Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1359/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, X13-zadənin katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 və zərərçəkmiş şəxsin nümayəndəsi X4 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli hökmü ilə (hakimlər: X6 (sədrlik edən), X5 və X7 ibarət tərkibdə) Məhkum – xx.xx.1984-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 17 aprel 2017- ci il tarixdən hesablanmışdır. İşin halları: Məhkum özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11.10.2016-cı il tarixdə saat 02:30 radələrində Bakı şəhəri, ********************** yerləşən "xxxx" MMC şirkətinin inzibati binasına qanunsuz olaraq qapıdan daxil olmaqla oradan "xxxx" MMC şirkətinin direktoru X4 xidməti otağının qapısının kilidini mismar çıxaran alətlə sındıraraq otağa daxil olmuş və otağın sol küncündə yerləşən 250 manat dəyərində saxlanc yeri olan seyf və içərisində olan 96805 manat məbləğdə pulu gizli olaraq talamaqla, "xxxx" MMC-yə ümumilikdə 97055 manat məbləğində külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət tərkibdə) 20 fevral 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını, daha yüngül cəza verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək qeyd etmişdir ki, haqqında çıxarılan hökm və ona verilmiş cəza cox ağırdır. Ona görə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv olunaraq ona daha yüngül cəza verilməsini xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətin in təmin edilməməsi barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxsin nümayəndəsinin çıxışlarını dinləyib, kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı hüquqi nəticələrə,gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi bir inci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, cinayət işi nin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyü pozulmamışdır. Kassasiya şikayətində məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Cinayət işinin materialları ndan müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə baxılarkən Məhkum himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməməsi nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sankciyasının orta həddində ona cəza təyin edilmişdir. Cinayət nəticəsində vurulmuş zərər ödənilməmiş və vurulmuş zərərin aradan qaldırılması üçün konkret tədbirlər görülməmişdir. Məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas verə biləcək onun tərəfindən heç bir qanuna uyğun hərəkətlər edilməmişdir. Kassasiya şikayətində də məhkum ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini x ahiş etsə də buna əsas verən və məhkəmələr tərəfindən nəzərə alınmamış hər hansı bir hala istinad etməmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab etməklə onun təmin edilməməsi nəticəsinə gəlir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual hüquq normalarının pozulması halları, təqsirləndirilən şəxslərin müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması hallarının mövcudluğu müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğ un hallar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L İ R: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1359/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1359/2019
29.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver