Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1359/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X5 (sədrlik edən), X9 və X1 ibarət tərkibdə) 25 sentyabr 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1989-cu ildə Yardımlı rayonu, anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, himayəsində 1 azyaşlı uşağı olan, məhkum olunmuş, Yardımlı şəhəriqeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-ni n 32.5, 206.3.2-ci maddəsi ilə ona 06 (altı) il 06 (altı) ay müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 71.5-ci maddəsinə əsasən Yardımlı Rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli və 11 yanvar 2018-ci il tarixli hökmləri üzrə Məhkum təyin olunmuş 02 il sınaq müddətlərinin ləğv olunması, CM-nin 67.1-ci maddəsinə əsasən Yardımlı Rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli hökmü ilə Məhkum təyin olunmuş və çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası və Yardımlı Rayon Məhkəməsinin 11 yan var 2018-ci il tarixli hökmü ilə Məhkum təyin olunmuş və çəkilməmiş 03 (üç) il 08 (səkkiz) ay 07 (yeddi) gün azadlıqdan məhrumetmə cəzasının hazırkı hökm üzrə təyin olunmuş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti cəza 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 11 iyun 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 dekabr 2019-cu il tarixli qərarı ilə (hakimlər X17 (sədrlik edən), X8 və X10 ibarət tərkibdə) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Lən kəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-430/2019 №-li, 25 sentyabr 2019-cu il tarixli hökmü ilə Məhkum CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 10 (on) il 06 (altı) ay azadlıqdan mərhum etmə cəzasının müddəti 10 (on) ilə endirilsin və CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza birinci instansiya məhkəməsinin hökmü ilə CM-nin 32.5,206.3.2-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla Məhkum qəti olaraq 10 (on) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və həmin cəzaya CM-nin 67.1-ci maddəsinə əsasən Yardımlı Rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli hökmü ilə Məhkum təyin olunmuş və çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası və Ya rdımlı Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli hökmü ilə Məhkum təyin olunmuş və çəkilməmiş 03 (üç) il 08 (səkkiz) ay 07 (yeddi) gün azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilməklə ona qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsilri bilinərək məhkum olunmuşdur ona görə ki, o, qaçaqmalçılıq yolu ilə yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirməklə Azərbaycan Respublikası ərazisində narkotik vasitələrin qanunsuz satışını təşkil edib tamah niyyəti ilə qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan Mirsala m adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunun +**********19 saylı nömrədən istifadəsində olan 050 532 15 79 saylı mobil telefonunun WhatsApp-na 09 iyun 2019-cu il tarixdə etdiyi zənglə narkotik vasitəni olduğu yerdən götürərək rayon ərazisində yerləşən Mirsalam adlı İran İslam Respublikası vətəndaşının dediyi yerdə gizlətməsi müqabilində 2000 (iki min) manat pul alacağı vədi ilə razılaşaraq 11 iyun 2019-cu il tarixdə saat 04:00 radələrində Mirsalam adlı şəxsin dediyi yerə Yardımlı rayonu Köhnə-Qışlaq kəndi ərazisindəki dərədə çayın sahilindəki iri daşın yanına gələrək Mirsalam adlı şəxsin gizlətdiyi, içərisində 6000,5 qram çəkidə külli miqdarda narkotik vasitə tiryək olan polietilen torbanı əldə edərək qanunsuz saxlamaqla həmin tarixdə saat 16:00 radələrində Yardımlı rayonu Osnakəran kəndi ərazisində üstündə daşıyaraq narkotik vasitəni Mirsalam adlı İran İslam Respublikası vətəndaşının dediyi ərazidə gizlətmək üçün yaxınlaşdıqda Yardımlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, üzərində şəxsi axtarış aparılarkən sağ əlindəki polietilen torbada 6000,5 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Mirsalam adlı İran İslam Resp ublikasının vətəndaşından aldığı bükümün içində nə olduğunu bilməmiş, sadəcə maddi vəziyyəti pis olduğundan təklif olunan iki min pul müqabilində həmin bükümü deyilən yerə gətirib qoymuşdur. Məhkum kassasiya şikayətində onun heç bir şərikinin olmadığını, özünü CM-nin 206.3.2 və 234.4.1-ci maddələri ilə təqsirli bilmədiyini qeyd edərək, himayəsində yaşlı və ağır xəstə ata anasının, həyat yoldaşının, az yaşlı uşağının olmasını vurğulayır və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsini, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışı nı dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şə xslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həm in məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun CM-nin 32.5, 206.3.2 və 234.4.1-ci maddələri ilə təqsirsiz bilinməsinə dair qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İş materiallarından görünür ki, Məhkumin CM-nin 32.5, 206.3.2 və 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsi Məhkumin öz ifadəsi ilə yanaşı, şahidlər X11, X 6, X7 və X3 ifadələri, Məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 iyun 2019-cu il tarixli, 03 avqust 2019cu il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlama, 02 iyul 2019-cu il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyləri, 11 iyun 2019-cu il tarixli şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokol, 13 iyun 2019-cu il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol, 03 avqust 2019-cu il tarixli Azercell Telekom MMC-dən götürülmüş diskə baxış keçirilməsi haqqında protokol və iş materiallarında olan istintaq hərəkətlərinə dair digər sənədlərlə məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Birinci ins tansiya məhkəməsi istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini tam şəkildə təsdiq etmişdir. Belə ki, Məhkum ifadəsində qeyd etmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, 09 iyun 2019-cu il tarixdə əvvəlcədən tanıdığı Mirsalam adlı İran vətəndaşı ona WhatsApp vasitəsilə zəng vuraraq Yardımlı rayonu Köhnə Qışlaq kəndi ərazisinə narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni götürüb dediyi yerə qoyacağı halda ona 2000 (iki min) manat pul verəcəyini bildirmişdir. Maddi vəziyyəti aşağı olduğu üçün Mirsalamla razılaşmışdır. 10 iyun 2019-cu il tarixdə Mirsalam ona zəng vurmuş, içərisində nar kotik vasitə olan torbanı Yardımlı rayonu Köhnə Qışlaq kəndi ərazisində gizlətdiyini bildirmişdir. 11 iyun 2019-cu il tarixdə saat 04 radələrində həmin əraziyə getmiş, Mirsalamın dediyi yerdən, içərisində narkotik vasitə olan sellofan torbanı götürmüş, Mirsalam torbanı Yardımlı rayonu Osnakəran kəndinə aparmağını, orada gizlətməyini və gizlətdiyi ərazidə video çəkliş apararaq ona göndərməyini bildirmişdir. Bu zaman onu polis əməkdaşları saxlamış, polis əməkdaşlarına sellofan torbada narkotik vasitə olduğunu bildirmişdir. Polis şöbəsində onun üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, sağ əlində olan açıq-qırmızı rəngli sellofan torbanın içərisindən narkotik vasitə tiryəklər aşkar edilmişdir. Həmin narkotik vasitə olan tiryəklər elektron tərəzidə çəkilmiş və çəkisi 6120 qram olmuşdur. Sonda baxışla əlaqədar protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır İş materiallarında olan Məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 iyun 2019-cu il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Məhkum” sözləri yazılmış polietilen torbadakı 1 ədəd parça torbanın içərisində qara rəngli polietilen torbada 6 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri-1000,0 qram, 1005,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, ümumi təmiz çəkisi-6005,0 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış eyni tərkibli narkotik vasitə tiryəkdir. İş materiallarına əlavə edilmiş 13 iyun 2019-cu il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Məhkum ifadəsi yerində yoxlanılarkən cinayət yerini göstərərək, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxs in əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Məhkəmə kollegiyası məhkumun CM-nin 32.5, 206.3.2 və 234.4.1-ci maddələri ilə təqsirsiz hesab edilməsinə dair kassasiya şikayətində qeyd etdiyi müddəaları əsassız hesab edərək məhkəmələr tərəfindən məhkumun Məhkum əməlinin düzgün olaraq CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunduğunu vurğulayaraq qeyd edir ki, kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Məhkəmələr tərəfindən Məhkumnin təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə təsdiq edilmişdir. Kassasiya şikayətinin cəzaya dair müddəaları ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun un “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza t əyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən himayəsində az yaşlı uşaqlarının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Əməlinə cinayə tlərin residivi olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar kimi müəyyən edilmişdir. Apellyasiya məhkəməsi cəzanı yüngülləşdirən hallar və məhkumun şəxsiyyəti, sosial ədalətin bərpası, məhkumun islah olunması və ailəsinin həyat şəraitinə təsiri, habelə cinayət qanunvericiliyinin humanizm, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətlərin ağırlığına uyğunluğu prinsipləri nəzərə alaraq Məhkum təyin olunmuş cəzanı ağır hesab etmiş və ona təyin olunmuş qəti cəza olan 12 il müddətə azadlıqdan məhrumetmə cəzasını 11 il 6 aya endirmişdir. Məhkəmə kollegiyası Məhkum düzgün olaraq məhkəmələr tərəfindən CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsini vurğulayaraq qeyd edir ki, Apellyasiya məhkəməsi məhkum a cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kol legiyasının 10 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1359/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1359/2021
20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver