqsirləndirilməsi əsassızdır. Yalnız "xxxx" MMC ilə yaxın ünsiyyəti olan müstəqil auditin rəyi və həmin rəyin köçürülməsi ilə verilən ekspert rəyi onun təqsirli bilinməsinə vasitə olmuşdur. Lakin həmin rəydə onun hansı səhlənkarlığı etdiyi göstərilməmişdir. Həmçinin rəydə hansı dövr üzrə, hansı mallar üzrə və hansı formada onun səhlənkarlıq etməyi göstərilməmişdir. Yəni o, hansı malların alışında və ya təhvilində və başqa formada səhlənkarlığa yol vermişdir. Bununla bağlı heç bir sübut təqdim edilməmiş və məhkəmə onu səhlənkarlıqda ittiham etmişdir. Bununla bağlı heç bir sübut və fakt olmadan barəsində ittiham elan edilmişdir. Məhkəmə tamamilə əsassız və qanunsuz qərar qəbul etmiş və aidiyyəti olmayan səhlənkarlıq əməli ilə onu ittiham etmişdir. Halbuki, iş materiallarından görünür ki, istintaq tamamilə qanunsuz və əsassız aparılmış və onun barəsində əsassız ittiham aktı tərtib edilmişdir. Təqsirləndirildiyi maddə ilə bağlı heç bir sübut təqdim edilməmiş və təqsirli olmadığı əməl ilə ittiham hökmü verilmişdir. Daxili nəzarətin yoxlaması zamanı da onun ittiham edilən cinayəti törətməyinə dair hər hansı bir sübut aşkar olunmamış, kamera görüntülərində də onun cinayət törətməyi ilə bağlı heç bir görüntü mövcud deyildir. Səhlənkarlığa görə cinayət məsuliyyətinə cəlb etmək üçün vəzifəli şəxsin üzərinə hansı hüquq və vəzifələrin qoyulduğunu, bu hüquq və vəzifələrin konkret olaraq hansı qanunvericilik aktı ilə müəyyən edildiyini, məhz hansı vəzifələrin yerinə yetirilmədiyini və ya lazımınca yerinə yetirilmədiyini, qulluq vəzifələrini yerinə yetirmək üçün vəzifəli şəxsin real imkanlarının olub-olmadığını müəyyən etmək zəruridir. Yəni onun vəzifələrini yerinə yetirilmədiyi və ya lazımınca yerinə yetirilmədiyini, qulluq vəzifələrin i yerinə yetirmək üçün onun real imkanlarının olub-olmadığını yerinə yetirmədiyi və bunu yerinə yetirməməyi nəticəsində qeyd edilən maddi ziyanın yaranması sübut edilməlidir. Lakin müvafiq hökmdə heç bir sübut olmadan barəsində ittiham hökmü çıxarılmışdır. Şərh edilən cinayət tərkibinin obyektiv cəhətinin daha bir zəruri əlaməti ictimai təhlükəli nəticənin - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasının mövcud olmasıdır. Onun tərəfindən zərərçəkmişə heç bir maddi ziyan dəyməmişdir. Hətta onun deyil başqa birinin təqsirindən "xxxx" MMC-yə 10.039 manat ziyan dəydiyini hesab etsək belə ölkə üzrə 1000-dən çox mağazalar silsiləsi olan "xxxx" MMC-yə 10.039 manat məbləğində pul mühüm zərər vur ma sayıla bilməz. Həmin məbləğ "xxxx" MMC-nin bir mağazasının təxminən bir günlük gəliridir. Bu səbəbdən həmin məbləğ “mühüm zərər vurma” sayıla bilməz. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətində göstərilən xüsusatlar tam araşdırılmamışdır. Təqsirləndirilən şəxs Məhkum və şahidlərin istintaq dövründə verdikləri ifadələri təkzib etmələri məsuliyyətdən yayınma halı kimi qiymətləndirilməlidir. İstintaq dövründə və məhkəmədə verdikləri ifadələr arasında ziddiyyət və yalan ifadə olmasını nəzərə alaraq şahidlər cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Yəni, məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri nəzərə alıb, həmin sübutlara v ə onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və təqsirləndirilən şəxslərin qeyd edilən maddələr ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Məhkum verdiyi ifadə ilə ibtidai istintaqa verdiyi ifadə arasında "ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməsi”, yəni 10.039,72 (on min otuz doqquz manat yetmiş iki qəpik) manat dəyərində malların mağazadan çıxararaq xatırlamadığı şəxslərə satması, həmin pulları şəxsi ehtiyaclarına sərf etməsi ilə bağlı hissəsində yaranan fərqliliklə əlaqədar ifadələri həmin hissələrdə elan olunmuş və Məhkum müstəntiqə verdiyi ifadələrdə belə sözlər işlətmədiyini, müstəntiqin kompüterdə onun ifadəsini yazdıqdan sonra onu oxumadan qol çəkdiyini, həmin ifadələri təsdiq etmədiyini, məhkəmədə verdiyi ifadələri təsdiq etməsini bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, orta məktəbdə cəmi iki sinif oxuduğundan latın qrafikası ilə olan yazıları çətinliklə oxuyur və yazır. Həmçinin müstəntiqin ona “Oba Markert”in hesabına 100 manat ödəyəcəyi təqdirdə ona bu işdə köməklik ola biləcəyini bildirdiyi üçün o da həmin məbləği ödəmişdir. Məhkəmə hərtərəfli və müfəssəl əsaslandırma aparmadan, Məhkum mənimsəmə cinayətini törətməsini məhkəmə istintaqı dövründə sadəcə olaraq sözlü olaraq təkzib etməsini, ibtidai istintaq dövründə verdiyi ifadələri latın qrafikalı Azərbaycan əlifbasında guya yazıb-oxuya bilmədiyi üçün təsdiq etməsini, habelə iş üzrə şahidlər Şahid3, Şahid5 və Şahid4 ibtidai istintaq dövründə verdikləri ifadələri “oxumadan” imzaladıqları, məhkəmə istintaqı dövründə Məhkum mənimsəmə cinayətini törətməsini görmədikləri, qeyd edilən halı təsdiq etməmələrini əsas gətirərək, iş üzrə olan digər mötəbər sübutları və dəlilləri lazımi qaydada qiymətləndirməyərək Məhkum təqsirinin sübuta yetməməsi qənaətinə gəlib ona CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə bəraət vermişdir. Lakin nə qəribədir ki, məhkəmə istər Məhkum, istərsə də şahidlər Şahid3, Şahid5 və Şahid4 məhkəmə istintaqında verdikləri ifadələrin həqiqiliyi və düzgünlüyünü yoxlamaq üçün hər hansı prosessual-istintaq hərəkətləri keçi rmək zərurəti görməmiş, belə zərurəti görməzdən gəlməyə nə üçünsə “maraqlı” olmuşdur. Hökmdə Məhkum CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə bəraət verilməsinin konkret olaraq nədə ifadə olunması isə hər hansı şəkildə qanuna istinad olunaraq əsaslandırılmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri nəzərə alıb, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ilə bağlı ibtida araşdırma orqanının gəldiyi nəticə əsassızdır və təqsirləndirilən şəxsin qeyd edilən maddələr ilə nəzərdə tu tulan cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilməmişdir. Sübutların tədqiqini ardıcıl və məntiqi təhlil etdikdə məhz elə Məhkum tərəfindən məniməsəmə cinayətini müəyyən dövr ərzində müəyyən hissələrlə mənimsənilməsi qənaətinə gəlməyi əhəmiyyətli dərəcədə mümkün edir. Həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən mülki iddianın baxılmamış saxlanılması qanunsuz hesab edilməlidir. Belə ki, cinayət nəticəsində vurulmuş ziyanın tələbi mediasiya prosesi tələb etmir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, zərərçəkmiş hüquqi şəx s "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 fevral 2025-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilmə z. Məhkum kassasiya şikayətinin əsas dəlili - barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə ittiham hökmünün çıxarılmasıdır. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya məhkəməsi əsassız və qanunsuz olaraq məhkumun əməlini CM-in 179.2.3 və 179.2.4-cü maddələrindən həmin Məcəllənin 314.1-ci maddəsi ilə tövsif etmişdir. Kassasiya şikayətində əsas arqument ondan ibarətdir ki, apellyasiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, əsassız olaraq məhkumun və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrə üstünlük verərək, onların ibtidai istintaq zamanı verdikləri ifadələri nəzərə almamışdır. Kassasiya şikayətlərinin dəlilləri müzakirə edilərək məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab e dir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İstintaq orqanı Məhkum əməlinin CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilməsini onun özünün və şahidlər Şahid5, Şahid4 və Şahid3 ifadəl əri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası cinayət işinə əlavə edilmiş məhkumun və həmin şahidlərin dindirmə protokollarına nəzər salaraq qeyd edir ki, Məhkum etirafedici ifadələri aşağıdan ibarətdir. “Mən mağazadan məhsulları çıxararaq dəqiq xatırlamadığım şəxslərə satmışam, oradan əldə etdiyim pulları isə kassaya mədaxil etməmişəm.” Hər üç şahid - Şahid5, Şahid4 və Şahid3 ifadələri dindirmə protokollarda eyni cür sözbəsöz belə qeyd olunmuşdur. “Onun (Məhkum) mənimsəmə etməsinin mən birbaşa şahidi olmuşam. Belə ki, gördüklərimə görə Məhkum mağazanın deposunda olan malları götürmüş, başqa şəxslərə satmışdır. Həmçinin mağazadakı malları alıcılara nisyə verərək sonradan orada götürdüyü pulları da öz cibinə qoyub mənimsəmiş, təhlükəsizlik kameralarını söndürüb mağazadakı malları çıxarıb ap arıb başqa adamlara satırdı. Bandan başqa 5 manata olan məhsulu 2-3 manata satıb mənimsəmə etmişdir. Satılan məhsula görə alınan pulu kassaya mədaxil etməyərək öz cibinə qoymasını da eşitmişəm” İstintaq orqanı tərəfindən məhkəməyə məhkumun CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirini təsdiq edən sübutlar yalnız yuxarıda tamamilə təsvir edilmiş məhkumun və şahidlər Şahid5, Şahid4 və Şahid3 ifadələrindən ibarət olmuşdur. İstintaq orqanı məhkum tərəfindən cinayətin törədilməsi hallarının daha dəqiq və konkret müəyyən edilməsi istiqamətində həmin şəxslərin ifadələri almamış, bu barədə suallar da məhkuma və şahidlərə verməmişdir. Qeyd edilməlidir ki, dindirmə protokollarında nə şahidlərin, nə də təqsirləndirilən şəxsin protokolun məzmunu i lə tanış olmaları — yəni protokolu şəxsən oxumaları və ya müstəntiq tərəfindən ucadan oxunması barədə heç bir qeyd aparılmamışdır. Məhkəmə iclasında həm Məhkum, həm də şahidlər Şahid5, Şahid4 və Şahid3 ifadə vermişlər ki, onlar müstəntiqə protokollarda göstərilən məzmunda ifadə verməmiş, müstəntiq tərəfindən onlara təqdim edilmiş protokolu sadəcə imzalamışlar. Məhkum bildirmişdir ki, o, mağazadan heç bir əşya oğurlamamışdır. Şahidlər isə Məhkum mağazadan malları və ya pulları talamasının şahidi olmadıqlarını bəyan etmişlər. Məhkum tərəfindən ona etibar edilmiş əmlakın talanmasını təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə alıb, haqlı olaraq məhkumun və şahidlər Şa hid5, Şahid4 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrinə şübhə ilə yanaşaraq onları mötəbər sübut qismində qəbul etməmişlər. Bununla əlaqədar məhkəmə kollegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin şahid ifadələrinin təhlili ilə bağlı hüquqi mövqeyinə də istinad etməyi zəruri hesab edir. Avropa Məhkəməsi bir sıra qərarlarında şahidlərin məhkəməyədək icraat zamanı verdikləri ifadələrin qiymətləndirilməsi zamanı, istintaq orqan tərəfindən ifadələrin ittihamı formalaşdırmaq məqsədi ilə alınması ehtimalını nəzərə almağın vacibliyini qeyd etmişdir. Belə ki, Avropa Məhkəməsinin yanaşmasına görə, prinsip etibarilə, bunun əksini tələb edən əsaslı səbəblər yoxdursa, çəkişmə əsasında aparılan ədalətli məhkəmə araşdırması anlayışı məhkəmələrdən ittiham tərəfinin təqdim etdiyi şahidi n məhkəməyədək dövrdə aparılmış dindirmə protokolu ilə müqayisədə daha çox sonuncunun bilavasitə onlar qarşısında iclasda verdiyi ifadəsinə əhəmiyyət verməsini tələb edir. Digərləri ilə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, ibtidai istintaq dövründə dindirmə nəticəsində əldə edilmiş ifadə ittiham tərəfinin məhkəmədə ittihamı müdafiə etmək üçün toplanılan məlumatların hissəsini təşkil edir, istintaqı aparan məhkəmənin vəzifəsi isə müttəhimin təqsirinin məhkəmədə faktiki olaraq təqdim edilmiş bütün sübutların bilavasitə tədqiqinə əsaslanan ədalətli qiymətləndirmə nəticəsində müəyyən edilməsindən ibarətdir (Hüseyn və Digərləri Azərbaycana qarşı, № 35485/05 və s., § 211, 26 iyul 2011). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya in stansiya məhkəməsi əsaslı olaraq məhkumun, eləcə də şahidlər Şahid5, Şahid4 və Şahid3 məhkəmə iclasında verdikləri ifadələrə üstünlük vermiş, həmin ifadələri mötəbər və həqiqətə uyğun hesab etmişdir. Bu əsasla məhkəmələr nəticəyə gəlmişlər ki, məhkumun əməlində Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri sübuta yetirilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası zərərçəkmiş hüquqi şəxsin kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmır və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun, eləcə də şahidlər Şahid5, Şahid4 və Şahid3 ifadələrinin qiymətləndirilməsi həm cinayət-prosessual qanunvericiliyin tələblərinə, həm də Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüqu qi mövqeyə uyğun və əsaslandırılmış olmuşdur. Məhkumun kassasiya şikayətinin dəlillərinə gədikdə məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi tam təsdiq edilir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşən “Oba Nizami 2” mağazada adminstrator vəzifəsində çalışmış Məhkum öhdəliyində olan maddiyyatdan 10039,72 (on min otuz doqquz manat yetmiş iki qəpik) dəyərində əskik yaranmışdır. Həmin əskikliklərin yaranmasında Məhkum maddi-məsul şəxs kimi səhlənkar hərəkətləri olmuş, Məhkum vəzifə öhdəliklərinə vicdansız və ya laqeyd münasibəti, eləcə də öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi nəticəsində, başqa sözlə onun işinə məhz səhlənkar münasibət i nəticəsində "xxxx" MMCnin ünvan 3 ünvanında yerləşən “Oba Nizami 2” mağazasında 10039,72 (on min otuz doqquz manat yetmiş iki qəpik) dəyərində əskik yaranmışdır. Məhkum məhkəmə istintaqında özünü təqsirli bilməsə də, öhdəsində olan malların çatışmazlığı hər hansı bir ağlabatan səbəblə izah edə bilməmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, şahidlər Şahid2 və X2 ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişlər. Apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmaması, digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin müvafiq hökmündən görünür ki, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri və işdə olan digər sübutlar qarşılıqlı təhlil edilib və onlara qiymət veri lmişdir. Hökmdən də görünür ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və onun barəsində bəraət hökmünün çıxarılması və ya barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol v erilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin kassasiya şikayətinin digər dəlili apellyasiya instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq verilmiş mülki iddianın baxılmamış saxlanılması ilə əlaqədardır. Məhkəmə kollegiyası bu dəlili əsaslı olduğunu nəzərə alaraq, həmin hissədə kassasiya şikayəti ilə razılaşır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Hökmlə müəyyən edilmişdir ki, məhkumun törətdiyi cinayət əməli nəticəsində "xxxx" MMC-yə 10039,72 (on min otuz doqquz m anat yetmiş iki qəpik) maddi ziyan vurulmuşdur. Cinayət işi üzrə hüquqi şəxs "xxxx" MMC zərərçəkmiş şəxs qismində tanınmış və təqsirləndirilən şəxs Məhkum qarşı 10.039,72 (on min otuz doqquz manat 72 qəpik) manat məbləğində maddi zərərin tutularaq ona ödənilməsi barədə mülki iddia vermişdir. Göründüyü kimi, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC tərəfindən, məhkumun Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli nəticəsində ona vurulmuş maddi ziyanın ödənilməsi barədə mülki iddia irəli sürülmüşdür. Həmin iddiada ödənilməsi tələb olunan məbləğ birbaşa cinayət əməlinin tərkib əlamətini təşkil edir və cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunur. Lakin apellyasiya instansiya məhkəməsi zərərçəkmiş şəxsin mülki iddiasına baxılmamış saxlanılması barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mülki iddianın həlli barədə qərarı qanuni və əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət-Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanının ödənilməsi barədə mülki iddia verməklə həmin maddədə göstərilən digər məsələlər üzrə tələblər irəli sürməklə yanaşı, ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəfindən cinay ət mühakimə icraatında verilmiş mülki iddianın həlli üzrə, o cümlədən iddianın tam və yaxud qismən təmin edilməsi, rədd edilməsi haqqında qərarlar mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq qəbul edilir. Həmçinin Azərbaycan Respublikası CPM-in 353-cü maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində mülki iddia və məhkəmə xərclərinin ödənilməsi barədə qərarın motivləri (353.2.9-cu maddə), nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) (maddə 353.4.10) göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il № 15 Qərarının 72-ci bəndində izah edilmişdir ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçi vəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidirlər. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirilməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Kassasiya şikayətində mülki iddianın tam təmin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi haqqında irəli sürülmüş tələbi cavablandırarkən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CPM-in 397.1-ci maddəsinin müddəalarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və bu Məcəllənin normalararının tətbiq edilməsinin düzgünlüyünü yoxl ayır. Qanunun tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə məhkəmə baxışı nəticəsində CPM-in 398.1.1-398.1.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul edir və məhkəmənin qərarı məhkəmə iclaslarında araşdırılmış sübutlara, habelə maddi və prosessual hüquq normalarına istinad edilməklə əsaslandırılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, qanunun şərh edilən normalarına əsasən apellyasiya instansiyası məhkəməsinin üzərinə yalnız təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olması, onun əməlinin hüquqi tövsifi, cəzanın növü və ölçüsünün müəyyənləşdirilməsi, sübutların qiymətləndirilməsi deyil, eyni zamanda cinayət işi üzrə verilmiş mülki iddianın və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi zərərin ödənilməsi məsələlərinin də həlli vəzifəsi qoyulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə mülki iddianın baxılmamış saxlanması üçün heç bir hüquqi və faktiki əsas mövcud deyil. Yuxarıda sadalanan hallar göstərir ki, apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş hüquqi şəxs tərəfindən verilmiş mülki iddianın həlli ilə bağlı qanunun tələblərinə, eləcə də Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən qərarında əks olunmuş tövsiyələrə riayət etməmişdir. Qeyd olunan hallar, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin apellyasiya instansiyası məhkəməsinin bu cür qərar çıxarmaqla zərərçəkmiş tərəfin mənafeyinə toxunan məsələnin cinayət-prosessual qanunun tələblərinə zidd olaraq həll edilməsi barədə göstərdiyi dəlilin əsaslı olduğunu təsdiq edir. Bu isə onu göstərir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət-prosessual qanunun tələbləri pozulmuş, nəticədə məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və zərərçəkmiş şəxsin mülki iddiasına dair məsələyə apellyasiya məhkəməsində yenidən baxılması zərurəti yaranmışdır. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçıların çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 fevral 2025-ci il tarixli, 1(103)-305/2025 nömrəli hökmü törədilmiş cinayət əməli nəticəsində zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin cinayət nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi barədə mülki iddianın baxılmamış saxlanması hissəsində ləğv edilməli və mülki iddiaya yenidən baxılması üçün iş yeni apellyasiya bax ışına təyin edilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin kassasiya şikayəti qismən - mülki iddiaya aid hissədə təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 fevral 2025-ci il tarixli, 1(103)-305/2025 nömrəli hökmü mülki iddiaya aid hissədə ləğv edilsin, cinayət işi zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin mülki iddiasına aid məsələyə yenidən baxılması üçün cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1358/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1358/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver